FiRİdun bəy köÇƏRLİ


PISPISA XANIM VƏ SĠÇAN BƏY



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə9/18
tarix02.06.2018
ölçüsü0,55 Mb.
#47022
1   ...   5   6   7   8   9   10   11   12   ...   18

 

33 


PISPISA XANIM VƏ SĠÇAN BƏY 

(Dozanqurdu Düzxatun və Siçan Solu bəy) 

 

 



Biri  var  imiş,  biri  yox  imiş,  allahdan  başqa  heç  kəs  yox  imiş.  Bir  də  bir 

Pıspısa xanım var imiş.  

 

Bir  gün  bu  Pıspısa  xanımın  könlünə  ərə  getmək  düşdü.  Geyindi-kecindi, 



bəzəndi-düzəndi, öz evinin qapısına çıxdı və dedi: 

-

 



Ərə gedirəm, ərə gedirəm, ər olmasa, gora gedirəm! 

Bir odunçu gəlib keçəndə Pıspısa xanımı görüb dedi: 

-

 

Mənə gələrsənmi? 



Pıspısa xanım dedi: 

-

 



Məni döyəndə nə ilə döyərsən? 

Odunçu dedi: 

-

 

Balta ilə vuraram əzilərsən. 



Pıspısa xanım dedi: 

-

 



Yeri, yeri, mən sənin tayın deyiləm. 

Odunçu getdi. Pıspısa xanım yenə başladı: 

-

 

Ərə gedirəm, ərə gedirəm, ər olmasa, gora gedirəm! 



Bir də gördü ki, kürəkçi gəlir. Kürəkçi dedi: 

-

 



Pıspısa xanım, mənə gələrsənmi? 

Pıspısa xanim dedi: 

-

 

Məni döyəndə nə ilə döyərsən? 



Kürəkçi dedi: 

-

 



Bir kürək çalaram, xımcım-xıncım olarsan! 

Pıspısa xanım dedi: 

-

 

Yeri, yeri, mən sənin tayın deyiləm. 



Kürəkçi də getdi.  

Yenə Pıspısa xanım dedi: 

-

 

Ərə gedirəm, ərə gedirəm, ər olmasa, gora gedirəm! 



Bu  halda  siçan  oradan  keçirdi.  Gördü  Pıspısa  xanım  bəzənib-düzənib, 

geyinib-kecinib, özünə zinət verib, evin qapısına çıxıb. 

 

 

 



 

 

Qara xaradan don geyib əyninə, 



 

 

 



 

 

Ucunu qatlayıb salıb çiyninə. 



 

 

 



 

 

Tökübdür üzünə qara tellərin



 

 

 



 

 

Yuyub tərtəmiz, aparı əllərin. 



 

 

 



 

 

Çəkib gözlərinə qara sürmələr, 



 

 

 



 

 

Salıb başına əbrələr, tirmələr, 



 

 

 



 

 

Xuraman-xuraman ki rəftar edir, 



 

 

 



 

 

O rəftara sərvi-giriftar edir. 



 

 

 



 

 

Soluna baxır, gah baxır sağına, 



 

 

 



 

 

Baxır gah qolundakı qolbağına. 



 

 

 



 

 

Durub hər yana o baxır naz ilə, 



 

 

 



 

 

Deyir bu sözü xoş bir avaz ilə: 



 

 

 



 

 

Gedirəm ərə, mən gedirəm ərə. 



 

 

 



 

 

Ər olmasa, axır gedirəm gora. 




 

34 


 

Siçan Solub bəy gəldi Pıspısa xanımın yanına, dedi: 

-

 

Salaməleyk,  Dozanqurdu  Düzxatun,  Pıspısa  xanım,  sevgili  canım,  ruhi-



rəvanım,  canü  cananım,  tabu  təvanım!  Kefin,  halın?  Həmişə  beləcə  kefdə, 

gəzməkdə, seyri-səfada olasan! 

Dozanqurdu Düzxatun gözünün altınca Siçan Solub bəyə baxıb gördü, amma 

nə Siçan Solub bəy! 

 

 

 



 

 

Geyinib əyninə cübbə səncabdan, 



 

 

 



 

 

Bəzənib-düzənibdi hər babdan. 



 

 

 



 

 

Atıb dalına quyruğun şir kimi, 



 

 

 



 

 

Qulaqlarını dik tutub, tir kimi. 



 

 

 



 

 

Gəlir küylə, heç bilmirsən kimdi bu, 



 

 

 



 

 

Ki hansı vilayətdə hakimdi bu. 



 

 

 



 

 

Yuvadan çıxıb naz ilə yol gedir, 



 

 

 



 

 

Gah sağ gedir yolda, gah sol gedir, 



 

 

 



 

 

Döş ağ, gözü qara, arxası da boz. 



 

 

 



 

 

Dişi incitək, ağzına yoxdur söz. 



 

 

 



 

 

Qara gözlərini süzdürür hər yana



 

 

 



 

 

Çəkir burnunu ki, iy-miy qana. 



 

Dozanqurdu Düzxatun dedi: 

-

 

Ay  əleykəssalam.  Siçan  Solub  bəy,  top  qara  birçək,  yerişdə  ördək,  dişləri 



mixək,  qıçları  dirək,  hamıdan  göyçək,  dəxi  nə  demək?  Halın,  kefin 

kökdümü? Damağın çağdımı, canın-başın sağdımı?! 

Siçan Solub bəy dedi: 

-

 



Sağ ol, Pıspısa xanım, əzizim-canım, mənə gələrsənmi? 

Pıspısa dedi: 

-

 

Məni döyəndə nə ilə döyərsən? 



Siçan Solub bəy dedi: 

-

 



Səni  döymərəm,  döysəm  də  quyruğumu  molçi  eylərəm,  batıraram 

xanımların sürmədanına, gözünə sürmə çəkərəm. 

Dozanqurdu  Düzxatun  dedi  ki,  sənə  gedərəm.  Razı  oldular.  Toy  elədilər. 

Pıspısa xanımı Siçan Solub bəy aldı, apardı evinə. Bir zaman yaxşıca yeyib 

içib kef elədilər.  

Bir gün Siçan Solub bəy Pıspısa xanıma dedi: 

-

 

Sən evdə otur, mən gedirəm şah evinə, sənə noğul-nabat, şirni və hər cürə 



həlviyyat gətirim. Qoy yanına, könlün istədikcə at ağzına, xırıldat, ye. 

Dozanqurdu Düzxatun dedi: 

-

 

Get, amma tez gəl. Sənsiz damın altında tək otura bilmirəm, qorxuram. 



Siçan Solub bəy dedi: 

-

 



Qorxma, tez gələrəm! 

Pıspısa xanım oturdu, oturdu, qərarı tutmadı. Fikirləşdi ki, Siçan Solub bəy 

gəlincə  durub  onun  paltarlarını  aparıb  dəvəizi  dərin  göldə  yuyum,  sərim, 

qurudum, gələndə verim geysin əyninə ki, üst-başı təmiz olsun. 

Siçan  Solub  bəyin  paltarını  götürüb  apardı  yumağa.  Amma  yuyanda  ayağı 

sürüşüb düşdü dəvəizi dərin gölə. 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə