Firuddin cəFƏrov hasil fəTƏLİyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/116
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5628
1   2   3   4   5   6   7   8   9   ...   116

17
 
Cədvəl 1.2 –nin davamı 


Prolin 

Qlikoqol 

Karbohidratlar, q:  
 
o cümlədən nişasta 
400-500 
şəkər, q 
50-100 
mineral maddələr, mq: 

PP (nikotin turşusu) 
15-20 
pantoten turşusu B
3
 və ya B
5
 vitamini 
5-10 
A vitamini (müxtəlif formalar) 
1,5-2,5 
biotin  
0,15-0,3 
xolin xlorid 
500-1000 
Qida lifləri, q: 
20-25 
o cümlədən sellüloza, pektin 
10-15 
yağlar, q: 
80-100 
o cümlədən bitki yağları 
20-25 
xolesterin, q 
0,3-0,6 
Fosfolipidlər (lesitin və başq.) q, Üzvi turşular 
(alma, süd və başq.) q 

Kalsium 
800-100 
Ca:P nisbəti 
1:1,5 
Fosfor 
1000-1500 
natrium  
4000-6000 
kalium  
2500-5000 
xlor  
5000-7000 
Ca:Mg nisbəti 
1-0,7 
maqnezium  
300-500 
dəmir 
15 
Sink 
10-15 
Manqan 
5-10 
Xrom 
2-2,5 
Mis 

Kobalt 
0,1-0,2 
Molibden 
0,5 
Selen 
0,5 
Flor 
0,5-1,0 
Yod 
0,1-0,2 
Vitaminlər, mq:  
 
C vitamini(askorbin turşusu) 
70-100 


18
 
Cədvəl 1.2 –nin davamı 


B
1
 (tiamin) 
1,5-2 
B
6
 (piridoksin) 
2-3 
B
12
 (kobalamin) 
0,002-0,003 
B
2
 (riboflavin) 
2,0-2,5 
P (rutin) 
25 
Foli turşusu (folasin) 
0,2-0,4 
E vitamini (müxtəlif formalar) 
2-6 
K vitamini (müxtılif formalar) 
0,5-2,0 
Lipo turşusu 
3-5 
Inozit  
500-1000 
Bioflavonoidlər 
30-50 
D vitamini, ME/mkq 
100-400/2,5 
Enerji dəyəri, kkal /kcoul 
1800/42 
Əvəz olumayan yarımdoymamış yağ turşuları tək orqanizmin 
normal qidalanması üçün vacib olmayıb, eyni zamanda xolesterin 
mübadiləsinə əlverişli təsir göstərir. Ən optimal variant rasiona 1/3 
pay bitki yağının qatılmasıdır. Bitki yağlarının bioloji dəyəri yal-
nız  yarımdoymamış  yağ  turşularının  miqdarından  asılı  olmayıb, 
eyni zamanda onun tərkibində yüksək keyfiyyətli fosfatidlərin və 
tokoferolların olmasından da asılıdır. Qeyd etmək lazımdır ki, mü-
badilənin tipi və onun biokimyəvi sistemləri qidalanmanın dəyişən 
xarakterləri  ilə  birgə  tədricən  inkişafı  təmin  edir.  Buna  görə  də 
cədvəldə orqanizmin ferment və hormon sitemlərinin qurulmasın-
da vacib olan, həyati fəaliyyət üçün mühüm rol oynayan mikroele-
ment və vitaminlərin miqdarı göstərilmişdir.  
Vitamin  və  mikroelementlərə  olan  təlabat  qidalanmanın  xa-
rakterindən, orqanizmin yaşından və s. asılı olaraq dəyişir. 
Beləliklə, balanslaşmış qidalanma prinsipi insan orqanizminin 
həyat fəaliyyəti üçün vacib olan hər hansı qrup maddələrlə məh-
dudlaşa bilməz.  
Balanslaşmış və ya balanslaşmamış qidalanmanı qiymətləndi-
rərkən mütləq qidalanmada əvəzolunmayan amillər kompleksinə 
istiqamətlənmək  lazımdır.  Optimal  qidalanma  dedikdə  düzgün 
təşkil olunmuş və fizioloji ritmə uyğun gələn dadlı, yüksək qida-


19
 
lılıq  dəyəri  olan  adekvat  miqdarda  əvəzolunmayan  qida  maddə-
lərinə malik olan məhsullar başa düşülür.  
 
1.2.2. Adekvat qidalanma  
Bu gün qida texnologiyasının bazisi balanslaşdırılmış qidalan-
ma nəzəriyyəsidir. O, enerji və plastik komponentlərə olan təlabata 
görə vitaminlər, əvəzolunmayan aminturşular, mikroelementlər və 
s.  çatışmazlığından  yaranan  xəstəliklərin  aradan  qaldırılmasının 
elmi cəhətdən əsaslandırılmasına imkan vermişdir.  
Onun əsasında bütün əhali qrupları üçün fiziki yükü, iqlimi və 
s. həyat şəraitini nəzərə almaqla müxtəlif rasionlar yaradılmışdır. 
Bu nəzəriyəyə  uyğun olaraq bitkiçilik və heyvandarlıq  məh-
sullarının müasir emal texnologiyaları qurulmuşdur.  
Eyni zamanda balanslaşdırılmış qidalanma nəzəriyyəsinin nə-
ticəsində bir sıra fövqaladə ciddi səhvlər olmuşdur: 
1.
 
Birbaşa maddələr mübadiləsində iştirak edən məhsulların 
maddələrlə zənginləşdirilməsi ilə yaxşılaşdırılmış qidanın yaradıl-
ması və həmçinin ballast və zərərli birləşmələrin kənar edilməsi.  
Ancaq bu yol bir çox pozğuntulara gətirib çıxarır ki, bu da bə-
şəriyyətin xəstəlikləri kimi xarakterizə olunur.  
2.
 
Elementli (monomer) qidalanma. Qidanın maksimum də-
rəcədə faydalı olması ideyası, həyatı təmin etmək üçün, emala və 
tərkibinin korreksiyasına və s. ehtiyac olmayan kompleks maddə 
yaratmaq ideyasını formalaşdırmışdır. Sorulan elementlər qarışı-
ğından xüsusilə monomerlərdən ibarət olan optimal qarışıqlardan 
ideal qidanın sənaye istehsalına keçmə təsəvvürü yaranmışdır.  
3.
 
Birbaşa (parenteral) qidalanma. 1908-ci ildə Fransız kim-
yaçısı  Bertlo  tərəfindən  formalaşmış  belə  bir  fikir  vardır  ki,  gə-
ləcəyin əsas məsələlərindən biri, qana nutrientlərin birbaşa mədə-
bağırsaq sistemindən kənar yeridilməsidir.  
Balanslaşdırılmış qidalanma nəzəriyyəsinin bir sıra vəziyyət-
lərinin membran həzminin nəzərə alınması ilə eksperimental yox-
lanılması və elmdə yeni kəşflərin olması, əsas müddəalara yenidən 
baxılması zərurətinə gətirib çıxarmışdır.  


20
 
Tədqiqatların nəticəsi göstərmişdir ki, qidaya balanslı yanaş-
ma və ondan yaranan qidanın rafinləşməsi (ballastız) ideyası xeyli 
zərərə  səbəb  olmuşdur.  Belə  ki,  ballast  maddələrin,  sellülozanın 
payının  rasionda  azadılması,  mədə-bağırsaq  sistemində,  qara  ci-
yərdə, öd yollarında bir çox xəstəliklərin artmasına, maddələr mü-
badiləsinin  pozulmasına,  piylənmənin  yaranmasına  və  s.  səbəb 
olmuşdur. 
Balanslaşdırılmış  qidalanma  nəzəriyyəsində  yaranan  böhran 
və  əvvəllər  məlum  olmayan  vacib  mexanizmlərin  kəşf  edilməsi 
(lizosom və membran tipli həzmetmə, müxtəlif tip nəqletmə, ba-
ğırsaq-hormon sisteminin ümumi səmərəsi), orqanizmlərinə nəza-
rət edilən bakteriyalar yeridilmiş, mikrobsuz heyvan və insanın bir 
sıra xüsusiyyətlərinin müqayisəli nəticəsi, orqanizmə element pəh-
rizinın  təsirinin  bir  başa  tədqiqının  göstəriciləri  kimi  onun  əsas 
müddəalarına yenidən baxılmasına gətirib çıxarmışdır.  
Belə  təftiş  adekvat  qidalanmanın  formalaşmasına  imkan 
vermişdir ki, onun da əsasını yeni müddəalar təşkil edir: 
1. Qidalanma molekulyar tərkibi saxlayır və orqanizmin əsas 
mübadiləyə, xarici işə və böyüməyə enerji və plastik sərfiyyatının 
yerini doldurur (bu klassik və yeni qidalanma nəzəriyyəsinin ümu-
mi müddəasıdır). 
2. Qidanın  vacib  komponentləri tək nutrientlər  yox, həm  də 
ballast maddələridir. 
3. Normal qidalanma mədə-bağırsaq sisteminin nutrientlərinin 
bir axımından yox, həyati əhimiyyətə malik olan bir neçə nutrient 
axımından və nizamlayıcı maddələrdən asılıdır.  
4. Orqanizmdə bağırsaq mikroflorası tərəfindən yaradılan en-
doekologiya mövcuddur.  
5.  Qida  maddələrinin  balansı  qidanın  strukturu,  nutrientlərin 
makromolekullarının  fermentativ  parçalanması,  həmçinin  yeni 
maddələrin sintezi hesabına tənzimlənir. 
İlkin və ikinci hazır nutrientlərin nisbi rolu geniş həddə özünü 
göstərir. 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə