FiRİdun bəy köÇƏRLİ



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə3/18
tarix02.06.2018
ölçüsü0,55 Mb.
#47022
1   2   3   4   5   6   7   8   9   ...   18

 

Qurulmuş yaya bənzər. 



Qoyunsuz evlər gördüm,  

Qurumuş çaya bənzər. 

Qoyun deyər, mən heç otdan doymaram, 

Payız oldu, çörün-çöpün qoymaram. 

Hər bir evi gəlin kimi bəzərəm. 

Ağır-ağır xalılarım var mənim, 

Güllü-güllü xalçalarım var mənim. 

 

M ə s ə l l ə r: 

 

Qoyun yüz olunca, dərisi min olar. 



Qoyunun oldu əlli, 

Adın oldu bəlli. 

Qoyunun oldu yüz, 

Gir içində üz. 

Qoyunu qurda tapşırmazlar. 

 

T a p m a c a: 

 

11. Altı hovuz içərlər, 



 

 Üstü zəmi biçərlər. 

 

E v   h e y v a n l a r ı:  at, eşşək, qatır, dəvə, inək, öküz, camış, kəl, qoyun, keçi, 



it, pişik. 

 

 



ÜġÜDÜM HA, ÜġÜDÜM 

 

Üşüdüm ha, üşüdüm. 

Dağdan alma daşıdım, 

Almacığımı aldılar, 

Mənə cürm

1

 verdilər. 



Mən cürmdən bezaram. 

Dərin quzu qazaram. 

Dərin quyu beş kiçi, 

Hanı bunun erkəci? 

Erkəc qaya başında, 

Hay elədim gəlmədi, 

Çiyid verdim yemədi. 

Çiyid qazanda qaynar, 

Qənbər bucaqda oynar. 

 

________________ 



1.

 

C ü r m  - əziyyət, əzab. 




 

10 


Qənbər getdi oduna, 

Qarğı atdı buduna. 

Qarğı deyil, qamışdı, 

Beş barmağım gümüşdü. 

Gümüşü verdim tata, 

Tat mənə darı verdi; 

Darını səpdim quşa, 

Quş mənə qanad verdi. 

Qanadlandım uçmağa, 

Haqq qapısın açmağa. 

Qapıçı qapı toxur,  

İçində bülbül oxur. 

 

M ə s ə l l ə r: 

 

Qar yağıb ayaq üşütmək üçün. 

Qış qışlığın yerdə eylər, göydə eləməz. 

Buğda olmayan yerdə darını gözə təpərlər. 

 

KEÇĠ 

 

Nənəm o tatar



1

 keçi, 


Qayada yatar keçi. 

Qış bərk soyuq gələndə, 

Balanı atar keçi. 

Nənəm o xallı keçi, 

Məməsi ballı keçi. 

Uca qaya başında, 

Tutubdu yallı keçi. 

 

Keçi deyər adım Əbdülkərimdir, 



Qavala çəkilən mənim dərimdir

Üç ay qışı ölmərəm, allah kərimdir. 

Şeytan-şeytan balalarım var mənim, 

Qəlbi-qəlbi qayalarım var mənim! 

 

 

M ə s ə l l ə r: 



 

Keçiyə qurd dəyməsə, həccə gedər. 

Keçi handa, qaya handa... 

Qoy keçinin ölümü palıddan olsun. 

Keçi can hayında, qəssab piy qayğısında. 

________________ 

1.

 

T a t a r  - cəld, zirək, çevik. 




 

11 


ĠNƏK, ÖKÜZ, CAMIġ 

 

İnək deyər mən doğanda mələrəm, 

Ahım ilə dağı-daşı dələrəm. 

Qurudumu gündən-günə sərərəm,  

Yaxşı-yaxşı kərələrim var mənim, 

Maral-maral balalarım var mənim! 

Öküz deyər ağama nökərəm, 

Üç ay qışı tövləsində bikaram. 

Yaz olanda çayır-çəmən sökərəm, 

Ağlı-qırmızılı buğda əkərəm, 

Ağır-ağır xırmanlarım var mənim, 

Uca-uca tayalarım var mənim! 

 

Camış deyər payız olcaq samanlığımı doldurun, 



Yüz olanda boyunduruğumu yondurun. 

Cütə getməsəm vurun məni öldürün. 

Dolu-dolu samanlıqlarım var mənim. 

Dərin-dərin dəryalarım var mənim. 

 

M ə s ə l l ə r: 

 

Pulunu  ver  inəyə  -  bağla  dirəyə.  Ahıl  öküz  cütə  getməsə  uşaqlar  acından 



qırılar. Ev danasından öküz olmaz. Öküzün cütə getməyəni ətlik adına satılar. 

Camış ilə gəzən dananı qurd yeyər. 

 

Şorakət yerdə bostan əkərsən



Adı bostan olar, tağı tağ olmaz. 

Tənbəl arvada yüz inək versən 

Ayranı bol olar, yağı yağ olmaz. 

 

T a p m a c a: 

 

12. O yanı çəpər, bu yanı çəpər – içində atlı çapar. 



 

EġġƏK VƏ DƏVƏ 

 

Eşşək deyər, mən hamıdan fağıram, 



Palçığa batanda uca dağdan ağıram. 

Çöllərdə qalanda mən yiyəmi çağırram, 

Kərənaydan yoğun səsim var mənim, 

Atlar ilə böyük bəhsim var mənim! 

Dəvə deyər, heç heyvan götürməz mənim yükümü, 

İgid oğlan gərək çəkə ipimi, 

Ərəbistan içər mənim südümü



 

12 


Uzaq-uzaq mənzillərim var mənim, 

Uca-uca dəyələrim var mənim! 

 

 

M ə s ə l l ə r: 



 

Eşşəyi min, ata çatıncan. 

Eşşək eşşəyi borc qaşır. 

Eşşəyə minmək bir ayıb, düşmək iki ayıb. 

Boş eşşək yorğa gedər. 

Dəvə oynayanda qar yağar. 

Dəvə yaxını otlayıb uzağı gözlər. 

Dəvə ölsə, dərisi bir yükdür toyuq ölsə, dərisi bir çəngə tükdür. 

Dəvəyə dedilər: boynun niyə əyridir? 

Dedi: haram düzdür ki, boynum da düz ola. 

Dəvəyə dedilər: sənətin nədir? 

Dedi: xəyati

1

 eşmək. 


Dedilər: nazik dodaqlarından və zərif əl-ayaqlarından görünür. 

 

 



T a p m a c a: 

 

 

13. Bəngi-bəngi başını tut, 



 

 Döngü-döngü döşünü tut, 

 Qılman qoca, əl-ayaq ver, 

 Hüseyn qoca quyruğun tut. 

 

ÇOBAN 

 

Göydəki göy buludlar 



Yorğanıdır çobanın. 

Yastı-yastı təpələr  

Yastığıdır çobanın. 

Yumru-yumru qayalar 

Yumruğudur çobanın. 

Əlindəki dəyənək 

Qalxanıdır çobanın. 

Yanındakı boz köpək 

Yoldaşıdır çobanın. 

Ağzı qara canavar 

Düşmənidir çobanın. 

________________ 

1.

 

X ə y a t i  - ipək sap. 



 


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə