Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında



Yüklə 57,7 Kb.
Pdf görüntüsü
tarix21.05.2018
ölçüsü57,7 Kb.
#45161


Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi 

haqqında

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI



 

 

 



"Fitosanitar  nəzarəti  haqqında"  Azərbaycan  Respublikası  Qanununun  tətbiq 

edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 

441  nömrəli  Fərmanının  1.16-cı,  1.17-ci,  1.25-ci,  1.26-cı  və 1.27-ci  yarımbəndlərinin 

icrasını 

təmin 

etmək 


məqsədilə 

Azərbaycan 

Respublikasının 

Nazirlər 

Kabineti qərara alır:

 

1. 



"Pestisidlərin, 

bioloji 


preparatların 

və 


aqrokimyəvi 

maddələrin 

dövlət sınağının 

aparılması, 

qeydiyyata 

alınması 

və 

istifadəsinə 



icazə 

verilmiş preparatların  siyahısına  daxil  edilməsi  Qaydaları",  "İstifadəyə  yararsız  və 

istifadəsi 

qadağan 


olunmuş 

pestisidlərin, 

bioloji 

preparatların, 

onların 

birləşmələrinin  və  qablarının  sahibindən  geri  alınaraq  zərərsizləşdirilməsi  və 

yaməhv 

edilməsi 



Qaydaları", 

"Yüksək 


toksiki-ekoloji 

təhlükəli 

preparatların siyahısı  və  tətbiqi  Qaydaları",  "Dövlət  qeydiyyatına  alınmamış 

pestisidlərin və bioloji preparatların idxalı və tətbiqi Qaydaları" və "Zəhərli kimyəvi 

maddələrin  ölkə  daxilində  daşınması  və  saxlanması  Qaydaları"  təsdiq 

edilsin (əlavə olunur).

 

2. "Pestisidlər və aqrokimyəvi maddələr haqqında" Azərbaycan Respublikası 



Qanununun  tətbiqi  ilə  bağlı  müvafiq  normativ  hüquqi  aktların  təsdiqedilməsi 

barədə"  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  1997-ci  il  20 oktyabr  tarixli 

120 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

 

3. 



Azərbaycan 

Respublikası 

Nazirlər 

Kabinetinin 

"Azərbaycan 

Respublikasında  aqrar  bölmənin  idarəetmə  sisteminin  təkmilləşdirilməsi 

tədbirləri haqqında"  Azərbaycan  Respublikası  Prezidentinin  2000-ci  il  4  fevral 

tarixli 272  nömrəli  Fərmanının  tətbiqi  ilə  əlaqədar  Azərbaycan  Respublikası 

Nazirlər  Kabinetinin  bəzi  qərarlarına  dəyişikliklər  və  əlavələr  edilməsi 

barədə" 2000-ci 

il 

31 


may 

tarixli 


97 

nömrəli 


qərarının 

1-ci 


bəndi, 

"Azərbaycan Respublikası  Nazirlər  Kabinetinin  bəzi  qərarlarına  dəyişikliklər 

edilməsi  və  bəzi  qərarlarının  və  sərəncamının  qüvvədən  düşmüş  hesab  edilməsi 

barədə" 2004-cü  il  10  mart  tarixli  27  nömrəli  qərarının  5-ci  bəndi,  "Azərbaycan 

Respublikası 

Nazirlər 

Kabinetinin 

bəzi 


qərarlarında 

dəyişikliklər 

edilməsi barədə"  2005-ci  il  7  yanvar  tarixli  5  nömrəli  qərarı  ilə  təsdiq  edilmiş 

"Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  dəyişikliklər  edilən  bəzi 

qərarlarının  Siyahısı"nın  6-cı  bəndi,  "Azərbaycan  Respublikası  Nazirlər 

Kabinetinin  bəzi  qərarlarına  əlavələr  və  dəyişikliklər  edilməsi  barədə"  2006 -cı 

il 22  may  tarixli  129  nömrəli  qərarı  ilə  təsdiq  edilmiş  "Azərbaycan 

Respublikası Nazirlər  Kabinetinin  bəzi  qərarlarına  edilən  əlavələr  və  dəyişikliklər 

"in 2-ci bəndi qüvvədən düşmüş hesab edilsin.

 

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.



 

 

 



Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

 



 

Bakı şəhəri, 22 yanvar 2007-ci il 

 

                        № 10



 

 

 



 

 

 



 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

 

2007-ci il 22 yanvar tarixli 10 nömrəli qərarı ilə



 

TƏSDİQ EDİLMİŞDİR

 

 

 



Zəhərli kimyəvi maddələrin ölkə daxilində daşınması və saxlanması

 

 



 

Q A Y D A L A R I

 

 

 



1. Bu 

Qaydalar 

"Fitosanitar 

nəzarəti 

haqqında" 

Azərbaycan 

Respublikası Qanununun  tətbiq  edilməsi  barədə"  Azərbaycan  Respublikası 

Prezidentinin  2006-cı  il  2  avqust  tarixli  441  nömrəli  Fərmanının  1.27-ci 

yarımbəndinin icrasını  təmin  etmək  məqsədilə  hazırlanmışdır  və  zəhərli  kimyəvi 

maddələrin ölkə daxilində daşınmasını və saxlanmasını tənzimləyir.

 

2.  Zəhərli  kimyəvi  maddələr  müvafiq  standartlara  və  texniki  şərtlərə uyğun 



olaraq  qablaşdırılmalı,  markalanmalı  və  müşayiətedici  sənədlərdə  və  istifadə 

təminatlarında  Azərbaycan  dilində  və  zəruri  hallarda  başqa  dillərdə  hazırlanma 

tarixi, saxlanma müddəti, şəraiti barədə və digər məlumatlar göstərilməlidir.

 

3.  Azərbaycan  Respublikasının  qanunvericiliyində  nəzərdə  tutulmuş  qaydada 



zəhərli kimyəvi maddələrin istehsalı, saxlanması, satışı və tətbiqi ilə məşğul olan 

hüquqi  və  fiziki  şəxslər  (  bundan  sonra-sahibkar)  zəhərli  kimyəvi maddələrin 

daşınmasında  iştirak  edərkən  xüsusi  fərdi  geyim  və  digər vasitələrdən  istifadə 

etməlidirlər,

 

4.  Zəhərli  kimyəvi  maddələr  avtomobillə daşındıqda  adamlar  maşının 



kabinəsində  oturmalıdırlar. Zəhərli  kimyəvi  maddələrin  daşınması  üçün  asan 

təmizlənə  və  zərərsizləşdirilə  bilən  xüsusi  nəqliyyat  vasitələri  ayrılmalıdır 

.Avtomobilin  bortu müvafiq  boya  ilə  rənglənməli  və  ona  "zəhərli  maddə"  sözləri 

yazılmalı,  hər tərəfinə  qırmızı  kiçik  bayraq  bərkidilməlidir.  Nəqliyyat  vasitəsilə 

ancaq zavodda  qablaşdırılmış,  yaxşı  bağlanan  və  bütövlüyü  pozulmamış 

taralara yığılmış preparatlar daşınmalıdır.

 

5. Zəhərli  kimyəvi  maddələr  daşınan  və  ya  daşındıqdan  sonra  təmizlənməyən 



və  zərərsizləşdirilməyən  nəqliyyatda  insanların,  ərzaq  və  yem  məhsullarının 

daşınması qadağan olunur.

 



6. Zəhərli kimyəvi maddələrin yüklənməsi və boşaldılması işləri ehtiyatla yerinə 

yetirilməli,  taraların  zədələnməsinə,  zəhərli  kimyəvi  maddələrin dağıdılmasına 

yol verilməməlidir.

 

7.  Zəhərli  kimyəvi  maddə  torpağa  və  ya  maşına  dağılarsa,  dərhal  Azərbaycan 



Respublikasının  Kənd  Təsərrüfatı  Nazirliyi  yanında  Dövlət  Fitosanitar  Nəzarəti 

Xidmətinin  yerli  qurumlarına  sahibkar  tərəfindən  müraciət  olunmalı  və  bu 

maddələr xüsusi üsullarla zərərsizləşdirilməlidir.

 

8. Alovlana bilən zəhərli kimyəvi maddələr yanğınsöndürən cihazla təmin edilmiş 



üstü dəmirlə örtülü maşında daşınmalıdır.

 

9. 



Sahibkar 

zəhərli 


kimyəvi 

maddələri 

bu 

məqsəd 


üçün 

tikilən 


texniki təhlükəsizliyə  və  sanitariya-gigiyena  tələblərinə  uyğun  olan  xüsusi 

anbarlarda  saxlamalıdır.  Anbarlar  yanğınsöndürənlərlə,  su,  qum  və  digər 

inventarlarla 

təmin 


olunmalıdır 

və 


məcburi 

havadəyişən 

qurğular 

quraşdırılmalıdır.

 

Anbarlar  adətən  dəmiryola  yaxın,  açıq,  hasarlanmış  yerlərdə  yerləşir  və  bu yerlər 



xüsusi  quruluşa  malik  olaraq,  torpağın,  yeraltı  suların  və  havanın  çirklənməsinə 

imkan yaratmamalıdır.

 

10. 


Zəhərli 

kimyəvi 


maddələrin 

yığılması 

və 

boşaldılması 



işləri 

mexanikləşdirilməlidir.  İstifadə  edilən  vəsaitlər  anbarlardan  yığışdırılaraq 

ayrıca yerlərdə təmizlənərək saxlanılmalıdır.

 

11.  Zəhərli  kimyəvi  maddələr  saxlanılan  anbarlar  aşağıdakı  tələblərə cavab 



verməlidir:

 

11.1. yaşayış 



məntəqələrindən, 

heyvanlar 

saxlanılan 

yerlərdən 

və 

taxıl anbarlarından  azı  500  metr,  su  mənbələrindən  isə  2000  metr  uzaqda  və 



bu tikililərə nisbətən külək tutmayan tərəfdə yerləşdirilməlidir;

 

11.2.  geniş,  işıqlı  ,  quru,  divarları  və  tavanı  asan  yuyulan,  döşəməsi 



hamar olmalıdır;

 

11.3.  zəhərli  kimyəvi  maddələri  saxlamaq  üçün  yeri,  onları  çəkmək  və ölçmək 



üçün müxtəlif vəsaitləri olmalıdır;

 

11.4.  ən  azı  iki  otaqdan  ibarət  olmalı,  onlardan  biri  zəhərli  kimyəvi  maddələrin 



saxlanılması və buraxılması, digəri isə onların qeydiyyatının aparılması və xüsusi 

geyimlərin saxlanılması üçün təchiz edilməlidir;

 

11.5. fiziki-kimyəvi xassəsinə, toksikliyinə və yanğın təhlükəlilik dərəcə sinə görə 



zəhərli  kimyəvi  maddələrin  xassəsi  nəzərə  alınmaqla,  anbar  otağı bir  neçə 

bölmədən ibarət olmalıdır;

 

11.6. effektli ventilyasiya olunmalıdır;



 

11.7.  zəhərli  kimyəvi  maddələr  saxlanılan  sahələr  gündə  2-3  dəfə 

havalandırılmalı və orada havanın temperaturu 18-20°C olmalıdır;

 

11.8.  hər gün yığışdırılmalı və havası dəyişdirilməli, sanitar-məişət hissələri, paltar 



asılan yerləri və duşları isə vaxtaşırı dezinfeksiya edilməlidir;

 

11.9.  kağız  və  sintetik  torbalarda,  taxta  yeşiklərdə,  ağac  və  metal  barabanlarda, 



flyaqalarda  qablaşdırılmış  zəhərli  kimyəvi  maddələr  yan-yana qoyulmuş  taxta 

altlıqlar üzərinə yığılmalıdır;

 



11.10.           zəhərli  kimyəvi  maddələri  rütubətdən  qorumaq  üçün  aşağı 

altlıq döşəmədən 20-25 santimetr hündür olmalıdır;

 

11.11.  zəhərli  kimyəvi  maddələri  yığmaq  üçün  taxta  rəflərin  hündürlüyü torba 



taralar  üçün  4,5  metrdən,  taxta  yeşik,  metal,  ağac  barabanlar  üçün  isə  3  metrdən 

hündür olmamalıdır;

 

11.12. stellaj və rəflərə yaxınlaşmaq üçün əlverişli şərait olmalıdır;



 

11.13.  saxlanılan  zəhərli  kimyəvi  maddələrin  qruplarını  müəyyən  etmək üçün 

taraların  üzərinə  insektisid  və  akarisidlərdə  -  qara,  fungisidlərdə  -  yaşıl, toxum 

dərmanlayıcılarda  -  göy,  defolyantlarda  -  ağ,  zoosidlərdə  -  sarı,  herbisidlərdə  isə 

qırmızı zolaq çəkilməlidir;

 

11.14. lazımi inventar və avadanlıqlarla təchiz olunmalıdır. 



[8]

 

12.  Sahibkar  zəhərli  kimyəvi  maddələri  saxladığı  anbarlarda  yanğın  əleyhinə 



müvafiq qaydalara riayət etməlidir.

 

13.  Zəhərli  kimyəvi  maddələr  anbara  qəbul  edilərkən  zavodda  doldurulmuş 



qablarda olmalıdır. Qabların üzərinə aşağıdakılar yazılmalıdır:

 

istehsalçının adı;



 

əmtəə nişanı;

 

zəhərli kimyəvi maddənin adı;



 

təsiredici maddənin faizi;

 

zəhərli kimyəvi maddənin qrupu;



 

təhlükəlilik nişanı;

 

zəhərli kimyəvi maddənin çəkisi;



 

partiya nömrəsi;

 

hazırlandığı tarix;



 

yanğından və partlayışdan təhlükəsizlik göstəriciləri.

 

14.  Zəhərli  kimyəvi  maddələr  yığılan  anbarlarda  mineral  gübrələrin, 



ərzaq mallarının, yemin və sair təsərrüfat mallarının saxlanılması qadağandır.

 

15.  Anbara  daxil  olan  və  anbardan  buraxılan  bütün  zəhərli  kimyəvi  maddələr 



haqqında  məlumatlar  anbarda  saxlanılan  xüsusi  qeydiyyat  kitabında yazılır. 

Anbara  müxtəlif  zəhərli  kimyəvi  maddələr  daxil  olduqca,  onların  qeydiyyatı  üçün 

müvafiq səhifə ayrılmalıdır.

 

16.  Zəhərli  kimyəvi  maddələr  saxlanılan  anbarlarda  siqaret  çəkmək  və açıq 



alovdan  istifadə  etmək  qadağandır.  Anbardar  zəhərli  kimyəvi  maddələr buraxılan 

və  qəbul  edilən  zaman  anbarda  olmalıdır.  Başqa  şəxslərin  anbara daxil  olması 

qadağandır.

 

17. Zəhərli 



kimyəvi 

maddələr 

anbardan 

zavoda 


istehsal 

edilmiş 


qablarda buraxılmalıdır. Onların uçotu və hesabatı çəkilərinə uyğun aparılmalıdır.

 

18.  Mənşə  və  uyğunluq  sertifikatları  olmayan,  standartlara  uyğun gəlməyən, 



insanların  həyatı,  sağlamlığı  və  əmlakına,  habelə  ətraf  mühitə  zərər  vura  bilən 

zəhərli kimyəvi maddələrin daşınması və saxlanmasına yol verilmir.

 

19.  Zəhərli  kimyəvi  maddələrlə  bağlı  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul olan 



fiziki 

və 


hüquqi 

şəxslər 


mövcud 

qanunvericiliyə 

uyğun 

olaraq 



onların daşınmasında  və  saxlanılmasında  texniki  təhlükəsizliyə  və  əməyin 

mühafizəsinə cavabdehlik daşıyırlar.

 

20.  Azərbaycan  Respublikasının  Kənd  Təsərrüfatı  Nazirliyi  yanında Dövlət 



Fitosanitar Nəzarəti Xidməti Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər 

Nazirliyinin, 

Azərbaycan 

Respublikası 

Səhiyyə 

Nazirliyinin, Azərbaycan 

Respublikası  Fövqəladə  Hallar  Nazirliyinin  iştirakı  ilə razılaşdırılmış  qrafikə 

uyğun  olaraq  zəhərli  kimyəvi  maddələrin  ölkə  daxilində  daşınması  və 

saxlanmasında 

sahibkar 

tərəfindən 

mövcud 


reqlamentə, sanitariya-gigiyena 

qaydalarına  və  təhlükəsizlik  texnikasının  tələblərinə  riayət edilməsini,  habelə  ətraf 

mühitə və insan sağlamlığına təsirini yoxlayır.

 

Yoxlamaların  nəticələri  müvafiq  protokolla  rəsmiləşdirilir.  Protokolda dövlət 



nəzarəti  orqanlarının  əməkdaşlarının  soyadı,  adı,  atasının  adı  göstərilir və  bu 

barədə  nəzarət  kitabçasında  qeyd  aparılır.  Protokolun  bir  nüsxəsi sahibkara 

təqdim  edilir.  Protokolu  imzalayarkən,  sahibkarın  öz  rəyini  əlavə etmək  hüququ 

vardır. Protokolda aşağıdakı məlumatlar qeyd edilir:

 

sahibkar haqqında məlumatlar ( soyadı, adı, atasının adı, ünvanı);



 

nəzarətin aparılmasının səbəbləri və müddəti;

 

yoxlamanın nəticələri.



 

Yoxlama  zamanı  aşkar  edilmiş  nöqsanların  aradan  qaldırılması  üçün mövcud 

qanunvericiliyə uyğun tədbirlər görülür.

 

Sahibkar 



yoxlamanın 

nəticələri 

ilə 

razılaşmadığı 



halda, 

müəyyən 


olunmuş qaydada inzibati və məhkəmə qaydasında şikayət edə bilər.

 [9]

 

 



 

 

Yüklə 57,7 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə