FiRİdun bəy köÇƏRLİ



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə4/18
tarix02.06.2018
ölçüsü0,55 Mb.
#47022
1   2   3   4   5   6   7   8   9   ...   18

 

13 


Qoyunun özü gəldi, 

Dolandı düzü gəldi. 

Çobanın qucağında. 

Bircə cüt quzu gəldi. 

Üzün ağ olsun, çoban. 

 

M ə s ə l l ə r: 

 

Çobanın könlü olsa, təkədən pendir tutar. 



Çobanı özündən olanın qoyunu dişi doğar. 

Keçinin əcəli çatanda çobanın dəyənəyinə sürtüşər. 

Gəlinin ayağı çobanın dayağıdır. 

Kürdün qocalanı qoyuna gedər. 

 

Ç ö l   h e y v a n l a r ı: qurd, ayı, tülkü, çaqqal, şir, pələng, dovşan, porsuq, 



dələ, maral, ceyran. 

 

QURD 

 

Qurda dedilər: 

-

 



Gəl səni qoyuna yollayaq! – Başladı ağlamağa. 

Dedilər: daha niyə ağlayırsan? 

Dedi: 

-

 



Qorxuram yalan ola. 

Qurddan soruşdular: 

-

 

Aranda qalacaqsan, yoxsa yaylağa gedəcəksən? 



Qurd cavabında dedi: 

-

 



Mənimki el ilədir. El haraya getsə, mən də oraya gedəcəyəm. 

 

M ə s ə l l ə r: 

 

Çaqqal var ki, gödən çıxardır, qurdun adı bədnamdır. 



Qurddan qorxan qoyun saxlamaz. 

Qurd nə bilir ki, qatır bahadır. 

Qurd dumanlı gün axtarır. 

 

T a p m a c a: 

 

14. Səkkizi san darayı, 



 

 Doqquzu don darayı, 

 

 İkisi xas qırmızı 



 

 Dördü mazan darayı. 

 

 

 




 

14 


BĠġMĠġLƏR, ÇÖRƏKLƏR VƏ ĠÇKĠLƏR 

 

B i ş m i ş l ə r: 

 aş, bozbaş, plov, çilov, dolma, küftə, qovurma, bozartma, 

kabab,  lüləkabab,  əriştə,  umac,  xəşil,  halva,  həlimaşı,  xingəl,  firni,  qaysaba, 

dovğa, səməni. 

Ç  ö  r  ə  k  l  ə  r:    yuxa,  sac  çörəyi,  təndir  çörəyi,  lavaş,  sənkök,  fətir, 

şəkərçörəyi, qatlama, fəsəli, əgirdək, kətə, qoğal. 

İ ç k i l ə r:  su, süd, çay, qəhvə, şərbət, ayran, körəməz, gülməs, bulama. 

Lavaş dedi: 

-

 

Heç kəs mənim yeddi qatımdan keçə bilməz. 



Bu sözü bozbaş eşidib dedi: 

-

 



Nə deyirsən?! 

Lavaş dedi: 

-

 

Səni dindirən yoxdu, bozbaş bəy! 



 

M ə s ə l l ə r: 

 

Harda aşdır, orda başdır. 



Bişmiş aşın darğası. 

Aşı bişirən yağ olar, gəlinin üzü ağ olar. 

Halva-halva deməklə ağız şirin olmaz. 

Yağ yağ ilə qaynar, yarma quru qalar. 

 

 

SƏMƏNĠ 



 

Səməniyə saldım badam, 

Qoymazlar bir barmaq dadam. 

Dörd tərəfin alıb adam, 

Səməni, bizana

1

 gəlmişəm, 



Uzana-uzana gəlmişəm. 

 

 



T a p m a c a: 

 

15. Suda Süleyman gördüm



 

 Dağda düleyman gördüm. 

 

 Yatar gövşər daş gördüm 



 

 Duzsuz bişmiş aş gördüm. 

16. Uzun qız- oba gəzər. 

 

________________ 



1.

 

B i z a n a  g ə l m i ş ə m  - (burada) cana gəlmişəm, bezmişəm. 



 

 



 

15 


Y a n ı l t m a c: 

 

Bazarda nə ucuz? 



Mis ucuz, kümcüt ucuz, duz ucuz. 

 

 



AĞ QOYUN 

\ 

Nənəm qoyunun ağı, 

Gedər dolanı dağı, 

Biçər qaraqiyağı

1



İçər sərin bulağı. 



Qarılar tutar yağı, 

Gəlin yeyər, quymağı, 

İlla ki, qayğanağı, 

Çobana vurar dağı. 

Qızlara cehiz ağı, 

Çobana çarıq bağı, 

Uşağa şütük

2

 bağı. 



 

 

M ə s ə l l ə r: 

 

Qoyun dediyin eşmə bağırsaqdır, dalısı heç üzülməz. 



Qoyun deyir məni çək xarabaya, səni çıxarım abadanlığa. 

 

NARIġ (narınc) QOYUN 

 

Nənəm o narış qoyun, 



Yunu bir qarış qoyun, 

 

 



DÜZGÜ 

 

Ustub idi, ha ustub idi, 



O kişi mənim dostum idi. 

Getdi Gilanə gəlmədi, 

Yaylığımı aldı vermədi. 

Yaylığımın ucu zil qara, 

Yolladım peyğəmbərə. 

Peyğəmbəri öldürdülər, 

Ağ bala getdirdilər. 

________________ 

1.

 

Q a r a q i y a t  - ot növü. 



2.

 

Ş ü t ü k  - bələk bağı. 




 

16 


Ağ balanın saçaqları, 

Gümüşdən var bıçaqları. 

Vurdum sandıq açıldı, 

İncili mərcan saçıldı. 

İncili fərman filfili, 

Gəl oxu bizim dili. 

Bizim dil urum dili 

............................ 

Urumdan gələn atlar, 

Ağzında yüyən çatlar. 

Heyvanın ağacları,  

Bar gətirməz başları. 

Vurdum başı üzüldü, 

El yaylağa düzüldü. 

El yaylaqdan gəlincə, 

Yarı canım üzüldü. 

 

A təşti, təşti, təşti, 



Vurdum gülbi keçdi. 

İki xoruz dalaşdı, 

Biri qana bulaşdı. 

Aftabanı vurdum daşa, 

Su gəlir coşa-coşa

Əli ilə Məhəmməd 

Yazılıbdır bir daşa! 

 

DƏVƏ VƏ TĠKAN 



 

Bir dəvə çöldə otlayırdı.  Yarpaqlanmış  tikan koluna  yaxınlaşıb, istədi onun 

yarpaqlarını  yesin.  Ağzını  kola  tərəf  uzadanda  gördü  ki,  onun  içində  bir  ilan 

qıvrılıb yatıb. Dəvə tamah dişini ondan çəkib geri qayıtdı. 

 

Kol belə xəyal elədi ki, dəvə onun tikanından qorxub çəkildi. 



 

Dəvə kolun fikrini duyub dedi: 

-

 

Mənim qorxum səndən deyil, o gizlənmiş qonaqdandır. 



 

M ə s ə l l ə r: 

 

 



Köpək qaya kölgəsində yatar, elə bilər öz kölgəsidir. 

 

Dəvəçi ilə dost olanın darvazası gen gərək. 



Dəvə gördünmü? – Qığını da görmədim. 

 

NAZĠKBƏNAZĠK-TAZĠKBƏTAZĠK 

 

 

Biri var imiş, biri yox imiş, bircə birə varmış, adı Tazikbətazik, bir də bir bit 



var imiş, adı Nazikbənazik. 


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə