Firuddin cəFƏrov hasil fəTƏLİyev



Yüklə 2,8 Kb.

səhifə2/116
tarix20.10.2017
ölçüsü2,8 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   116

5
 
G İ R İ Ş 
XX əsrin sonunda “sağlam qidalanma” haqqında yeni dünya 
konsepsiyası qəbul edilmişdir. Bu konsepsiyanın əsasını “probio-
tiklər və funksional qidalanma” proqramı təşkil edir. 
Funksional qida məhsulları dünya miqyaslnda geniş şöhrət qa-
zanmışdır.  Funksional  məhsulların  hazırlanmasına  dair  ilk  layi-
hələrə  1984-cü  ildə  başlanılmış,  1987-ci  ildə  isə  artıq  100  adda 
məhsul  istehsal  olunmuşdu.  Hal-hazırda  funksional  məhsullar 
ümumi  məhsulların  5%-ni  təşkil  eir.  Mütəxəssislər  belə  hesab 
edirlər ki, funksional məhsullar profilaktiki təbabətin ənənəvi dər-
man preparatlarının 40-50%-ni əvəz edir. 
Funksional məhsullara dənli səhər yeməkləri, çörək-kökə, ma-
karon  və  qənnadı  məmulatları,  dəniz  məhsulları,  alkoqollu  və 
alkoqolsuz içkilər, meyvə şirələri, mədəni və yabanı bitki xammal-
larınıın ekstraktları, meyvə-tərəvəz məhsulları, ətin və südün emal 
məhsulları, arıçılıq məhsulları aiddir. Ən böyük xüsusi çəkiyə (65-
70%) süd məhsulları malikdir. 
Dövlətin  qidalanma  sahəsində  elmi-texniki  siyasəti  xalqın 
sağlamlığının möhkəmləndirilməsinə yönəldilməlidir. Bu məsələ-
nin həlli üçün yüksək keyfiyyətli məhsul istehsalı tələb olunur. 
Kimyəvi tərkibinə görə tam keyfiyyətli olmayan qida xamma-
lının istifadəsi, texnoloji işlənməsi və digər səbəblər nəticəsində 
insan orqanizmi lazım olan miqdarda əvəzolunmayan komponent-
ləri qəbul edə bilmir. 
Tərəvəzlərdə nutrientlər optimal nisbətdə olur. Məlum olmuş-
dur  ki,  tərəvəzlərin  qida  rasionuna  daxil  edilməsi,  orqanizmdən 
zərərli maddələrin kənarlaşmasına kömək edir. 
Yabanı  bitkilər  əlavə  qida  məhsulları  sayılır.  Onlar  bir 
tərəfdən  qida  rasionunda  müxtəliflik  yaradır,  digər  tərəfdən  isə 
onu bioloji aktiv maddələrlə zənginləşdirir. 
Bitki aləmini öyrənən tədqiqatçılar qeyd edirlər ki, zəngin bit-
ki  aləmi  haqqında  olan  bilgilər  nəinki  insanı  qida  məhsulları  ilə 
təmin  edir,  eyni  zamanda  onun,  mühit  amillərinə  optimal  psixo-
fizioloji uyğunlaşmasına təminat verir. 


6
 
Funksional  qida  məhsullarının  yaradılması  zamanı  mütləq 
xammalın kimyəvi tərkibi, qidalılıq dəyəri, xüsusi texnoloji emal 
üsulları haqqında məlumata malik olunmalıdır. 
Funksional  qida  məhsulları  və  onların  komponentləri  insan 
orqanizmindəki metabolizmi modifikasiya etməklə müxtəlif xəs-
təliklərin  əmələ  gəlməsinin  qarşısının  alınmasında  mühüm  rol 
oynayır. 
Bu gün qida sənayesi bütün dünyada qibtə ediləcək bir təşəb-
büslə üçüncü minilliyin yeni funksional qida məhsullarının yara-
dılması üçün çalışmaqdadır. Bu məhsullar antikanserogen, antiok-
sidant, iltihaba qarşı, xolesterin nizamlayıcısı və digər bu kimi xe-
yirli xüsusiyyətlərə malik olmalıdır. 
Ətraf mühitinn kimyalaşdırlması, qida əvəzedicilərinin qəbu-
lu,  qida  rasionunun  balanslaşdırılmaması,  xəstələnməyə,  vaxtsız 
qocalmaya və həyatın qısalmasına səbəb olur. Bu vəziyyət əhali-
nin səmərəli qidalanma mədəniyyəti məsələlərinin aşağı səviyyə-
də olması, sağlam həyat tərzi vərdişlərinin olmaması ilə əlaqədar 
olaraq dərinləşir. 
Bazar  iqtisadiyyatı  dövründə  iqtisadi  durum  bu  sosial  prob-
lemlərin kəskinləşməsinə səbəb olur. 
Adambaşına düşən heyvan mənşəli zülalın miqdarı böhran sə-
viyyəsinə (32 qram əvəzinə 30 qram) düşmüşdür. Nəticədə immu-
nitet zəifləməklə, hamilə qadınlarda anemiya, yeniyetmələrdə bə-
dən çəkisinin azalması və yeni doğulan körpələrdə fiziki parametr-
lərin aşağı düşməsi müşahidə olunur. Uşaqlarda erkən yaşlarda zü-
lallı maddələrin çatışmazlığı beynin formalaşmasında material ça-
tışmazlığına səbəb olur ki, bu da psixi cəhətdən tam formalaşmaya 
təhlükə yaradır. 
Qida  rasionunda  xaricdən  gətirilən  məhsulların  istifadə  edil-
məsi,  orqanizmin  yeni  tərkibli  qida  məhsullarına  uzun  müddətli 
adaptasiya olunma reaksiyasına səbəb olur ki, bu da stress və sağ-
lamlığın pozulması hallarını yaradır.  
Qida sənayesi və ictimai iaşə məhsullarının rəqabətə davamlı-
ğını təmin etmək üçün, xammalın səmərəli kompleks emalını tə-
min edən yeni texnologiyalar işlənməlidir. 


7
 
Bu,  təkrar  material  ehtiyatlarından  istifadədən  asılıdır.  Yeni 
texnologiyaların  tətbiqi  yüksək  keyfiyyətli  təhlükəsiz  qida  məh-
sullarının yaradılmasına imkan verəcəkdir. 
Qida  sənayesi  və  ictimai  iaşənin  mühəndis  texnoloqlarının 
prioritet  fəaliyyət  istiqaməti,  yerli  təbii  xammalın  əsasında  yeni 
texnologiyaların işlənməsidir. 
Qida  məhsullarının  keyfiyyətinin  və  təhlükəsizliyinin  təmin 
edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına döv-
lət  nəzarətinin  həyata  keçirilməsi  qaydaları  elm  və  aqrar  sənaye 
kompleksinin  qarşısında  əhalinin  fizioloji  təlabatını  yüksək  key-
fiyyətli  bioloji  qiymətli  və  təhlükəsiz  qida  məhsulları  ilə  təmin 
edilməsi məsələsini qoyur. Bu qaydalar “Yeyinti məhsulları haq-
qında”  Azərbaycan  Respublikası  Qanununun  tətbiq  edilməsi  ilə 
bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidenti-
nin 2003-cü il 23 oktyabr tarixli, 969 saylı Fərmanına və qüvvədə 
olan digər qanunvericilik aktlarına əsasən hazırlanmışdır.  
Sağlam qidalanmada dövlət siyasətinin əsas prinsipləri aşağı-
dakılardır: 
1. Qida məhsulları insan sağlamlığına zərər vurmamalıdır 
2. Uşaqların səmərəli qidalanması və onların sağlamlıqlarının 
vəziyyəti dövlətin əsas diqqət predmeti olmalıdır 
3. Havanın, su hövzələrinin və torpağın davamlı çirklənməsi 
ilə  əlaqədar  olaraq  qidalanma  insan  orqanizmini  ətraf  mühitin 
əlverişsiz şəraitindən mühafizə etməlidir 
4.  Qidalanma  tək  insan  orqanizminin  qida  maddələrinə  və 
enerjiyə  olan  fizioloji  təlabatını  ödəməməli,  eyni  zamanda 
profilaktiki və müalicə məsələlərini də həll etməlidir. 
Bütün  bu  məsələlər  “2008-2015-ci  illərdə  Azərbaycan  Res-
publikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair” 
Dövlət  Proqramında  geniş  şərh  olunmaqla  məqsəd  və  vəzifələr 
müəyyənləşdirilmişdir. 
 
 




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   116


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə