Fish book son indd


Q.M.Palatnikov, R.Y.Qasımov



Yüklə 38,66 Kb.
Pdf görüntüsü
səhifə19/49
tarix30.12.2017
ölçüsü38,66 Kb.
#18814
1   ...   15   16   17   18   19   20   21   22   ...   49

Q.M.Palatnikov, R.Y.Qasımov
60
KÜRƏKBURUNKİMİLƏR FƏSİLƏSİ
(POLYODONTİDAE)
Nərəkimilərdən fərqli olaraq kürəkburunlar pulsuz olurlar. Bədənləri 
uzunsov, tirşəkillidir, dərisi hamar və ya seyrək yerləşən çox kiçik sümükdən 
ləkələrlə örtülü olur. Burnu kürək və ya qılınc formasında olmaqla çox uzun-
dur. Onun alt hissəsində iki balaca bığ vardır. Başında və bədənində olan yan 
xətlər sümüklərlə əhatə olunmuşlar. Körpələrinin çənəsində kiçik dişlər var. 
Qalan cəhətlərinə görə xarici görünüşcə nərəkimilərə oxşayırlar. 
Bu fəsilədə cəmisi iki növ mövcuddur: kürəkburun və psefur.
Kürəkburun  (Polyodon spathula) – ABŞ-ın  şərqində Texasa qədər 
olan  ərazidə yerləşən göl və çaylarında, Missisipi çayının hövzəsində 
məskunlaşmışdır. 
Kürəkburunun altdan və yandan görünüşü
Kürəkburun (Polyodon spathula) - kifayət qədər iri şirin su balığı olaraq 
2 metrdən artıq uzunluğa və 70 kq-dan artıq çəkiyə malikdir; bu balığın XX 
əsrin 60-cı illərin əvvəllərində ovlanmış nümunələrinin orta kütləsi 14-16 kq 
olmuşdur. Missisipi çayında, onun Ohayo, Missuri, İllinoyzdakı qollarında 
və Meksika körfəzinə tökülən digər çaylarda, həmçinin Missisipi hövzəsi ilə 
bağlı olan bir sıra göllərdə rast gəlmək olar. 
Kürəkburunun görünüşündə  ən çox diqqəti cəlb edən cəhət onun 
bədəninin 1/3-ni təşkil edən avar formalı uzun burnudur (rostrum). Onun 
ağzı irəli çəkilmiş şəkildə deyil. 


Nərəkimilər – dinozavrların həməsrləri
61
Kürəkburun nərəkimilərin planktonla qidalanan yeganə növüdür. Bu 
balıq suyun dərinliklərində açıq ağızla üzərək uzun və sıx qəlsəmə dişcikləri 
ilə suda asılı halda olan pelagik xərçəngkimiləri süzür, onun düz səthli bur-
nu sanki tral(balıq toru) üzərində talvar rolunu oynayır. Onu çox doğru ola-
raq canlı plankton toru adlandırırlar. Kürəkburunun mədəsində həşəratların 
sürfələrinə çox az hallarda rast gəlmək olar. 
Missisipi çayında kürəkburun aprelin axırında – mayın  əvvəlində 14-
16º C temperaturda kürü tökür. Kürü 4,5-6 metr dərinlikdə çınqıllı yerdə tö-
külür. Kürülərin inkişafı 14º C temperaturda 9 gün davam edir. 82-269 min 
kürü tökmək qabiliyyətinə malikdir. Kürücüklər öz quruluşuna, rənginə 
və inkişaf xüsusiyyətlərinə görə  nərəkimilərin kürülərinə çox oxşayır. On-
ların diametri təxminən 2,5 mm olur. Çoxalma dövründə kürəkburunlar 
kifayət qədər boyük sürülər təşkil edirlər. Bu balıqlar hər il kürü tökmürlər. 
Erkəklərin minimum uzunluğu 100 sm (7 yaşlı), dişilərin isə 130 sm (13-14 
yaşlı) olur. Hələ XX əsrin 40-cı illərinin əvvəllərində ABŞ-da hər il təxminən 
10 min sentner kürəkburun ovlanırdı. Xüsusilə, bu balığın kürüsü qiymətli 
sayılırdı. Sonralar antropogen faktorların təsiri altında bu növün sayı kəskin 
aşağı düşdü və onun süni şəkildə çoxaldılması istiqamətində cəhdlər həyata 
keçirildi. Kürəkburun həm də bizim cənub hövzələrdə şəraitə uyğunlaşma 
və süni yetişdirilmə baxımından potensial obyekt kimi maraq kəsb edir. 
Psefur (Psephurus gladius) –Yantszı çayında məskunlaşır, Çin
Psefur (Psephurus gladius)


Q.M.Palatnikov, R.Y.Qasımov
62
Onun biologiyası az tədqiq edilmişdir. Dünyada ən iri şirin su balığıdır. 
Psefurun uzunluğu 7 metrə çatır. Burnu qılınc şəklindədir və ölçüsü bədənin 
ümumi uzunluğunun təxminən üçdə birinə  bərabərdir. Kürəkburundan 
fərqli olaraq psefurun ağzı ön tərəfə çıxmışdır və başqa bir fərqli cəhəti də 
onun qidalanmasıdır: o planktonlarla kifayətlənməyərək iri balıqları da ov-
layır. 
Bu balıq o qədər az təsadüf ediləndir ki, həyat tərzi demək olar, tədqiq 
edilməmişdir. Sayının az olması ilə əlaqədar təsərrüfat baxımından əhəmiyyəti 
azdır. 


Nərəkimilər – dinozavrların həməsrləri
63
İNSAN NƏRƏKİMİLƏR FƏSİLƏSİNDƏN 
OLAN BALIQLARDAN NƏ ALIR?
Lap qədim dövrlərdən başlayaraq balıq insanlar üçün tərkibində zü-
lal olan əsas qida məhsullarından biri olmuşdur. Müstəsna qida və dad 
keyfi yyəti, başlıcası isə - asanlıqla əldə olunması- nərəkimiləri hələ eramızdan 
çox əvvəl ov obyektinə çevirmişdir. Heç bir balıq fəsiləsi insanlar tərəfi ndən 
belə uzunmüddətli və intensiv istismar edilməmişdir! Nərəkimilər hələ  də 
ən qiymətli biznes obyekti olaraq qalır. Onların kürüsü və  əti dünya baza-
rında yüksək qiymətləndirilir. Bu səbəbdən də, nərə balıqlarının ovlanması 
həddən artıq intensiv şəkil almışdır. 
Orta  əsrlərdə  nərə balıqlarının böyük sürüləri bir çox Avropa çayla-
rı, o cümlədən,  İngiltərədə Temza, Fransada Sena və Jironda, İtaliyada Po, 
İspaniyada Ebro və Qvadalkvivira və Dunay çayının yuxarı hissəsi bo-
yunca üzürmüşlər. Almaniyada isə  nərə balıqları o qədər çox idi ki, əmək 
müqavilələrinə işçilərin həft ədə iki dəfədən artıq balıq yemək məcburiyyətini 
qadağan edən bənd salınmışdı.  
Rusiyada nərə balıqlarının kürüsü hələ on ikinci əsrdən yeyilirdi. Avro-
palılar isə bundan beş əsr sonra belə kürünü qida kimi istifadə etməyə qorxur 
və ondan qəti şəkildə imtina edirdilər və kürünü atırdılar. 
Əgər qədim dövrlərdən Rusiyada qara kürünü yalnız imtiyazlı adam-
ların yediklərini eşitsəniz, inanmayın. Bu, qətiyyən həqiqət deyil. Səyahətçi 
Vilyam Koks yazırdı ki, II Yekaterinanın dövründə Peterburqun Yay bağın-
da sadə xalq kütləsi üçün təşkil edilmiş bayramlardan birində “masanın 
üstündə cürbəcür yeməklər –üstünə kürü yaxılmış çörək kəsikləri piramida 
şəklində yığılmış halda, soğanla, xiyarla bəzədilmiş qaxac nərə, karp və baş-
qa balıq növləri aşıb-daşırdı”. Knyazlar və boyarlar onu heç də bir delikates 
kimi qəbul etmir, öz masalarında daha çox durnabalığının qızılı kürüsünə 
üstünlük verirdilər. Xalq arasında isə  nərə balıqlarının kürüsündən im-
tina edilmirdi. Yoxsul xalq kütləsi tərəfi ndən alınan sıxılmış qara kürü və 
təmizlənmiş – “torba” kürüsü geniş  şəkildə istifadə olunurdu. XVIII əsrin 
sonunda, vaxtilə Kubada xidmət etmiş, bankir Rotşildin şəxsi aşpazı olmuş 
və  hətt a ingilis kralının mətbəxində çalışmış Avropanın adlı-sanlı  aşpazı 


Yüklə 38,66 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə