Firudin Ağasıoğlu, Yusif Bağırzadə Lidiya kralı Krez



Yüklə 332,13 Kb.
Pdf görüntüsü
səhifə1/12
tarix15.03.2018
ölçüsü332,13 Kb.
#32053
  1   2   3   4   5   6   7   8   9   ...   12


 

 




 

 



Firudin Ağasıoğlu,  Yusif Bağırzadə 

 

 



 

 

 



 

 

 



 

Lidiya kralı Krez 

Azərbaycanda 

 

 



 

 

 



 

 

 



 

Bakı - 2011 

 



 

 



 

 

 



 

 

Başlıqlar 



 

Sözönü ................................................................................... 4 

Giriş ....................................................................................... 5 

Saqalar Ön Asiyada ...............................................................12 

Madada hakimiyətin perslərə keçməsi ..................................20 

Lidiya kralı Krezin Kuruşla savaşı ....................................... 31 

Kuruşun Tumruzla savaşı ..................................................... 39 

Selevkilər çağı.......................................................................

 

49 


Sözsonu .................................................................................

 

53 



Ədəbiyat ................................................................................54 

 

 



 

 

 



 

 

 




 



 



Sözönü 

Tarixin  ən  dəyərli  bəlgələri  daşlardır,  üzərində  yazısı  olan  daşlar, 

başqa nəsnələr üzərindəki bəlgələrdən fərqli olaraq, yazılı daşların ömürü 

daha  uzun  olur.  Qayalar  üzərində  çizilən  işarələr  günümüzə  qədər  hələ 

yazının  meydana çıxmadığı dönəmlərdən qalmışdır. Bunun örnəyini  yaşı 

minilləri ötən Gəmiqaya və Qobustan qaya rəsmlərində görmək olur. Bu 

baxımdan, üzərində yazısı olan hər bir daşın tapılması tarixin yeni səhifə-

sinin açılmasına səbəb olur. Belə daşların  Azərbaycanda tapılması, özəl-

liklə  Miladdan  öncəki  yüzillərin  ovqatını  yansıtması  baxımından  daha 

çox önəm  daşıyır,  çünki  Azərbaycan  tarixinin  ən  qaranlıq  və  mübahisəli 

məsələləri həmin dönəmlərə aiddir.  

Yusif Bağırzadənin  illərlə toplayıb  yığdığı tarixi  nəsnələr sırasında 

Antik çağa aid bir neçə yazılı daş da vardır. Burada Yusif bəyin kolleksi-

yasında  toplanmış  qədim  möhürlər,  kiçik  insan  və  heyvan  fiqurları  haq-

qında deyil, yalnız bir neçə yazılı daşdan söhbət açmaq istəyirik. Məqsəd 

isə bu daşlardakı təsvir və yazılar üzərində elmi araşdırma aparmaq deyil, 

burada  onların  yalnız  görüntülərini  verib  uzmanlara  tanıtmaqdır,  oxucu-

lara isə sadəcə, yazılı daşların hazırlandığı dövrə baxmaq üçün o cağlarda 

baş  verən  olaylarda  birbaşa  iştirak  etmiş  türk  boyları  (man,  mad,  saqa, 

qamər)  və  lidiyalılar  haqqında  ümumi  məlumatlar  verməkdir.  Ona  görə 

də, daş üzərindəki yazıda adı keçən Lidiya kralı Krez, Pers şahı Kuruş və 

onlarla ilgili yunan filosofu Solon, türk elbəyimi Tomiris (Tumruz), tarixi 

olaylar,  qurulan  və  dağılan  dövlətlər  haqqındakı  tarixi  bəlgələrdən  bəhs 

edilir. 


İlk dəfə çap olunan buradakı yazılı daşlar üzərində araşdırma yapa-

caq uzmanlara başarı diləyir, alınacaq elmi nəticənin Azərbaycan tarixinə, 

özəlliklə, Saqa, Mada cağına və Selevkilər dönəmində  yunan-türk əlaqə-

lərinə bəlgə kimi daxil olacağını ümid edirik. 



 


 



Giriş 

Azərbaycan  tarixinin  qədim  cağları  haqqında  son  vaxtlar 

aparılan  tədqiqatlarda,  çap  olunan  tarix  kitablarında  üç  əsas 

konsepsiya  formalaşmışdır. Bunlardan  ikisi ənənəvi  Altay teo-

riyası, biri də yeni Urmu teoriyasına əsaslanır. Əvvəlki konsep-

siyaya  görə,  türklər  Ön  Asiyaya,  o  cümlədən  Azərbaycana 

gəlmə etnosdur, Urmu teoriyası isə türk etnosunun Ön Asiyada 

avtoxton  olması,  prototürk  dilinin  burada  yaranması  baxışı 

üzərində  yaranmışdır.

1

 

Bu  kitabça  da  həmin  baxışla  yazılmış-



dır,  çünki  Azərbaycanda  2-3  minil  öncə  baş  vermiş  olayların 

yozumuna,  Azərbaycanın  antik  çağ  tarixinə  aid  bir  sıra  müba-

hisələrin  çözümünə  geniş  imkanlar  açıb  Azərbaycanın  gerçək 

tarixinə işıq tutan yeni Urmu teoriyasıdır.  

Bu  baxımdan,  haqqında  burada  danışacağımız  bəzi  boy-

ların, tarixi şəxslərin soykökü məsələsi çox önəmlidir. Belə ki, 

Herodotun təsvir etdiyi Saqa-Mada münasibətləri Dədə Qorqud 

hekayələrində gördüyümüz Dış Oğuz - İç Oğuz əlaqələrilə açı-

lır,  Alp  Aruzun  da  Alpər  Tunqa  soyundan  gəlməsi  aydın  olur 

və  yaxud    hər  bir  Azərbaycan  türkünə  orta  məktəb  illərindən 

bəlli olan Tomiris tarixşünasların dediyi kimi pers şahı Kuruşu 

Orta Asiyada deyil, Azərbaycanda yenir.  

Azərbaycanda  İslamaqədər,  yəni  burada  ərəb  hərflərinin 

işlənməsinə  qədər  bir  sıra  əlifbalardan  istifadə  olunması  bəlli-

dir.  Bunların  sırasında  aramey,  pəhləvi,  yunan,  latın  və  qədim 

türk  runuk  əlifbası,  az  da  olsa,  mixi  yazılar  da  vardır.  Yusif 

Bağırzadənin kolleksiyasında daşlardan birinin  üzərində  yonu-

lan  şəkil  (№  1)  aydın  seçilsə  də,  onun  altındakı  yazının  hansı 

əlifba ilə yazılması aydın deyil. Lakin bu daşın digər üzündəki 

                                                

1

 Urmu teoriyasının  elmi  əsasları  ilk  dəfə  F.  Ağasıoğlunun  çoxcildli  “9  Bitik”  əsərində 



geniş şərh olunmuşdur. 


Yüklə 332,13 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə