Firuddin cəFƏrov hasil fəTƏLİyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/116
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5628
1   ...   7   8   9   10   11   12   13   14   ...   116

34
 
qarşı müqaviməti azalır.  
B
2
 vitamini - (riboflavin) oksidləşmə-reduksiya proseslərində, 
adenozinüçfosfat turşusunun (AÜF) sintezində iştirak etməklə A 
vitamini  ilə  birgə  normal  görməni  təmin  edir,  əsəb  sisteminə, 
dərinin selikli qişasına, böyrəklərin funksiyasına müsbət təsir edir, 
qan  yaranmasını  stimullaşdırır,  tənəffüs  fermentlərinin  tərkibinə 
daxil olur.  
Onun çatışmazlığı inkişafı dayandırır, gözü, selikli qişanı xəs-
tələndirir, qan yaranma funksiyasını və iştahanı pozur.  
B
3
 vitamini - (pantoten turşusu) maddələr mübadiləsinə, yağ-
ların, amin turşularının, xolesterinin, böyrəküstü vəzi hormonları-
nın, əsəb gərginliyi ötürücüsü-asetilxolinin əmələ gəlməsində və 
parçalanmasında iştirak edir. O, bir çox fermentlərin tərkibinə da-
xildir. B
3
 vitamini əsəb sistemi və bağırsaqların hərəkət funksiya-
sına təsir edir.  
B
6
  vitamini  -  (piridoksin)  maddələr  mübadiləsində,  xüsusilə 
də  azot  mübadiləsində  amin  qruplarının  yerdəyişməsində  iştirak 
edir,  xolesterin  mübadiləsini,  hemoqlobin  yaranmasını  və  lipid 
mübadiləsini nizamlayır. B
6
  vitamininin  çatışmazlığı  selikli  qişa 
örtüyünün zədələnməsi, mərkəzi əsəb sisteminin fəaliyyətinin po-
zulması ilə müşayət olunur. 
B
9
 vitamini - (fol turşusu) nuklein turşularının biosintezində, 
amin turşularının metabolizm reaksiyalarında iştirak edir. Fol tur-
şusunun çatışmazlığı qan və mədə-bağırsaq xəstəliklərinin inkişaf 
etməsi ilə müşayət olunur. Hamiləlik dövründə onun çatışmazlığı 
eybəcərliyin  yaranmasına  və  körpələrin  pisixi  inkişafının  pozul-
masına səbəb ola bilər. Bu vitaminin ifrat dərəcədə artıqlığı zama-
nı  o,  qara ciyərdə  toplanır və bəzi  xəstəliklərdə toksiki  effektlər 
törədir.  
B
12
 vitamini - (kobalamin) normal qan yaranması üçün mütləq 
lazımdır. O, eyni zamanda böyüməni, orqanizmin amin turşularını 
və folatsini istifadə etməsini, xolin və nuklein turşularının əmələ 
gəlməsini stimullaşdırır. B
12
 vitamini qara ciyərdə yağ mübadilə-
sinə, mərkəzi və periferik əsəb sisteminə müsbət təsir göstərir. 
PP vitamini - (nikotin turşusu və ya onun amidi-nikotinamid, 


35
 
niasin)  oksidləşmə-reduksiya  fermentlərinin  tərkibinə  daxildir. 
Qidanın yaxşı mənimsənilməsinə köməklik edir. O, hüceyrə tənəf-
füsü  proseslərində  iştirak  edir,  əsəb,  mədə-bağırsaq,  ürək-damar 
sistemlərinə təsir edir, dərialtı və dəri toxumalarında qan dövranını 
yaxşılaşdırır.  
P vitamini - (rutin) kapilyarların divarlarının möhkəmlənmə-
sinə köməklik edir. P- vitamini askorbin turşusu ilə birgə toxuma-
larda oksidləşmə prosesini aktivləşdirir və dihidroaskorbin turşu-
sunu  askorbin  turşusuna  bərpa  edir.  Belə  güman  edilir  ki,  P  vi-
tamini antioksidant xüsusiyyətinə malik olub, askorbin turşusunu 
oksidləşmədən qoruyur. P-vitamininin çatışmazlığı kapillyarların 
divarlarının nüfuz etdirmə qabiliyyətini artırır və dəridə nöqtələrlə 
qansızmalarının meydana gəlməsinə səbəb olur.  
Biotin  –  fermentlərin  tərkibinə  daxil  olub,  lipidlərin,  amin 
turşularının, karbohidratların və nuklein turşularının sintezində iş-
tirak  edir.  Biotinin  xeyli  hissəsi  avidinin  (yumurta  zülalının) 
neytrallaşması üçün lazım olur. Çünki biotin ferment sistemindən 
onun vasitəsilə sıxışdırılır. Orqanizmdə biotinin çatışmazlığı dəri-
də depiqmentləşməyə və dermatitə, əsəb pozğunluğuna səbəb olur.  
A  vitamini  -  (retinol)  orqanizmin  böyümə  və  inkişafı  üçün, 
skeletin,  tənəffüs,  həzm  aparatlarının,  sidik  qovucu  yolların  for-
malaşması üçün vacibdir. O, bioloji membranın tərkibinə daxildir, 
eyni zamanda toxuma tənəffüsünə, lipidlərin mübadiləsinə, perok-
sid turşulaşmasına təsir edir, qlükoproteidlərin, qlükozoaminoqlü-
kanların metobolizmində iştirak edir ki, bunlar da epitel toxuma-
larının qurulması üçün vacibdir. A vitamini eyni zamanda toran və 
rəngli görmədə gözün normal funksiyasını təmin edir, orqanizmin 
infeksiyalara qarşı müqavimətini artırır, karbohidrat, amin turşu-
ları mübadiləsinə təsir edir, toxumalarda zülalların əmələ gəlməsi-
nə, böyrəküstü vəzdə hoprmonlara, cinsiyyət və qalxanvari vəzlərə 
öz təsirini göstərir. A vitamini görmə zülalı olan rodopsinin tərki-
binə daxil olub, fotoresepsiya prosesində iştirak etməklə hüceyrə 
membranında qlükoproteidlərin sintezi üçün şəkər qalığının daşı-
yıcısı rolunu oynayır.  
A  vitamininin  sələfi  karotinoidlərdir.  Bunların  içərisində  ən 


36
 
vacibi beta- karotindir. Beta-karotinin orqanizmdə rolu xeyli yük-
səkdir.  O,  yalnız  A-provitamin  olmayıb,  eyni  zamanda  antioksi-
dant xüsusiyyətlərinə də malikdir. Beta-karotin mütəmadi olaraq 
qəbul  edildikdə  ürək-damar  sisteminin  fəaliyyətində  pozuntular 
olmur və çox nadir hallarda insult halları baş verə bilir. 
Qida  rasionunda  beta-karotinlə  təminatla,  yoğun  bağırsağın 
xərçəngi  xəstəliyinin  yayılması  arasında  əks  asılılığın  olması 
müəyyən edilmişdir.   
D  vitamini  (kalsiferol)  kalsium,  fosfor  mübadiləsini  nizam-
layır, onların mənimsənilməsinə və sümükdə toplanmasına səbəb 
olur. Normal sümük əmələ gəlməsi üçün vacib olub, membranın 
kalsium  ionları  və  digər  kationlar  üçün  nüfuzetmə  qabiliyyətinə 
təsir edir. 
D-vitamininin funksiyası kalsium ionları və qeyri-üzvi fosfo-
run bağırsaqlarda hüceyrə membranından sorulması və böyrək ka-
nalcıqlarında reabsorbsiya ilə nəql olunmasına və sümük toxuma-
sından səfərbər olunmasına əsaslanır.  
E vitamini - (tokoferol) toxuma tənəffüsü, zülal, yağ və kar-
bohidrat mübadiləsi üçün vacibdir. O, yağların, A və D vitaminlə-
rinin 
mənimsənilməsini 
yaxşılaşdırır.  Tokoferol  hüceyrə 
membranını, subhüceyrə strukturunu stabil saxlayır, membran li-
pidində doymamış yağ turşularının turşumasının qarşısını alır, cin-
si  və  digər  endokrin  vəzlərin  funksiyasına  təsir  edir,  onların  is-
tehsal  etdiyi  hormonları  artıq  turşumaqdan  qoruyur.  E  vitamini 
güclü antioksidant olub orqanizmdə şüalanma və kimyəvi təsirdən 
yaranan onkoloji xəstəliklərə qarşı profilaktik vasitə kimi istifadə 
edilir. Əzələlərin fəaliyyətini stimullaşdırır, onlarda qlükogen top-
lanmasına şərait yaradır, eritrositlərin davamlığını artırır və qocal-
manı ləngidir.  
K vitamini - (filloxinon) qanın laxtalanması prosesində iştirak 
edir. Onun çatışmazlılğından dərialtı və əzələdaxili qan sızmaları 
baş verir.  
Mineral maddələr – vacib funksional qida inqredientləri olub, 
hüceyrə arası mayenin osmotik təzyiqini stabilləşdirir, əzələ, əsəb 
fəaliyyətinə  imkan  yaradır,  fermentləri  aktivləşdirir,  orqanizmdə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə