Firuddin cəFƏrov hasil fəTƏLİyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/116
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5628
1   ...   9   10   11   12   13   14   15   16   ...   116

40
 
şərait yaradır, qan yaranmasını və immunoloji aktivliyi stimullaş-
dırır,  əsəb  sisteminin  degenerativ  dəyişməsinin  qarşısını  alır. 
Kobalt fizioloji aktiv formada B
12
 fermentinin tərkibinə daxil olur. 
Qida lifləri – spesifik fizioloji xüsusiyyətlərə malik olub, ba-
ğırsağın  fəaliyyətini  stimullaşdırır,  müxtəlif  toksiki  məhsulları 
(radionuklidləri, kanserogen maddələri, tam həzm olunmayan qida 
məhsullarını) adsorbsiya edir, lipid mübadiləsini intensivləşdirir, 
qarşısını, bağırsağın mikroflorasının tərkibinin normallaşmasında 
iştirak edir xolesterinin qana sorulmasının və çürümə prosesinin 
qarşısını alır. 
İnsan orqanizminə qida liflərinin az daxil olması ürək-damar 
və onkoloji xəstəliklərin riskini artırır. Qida liflərinə gündəlik tələ-
bat 20-25 qramdır. Qida liflərinə sellüloza, hemisellüloza, pektin 
maddələri və liqnin aiddir.  
İnsanın mədə-bağırsaq boşluğunun vəzləri sellülozanı parça-
laya bilən ferment hazırlaya bilmir. Bizim bağırsaqlarımızın bəzi 
bakteriyaları sellülozanı qismən parçalaya bilən fermentlər yarat-
maq qabiliyyətinə malikdir. Sellülozanın bağırsaqda parçalanması 
zamanı həll olan birləşmələr əmələ gəlir.  
Sellülozanın rolu ondan ibarətdir ki, o, həzm prosesinin sek-
retor fəaliyyətinə aktiv təsir edərək nazik və yoğun bağırsaqların 
keçiriciliyini gücləndirir. Bunlarla yanaşı sellüloza orqanizmdə öd 
turşularının əmələ gəlməsində və xaric olmasında iştirak edir, xo-
lesterini özünə sorur və onun qana sorulmasının qarşısını alır, fay-
dalı bağırsaq mikroflorasının normallaşmasına şərait yaradır, çü-
rümə mikroorqanizmlərinin aktivliyini aşağı salır. 
Sellülozanın artıqlığı isə qidanın tam həzm olunmaması, qana 
mikroelementlərin  və  yağda  həll  olan  vitaminlərin  sorulmasının 
pozulması,  mədə  xorası  xəstəliyinin  və  enterokolitin  ağırlaşması 
ilə nəticələnir. 
Pektin  maddələrinin  əsas  vacib  xüsusiyyəti  onun  kompleks 
əmələ  gətirmə  qabiliyyətidir.  Pektinin  molekulu  ağır  metalların 
ionları ilə qarşılıqlı təsirdə olub (qurğuşun, kobalt, civə, kadmium, 
xrom və sink) insan orqanizmindən onları çıxarır. Pektinlər orqa-
nizmdən  radioaktiv  stronsiumu  çıxarır.  Belə  hesab  edirlər  ki,  1 


41
 
qram pektin 160-420 mq stronsiumla əlaqəyə girib onu kənarlaş-
dıra bilir. Pektin müxtəlif mədə xəstəlikləri üçün faydalıdır. O, ba-
ğırsağın  faydalı  mikroorqanizmlərinin  fəaliyyətini  stimullaşdırır 
və eyni zamanda orqanizmdən zərərli bakteriyaları kənarlaşdırır.  
Liqnin-hüceyrə  qlafının  karbohidratsız  maddəsi  olub,  aro-
matik  spirtlərdən  ibarətdir.  Liqnin  insan  orqanizmində  öd  turşu-
sunu və digər üzvi maddələri özündə birləşdirərək bağırsaqda qida 
liflərinin adsorbsiyasını ləngidir.  
Yarımdoymamış  yağ  turşuları  hüceyrə  membranının  vacib 
komponentlərindəndir.  Onun  qidada  çatışmazlığı  böyüməni  da-
yandırmaqla,  dərinin  nektorik  zədələnməsi,  kapilyarların  nüfuz-
etmə qabiliyyətinin dəyişməsi baş verir. Onlar hüceyrənin təzələn-
məsində vitaminlərin, hormonların sintezində orqanizmdə bir çox 
mübadilə proseslərinin nizamlanmasında iştirak edir, qandan xo-
lesterinin çıxarılmasına köməklik edir, aterosklerozun inkişafının 
qarşısını  alır.  Yarımdoymamış  yağ  turşularına  linol,  linolen  və 
araxidon turşuları aiddir. Biokomyəvi təbiətinə görə linol turşusu 
və onun çevrilmə  məhsulları omeqa-6 ailəsində  birləşmişdir.  Li-
nolen turşusu  və  onun  çevrilmə  məhsulları  və  həmçinin  eykoza-
pentayen  və  dokozaqeksayen  turşuları  omeqa-3  ailəsində  birləş-
mişlər. Linol turşusuna olan günləlik tələbat 6-10 qram təçkil edir. 
Ürək-damar xəstəliyi olan yaşlı insanlarda linol turşusunun miq-
darı  40%  təşkil  etməli,  yarımdoymamış  və  doymuş  turşuların 
nisbəti isə 2:1 olmalıdır.  
Probiotiklər - canlı mikroorqanizm və ya fermentləşmiş məh-
sul olub, insanın sağlamlığına, mikroekoloji statusun normallaşdı-
rılması  sistemini  stimullaşdırmaq  yolu  ilə  müsbət  təsir  göstərir. 
Bunlara  xüsusi  asidofil  çubuqlar,  bifidobakteriya,  termoifil  süd-
turşusu streptokokları, metabolit törədicilər, fermentlər, vitaminlər 
və bioloji aktiv maddələr aiddir ki, bunlar da insanın müxtəlif or-
qan  və  sisteminin  formalaşmasında,  funksiyalaşmasında  mühüm 
rol oynayır. 
Prebiotiklər - insan orqanizminə böyümənin selektiv stimul-
yasiya və ya bağırsağın faydalı mikroflora nümayəndələrinin ak-
tivliyi  vasitəsilə  səmərəli  təsir  göstərir.  Ən  əsas  prebiotiklərdən-


42
 
laktulozanı,  ksiliti,  rafinozanı,  pektini,  inulini,  amin  turşularını, 
üzvi turşuları, doymamış yağ turşularını və digər maddələri gös-
tərmək olar. 
Simbiotiklər - probiotik və prebiotiklərin müştərək kombina-
siyasıdır. 
Funksional  inqredientlərə  həmçinin  üzvi  turşular,  bioflavo-
noidlər, dabbaq maddələri, qlükozidlər və digər birləşmələr aiddir. 
Üzvi turşular (alma, limon, şərab, süd və s.) qida lifləri ilə bir-
gə bağırsaqda çürümə və qıcqırma proseslərinin qarşısını alır. On-
lar həzm sisteminə qıcıqlandırıcı təsir göstərir. Limfanın dğvr et-
məsini yaxşılaşdırır, qan dövranını stimullaşdırır, zərərli maddələ-
rin (ağır metallar, radioaktiv elementlər) kənarlaşmasına köməklik 
edir.  
Üzvi turşular maddələr mübadiləsində iştirak edir, bağırsağın 
hərəkət aktivliyini yaxşılaşdırır. Onlar adətən əlavə turşu yükü ya-
ratmır,  ferenlə  (üzvi  reagent)  oksidləşir,  mikrofloranın  müəyyən 
tərkibdə formalaşmasına, mühitin pH-nı aşağı salmaqla təsir edir, 
mədə şirəsinin orqanizmdə ifraz olunmasını stimullaşdırır. 
Sübut olunmuşdur ki üzvi turşular orqanizmdə nitrozaminlərin 
əmələ gəlməsinə mane olur ki, bu da onkoloji xəstəliklərin yaran-
ma riskinin azalmasına səbəb olur.  
Limon turşusu orqanizm tərəfindən kalsiumun yaxşı mənim-
sənilməsinə, ayrı-ayrı fermentlərin aktivləşməsinə səbəb olur. Li-
mon  və  alma turşuları qanda və  toxuma mayesində mübadilənin 
turş məhsullarının toplanmasına maneçilik törədir. Bu məhsullar 
beyində  cəmləşərək  yorğunluq  əmələ  gətirir.  Benzoy,  salisil  və 
sorbin turşuları antiseptik təsirə malik olurlar. Kəhrəba turşusu hü-
ceyrədaxili tənəffüs prosesini aktivləşdirir, etanolun toksiki təsiri-
ni azaldır, askorbin turşusunun mənimsənilməsini artırır.  
Bioflavonoidlər – (kversetin, rutin, piknoqenol və s.) antiok-
sidant aktivliyinə malikdir ki, bu da fenolların ağır metalların ion-
larını davamlı komplekslərə çevirməsinə, onların katalitik təsirlə-
rinin ləğv olunmasına əsaslanır. Bioflavonoidlər həmçinin antiba-
kterisid, antivirus, immunstimullaşdırıcı, damar genişləndirici tə-
sirlərə malikdir.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə