Fizika-1Qacarallnsonjavad layout 1


Qüvvə və irəliləmə hərəkəti


səhifə2/52
tarix05.02.2018
ölçüsü
#24986
1   2   3   4   5   6   7   8   9   ...   52

Qüvvə və irəliləmə hərəkəti
I
Yeyin və yavaş hərəkət


 7
Bəzən həyatda qarşıya ciddi bir məsələ çıxdıqda onun həllinə çalışan insanların dilindən “tez-tez”, “tələsin”,
“cəld olun”,  “özünüzü təcili çatdırın” və bu kimi sözlər eşidilir. Bu kəlmələrdə  hərəkətlə bağlı çox ciddi
hökmlər vardır. Ona düzgün əməl etmək üçün hərəkət haqqında müəyyən biliklərə malik olmaq lazımdır.
“Tələsin” hökmü müəyyən bir məsələnin kiçik vaxt ərzində həllini tələb edir. “Cəld olun” 
− iti yeriməyə, kiçik
zaman müddətində böyük məsafə qət etməyə və ya çox iş görülməsinə işarədir. Sonuncu 
− “özünüzü təcili
çatdırın” hökmündə isə tələb olunur ki, məsələnin həlli zamanı hərəkət getdikcə yeyinləşsin. Aydınca görünür
ki, bütün bu tələblərin hamısında vaxta qənaət etmək istəyi əsas yer tutur.
Buradan belə bir nəticəyə gəlmək olar ki, cisimlərin hərəkətini təsvir edən, məsafə və zamanla bağlı elə
kəmiyyətlər vardır ki, onlar haqqında müəyyən təsəv vürlər insanlarda hələ  ibtidai dövrdən yaranmışdır.
Bunlardan biri hərəkətin ye yin və ya yavaş baş verməsini müəyyən edən sürət kəmiyyətidir. Sürət cis min
getdiyi yolun onun gedilməsinə sərf olunan zamana  nisbəti ilə ölçülür və aşağı dakı kimi təyin olunur:
V  = gedilən yol/zaman =  S/t
Sürət  kəmiyyəti
1 km/saat, 1 m/s, 1 sm/s 
kimi vahidlərlə ölçülür və “saatda 1 kilometr”,  “saniyədə
1 metr”,  “saniyədə 1 santimetr” kimi ifadə edilir. Cismin hərəkəti haqqında bir qədər də ətraflı məlumata ma -
lik olmaq üçün onun sürətinin qiyməti ilə yanaşı, istiqamətini də göstərmək lazımdır. Fizikada qiyməti və
istiqaməti ilə təyin olunan belə kəmiyyətlərə vektor kəmiyyətlər deyilir. Vektor  kəmiy yətlər oxla təsvir olunur.
Sürət kə miy yətini təsvir edən vektor oxunun uzun  luğu onun ədədi qiymətini, isti qaməti isə hərə kətin istiqamətini
göstərir. Vektor kəmiy yətlər böyük hərflə işarə olunur; məsələn, sürət vektoru V, ya V  kimi yazılır.  Cisim hərəkət
edərkən saldığı izə hərəkətin trayek tori -
yası, trayektoriya nın uzunluğuna isə cis-
min getdiyi yol deyilir. 
Trayektoriyanın düz və ya əyri xətt
olmasından asılı olaraq  hərəkətlər düzxət li
və əyrixətli olmaqla iki növə ayrılır.
Düzxətli hərəkətdə sürət vektoru elə düz
xəttin, yəni trayek 
toriyanın üzərinə
Sürət  vektorlarının toplanması.



düşür.Əyrixətli hərəkət halında isə sürət vektoru
trayektoriyanın hərəkətə baxılan nöqtəsinə çəkilmiş toxunan
boyunca yönəlir.
Sürətini dəyişən cismin hərəkətinə təcilli hərəkət deyilir.
Təcil cismin sürətyığma qabiliyyətini və ya hərəkət yavaşı -
yandırsa,  sürətin dəyişməsini müəyyən edən kə miyyətdir. Əgər
avtomobil birinci saatın sonunda  
60 km/saat
ikinci saatın sonunda
80 km/saat
sürətlə hərəkət etmiş olarsa, onda onun  sürətinin
dəyişməsini  əks etdirən orta təcili
20 km/saat
2
olacaqdır.
Təcil cismin vahid zamandakı sürət dəyişməsinin bu dəyişməyə
sərf olunan zamana  nisbəti ilə ölçülür:
a = sürətin dəyişməsi /zaman parçası = V

- V

/ t 
Təcilin ölçü vahidləri 
sm/s
2
, m/s
2
və  km/s
2
-dır. 
Qeyd etmək lazımdır ki, təcil də vektor kəmiyyətdir. Yəni bu
kəmiyyətin də qiyməti ilə yanaşı, istiqamətini də bilmək mühüm
əhəmiyyət daşıyır. Əgər hərəkət edən cisim zaman keç dikcə
sürət yığırsa, onda onun təcili müsbət qəbul edilir və bu halda
təcil vektoru sürət vektoru ilə üst-üstə düşür. Əgər cisim getdikcə
sürətini azaldaraq yavaşıyan hərəkət edirsə, onda onun təcili
mənfi qəbul edilir və  sürət vektorunun əksinə yönəlir.  Təbiətdə
mövcud olan canlılar hərəkət sürətlərinə görə də bir-birindən
fərqlənirlər; məsələn, 
100 m
məsafəni  
9,69 saniyəyə
qaçan
Yamayka idmançısı Hüseyn Boltun 2008-ci ildə keçirilən yarış
Ən yavaş hərəkət edən heyvan - ilbiz.
Yavaşsürətli heyvan - tısbağa.
Dünyanın ən  yüksəksürətli heyvanı - gepard ovunu qovarkən sürətini 110 - 115 km/saat-a çatdırır. Onun sürətyığma qabiliyyəti 2 saniyədə 75 km/saat-dır.
8


zamanı
qaçışını  insana  məxsus ən yeyin
hərəkət hesab etmək olar. Bu, saatda 
37,15 km
sürətlə hərəkət deməkdir. Piyada hərəkət
zamanı  insanın orta sürəti saatda 
5 km
-ə və
ya 
1,4 m/s
-y
ə bərabərdir. Buradan görünür ki,
insanın sürəti hərəkətin növündən asılı olaraq
çox böyük aralıqda dəyişə bilər. Lakin belə  bir
mühüm cəhəti də unutmaq olmaz ki, insan
yavaşsürətli hərəkətini  saatlarla davam etdirə
bildiyi halda, yüksəksürətli hərəkətini bəzən heç
10 dəqiqə də davam etdirə bilmir.
Ən yavaş hərəkət edən canlılardan biri
ilbizdir. О, saatda 
5,4 m
,
yəni insandan təx -
minən 1000 dəfə kiçik  sürətlə hərəkət еdir.
Tısbağa isə saatda 
70 m
hərəkət etməklə
sürətdə ilbizi 13 dəfə qabaqlayır. Ən sürətli
heyvan isə gepard (ov pələngi) hesab edilir. Bu heyvan sürətini saatda 
115 km
-
ə qədər artıra bilir. Gepardın
bu keyfiyyəti  ovçuluqla məşğul olan insanların diqqətini cəlb etmişdi. Orta əsrlərdə Azərbaycan ovçularının
öz peşələrində ov iti, ov quşu ilə yanaşı, belə heyvanlardan da istifadə etdikləri məlumdur.
Suda yaşayan heyvanlar içərisində ən sürətlisi  qılıncbalığıdır. Onun maksimal sürəti saatda 
130 km
-
ə
çatır. Buradan görünür ki, ilbiz və tısbağa ilə müqayisədə insan çox böyük, qılıncbalığı və gepardla  müqayisədə
isə çox kiçik sürətə malikdir. Lakin tarix boyu insanlar yaşamaq üçün sürətli hərəkətə, məişət işlərini
yüngülləşdirən vasitələrə ehtiyac duymuş və onu həll etməyə çalışmışlar. Odur ki bu məqsədlə müxtəlif
vasitələrdən, məsələn, xizəkdən, diyircəkli ayaqqabıdan,  at, dəvə, maral, it, öküz, kəl və bu kimi minik və qoş -
qu heyvanlarından istifadə etməli olmuşlar. İnsanın daha böyük sürətlə hərəkət etmək  arzusunun nəticəsi
olaraq velosiped, lokomotiv, avtomobil, təyyarə, raket  və  başqa müxtəlif növ sürətli hərəkət vasitələri ixtira
edilmişdir.
Süvari at belində.
İt qoşulmuş kirşə.
9


Yüklə

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə