119
İsaak Teylor olmuşdur. Fransız şərqşünas Baron Carra de
Vauks (1911) etrusk dilini Altay dil ailəsilə müqayisə etmiş,
Jüle Marta isə etrusk-macar dil əlaqəsinin tədqiqinə təkan
verən “La langue étrusque” (1913) adlı əsər yazmışdır. Bu
yöndə araşdırmaların sayı sonralar daha da artmışdır. Alman
dilçi Georq Zigvard (1917), Feliks von Pograni-Nagi (1938),
tarixçi Viktor Padani (1964) kimi bəzi yazarlar etrusk-macar
müqayisısinə sumer dilini də cəlb etmişlər. Son vaxtlar isə
matematik professor Alfred Toth (2007) bu sıraya hunları
əlavə etmişdir. Lakin bütün bu araşdırmalar tarixi-müqayisəli
metoda dayanmadığı ücün elmi dairələrdə ciddi qəbul edil-
mir. Ancaq İtaliyanın tanınmış qocaman dilçi alimı profes-
sor Mario Alinei 2003-də nəşr etdirdiyi “ Etrusk dili hunqar-
canın qədim formasıdır” adlı kitabı ilə Avropa alimlərini
əməlli-başlı silkələdi, çünki iki il sonra macar dilində də çap
olunan bu kitabın müəllifi sıradan biri deyildir.
57
İtaliyaya Karpatlardan keçıb gələn və daha öncə türk dili-
nin güclü təsirinə uğradığı aydın görünən etruskarın protoma-
car (protohunqar) boylarından olduğunu söyləyən M. Alinei
etrusk dilində vəzifə bildirən bəzi sözləri, titulları türkizmlər
sayır. Yazar macar-etrusk qohumluğunu hər ikisinin tipoloji
baxımdan birləşik dil olması, bəzi qramer oxşarlıqları ilə və
fonetik baxımdan bu dillərin səsuyumu (harmonia) qanunu
ilə əsaslandırmaq istəmişdir. Hələlik onun irəli sürdüyü kon-
sepsiya akademik dairələrdə sükutla qarşılanır, ilk etirazlarsa
etruskoloqlardan deyil, hələlik uralşünaslardan gəlmişdir.
57
YUNESKO-da “Atlas Linquarum Europae” qurumunun prezidenti olan professor
Mario Alinei daha çox dialektoloq kimi tanınır. Avropa dilçılik elmində kompüter-
dən istifadə texnologiyasının pioneri sayılan M. Alineyi həm də Avropanın paleolit
çağı dil durumuna aid “Continuiti teoriyası”nın müəllifi və elmi sambalı ilə seçilən
“Quaderni di semantica” jurnalının yaradıcısı, həm də baş redaktorudur.
119
120
Bizcə, M. Alineinin irəli sürdüyü yeni konsepsiya Altay
teorisinə deyil, Urmu teorisinə uyğun, yəni Troya çağında
Anadoluda türk varlığı üzərində qurulsaydı, ona irad tutan-
ların arqumentləri azalardı. Çünki əsas iradlar etruskların
quzeydən gəlmə fikrinə qarşıdır. Etruskların Kiçik Asiya ilə
bağlılığı az da olsa, hat dili ilə olan bəzi leksik paralellərdə
də görünür.
***
Göründüyü kimi, etruskları bir çox xalqlarla bağlamışlar,
bu sıraya etrusklarla sumer və dravid dilləri arasında əlaqə
arayan bəzi yazarların fikrini də əlavə etsək, etruskologiya
elminin çətin sınaqlardan keçdiyini söyləmək olar. XIX əs-
rin sonlarında yazdığı əsərində D. Brinton etruskların hətta
Afrika mənşəli bərbər, kabil, tuareq xalqları ilə qohumluğu
fikrini irəli sürmüşdür. Etruskları dravid xalqlarından sayıb
tamil boyları ilə bağlamaq istəyənlər də olmuşdur. Əlbəttə,
belə yanlış yozumlar həm də etruskologiya elminin inkişa-
fını ləngitmişdir.
Son vaxtlar etruskların soykökü probleminin çözüm yol-
larının çıxmaza girdiyini bilənlər o dalandam çıxma yolunu
bəlli dil ailələrindən kənarda qalan “izolyat dil” yozumunda
görürlər. Bunun üçün etrusk, lemni, reti dillərini əhatə edən
qurama “Tirren dil qrupu” deyə yeni baxış formalaşdırmaq
istəyirlər. Lakin bunun bir nəticə verməyəcəyi bu başdan bəl-
lidir, çünki qrameri bəlli olmayan dillərin üzərində qurulan
bir dil qrupunun elmi yaşamı sabun köpüyü ömrü qədərdir.
Etrusk dilinə olan maraq bir çox fantastik fikirlərin söylən-
məsinə nədən olsa da, etruskologiyanın elmi axara düşmə-
sində də A. Y. Pfiffiq, H. Riks, M. Pallottino, A. Trombetti,
A. İ. Xarsekin, L. Bonfante və başqa etruskologların apardığı
araşdırmaların böyük qatqısı olmuşdur. Etrusk dilinin bağlı
qapısını açmaq üçün yola çıxan araşdırmaçı əlində bir-iki
dilin açarını tutmalıdır. Bu açar dillərdən biri türk dilidir.
120
121
QAFQAZ (AZƏRBAYCAN) - TROYA - ETRURIYA
BAĞI
Herodot İtaliyaya etrusk ( tirsen) boylarının Lidiyadan köç-
düyünü yazır. Belə bir köçün daha əvvəllər Troyadan olması
haqqında da bilgi vardır. Olsun ki, Anadolunun batı bölgələri
sayılan Troya və Lidiyadan olan köçlərdə bir neçə yaxın
qonşu və qohum boylar iştirak etmişlər. Bunlar eyni və ya
fərqli dildə danışan boylar ola bilərdi, ancaq bunların içində
türklərin olması və onların da Anadolunun batı bölgələrinə
doğudan, Anadolunun doğusundan və Qafqazın güneyindən
gəlməsi quşqu doğurmur.
S. Ferri etruskların Qafqazla bağlı olmasını Etruriyanın
onomastikası ilə yorumlamışdır. Yazar Etruriyada mövcud
olmuş rutul, kaska etnonimlərinin və Aqill, Sovan toponom-
lərinin qaynağını Qafqaz xalqlarından rutul, aqul, svan, kas-
ka boyları ilə bağlayır.
58
Əslində, qədim kaskaylar ( qaşqay
boyları) Qafqazda deyil, hatların quzey-doğu qonşusu kimi
m.ö. II minilin başlarından Anadolunun orta bölgəsilə Qara-
dəniz arasında yaşayan türk boyları idi.
59
Qafqaz-Etrusk paralelləri sırasında daha çox etnotoponim
diqqəti çəkir, çünki boyadı ilə yaranmış toponimlər adını da-
şıdığı boyun həmin yerdə yaşadığını göstərən tarixi tutalqa
sayılır. Bu baxımdan, Qafqazda olan boyadları İtaliyada da
görünürsə, bunların içində alban, araz, ermen, qamər, kaspi,
qapan, qaradon, ərsaq, subar kimi türk etnonimləri və aqul,
udi, çeçen, silv, rutul kimi qafqazdilli boyadlar da varsa, de-
məli, miqrasiyada türk və qafqazdilli boylar iştirak etmişlər.
Əgər Qafqaz-İtaliya paralelləri kimi görünən silv-silviya
(soyadı), rutul-rutul etnonimlərini, Çeçen-Çeçina, Udi-Udin
etnotoponimlərini, Aqul-Aqill toponimlərini qafqazdilli say-
58
Ferri, 1964, 497-498.
59
Qədim kaskay (qaşqay) boyu haqqında geniş bilgi üçün bax: Ağasıoğlu, 2005.
121
Dostları ilə paylaş: |