Firuddin cəFƏrov hasil fəTƏLİyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/116
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5628
1   ...   12   13   14   15   16   17   18   19   ...   116

50
 
Bir  sıra  istehsal  sahələrinin  işçiləri  üçün  ancaq  vitamin 
preparatlarının verilməsi (yüksək temperatur və intensiv istilik və 
şüalanmaya  məruz  qalanlar  üçün)  nəzərdə  tutulur:  2  mq  A 
vitamini, 3 mq B
1
 və B
2
, 150 mq C vitamini və 20 mq PP -vitamini 
təyin  edilir;  tütün-tənbəki  və  nikotin  istehsalında  nikotin  tozuna 
məruz  qalanlar  üçün  –  2mq  B
1
-vitamini  və  150  mq  C  -vitamini 
məsləhət görülür.  
MPQ  və  vitaminlərin  verilməsinə  tibbi-sanitar  və  sağlamlıq 
məntəqələrinin işçiləri nəzarət edirlər.  
Mülaicəvi-profilaktiki qidalanma ilə yanaşı toksiki maddələr-
lə  təmasda  olan  fəhlələr  üçün  də  hər  gün  süd  verilməsi  nəzərdə 
tutulur.  
Müalicəvi-profilaktiki qidalanma rasionunun tərtibi müxtəlif 
qida komponentlərinin kimyəvi birləşmələrə detoksikasiyanın ef-
fektli təsirinə və fiziki amillərin zərərli təsirini azaltmaq qabiliy-
yətinə əsaslanır. Zərərli maddələr bu zaman onların təsir mexaniz-
minə görə təsnifləşdirilir. Rasionların profilaktiki istiqamətlənmə-
si  balanslaşdırılmış  qidalanmanın  əsas  konsepsiya  prinsiplərinə 
riayət  olunmadan  təmin  oluna  bilməz.  Buna  görə  də  istənilən 
rasion özünün enerji dəyərinə və kimyəvi tərkibinə görə, bütöv-
lükdə gündəlik qidalanma ilə peşəkar əhali qrupunun ayrı-ayrı qi-
da komponentlərinə təlabatını ödəməlidir.  
Müalicəvi-profilaktiki  qidalanma  rasionlarının  enerji  dəyəri 
gündəlik  təlabatın  təxminən  45%-ni  təşkil  etməlidir.  Müalicəvi-
profilaktiki qidalanmanın rasionunda orta hesabla, zülallar - 60 q, 
yağlar - 50 q, karbohidratlar -160 q, enerji dəyəri isə - 5,86 MC 
(1400 kkal)-dur.  
Pulsuz isti səhər yeməkləri yeyən işçilərə, vitaminlər yeməklə 
birgə  verilir.  Ancaq  vitamin  verilməsi  işi  yeməkxanalarda  təşkil 
olunur. Bu zaman aşağıdakı qaydalara əməl olunmalıdır: 
1.
 
C
,
 B
1
, PP - vitaminləri kristal formada istifadə olunmalıdır. 
Çünki  draj  və  həbb  formasında  onların  həm  qiyməti  baha  olur, 
həm də işçilərin qəbuluna nəzarət də çətinləşir. 
2.
 
Vitaminlərin su məhlulunda hazır xörəyə qatılması məslə-


51
 
hət görülür. Vitamin məhlulu hər gün elə hazırlanır ki, çay qaşı-
ğında (4 ml) lazım olan bir vitaminin və ya hamısının birgə dozası 
olmuş olsun.  
3.
 
Vitamin payı yeməkxanada həkim və ya tibb bacısının nə-
zarəti altında hazırlanmalıdır. Müəyyən dozaya malik olan vitamin 
tozları isti suda ancaq lazım olan təqdirdə həll edilir, çünki, məhlul 
saxlanılarkən  hətta  bir  neçə  saat  ərzində  C  vitamini  parçalanır. 
Məhlulun 50 adam üçün hazırlanması məsləhət görülür.  
4.
 
Əgər  müalicə-profilaktiki  qida  isti  səhər  yeməyi  for-
masında verilirsə, onda vitamin məhlulu çay və ya kofeyə əlavə 
edilir.  Əgər  tək  vitamin  verilməlidirsə,  onda  onların  məhlulu  (1 
çay qaşığı) şorbaya və ya şirin xörəyə tökülür.  
A-vitamini  yağda  həll  edilir  və  isti  xörəklərin  qarnirinə 
(bişmiş səbzəvat) adambaşına 2 mq (və ya 6600 ME) olmaqla qa-
tılır.  Sex  yeməkxanaları  olmayan  zavodlarda  ümumi  zavod  ye-
məkxanaları olur. A-vitamini işçilərin sayı nəzərə alınmaqla yağda 
və ya qarnirdə həll edilir. Bəzi hallarda vitaminlərin həb və ya draj 
formasında verilməsinə icazə verilir. 
 
 2.2. MÜALİCƏVİ - PROFİLAKTİKİ QİDALANMA 
XÖRƏKLƏRİNİN HAZIRLANMA TEXNOLOGIYASINA 
TƏLABAT 
Peşənin zərərliyindən asılı olaraq səhər və ya nahar yeməkləri 
ciddi  təsdiq  olunmuş  müalicəvi-profilaktiki  qida  rasionunun 
normalarına uyğun hazırlanmalıdır.  
Təsdiq  olunmuş  rasionun  hər  hansı  bir  məhsulu  olmadıqda, 
nadir hallarda onu qida və bioloji dəyərinə görə daha yaxın olan 
başqa məhsulla əvəz etmək olar.  
Qeyd  etmək  lazımdır  ki,  hər  rasion  üçün  məhsul  dəsti  və 
onların miqdarı lazım olan nisbətdə olmaqla, istehsalın zərərli fi-
ziki  və  kimyəvi  amillərin  təsiri  zamanı  xeyli  profilaktiki  effekt 
vermək  imkanına  malikdir.  Buna  görə  də  məhsul  dəstində  olan 


52
 
məhsulun digəri ilə səmərəsiz əvəz olunması, rasionun ümumi mü-
dafiə təsirinə mənfi təsir göstərir.  
Qida məhsullarının birinin  digəri ilə  əvəz olunmasını norma 
daxilində həyata keçirmək tələb olunur.  
Hər rasion üçün 6-10 günlük menyu tərtib olunur. Müalicəvi-
profilaktiki qidalanmanın 6 günlük isti səhər yeməkləri menyusu 
aşağıdakı kimidir:  
 
 Rasion №1 
Kələm salatı 
Kələm salatı 
Xamalı qaraciyər 
Kartoflu qızardılmış balıq 
Şor pudinqi  
Meyvələr 
İlıq yumurta 
Qatıq  
Meyvələr 
Çörək, çay 
Qatıq  
 
Çörək, çay 
 
Vineqret  
Göy noxudlu marinadlaşmış 
çuğundur 
Kartoflu suda bişirilmiş mal əti 
Stroqanova görə qaraciyər 
Kələmlə bişirilmiş omlet 
Südlü şor 
Meyvələr 
Meyvələr 
Qatıq 
Qatıq  
Çörək, çay 
Çörək, çay 
 
Tərəvəz salatı 
Vineqret  
Pörtülmüş qarnirli ət  
Vermişelli xırda kiftələr 
Xamalı kəsmik kətəsi  
Pendirli arpa sıyığı 
Meyvələr 
Meyvələr 
Qatıq  
Qatıq  
Çörək, çay 
Çörək, çay 
  
 Rasion №2 
Tərəvəz salatı Marinadlı balıq 
Makaronlu pördlədilmiş mal əti Vermişelli qaraciyər 
Çay qəndlə Çay qəndlə 
Qatıq Qatıq 
Pendir, çörək Pendir, çörək 
Kələm salatı Tərəvəzli pörtlədilmiş kartof 
Yumurta və düyülü antrekot Makaron ətlə 
Çay qəndlə Çay qəndlə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə