Firuddin cəFƏrov hasil fəTƏLİyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/116
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5628
1   2   3   4   5   6   7   8   9   ...   116

14
 
Vitamin istehsalında dünyada lider olan - “Xoffman-Lya Roş” 
firması (İsveçrə) məhsulların zənginləşdirilməsi üçün yüksək key-
fiyyətli funksional inqredientlərin böyük çeşidini buraxır. 
Yaponiya hal-hazırda funksional qidalanmada liderdir. Bu öl-
kədə pozitiv qidalanmada qanunvericilik aktları daha dəqiq və hər-
tərəfli işlənmişdir. Layihə 1984-cü ildə qəbul edilmiş və hökümət 
tərəfindən geniş müdafiə edilmiş, maliyyələşdirilmişdir. Buna gö-
rə  də  mütəxəssislərin  hesablamalarına  görə  Yaponiyada  funk-
sional məhsullar bazarı, yaxın vaxtlarda 7 mld. dollara çatacaqdır.  
Avropa ölkələri üçün kifayət qədər pozitiv qidalanma konsep-
siyası olub, bu, qida sənayesinin son istiqamətlərini müəyyən edir. 
Bu sahədə qanunvericilik hələ indi işlənilir, funksional məhsulla-
rın statusu isə ən çox müzakirə olunan müasir hüquqi məsələlərdən 
olub, onun tələblərinə görə qida insan xəstəliklərinin qarşısını al-
maq və müalicə etmək xüsusiyyətinə malik olmalıdır. 
Hal-hazırda  Avropa  Birliyi  dövlətlərində  və  ABŞ-da  elə  və-
ziyyət mövcuddur ki, funksional qida məhsulları sağlamlığın və-
ziyyətini yaxşılaşdırmaq xüsusiyyətinə malik olsa da, tibbi təlabat-
lara tam cavab vermir. 
“Sağlam  qidalanma”  ideyası,  istifadəçilər  arasında  get-gedə 
daha çox şöhrət qazanmaqdadır.  
 İstehlakçıların tələbatının hətərəfli ödənilməsi üçün funksio-
nal qida məhsulları əsas 3 keyfiyyətə malik olmalıdır: xoşa gələn 
dada, istifadə zamanı rahatlığa və sağlamlıq üçün faydalılığa. 
Beləliklə pozitiv qidalanmanın tətbiq ounması ölkənin ümumi 
inkişafından, qida sənayesinin həm də elmi texnologiyanın inkişaf 
səviyyəsindən asılıdır.  
Funksional xüsusiyyətli yağ-piy məhsulları sahəsində alim və 
istehsalçılar  funksional  inqredientli  kombinəedilmiş  yağların  və 
aşağı yağlı marqarin və mayonez çeşidlərinin yaradılması yolu ilə 
getmişlər. 
Funksional  inqredientlərə  malik  olan  alkoqolsuz  içkilər,  o 
cümlədən şirələr, şirəli içkilər, morslar, kvas və çay insanların hə-
yatına məhdud şəkildə daxil olmuşdur.  
 
 


15
 
 
1.2. FUNKSIONAL QIDALANMANIN ELMI ƏSASLARI 
1.2.1. Balanslaşdırılmış qidalanma  
A.A.Pokrovskinin balanslaşdırılmış qidalanma nəzəriyyəsinə 
görə, orqanizmin normal həyat fəaliyyətinin təmin edilməsi yalnız 
enerji və zülalın adekvat miqdarından yox, həm də çox saylı əvəz-
olunmayan  qidalanma  amillərinin  qarşılıqlı  əlaqələrinə  riayət 
etməkdən asılıdır. 
Rasionda  ayrı-ayrı  maddələrin  nisbətini  müəyyənləşdirən 
balanslaşdırılmış  qidalanma  konsepsiyası  kimyəvi  prosesləri  xa-
rakterizə edən mübadilə reaksiyalarının cəmini əks etdirir. 
Təkamülün bütün mərhələlərində qida assimilyasiyası proses-
lərini müəyyən edən əsas qanunauyğunluqlar, orqanizmin ferment 
sistemlərinin qidanın kimyəvi strukturuna uyğunluğu ilə müəyyən 
olunur  və  bu  uyğunluğun  pozulması  bir  çox  xəstəliklərə  səbəb 
olur. Bu qaydaya qida assimilyasiyasının bütün  səviyyəsində və 
qida  maddələrinin  çevrilmələrində  -  mədə-bağırsaq  sistemində 
həzm olunmada, sorulmada, qida maddələrinin toxumalarda hərə-
kətində,  hüceyrənin  qidalanma  prosesində,  həmçinin  mübadilə 
məhsullarının kənar olunmasında riayət olunmalıdır.  
Yuxarıda qeyd olunan qaydanın pozulması orqanizmin fizio-
loji  vəziyyətinin  əhəmiyyətli  dərəcədə  pozulmasına  səbəb  olur. 
Buna  görə  də  onun  normal  həyat  fəaliyyətini  təmin  etmək  üçün 
qidanın  tərkibinə  mütləq  əvəzolunmayan  qida  maddələri  qatılır. 
Onların kimyəvi strukturu (orqanizmin ferment sistemi tərəfindən 
sintez olunmayan) maddələr mübadiləsinin normal getməsi üçün 
vacibdir. 
İnsanın qida məhsullarına və enerjiyə təlabatının müasir təsəv-
vürləri aşağıdakı cədvəldə verilir (cədvəl 1.2). 
Zülal maddələrinə görə balanslaşmış rasionu müəyyən edər-
kən diqqət ayrı-ayrı aminturşuların nisbətinə yönəldilməlidir. Bu, 
zülalların mənimsənilməsi və sintez prosesinin tələb olunan səviy-
yəsini təmin etmək üçün mühüm əhəmiyyət kəsb edir. 


16
 
Balanslaşmış aminturşuları tərkibinə malik olan qida məhsul-
larının zülalları daha yaxşı mənimsənilir. 
Rasionda  olan  əvəzolunmayan  aminturşularının  çatışmazlığı 
və ya balanslaşmaması böyümə və inkişafın dayanmasına, həmçi-
nin bir sıra digər pozğuntulara gətirib çıxarır.  
Balanslaşmış aminturşuları tərkibinin vacibliyi tək onun yaxşı 
mənimsənilməsindən  yox,  eyni  zamanda  BAM-ın  qarşılıqlı  ney-
trallaşdırma təsirindən də asılıdır. Bu vəziyyət natural məhsulların 
ayrı-ayrı aminturşularla zənginləşdirilməsi planlaşdırılarkən nəzə-
rə alınmalıdır.  
 Cədvəl 1.2  
Yaşlı insanların qida və bəzi BAM-ə olan orta gündəlik 
təlabatı (gündə 3000 kkal enerji sərfinə görə) 


Qida maddələri 
Gündəlik təlabat 
Su, q: 
1750-2200 
o cümlədən içməli (su, çay, kofe, şirə və s.) 
800-1000 
o cümlədən şorbada 
250-500 
o cümlədən qida məhsulunda 
700 
Zülallar, q 
83-100 
o cümlədən heyvani, q 
45-55 
Əvəzolunmayan aminturşuları, q: 
 
triptofan  

leysin  
4-6 
izoleysin  
3-4 
valin  

lizin  
3-5 
metionin  
2-4 
fenilalanin  
2-4 
treonin  
2-3 
Əvəzolunan aminturşuları, q: 
 
Histidin 

Arqinin 
5-6 
Sistein 
2-3 
Tirozin 
3-4 
Alanin 

Serin 

qlütamin turşusu 
16 
asparagil turşusu 



Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə