Fitnə şəraİtİndə vəzİfələr


Yeddinci fəsil: Məmurların vəzifələri



Yüklə 0,59 Mb.
səhifə7/8
tarix20.10.2017
ölçüsü0,59 Mb.
#5918
1   2   3   4   5   6   7   8

Yeddinci fəsil: Məmurların vəzifələri


Fitnə şəraitində ölkəni idarə edin!

Rəsmi qurumlar öz vəzifələrini yerinə yetirməlidirlər; həm fəsad və iğtişaş törədən insanlar, inqilabın və təhlükəsizliyin düşmənləri qarşısındakı vəzifələrini, həm də ölkənin idarəsi baxımından vəzifələrini. Çünki ölkənin işləri yalnız iğtişaş törədənlərə aid məsələlərdən ibarət deyil. Ölkənin iqtisadi məsələləri var, elmi məsələləri var, siyasi məsələləri var, beynəlxalq məsələləri var, təhlükəsizlik məsələləri var. Ölkə məmurlarının qarşısında yüzlərlə mühüm məsələ durur. Bunları yerinə yetirməli, ölkəni idarə etməlidirlər, inkişaf etdirməlidirlər. Düşmən bu hadisələrlə ölkənin işlərini dayandırmaq istəyir; düşmənə kömək etmək olmaz. Düşmən belə hadisələrlə iqtisadi inkişafı saxlamaq istəyir; düşmən Allahın lütfü ilə yaxşı təkan götürmüş və güclənməkdə olan elmi inkişafın dayanmasını istəyir; düşmən belə işlərlə İslam Respublikasının beynəlxalq aləmdəki qüdrətli siyasi rolunu - bu rol indi keçmişdəkindən olduqca bariz və gözəçarpandır – zəiflətmək və korlamaq istəyir. Düşmənə kömək etmək olmaz. Buna əsasən, məmurlar iqtisadi, elmi, siyasi, ictimai və səlahiyyətləri daxilində olan bütün sahələrdə öz işlərini qüdrətlə, qüvvətlə və diqqətlə yerinə yetirməlidirlər. Hökumətlə və ölkə məmurları ilə həmkarlıqlar da davam etməlidir. Xalq da səhnədə öz iştirakını göstərmişdir. Bir quruluş üçün ən böyük sərvət budur ki, xalq onun arxasında dayansın.1


Qeyd olunan vəzifələr

1- Fəsad və iğtişaş törədən şəxslərlə, inqilabın təhlükəsizliyinin düşmənləri ilə mübarizə aparmaqla eyni zamanda ölkəni idarə etmək;

2- Fitnə şəraitində ölkənin idarəsi;

3- Ölkəni inkişaf etdirmək və düşmənin vasitəsi ilə quruluşun inkişaf və iqtidarının sarsılmasının qarşısını almaq;

4- Vəzifələri qüdrət, qüvvə və diqqətlə yerinə yetirmək.
Nəticə alınan vəzifələr

1- Məsul şəxslərin başları hadisələrə qarışıb ölkənin idarəsini və proqramların icrasını unutmasınlar. Düşmənin və fitnə törədənlərin istəyi budur;

2- Məmurlar fitnə törədənlərə qarşı tədbirə ciddi yanaşsınlar, ölkənin təhlükəsizliyinin zəifləməsi ilə inkişaf proqramlarının dayanmasına imkan verməsinlər.

Xalqı razı salmaq

Müraciət və məsuliyyət tərəfi hökumətdən ibarət olan digər mühüm iş xalqı narazı salan və onun üçün problem yaradan amillərin aradan qaldırılmasına çalışmaqdır: məişət məsələsi, işsizlik məsələsi, idarə sistemləri, qurumların vəzifəli şəxsləri, xüsusən də yüksək rütbəli məmurlar məsələsi, meriyalar, polis və sair; onlar xalqla birbaşa ünsiyyətdədirlər və xalqın çoxlu problemlərini aradan qaldıra, yaxud Allah eləməmiş, narazılıq yarada bilərlər. Buna əsasən, idarələr müxtəlif məsələlərə əhəmiyyətli yanaşsınlar, bir-biri ilə əlaqələri və həmkarlıqları olsun, ixtilaf yaranmasın. Bu da dövlət qurumlarına aiddir.1


Qeyd olunan vəzifələr

1- Xalqın narazılığına səbəb olan və onlar üçün problem yaradan amillərin, məsələn məişət, işsizlik və idarə problemlərini aradan qaldırmağa çalışmaq;

2- Dövlət idarələrinin bir-biri ilə əməkdaşlıq etməsi.

Səkkizinci fəsil: Mətbuatın vəzifələri


Məsələləri birinci və ikinci dərəcələrə bölmək və əsas məsələlərə daha çox əhəmiyyətli yanaşmaq lazımdır!

Mən adətən gündüzlər təxminən 16-17 qəzetə baxıram. Bütün səhifələrinə baxmıram, lakin başlıqlara və diqqətəlayiq baş məqaləsi olanda adətən baxıram. Bizim qəzetlərimizin çoxu təəssüf ki, hadisələri işıqlandırmaqda zəif görünür, məsələləri əhəmiyyət baxımından dərəcələrə bölməkdə insafsız işləyirlər. Bu son məsələləri birinci-ikinci dərəcələrə bölmək lazımdır. Birinci dərəcəli məsələ və onun ətrafında ikinci dərəcəli məsələlər var. Bu o demək deyil ki, ikinci dərəcəli məsələlərin əhəmiyyəti azdır. Xeyr, az deyil, amma birinci dərəcəli məsələnin əhəmiyyəti daha artıqdır. Bu son hadisələrdə birinci dərəcəli məsələ seçkilərin özü idi. Seçkilərin özünü sual altına salmaq ən böyük cinayətdir. Siz nə üçün bu cinayətə göz yumursunuz? Bu qədər zəhmət çəkilir, xalq gəlib belə möhtəşəm şəkildə iştirak edir, dünyanın bu qədər iddia etdiyi demokratiyada rekordu təzələyir. Sonra seçkilərin ertəsi günü bir qrup adam gəlib dəlilsiz-filansız deyir ki, seçkilər yalandır. Bu kiçik işdir?! Bu kiçik cinayətdir?! Bu məsələlərdə bir qədər insaflı olmaq lazımdır. Düşmən də bundan maksimum istifadə etdi. Ölkə daxilində də əvvəldən İslam Respublikası quruluşu ilə müvafiq olmayan bir qrup var; bu günün-dünənin məsələsi deyil, otuz ildir müvafiq deyillər. Onlar bu fürsətdən istifadə etdilər. Gördülər ki, quruluşun özünə bağlı və quruluşun özündən olan qüvvələr belə meydan sulayırlar. Bunlar da fürsəti fövtə vermədilər, meydana daxil oldular və nəticəni gördünüz.1


Qeyd olunan vəzifələr

1- Həqiqətləri yaxşı işıqlandırmaq;

2- Məsələləri birinci və ikinci dərəcələrə bölməkdə insaflı olmaq;

3- Fitnə şəraitində birinci və ikinci dərəcəli məsələləri təyin etmək və birinci dərəcəli məsələlərə daha böyük əhəmiyyət vermək;

4- Seçkiləri sual altına salmaqdan ibarət olan böyük cinayətə göz yummamaq.
Nəticə alınan vəzifələr

1- Qəzetlər başlıq seçimində və məsələlərin işıqlandırılmasında milli maraqları və düzgün informasiya çatdırmaq prinsipini nəzərə alsınlar;

2- Həqiqətləri aydınlatmaqda və xalqın düşüncələrini düzgün istiqamətə yönəltməkdə qəzetlərin üzərinə mühüm vəzifə düşür. Bu rolu layiqincə yerinə yetirmək lazımdır.

Böyük Rəhbər tərəfindən təyin edilən vəzifələrin məcmusu
Görkəmli və aparıcı şəxslərin vəzifələri

Qeyd olunan vəzifələr

1- Ölkənin və regionun həssas şəraitini dərk etmək;

2- Sözdə və əməldə diqqətli, ehtiyatlı və sayıq olmaq, ölkənin həssas şəraitində səhvə düşməmək;

3- Fitnə şəraitində adi xalqa nisbətən siyasətçilərin və partiya başçılarının vəzifələrinin daha ağır olmasına diqqət yetirmək;

4- İfratçılıqdan çəkinmək;

5- Görkəmli və aparıcı adamların ifratçılığının xalq arasında çox həssas və təhlükəli hadisələrə səbəb olacağına və sonra onu idarə edə bilməyəcəklərinə diqqət yetirmək;

6- Hər bir ifratçı hərəkətin digərlərinin ifratçılığına səbəb olmasına diqqət yetirmək;

7- Özünə hakim olmaq;

8- Təmkinli olmaq;

9- Hadisələrdə düşmənin əllərini görmək;

10- Seçkilərin nəticəsi seçki qutularında həll olunsun;

11- Küçələrdə düşərgə salmaqdan və terrorçulara şərait yaratmaqdan çəkinmək;

12- Seçkilərdən sonra küçədə güc sınamağın düzgün olmamasına, seçki qaydalarına və demokratiyaya zidd olmasına diqqət yetirmək;

13- Qanunu son söz bilmək və ona tabe olmaq;

14- Anlaşmaq;

15- Qanuna riayət etmək;

16- Məhəbbət və səmimilik yolunu tutmaq;

17- Gənclərin hisslərini təhrik etməyin;

18- Xalqı bir-birinin qarşısında qoymayın;

19- Bir xalqı iki yerə bölüb bir-birinin əleyhinə qaldırmayın;

20- Məsələlərin çözümü üçün qanuni meyarın mövcud olduğuna diqqət yetirmək;

21- Diqqət yetirin ki, əgər qanuna tabe olmasanız, qanunsuzluq zamanı daha pisinə dözməli olacaqsınız;

22- Rəftarda və sözdə ehtiyatlı olmaq;

23- Xalqın hisslərini bir-birinin əleyhinə təhrik etməmək;

24- Birlik, həmrəylik, ölkəyə və quruluşa etimad bildirmək;

25- Cəmiyyəti iğtişaşa və xaosa sövq edən hər bir kəsin xalqın nəzərində mənfur olmasına diqqət yetirmək;

26- Xaosun məmləkətdə bütün işləri sıradan çıxarmasına diqqət yetirmək;

27- Sayıq olmaq;

28- Aparıcı şəxslərdə düşmənlərə kömək edən söz, hərəkət, yaxud təhlil görünməsin;

29- Danışıqlara və mövqelərə diqqət yetirmək;

30- Nəyi deməyin və nəyi deməməyin lazım olduğunu nəzərə almaq;

31- Yol seçimində ağlı meyar etmək;

32- Mövqe seçimində siyasətbazlıqdan çəkinmək;

33- Dediyimiz sözləri ixlas və Allahın razılığı meyarı ilə ölçmək;

34- Əməldə şücaət;

35- Dərkdə şücaət;

36- Din əsaslarını, dini mövzuları və o məfhumlara uyğun olan real nümunələri düzgün dərk etmək;

37- Müxtəlif qorxulardan - mal, can, hörmət və düşmən qorxusundan çəkinmək, xalqın mühakiməsindən, danışmasından, dedi-qodu, söz və ittihamlardan qorxmamaq;

38- Bəzən insanın qorxmasına və nəyisə nəzərə almasına görə məsələni düzgün anlamayıb səhvə düşdüyünə diqqət yetirmək;

39- Fitnə sahiblərinin görkəmli və aparıcı şəxslərin qəlblərində öz qorxularını Allah qorxusunun yerinə qoymağa çalışmalarına diqqət yetirmək;

40- Müxtəlif məsələlərdə ayıqlığı gücləndirmək;

41- Dinləyicilərin ayıqlığını artırmaq;

42- Düşmənin məkrli planlarının müxtəlif cəhətlərini tanımaq və tanıtdırmaq;

43- Ayıq şəkildə səhnədə olmaq;

44- Düşüncə ilə əməl etmək;

45- Dini, milli və siyasi üslub birlikləri yaratmağa çalışmaq;

46- Bizə zərbə vurmaq istəyən düşmən qarşısında ayıq olmaq;

47- Düşməni unutmamaq;

48- Düşmənin hiylələrini anlamaq;

49- Düşmənin işlərini təkmil etməmək;

50- Düşmənin ən təhlükəli silahı olan təbliğat və media silahından ehtiyatlı olmaq;

51- Hadisələrə və düşmən xətlərinə qarşı ayıq rəftar etmək;

52- Əməl və hərəkətlərimizi ölçmək, düşmənə kömək edib-etməməyimizi meyar götürmək;

53- Haqqı açıq şəkildə demək və ikibaşlı danışmamaq;

54- Özünün düşmənlə sərhədini müəyyən etmək;

55- Dünya hegemonlarının himayəsi qarşısında açıq şəkildə qəbul, yaxud rədd mövqeyini elan etmək;

56- Hegemon dövlət başçılarının və İslam ölkələrinin işğalçılarının qarşısında mövqe müəyyənləşdirmək;

57- Dilləri ilə açıq şəkildə İslamı və İslam Respublikası quruluşunun şüarlarını inkar edən, əməlləri respublikanı və böyük seçkiləri sual altına salan şəxslər qarşısında mövqe müəyyənləşdirmək;

58- Fitnə dövründə ikibaşlı danışmağın mühiti bulaşdırmağa və düşmənə kömək etməsinə diqqət yetirmək;

59- Şəffaflıq yaratmağın düşmənin düşməni və onun üçün maneə olduğuna diqqət yetirmək;

60- İmamın şəklini cırmaq, oruc yemək, inqilabın və onun prinsipləri əleyhinə şüar vermək kimi əksinqilabçı hərəkətləri görən kimi dərhal kənara çəkilməlisiniz;

61- Əgər kənala çəkilib quruluşun müxalifləri ilə sərhədinizi müəyyən etməsəniz, inqilabdan günbəgün təcrid olunacaqsınız;

62- Şübhə yaradan sözlərdən istifadə etmək və həqiqətləri dəyişdirmək fitnəyə bais olur.

Nəticə alınan vəzifələr

1- Görkəmli və aparıcı şəxslər düşmənin sui-istifadəsinə şərait yaratmamalıdırlar;

2- Görkəmli və aparıcı şəxslər öz hərəkətlərinin aqibətini düşünməlidirlər ki, vəziyyəti düzəltmək yerinə düşmənə zərbə fürsəti verməsinlər;

3- Qanuna tabe olmamaq hərc-mərclik və xaos yaradır;

4- İmamın xəttinin davamçısı olduğunu iddia edən görkəmli və aparıcı adamlar qanunu son söz kimi qəbul etməlidirlər. Əks təqdirdə, onların bu iddiası hiyləgərlik və gözdən pərdə asmaqdır;

5- Qanunsuzluqla ixtilaf, ədavət və düşmənlik yaratmayın;

6- Xalqın seçkilərdə ən yüksək səviyyədə iştirak etməsi bayramının düşmən tərəfindən sual altına salınmasında şərik olmayın;

7- Xalqın fikir ayrılığını bir-birinin qarşısında dayanıb dalaşmaya çevirməyin;

8- Görkəmli və aparıcı adamların islaha və ehtiyata xalqdan daha çox ehtiyacları var;

9- Görkəmli və aparıcı adamlar ölkəyə və quruluşa etimadsızlıqla beynəlxalq zalımların müdaxiləsinə şərait yaratmasınlar;

10- Görkəmli və aparıcı şəxslərin ən mühüm vəzifəsi ölkənin təhlükəsizliyini qorumaqdır və onu pozmaq ən böyük günah sayılır;

11- Görkəmli və aparıcı şəxslər yersiz sükutla, zamansız danışıqla, deməməli olduqları sözləri deməklə və deməli olduqları sözləri deməməklə şəraitin pisləşməsinə kömək etməsinlər;

12- Allaha ibadət yolunu açmaq ağıllılıq, Allah bəndəliyinin ziddinə olan hər bir iş və söz ağılsızlıq və siyasətbazlıqdır;

13- Mövqe bildirərkən dinləyicilərin təsiri altına düşməyək;

14- Diqqətlə baxıb görək sözlərimiz ixlasla və Allah üçündür, yoxsa yox;

15- Görkəmli və aparıcı şəxslər daha çox düşmən təxribatlarının hədəfindədirlər; odur ki, daha ehtiyatlı olmalıdırlar;

16- Həqiqətin dərki üçün təqvanı gücləndirmək və xalqdan qorxunu yox, Allah qorxusunu birinci bilmək lazımdır;

17- Düşmənin yumşaq müharibədə izlədiyi yol və xətlər tam aydındır; aparıcı şəxslər özlərini bilməzliyə vurmasınlar;

18- Ölkənin görünən inkişaflarını və yaranmış ümidləri inkar edib vəziyyəti bərbad göstərməsinlər;

19- Xalqın quruluşa vurğunluğunu və seçkilərdə bənzərsiz iştirakını korlamasınlar;

20- Aparıcı və görkəmli şəxslər nə qədər məşhur olsalar, nə qədər çox dinləyiciləri olsa, vəzifələri bir o qədər ağırdır;

21- Aparıcı və görkəmli şəxslərin ən mühüm vəzifəsi haqqı açıq şəkildə demək, düşmən və hegemonlarla sərhədi müəyyənləşdirməkdir;

22- Görkəmli və aparıcı şəxslərin və cinahların quruluşun düşmənlərindən, zalım və işğalçılardan üz çevirməməsi düşmənlərlə həmkarlıq və onlara köməkdir; istəsələr də, istəməsələr də;

23- İslamı şüarlarından çıxarmış şəxslərdən üz çevirmədən quruluşu və inqilabı sevdiklərini iddia edənlər xalqı aldadırlar;

24- İşğalçı sionizm rejiminin xeyrinə və Fələstinin əleyhinə şüar verənlərdən uzaqlaşmamaq yanlış və ağıldan uzaqdır;

25- 100-200 il öncədən bu günədək zülmün və hegemonluğun tərənnümü olan ABŞ, Fransa, İngiltərə və bu kimi dövlət başçılarından uzaqlaşmamaq ağıldan deyil.


Şair və sənət adamlarının vəzifələri

Qeyd olunan vəzifələr

1- Şeiri və sənəti inqilab məfhumlarının xidmətində işlətmək, məsələləri düzgün dərk etməyə çalışmaq;

2- Həqiqətləri anlaşıldığı kimi təbliğ və izah etmək;

3- Fitnə şəraitində məsələləri düzgün dərk etməyə çalışmaq;

4- Fitnə şəraitində hücum edəni və müdafiə olunanı, zalımı və məzlumu, düşməni və dostu düzgün tanımağa çalışmaq;

5- Fitnə şəraitində aldanmamaq və avamlıq etməmək;

6- Mədəniyyət dünyasında siyasi üsullardan çəkinmək;

7- Həqiqətin zehinlərdəki düyünlərini açmaq;

8- Açıq-aydın danışmaq;

9- İncəsənəti tam şəkildə yumşaq müharibəyə çıxarmaq.



Nəticə alınan vəzifələr

1- Sənət adamları inqilab hadisələrinə, xalqın əxlaqa, mənəviyyata və inkişafa doğru hərəkətinə laqeyd qalmamalıdırlar;

2- Sənət adamları zehinləri aydınlatmaq üçün hadisələrdə gizlənmiş həqiqəti səlis və gözəl şəkildə təsvir etməlidirlər;

3- Sənət və şeir dili təsirli dildir; inqilabın işlərini və xalqın hərəkətlərini izah etmək üçün ondan istifadə etmək lazımdır.



Universitet və tələbələrin vəzifələri

Qeyd olunan vəzifələr

1- Düşmənlərin planları qarşısında ayıq-sayıq olmaq;

2- Tələbələrin oyanış və sayıqlıq dərəcəsinin düşmənin vurduğu zərərə təsir göstərməsini bilmək;

3- Sayıq olduğumuz təqdirdə düşmənlərin zərər yetirə bilməməsinə diqqət yetirmək;

4- Diqqətsizlikdən, hissiyyata qapılmaqdan, düşüncəsiz əməl etməkdən və yuxuya qalmaqdan çəkinmək;

5- Yumşaq müharibədə düşmənlərlə mübarizənin zəruriliyi;

6- Yumşaq müharibədə tələbələrin cəbhənin gənc zabitləri olmasına diqqət yetirmək;

7- Yumşaq müharibədə mübarizə yollarını tapmağa çalışmaq;

8- Yumşaq müharibədə mübarizənin məqsədinin şiddətə, hiyləyə, pula, möhtəşəm elmi-informasiya inkişaflarına qarşı mübarizə aparan İslam Respublikasını və quruluşunu müdafiə etməkdən ibarət olduğuna diqqət yetirmək;

9- Tələbələr ölkəni elmi, iqtisadi və təhlükəsizlik baxımından elə səviyyəyə çatdırmalıdırlar ki, məğlubiyyət ehtimalı sıfra yaxın olsun;

10- Elm, tədqiqat, yenilik, Proqramlaşdırma hərəkatı, sənaye və universitetin əlaqəsi və digər bu kimi məsələlərə əhəmiyyətli yanaşmaq;

11- Ölkənin və xalqın uzunmüddətli bir təhlükəsizlik açarının elmdən ibarət olduğuna diqqət yetirmək;

12- Kiçik və dəyərsiz siyasi hadisələrin təsiri altına düşməmək;

13- Ehtiyatlı olun ki, fitnə şəraitində universitetin elmi işi zəifləməsin;

14- Nikbin və ümidli baxış yumşaq müharibədə əsas şərtlərdən biridir;

15- İfratçılıqdan çəkinmək yumşaq müharibədə əsas şərtlərdən biridir;

16- Ağıl və düşüncə ilə fikirləşmək və rəftar etmək;

17- Hadisələrdə ifrat və təfrit olmamalıdır;

18- Ölkənin böyük məsələlərini dərk etmək;

19- Düşməni düzgün tanımaq;

20- Düşmənin məqsədlərini anlamaq;

21- Düşmənlə mübarizə üçün geniş proqram hazırlamaq və hərəkət etmək;

22- Ölkədə baş verən hadisələri və fitnə zamanı nə etməli olduqlarını tələbə gənclərə başa salmaq;

23- Tələbələrə təhlil qabiliyyəti aşılamaq;

24- Tələbələrə ümid verməklə onlarda işə qüvvə və həvəs oyatmaq;

25- Gələcəyə ümidsizliyin bütün fəaliyyətlər üçün məhvedici zəhər olduğuna diqqət yetirmək;

26- Ümidin insanı uğura çatdıran möhtəşəm qüvvə olmasına diqqət yetirmək;

27- Tələbə üçün həvəskar, ümidli və irəliyə doğru hərəkət şəraiti yaratmaq;

28- Fikir bildirməsi üçün tələbəyə imkan vermək;

29- Universitetlərdə azad düşüncə kürsüləri yaratmağa çalışmaq və bu işin məziyyətlərinə diqqət yetirmək;

30- Universitetdə siyasi və etiqadi nəzəriyyə kürsüləri yaratmaq;

31- Haqqın aşkara çıxması məqsədi ilə azad düşüncə kürsülərində tənqid və mübahisə şəraiti təşkil etmək;

32- Uzunçuluqla zehinləri gərginləşdirməyin ölkənin inkişafına heç bir kömək etmədiyinə diqqət yetirmək;

33- Ölkənin inkişafına kömək edən amilin düşüncələrin həqiqi azadlığından ibarət olmasına diqqət yetirmək;

34- Azad düşünərək nəzəriyyələri ortaya qoymaq, etiraz və qalmaqallardan qorxmamaq;

35- Quruluşun düşmənlərinin əl çalmasından həvəslənməmək;

36- Məntiqli mübahisə etmək, digərlərinin sözlərini dinləmək və onların ən yaxşısını seçmək;

37- Dünyanın təbliğat şəbəkələrinin işi barədə düşünmək, mütaliə etmək və onların məqsədlərini öyrənmək;

38- Məkrli planların çoxunun hədəfinin elmdən, elm adamlarından və tələbələrdən ibarət olmasına diqqət yetirmək;

39- Düşmənin elmi çevrələrə təsir göstərməsinin qarşısını almaq;

40- Elmi işin dayanmasının qarşısını almaq;

41- Elm, tədqiqat, inkişaf, yenilik və elmin mövcud sərhədlərini keçməyə ciddi yanaşmaq;

42- Müxtəlif elmlər olmadan ölkənin iqtidarının imkansız olmasını bilmək;

43- Elmin təhlükəsizlik və iqtidar gətirməsinə diqqət yetirmək;

44- Univesitetdə pozuculuq işlərinin qarşısını almaq;

45- Univesitetdə pozuculuq yaradan əllərə qarşı bədbin olmaq;

46- Sabitliyi qorumaq;

47- Universitetdə fəsad mənbəyi olan şəxsləri tanımaq və tanıtdırmaq;

48- Sabitliyi qorumaqla universitetdə iğtişaş törədənlərin əlaqə və istiqamətlərini tanımaq;

49- Siyasi cinah, qrup və qüvvələrin universitetdən sui-istifadə etməsinin qarşısını almaq üçün müdiriyyət səlahiyyətlərindən istifadə və proqramın icrası;

50- Universitetdə siyasi təmayül və hərəkətlərin bildirilməsi şəraitinin özgələrin və düşmənlərin sui-istifadəsi üçün vasitə olmasından ehtiyatlanmaq;

51- Düşmən qarşısında ayıq və diqqətli olmaq;

52- Universiteti fitnənin zərərlərindən qorumaq;

53- Fitnə şəraitində tələbəni və bəzi müəllimləri məlumatlandırmaq;

54- Projektor və kompas kimi olan ayıqlıq üzərində maksimum təkid;

55- Ayıqlıq lazımi şərtdir; onsuz uğurla məqsədə çatmaq çətindir;

56- Həm ayıqlığın köklü və dərin qatı, yəni dünyaya nizam-intizamlı tövhid baxışı, həm də hadisələrdə ayıqlıq, yəni hadisələrin yanından tələsik keçməmək və avamcasına baxmamaq olmalıdır;

57- Göz və qulağı həqiqətlərə bağlamaq olmaz;

58- Qanun hər bir şeyin yolunu müəyyən etmişdir. Ona boyun əymək lazımdır;

59- Ətraf mühiti də ayıq etmək, hadisələri digərləri üçün aydınlatmaq lazımdır;

60- Düzgün yolu seçməyi çətinləşdirməkdən ötrü düşmənin həmişə haqqı və nahağı qarışdırmasına diqqət yetirmək;

61- Ayıqlıqdan əlavə, haqqı bildirməkdə və haqq mövqedə dayanmaqda iradə və əzmkarlıq da lazımdır;

62- Haqqı bildirməyə və onun üstündə durmağa mane olan amilləri ortadan götürmək lazımdır;

63- Düşmənlə qafilin hökmü fərqlidir; hamını eyni şəkildə mühakimə etmək olmaz;

64- Düşməni tanıyın, onun zahirinə aldanmayın.


Nəticə alınan vəzifələr

1- Düşmən fürsətdən istifadə edib öz planını icra etmək üçün daxildə imkanlar axtarır; buna diqqət yetirmək lazımdır;

2- Düşmənin planları ilə mübarizədə sayıq şəkildə və ağılla çalışmaq lazımdır. Emosional və dözümsüz reaksiyalar səhvə və daha çox zərərə bais olur;

3- Yumşaq müharibədə düşmənlərə qarşı mübarizə aparmaq hamının borcudur, lakin bu işdə bəzi təbəqələrin, o cümlədən tələbələrin üzərinə daha mühüm vəzifələr düşür;

4- Yumşaq müharibə tələbələri elm, tədqiqat və yenilik inkişaflarından və Proqramlaşdırma hərəkatından saxlamamalıdır;

5- İfratçılıqdan və radikallıqdan çəkinmək, qərar və hərəkətləri düşüncə və təfəkkürlə yanaşı etmək yumşaq müharibə edənlərə qarşı köklü mübarizənin şərtidir;

6- İslam inqilabı qarşısında missiyanın laqeydliklə və ümidsizliklə uyğunluğu yoxdur;

7- İslam inqilabında fəal rolun şərti təhlil qabiliyyətinə malik olmaq, düşmənləri və onların məqsədlərini dərk etməkdir;

8- İxtisaslı çevrələrdə azad düşüncə kürsülərinin və fikir bildirmək imkanının yaradılmaması məsələlərin ümumi yerlərdə müzakirə olunmasına və daha çox ziyanlara səbəb olur;

9- Azad düşüncə kürsüləri yaratmamaq öz məqsədlərini təlqin və təbliğ etmək üçün quruluşun müxalif və düşmənlərinə fürsət yaradır;

10- Düşmənlər haqqı tapmaq üçün dərk və düşüncə imkanının yaranmaması məqsədilə mücadilə və dava-dalaş şəraiti yaratmaq istəyirlər;

11- Düşmənlər elmi çevrələrdə və universitetlərdə pozuculuq yaratmaqla ölkənin elm və tədqiqat inkişafını dayandırmaq, quruluşun iqtidarını azaltmaq istəyirlər; bunu əngəlləmək lazımdır;

12- Elmi çevrələrdə və universitetlərdə pozuculuqla məşğul olan şəxslər düşmənlə yanaşı hərəkət edirlər və tanınmalıdırlar;

13- Universitetlərdə tələbələrin üzərinə İslam inqilabını və onun nailiyyətlərini qorumaq vəzifəsi düşür;

14- Universitetlərdə tələbələr fəsad törədənləri tanıtdırmağa və qanunu icra etmək üçün quruluşun müxtəlif məmurları ilə həmkarlıq etməyə borcludurlar;

15- Siyasi ruh və həvəslə siyasətbazlıq və siyasi qrupların at oynatması arasında fərq və sərhəd tanınmalıdır;

16- Siyasi fəallıq adı altında siyasi qrup və cərəyanlara sui-istifadə imkanı yaratmaq olmaz;

17- Hər bir münasib fürsətdə düşmənin gördüyü işlərdən danışmaq yatmağa və düşməni unutmağa mane olur. Düşmən və onun düşmənlikləri daim təkrarlanmalı və yada salınmalıdır;

18- Səhv və xəyanətdə niyyət fərqli, nəticə isə birdir. Xəyanət qədər zərbə vuran səhvlərə yol vermək olmaz;

19- Fitnədə aldanan şəxslərin səhv və yayınmasının əsas səbəbi ayıqlığın təməl qatında, yəni Allah zikrində, ölümü və qiyaməti unutmamaqda göstərdikləri zəiflik idi.


Hövzə tələbələrinin, ruhani və təbiliğatçıların vəzifələri

Qeyd olunan vəzifələr

1- Təbliğatın ən mühüm zamanının fitnə zamanı olmasına diqqət yetirmək;

2- Fitnə şəraitində aydınlatma və həqiqəti bəyan etmək;

3- Fitnəkarların səhvlərini və fitnənin ibrətlərini xalqa və fitnənin rejissorlarına izah etmək;

4- Gəns nəslin dini inancını gücləndirmək, düşüncə, şübhə və sual ehtiyaclarını təmin etmək;

5- Ölkədə, çətin problem və keçidlərdə ruhaniliyin rolunu düzgün və layiqli tanıtdırmaq;

6- İslam əsasında dini quruluşa laqeyd və biganə qalmamalıdırlar;

7- İqtisadiyyat, idarəetmə, müharibə və sülh, tərbiyəvi və digər məsələlərdə nəzəriyyə yürütməlidirlər;

8- Humanitar elmlər sahəsində hövzənin və ruhaniliyin üzərinə daha böyük vəzifə düşür;

9- Cəmiyyətin zehnini təmizləmək üçün şübhələri öyrənmək, onlara zamanında münasib cavabı vermək;

10- İslam inqilabı və quruluşu elm hövzələrinin övladıdır. Odur ki, ruhanilər və elm hövzələri quruluşu dəstəkləməli və onunla həmkarlıq etməlidirlər;

11- Hövzə dünyanın müxtəlif sual səhnələrində hazır olmalıdır; nə kənarda qalmalıdır, nə də bitərəf olmalı;

12- Dünyanın müxtəlif ehtiyaclarına cavab güclü, məntiqli və qaneedici olmalıdır;

13- Hövzənin aktiv və inqilabçı gəncləri ehtiyatlı olub ifrat və təfritdən çəkinsinlər;

14- Təqlid müctəhidlərini, hövzənin müqəddəslərini və böyüklərini təhqir etmək şübhəsiz sapqınlıq və səhvdir;

15- İnqilabçı fəallığını qorumaqla yanaşı, problemlərə dözün, ümidsiz olmayın və əsəbiləşməyin;

16- İttihamlara görə işdən soyumayın;

17- Fikrinizcə bəzi şəxslərin etiraza layiq hərəkətləri sizi qəzəbləndirib özünüzdən çıxarmasın.


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə