Firudin Ağasıoğlu (Cəlilov)



Yüklə 10,29 Mb.
Pdf görüntüsü
səhifə1/47
tarix11.09.2018
ölçüsü10,29 Mb.
#67896
  1   2   3   4   5   6   7   8   9   ...   47


 
 
 


 

 
Firudin Ağasıoğlu (Cəlilov) 
 
 
 
 
 
 
 
 
ETRUSK
 
-
 
TÜRK BAĞI  
 
IGaB krüt
 
- ksurtð 
 
 
  
 
 
 
 
 
 
 
 
Bakı - 2011 
 
 
 



 

Elmi redaktor: Nail Vəliyev 
 
 
 
Firudin Ağasıoğlu. Etrusk-Türk bağı. Bakı, 2010. 
“...” basımı. 180 s.  
 
Dünya tarixində sumerlər və basklar kimi qohumu olmayan, 
bəlkə tapılmayan yalqız xalqlardan biri də etrusklardır. Milad-
dan öncə I minil boyu yaşamış bu xalqın xeyli yazı örnəkləri 
qalsa da, dili hələ 2000 il öncə ölü dillər sırasına girmişdir. Son 
200 ildəsə minlərlə alim, uzman və  həvəskar araşdırıcılar et-
ruskların soykökünü tapmaq üçün etrusk dilini “açmaq” yolunu 
axtarır.  
Türkoloq F. Ağasıoğlunun yazdığı bu kitabda etruskların 
mənşəyi, tarixi, etnoqrafiyası, mifologiyası  və dili haqqında 
məlumat verilir, etrusk-türk əlaqələrindən geniş, həm də ilk 
dəfə sistemli şəkildə bəhs olunur. Elmi-populyar üslubda olan 
bu kitab müəllifin son 30 ildə türkologiya elminə gətirdiyi türk 
etnosunun Ön Asiyada yaranması baxışı üzərində qurulmuş 
yeni “Urmu nəzəriyəsi” əsasında yazılmışdır. Təkcə etruskların 
deyil, türklərin də  mənşəyinə aydınlıq gətirən etrusk-türk əla-
qələrinə aid yeni bəlgələr oxucular üçün maraqlı olacaqdır.    
 
 
 
© Ağasıoğlu 
 
 
 
 



 

Başlıqlar 
Önsöz ........................................................................  
Giriş .......................................................................... 
I Bölüm. Qaynaqlar .................................................  
Roma tarixində etrusk dönəmi .................................  
Eneydən Romula
 ......................................................  
Romuldan Tarkona
 ...................................................  
Etrusk mifologiyası ..................................................  
Etrusk dini
 .................. ...........................................  
Tanrılar
  .................................................................  
Demonlar
 ................................................................   
Etrusk kulturu ..........................................................  
Sosial durum
 ...........................................................  
Sənətkarlıq
 ..............................................................  
Etrusk dili .................................................................  
Etrusk yazı örnəkləri
.................................................. 
II Bölüm. Etruskların soykökü ................................  
Qafqaz (Azərbaycan) - Troya - Etruriya bağı
 
..........  
Etrusklar və saqa-qamər boyları ..............................
 
Koroğlu - Herekle bağı 
.............................................. 
Etrusk dilində türk sözləri ........................................  
Lemni yazısı
 ............................................................ 
Ədəbiyat ...................................................................   
  4 
  6 
 11 
 17 
 17 
 22 
 28 
 29 
 38 
 47 
 50 
 50 
 59 
 71 
 92 
105 
121 
135 
141 
153 
158 
175 
 
 
 
 
 
 
 
 



 

ÖNSÖZ   
Üç minil öncə  İtaliyada ortaya çıxıb minil boyu tarixdə 
dərin iz qoyan etrusk eli artıq iki minildir ki, bizimlə ölmüş 
dilində danışmaq istəyir, ancaq danışa bilmir, daha doğrusu
onun nə danışdığını biz anlamırıq, sirlərlə dolu bir xalqın 
tarixi, bu tarixı içində saxlayan söz dağarcığı açıq olsa da, 
oradan əlimizə keçən sözlərin anlamını anlamırıq. Açılmaz 
tapmacalarla dolu Dünya tarixində maraqlı olduğu qədər də 
aktuallığını saxlayan etruskların kimliyi problemi üzərində 
bir sıra uzman olmayan araşdırıcıların başvuruşu boşa çıx-
dığı kimi, uzmanların da səyi hələlik nəticə verməmişdir.  
Apennin yarımadasında, indiki İtaliyada Roma imperiya-
sından  əvvəl m.ö. I minil boyu yaşayıb Avropa mədəniyə-
tinə önəmli təsiri olan bu xalq etrusk dilində danışırdı. La-
tınlar onlara tusk, etrusk, yunanlar isə tirsen, tirren deyirdi. 
Tuskan  adı etrusk dönəmində onların məskunlaşdığı tarixi 
bölgənin,  Tirren adı isə onların “gəmi oynatdığı” dənizin 
adına çevrildi. Anadoludan İtaliyaya köçən etrusklar burada 
öz tarixi rolunu oynayıb səhnədən çıxdılar, daha doğrusu, 
çıxarıldılar. Özündən sonra mükəmməl suvarma və drenaj 
sistemi, arxeoloji-etnoqrafik kultur, kurqan basırıqları,  şə-
hərlər, özəl arxitekturalı  məbədlər, körpülər, bugün dünya 
muzeylərinin şedevrləri sayılan gözəl keramik qablar, meta-
lişləmə, zərgərlik nəsnələri, heykəl-rəsm əsərləri, əlifba-yazı 
kulturu, zəngin mifoloji miras, sikkə kəsmə gələnəyi qoyub 
səhnədən gedən etrusklar bizim üçün də cavabını tapmaqda 
çətinlik çəkdiyimiz çoxlu tapmaca atıb tarixin qara dumanı-
na bürünüb cıxmaza getmişlər. Bir nömrəli tapmacanın sualı 
isə budur: Etrusklar kim idi? 
Etrusklardan sonra iki minil gündəmdə qalan bu sualın 
cavabı hələ ki yoxdur. Cavab tapılsa, o biri sualların cavabı 
sıralama çözüləcək. Etruskların kimliyi isə etrusk dilindəki 
 



Yüklə 10,29 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə