Firuddin cəFƏrov hasil fəTƏLİyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/116
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5628
1   2   3   4   5   6   7   8   9   10   ...   116

21
 
 
1.2.3. Səmərəli qidalanma  
Adekvat qidalanma nəzəriyyəsi müddəalarının praktiki olaraq 
həyata keçirilməsi səmərəli qidalanma nəzəriyyəsini təşkil edir və 
aşağıdakı qanunları özündə əks etdirir: 
1.  Orqanizmin  bütün  həyat  fəaliyyəti  növlərində  sərf  etdiyi 
enerji ilə daxil olan qidanın enerjisi (enerji dəyəri) arasındakı ta-
razlığa riayət olunması. 
2. Ayrı-ayrı qida komponentlərinin optimal nisbətlərinin hər 
hansı bir fərdin və ya əhali qrupunun təlabatları ilə uyğunluğu. 
3. Qidada əvəzolunmayan qida maddələrinin olması. 
4. Qidada müdafiəedici komponentlərin olması. 
5. Qidanın həzmi və mənimsənilməsinə kömək edən orqano-
leptik dəyərin təminatı. 
6. Qidanın, qida və bioloji dəyərini azaltmayan və qidada z-
hərli maddələr yaratmayan rasional texnoloji işlənmə metodlarının 
tətbiqi. 
7. Qida qəbulunun gün ərzində bioritmə, əmək və digər fəaliy-
yət növlərinin xarakter və rejiminə uyğun bölünməsi. Qidalanma 
rejiminin əsasını qidalanmanın müntəzəmliyi, gün ərzində hissə-
hissə qidalanma, hər qida qəbulu zamanı məhsulun səmərəli seçil-
mə prinsipinə əməl olunması və gün ərzində qidanın səmərəli pay-
lanması prinsipləri təşkil edir. 
8. Rasionun profilaktiki istiqaməti nəzərə alınmaqla orqaniz-
min yaşının və hərəkət aktivliyinin uçotu.  
Səmərəli qidalanmanın həyata keçirirlməsində kombinə edil-
miş qida məhsulları mühüm rol oynaya bilər. 
 İnsanın bu və ya digər qida məhsullarını kifayət qədər qəbul 
etməməsi ilə əlaqədar olaraq mürəkkəb resept tərkibli kombinə 
edilmiş qida məhsullarının yaradılmasına kəskin ehtiyac yaran-
mış olur. 
Kombinə edilmiş qida məhsullarının istehsalı aşağıdakı istiqa-
mətlərdə həyata keçirilir: 


22
 
1. Qidanın aminturşu tərkibinin ona peptid yeridilməklə yax-
şılaşdırılması. Müəyyən olunmuşdur ki, səmərəliliyinə görə peptid 
hidrolizatları aminturşuları qarışığından və zülallardan, həmçinin 
mikrobioloji mənşəli zülallardan, dəniz məhsullarından, süd züla-
lından, qandan və izolyatlardan geri qalmır. 
2. Qida məhsulları istehsalında rəngin, dadın, strukturun yax-
şılaşdırılması  üçün  müxtəlif  qida  əlavələrinin  istifadə  olunması. 
Bu zaman təbii xammaldan alınan əlavələrdən istifadə edilməsi üs-
tünlüyə malikdir. 
3. Qida məhsulları istehsalında tətbiqi biotexnologiyadan isti-
fadə olunması. 
4. Əvəzolunmayan qida amillərindən qida məhsullarının zən-
ginləşdirilməsində istifadə olunması. 
 Kemerovo Qida Sənayesi Texnologiyası İnstitutunda kombi-
nə edilmiş qida məhsulları yaradılması üçün geniş tədqiqat işləri 
aparılır. Bu tədqiqatlar müasir tibbi-bioloji təlabatlara uyğundur. 
Xaricdə hal-hazırda kərə yağı istehsalının artırılması üçün aş-
qarlardan  istifadə  edilməsi,  müşahidə  olunmaqdadır.  Kərə  yağı 
dad əlavələri ancaq təbii şəkildə istifadə edilir ki, bu da onun tər-
kibinin  və  xüsusiyyətlərinin  əsas  komponentlərinin  (yağ,  zülal, 
karbohidrat) nisbətlərinin nizamlanması hesabına kombinələşmə-
sinə və keyfiyyət yaxşılaşdırıcılarının (struktur stabilizatoru, aro-
matlaşdırıcı, rəngləyici və s.) istifadə edilməsinə imkan verir. 
Süd məhsullarının kombinə edilməsinin xüsusilə perspektivli 
istiqaməti bitki mənşəli xammalın süd əsaslı olmasıdır.  
Bitki xammalı və onun emal məhsullarından istifadə edilmək-
lə süd yağı əsaslı məhsul istehsalı zamanı alınan məhsulun yüksək 
orqanoleptik  xüsusiyyətlərə  və  qida  dəyərinə  malik  olması  onun 
geniş dairədə istifadəsini mümkün edir. 
Son illər qida məhsulları istehsalında yerli bitki xammalından 
istifadə edilməsi geniş inkişaf etmişdir. Bu, bahalı ərzaq ehtiyatları 
sərfinə xeyli qənaət etməyə imkan verir. 
 
 
 


23
 
1.3. FUNKSIONAL MƏQSƏDLI QIDA MƏHSULLARI VƏ 
ONLARA VERILƏN TƏLƏBLƏR 
Bütün  qida  məhsullarını  ümumi  və  funksional  məqsədli  ol-
maqla 2 qrupa bölmək olar.  
Funksional qida məhsullarına müəyyən məqsəd üçün nəzərdə 
tutulan məhsullar aiddir. Bu əsasən qidanı təşkil edən maddələrin 
pay (zülal, amin turşuları, vitaminlər, lipidlər, mikro və makro ele-
mentlər, qida lifləri və digər maddələr) miqdarının azaldılması və 
ya artırılması ilə mümkün olur. 
Son illər qidalanmaya dair elmdə yeni istiqamət-funksional qi-
dalanmanın  konsepsiyası  formalaşmışdır  ki,  bu  da  funksional 
məhsulların istehsalının, realizəsinin nəzəri əsaslarının işlənməsi-
ni özündə birləşdirir. 
Pozitiv (funksional, sağlam) qidalanma konsepsiyası ilk dəfə 
Yaponiyada XX-ci əsrin 80-ci illərində yaranmışdır. Yapon tədqi-
qatçıları  funksional  məhsulların  qida  (enerji)  dəyəri,  xoşagələn 
dad və müsbət fizioloji təsir kimi 3 əsas xüsusiyyətini müəyyən-
ləşdirmişlər: 
Funksional  qida  məhsulları  ənənəvi  qida  maddələrinə  malik 
olmaqla yanaşı insanın sağlamlığına xeyirli təsir etməli, orqanizm-
də müəyyən prosesləri nizamlamalı və bəzi xəstəliklərin qarşısını 
ala bilmək xüsusiyyətinə malik olmalıdır. 
Funksional qida məhsullarının insan orqanizminə təsir spektri 
xeyli geniş olduğundan bir neçə qrupa bölünür. Bu baxımdan əsas 
diqqət tibbi-bioloji tələblərə yönəldilir (şəkil 1.1). Funksional qida 
məhsullarına verilən tələblər özünə məxsus spesifikliyə malikdir. 
Məsələn, pəhriz, o cümlədən uşaqlar üçün pəhriz qida məhsulları 
(ümumi təyinatlı) yağların, zülalların, amin turşularının, vitamin-
lərin, mikroelementlərin və s. məhdud miqdarda (yol verilən həd-
dədək olan miqdarı ilə) olması ilə seçilir. 
Qida məhsullarının funksional istiqaməti əsasən onların resep-
tinə daxil edilən bioloji aktiv əlavələrdən asılıdır. Bunu nəzərə al-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə