Firuddin cəFƏrov hasil fəTƏLİyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/116
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5628
1   ...   10   11   12   13   14   15   16   17   ...   116

43
 
P vitamini aktivliyinə malik olan flavonoid birləşmələr xüsu-
silə, katexinlər qan damarlarının  divarlarını  möhkəmlədir, kapil-
yarların kövrəkliyinin qarşısını alır. 
Dabbaq  maddələri-toxuma  hüceyrələrinin  zülallarını  əlaqə-
ləndirərək yerli toxucu təsirə malik olur, bağırsağın hərəkət aktiv-
liyini ləngidir və bununla da məhsulların sorulmasını gücləndirir 
və iltihab prosesinə qarşı təsir göstərir. Dabbaq maddələri həmçi-
nin  dezinfeksiyaedici  və  həzm  boşluğunun  selikli  qişasında  da-
marquruducu  təsirə  malik  olur.  Tanin  orqanizmdə  radioaktiv 
stronsium  90-nı  udur,  kənarlaşdırır  və  şüa  xəstəliyinin  qarşısını 
alır.  O,  həmçinin  orqanizmdən  ağır  metallardan  kadmium,  civə, 
qurğuşun və sinkin kənarlaşmasına imkan yaradır.  
Qlikozidlər  ürək-damar  sisteminə  (ürək  qlikozidləri)  müsbət 
təsir edir, iştahanı artırır, mədə keçiriciliyini gücləndirir.  
Saponinlər ödqovucu xüsusiyyətə, bəziləri isə tərqovucu təsirə 
malik olub, təzyiqi aşağı salır. Bəzi qlükozidlərin antioksidant xü-
susiyyəti də müəyyən olunmuşdur.  
  
1.5 . BİOLOJİ AKTİV ƏLAVƏLƏR (BAƏ) 
Bioloji aktiv əlavələr (BAƏ) yəni qida ilə eyni vaxtda istifadə 
edilən və ya qida məhsullarının tərkibinə daxil edilənlərdir. Onlar 
qidanın  mənbəyi,  həzm  komponentləridir.  BAƏ  qidaya  qatmaq 
üçün quru və ya maye konsentrat, ekstraktlar, cövhərlər, balzam-
lar, tozlar, şərbətlər, həblər, draj, kapsul və s. formada hazırlanır.  
Qidaya qatılan BAƏ nutrisevtiklərə (qida dəyərinə malik olan) 
və  parafarmasevtik  (bioloji  aktivliynə  malik  olan)  qruplarına 
bölünür.  
Nurtisevtiklər – essensial element olub, təbii qida inqrediyent-
ləridir. Vitaminlər və onların nümayəndələri, yarımdoymamış yağ 
turşuları,  fosfolipidlər,  ayrı-ayrı  mineral  maddələr  və  mikroele-
mentlər  (kasium,  dəmir,  selen,  sink,  yod,  flor),  əvəzolunmayan 
aminturşuları, bəzi mono- və disaxaridlər və qida lifləri (sellüloza, 
pektin, hemisellüloza və s.) bu qrupa aid edilən maddələrdir. 


44
 
Nutrisevtiklərin  profilaktiki  səmərəliliyini  çox  hallarda  eks-
periment  və  ya  kliniki  müşahidələrlə  qiymətləndirməyə  ehtiyac 
yoxdur. Bu məhsulların reseptlərinin ekspert qiymətləndirilməsi-
nin əsasında məlum olan ümumi ədəbiyyat məlumatları durur. 
Nutrisevtiklərin funksional  rolu aşağıdakı kimi  istiqamətlən-
mişdir: 
- essensial qida maddələrinin çatışmazlığının aradan qaldırıl-
ması; 
- maddələr mübadiləsinin istiqamətli dəyişdirilməsi
- orqanizmə ətraf mühitin əlverişsiz amillərinin təsirinə qarşı 
spesifik olmayan rezistentliyinin artırılması;  
- immunmodullaşdırma; 
- ksenobiotiklərin əlaqələndirilərək kənar edilməsi
- müalicəvi qidalanma. 
Təhlükəsizlik  və  effektliyin  qiymətləndirilməsi  aparılarkən, 
gündəlik BAƏ ilə qidaya əlavə edilən nutrientlər tərəfindən təmin 
olunan tələbat payı müəyyən olunmalıdır. 
A, D, B
1
, B
2
, B
6
, B
12
 vitaminlərinin, niasinin, foli və pantoten 
turşularının, biotinin miqdarı gündəlik tələbat normasından 3, E və 
C vitaminlərininki isə 10 dəfədən artıq olmamalıdır.  
BAƏ-in qidada tətbiqi geniş yayılmış piylənmə, ateroskleroz, 
ürək-damar,  bədxassəli  şişlərin,  immunçatışmazlığı  və  digər  və-
ziyyətlərin ilkin və təkrar pəhriz profilaktikasının effektli metodu-
dur. 
Parafarmasevtiklər qidanın həzin komponenti olub, profilik-
tikada, orqan və sistemlərin funksional aktivliyinin müdafiəsi və 
köməkçi terapiyasında istifadə olunur. 
Parafarmasevtiklərin tərkibinə daxil olan bütün bitkilər üçün, 
onların qida sənayesində tətbiqinə dair yerli və beynəlxalq norma-
tiv sənədlərlə icazə alınmalıdır. 
Orqanizmin hüceyrə və toxumalarında bir çox parafarmasev-
tiklərin başlanğıc təsir miqdarının fizioloji səviyyəsi məlum deyil 
(məsələn, biogen aminləri, oliqopeptidlər, qlükozidlər, üzvü turşu-
lar, saponinlər və s.), eyni zamnda yaşlı sağlam insanların da on-
lara təlabatı məlum deyildir.  


45
 
BAƏ-in çoxunda, məsələn qida və dərman bitkilərinin və di-
gər  təbii  xammal  növlərinin  mürəkkəb  kompleksindən  alınan 
ekstraktlarda,  ümumiyyətlə  aktiv  komponentlər  identifikasiya 
olunmamışdır. 
Dərman yüksək aktiv təsirli bitkilərindən ibarət olan parafar-
masevtiklərin təyin olunması zamanı dəqiq olmayan doza və təsir 
mexanizmi çox hallarda kompensator-adaptasiya xarakterli reaksi-
yasına görə adekvat olmaya bilər. O, ya güclü və ya zəif ola bilər. 
Bu  isə  orqanizmdə  patoloji  dəyişikliklərin  yaranmasına  gətirib 
çıxarır. Məsələn, əgər ümumi adaptasiya sindromunda qlükokorti-
koidlərin sekresiyası artıq olduqda, onda onlar immunoloji, spesi-
fik olmayan müdafiə reaksiyalarının (iltihabın) inkişafının qarşısı-
nı alır və bu zaman xeyli xəstəlikıərin yaranma riski artır, çünki 
immun sisteminin funksional aktivliyi kifayət qədər olmur. 
BAƏ - parafarmasevtiklər çox hallarda qidanın təbii kompo-
nent mənbəyi olsa da, qida dəyərinə malik olmur. Ancaq qidalan-
manın  əvəzolunmayan  amili  qida  və  dərman  bitkilərinin,  dəniz 
məhsullarının və heyvani toxumaların üzvü komponentləridir. 
BAƏ  -  parafamasevtiklərə  aid  olan  məhsullara  mikroorqa-
nizmlərin kompozisiyası əsasında hazırlanan məhsullar aid edilir. 
Bu  məhsullar bağırsağın  mikrobiosenozunu saxlayan və  normal-
laşdıran  (eubiotiklər/probiotiklər)  məhsullardır.  BAƏ-in  təsiri 
spesifik olaraq ayrı-ayrı orqanları və sistemləri fizioloji cəhətdən 
saxlayır və nizamlayır. BAƏ açıq satışda ərzaq mağazalarının xü-
susi şöbələrində və apteklərdə reseptsiz realizə olunur. BAƏ para-
farmasevtiklər xəstə insanın diaterapiyasında köməkçi vasitə və ya 
spesifik profilaktiki vasitə kimi istifadə edilməzdən əvvəl həkim-
mütəxəssislə məsləhətləşmək lazımdır. 
Qablanmış  bioloji  aktiv  maddələrin  etiketi  üzərində  aşağı-
dakılar əks olunmalıdır: 
-
 
məhsulun adı və növü; 
-
 
texniki şərtlərin №-si; 
-
 
istifadə sahəsi; 
-
 
istehsalçı təşkilatın adı və ünvanı; 
-
 
məhsulun kütləsi və həcmi


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə