Fizika-1Qacarallnsonjavad layout 1


səhifə52/52
tarix05.02.2018
ölçüsü
#24986
1   ...   44   45   46   47   48   49   50   51   52

 dan vahimələnib,  özünü  yüksək mər təbəli  binaların
pən cərəsindən yerə atan və xəstə insanlar olmuşdu.
Bu dəqiq elmi əsaslara söykənən nəticə, əslində,
Abşe 
ronun zəlzələyə da 
vamlı ərazi olduğunu
göstərir. Belə ki, zəlzə lə nin təsiri Yerin üst qatının
geoloji xüsu siyyətindən çox asılıdır. Yerin üst qatı
möhkəm qaya süxurları, ba zalt, qranit, əhəng və
qum daş larından ibarət olan birinci və yumşaq qum-
gil və çöküntülərdən ibarət olan ikinci olmaqla iki
qrupa ayrılmışdır. Abşeronun da daxil olduğu bir-
inci qrup ərazilər zəlzələyə daha çox davamlı olur.
Bu elmi nəzəriyyə bir çox güclü zəlzələnin
nəticələrini təd 
qiq еdən alimlər tərəfindən irəli
sürülmüş və təcrü bədə təsdiqini tapmışdır.
Kəlküttə yaxınlığındakı Assam şəhərində 1897-
ci ildə baş vermiş zəlzələ hələlik dünyanın ən dəh -
şətli zəlzələsi kimi qəbul edilir. Bu zəlzələ zamanı
390.000 km
2
sahədə daş evlər uçmuşdur. Zəlzələ
650.000 km
2
sahə də hiss olunmuş. Bu zaman tor -
pağın rəqs amplitudası 16 sm-ə çatmış, Yer səthində
Yer da lğası müşahidə edilmişdir. Şəkildə göstərilmiş
də mir yolu xəttinin görünən vəziyyəti Yer dalğasının
dəhşətli gücə malik olduğunu gös tərir. Bu zəlzələ
zamanı bəzi yerlərdə qum və xırda daşlardan fəv -
varələr əmələ gəlmiş, çaylar isti qamətini dəyişmiş,
yeni şəlalələr, dağlar və dərələr yaranmışdır.
Təbiətin zəlzələ kimi dəhşətli bəlasından insan ları qorumaq, onlara yardım etmək məqsədi ilə dünyanın hər
yerində zəlzələni qeydə alan geniş seysmik stansiyalar şəbəkəsi yara dılmışdır. 
Onlardan alınan məlumatlar zəlzələnin yerini, gücünü və digər parametrlərini təyin etməyə imkan versə də,
hələlik zəlzələnin baş verəcəyini qabaq cadan söy -
lə mək mümkün deyil.
Seysmik dalğalar zəlzələ ocağı 
− episentr 
eləcə də Yerin daxili quruluşu haqqında məlu mat -
larla zəngin olur. Odur ki bu dalğaları qəbul edib,
tədqiq etmək böyük elmi və əməli əhəmiyyət daşı yır. 
Zəlzələ ocağından uzaqlaşdıqca seysmik dal ğa lar
enerjisini itirir, nəticədə onun intensivliyi kəskin
şəkildə azalır. Buna baxmayaraq müasir ci hazların
köməyi ilə ən zəif zəlzələni belə Yerin istənilən
nöqtəsində aşkar etmək müm kündür. Bu, seysmoqraf
adlanan çox həs sas cihazlar vasitəsilə həyata keçirilir.
Seysmoqraflar zəlzələ və Yerin hər hansı tit rəyişi
və ya təkanı nə ti cəsində yara nan seysmik dal -
ğa la rın  amp  litudasını  dəfələrlə  böyü də  rək  xüsu si
kağıza yazır. Seysmoqram adlanan bu yazıda zəlzələ
Qlobal Proqnozlaşdırma Şəbəkəsinin  müstəqil
və av to matik şəkildə Yerin qravitasiya sahəsinin
üç qarşılıqlı perpendikulyar oxlar üzrə dəyiş -
mələrini qeyd etməyə imkan verən ilk  stan siyası 
ATROPATENA-Az 2007-ci ildə Bakıda qurul -
muşdur. Zəlzələni qeyd etməyə imkan verən bu
stansiyanın topladığı məlu matlar təhlil edilmək
üçün   ABŞ-da  yerləşən mərkəzi məlumat baza -
sına göndərilir. İkinci belə bir stansiya 
ATROPATENA-Pk 2009-cu ildə
Pakistanda yaradılmışdır.
Zəlzələsindən sonra dəmir yolu xəttinin vəziyyəti. Yeni Zelandiya. 2010 -ci il.
175


176
2008-ci il oktyabrın 5-də, yerli vaxtla saat 22 radələrində Qırğızıstanın cənubundakı Oş
şəhərindən 220 km məsafədə baş verən yeraltı təkanların gücü Rixter cədvəli ilə 6,9 bal
olmuşdur. Zəlzələ nəticəsində 75 insan ölmüş, yüzlərcə bina uçmuş və ya istifadəyə yararsız
hala düşmüşdür.
Səma seysmoqrafı
Yaponiya Coğrafiya İnstitutu ölkədə  mindən çöx
Yer qabığının hərəkətini qeydə alan  verici ciha-
zlar quraşdırıb istifadəyə vermişlər. Bu cihazlar
hündürlüyü 4,5 m olan paslanmayan poladdan
hazırlanmış sütunlar üzərində quraşdırılmışdır.
Yuxarı hissədə qlobal peyk naviqasiya sisteminin
(GPS) qəbuledicisi yerləşir. Hər yarım dəqiqədən
bir qəbuledici vericinin koordinatlarını təxminən
2 mm dəqiqliklə təyin edir. Bu da tektonik yer -
dəyişmələri müəyyən etməyə imkan verir. Veri -
cilər arasındakı orta məsafə əsasən 25 km-ə
yaxın olur, lakin seysmik təhlükəli zonalarda onlar
daha sıx yerləşdirilir.


177
ocağı və dal ğanın yayıldığı yolda Yerin da-
xili quru luşu haq qında də yərli məlumat lar öz
əksini tapır. 
Qarşıya qoyulan məqsəddən asılı
olaraq Yerin rəqsi hərəkətini yazmaq
üçün müxtəlif seysmoqraf cihazlarından
istifadə edilir; məsələn, tikililərin, yaşa yış
binalarının zəl zələyə davam lılığını öy rənən
mühən dislik  seys molo giyasında  tor pağın
yerdəyişmə, sürət və təcil kimi kine matik
kəmiy yətlərini ölçməyə imkan verən cihaz -
lar üstünlük təşkil edir. Seysmik müşa hidələr
apar 
maq üçün cihazlar tikintinin zir 
zə 
-
misində onun əsası ilə möh 
kəm əlaqə 
-
ləndirilərək  yerləş di rilir. 
Seysmoqrafın əsas hissəsi da yaqdan asıl -
mış tərpənməz yükdən iba rət dir. Cihazın başqa hissələri zəl  zələ zamanı hərəkətə gəlir. Bu zaman yük dayağa
bağ lanılmış kağız lent üzərində dayağın ta razlıqdan kənara çıxmasını geyd edir. Lent üzərində yazı dalğanın
gəlməsini qeydə alır, rəqsin və hət ta istiqamətini, haradan gəl diyini təyin edir.
Yerin üfüqi rəqslərini  qeyd edən seysmoqraf.
Yaponiyanın meteorologiya xidmətinin əməkdaşları Sakit okeanın dibi ilə tamamilə yeni keyfiyyətli
nazik optik kabel yerləşdirməyə başlamışlar. Bu kabel Yaponiya sahillərində yeraltı təkanları qeyd
edən nəzarət sisteminin  bir hissəsi olacaqdır. Şəkildə bu sistemin seysmoqrafı göstərilmişdir. 


Yanar dağ 
Vulkan (Yanar dağ)Yerin dərin qatlarında gedən fiziki dəyişmələr nəticəsində baş verən fiziki hadisədir.
Müşahidələr göstərir ki bəzi hallarda zəlzələ zamanı  vulkan  püskürməsi  və  vulkan püskürməsi zamanı
zəlzələ müşahidə olunur. Tsunami hadisəsi də dənizdə baş verən vulkan püskürməsinin nəticəsi ola bilir. Ona
görə vulkan hadisəsindən də qısa məlumat verməyi lazım bildik.
Məlumdur ki, Yer səthindən onun dərin qatlarına doğru getdikcə temperatur və təzyiq artır. Yer qabığının
alt hissəsində mövcud olan yüksək temperatur süxurları əritməyə qadir olsa da, təzyiqin yüksək olması buna
imkan vermir. Yeraltı fiziki şəraitin daha fəal olduğu mərkəzlərdə təzyiqin təsadüfən azalması dərinliklərdəki
süxurların əriməsinə və külli miqdarda qaz kütləsinin ayrılmasına səbəb olur. Əmələ gələn qazlar maye halında
olan və maqma adlanan maddə ilə birlikdə hərəkətə gəlib münasib bir yer tapan kimi Yerin səthinə qalxır.
Buna maqmatik vulkan deyilir. Maqma yuxarı qalxdıqca təzyiq azalır, mayedə həll olunmuş qazlar ondan
ayrılır. Maqmatik vulkan zamanı Yer titrəməsi- rəqs etməsi hadisəsi baş verir. Mərkəzi zəlzələ ocağında olan
eninə və uzununa dalğalar həm Yerin həcmi, həm də səthi üzrə yayılır. 
Vulkan püskürən ərazinin yaxınlığında tez-tez zəlzələlər müşahidə edilir, bu zaman yeni yaranmış isti
bulaqlara, qaynar su fəvvarələrinə təsadüf olunur. Bununla belə, vulkanlar bəşəriyyətə böyük fəlakətlər də
gətirə bilir. 1902-ci il mayın 8-də Cənubi Amerikanın Kiçik Antil adasında Mon-Pole vulkanı fəaliy yə tə
başlamış, ani olaraq yaxınlıqdakı Sen-Pyer şəhərinin 35 minlik əhalisinin 28 min nəfərinin ölümünə səbəb
olmuş dur. Püskürmə başladıqda vul kanın zirvəsində güclü partlayış baş vermiş, böyük lava kütləsi, vulkan
külü, odlu və qızmış hissəciklər və ayrılan qazlar dağ yamacı ilə axıb bir an içərisində qəsəbəni bürümüşdü.
Sualtı vulkanlar da vardır. Bunlardan biri - Sakit okeanda Havay adalarında fəaliyyətdə olan Manya-Loa
planetimizin ən hündür vulkanıdır. Onun 9200 metrə bərabər olan hündürlüyünün 5000 metri suyun altında,
4200 metri isə suyun səviyyəsindən yüksəkdədir.
Abşerondakı Qaradağ  rayonu n un
Lökbatan qəsəbəsi yaxın  lığında
yerləşən Lökbatan palçıq vulkanı
(qaynaca, bozdağ) son dəfə 2001-
ci ilin oktyabr ayında püskürmüş
və 1 saata yaxın davam etmişdir.
Sarımtıl-qara rəngli palçıq axaraq
vulkanın qərb yamacı
istiqamətində 1,5 hektar əraziyə
yayılmışdır. Müşahidələr zamanı
vulkanın şərq və qərb
yamaclarında müxtəlif ölçülü
çatla rın əmələ gəldiyi aşkar
edilmişdir. Vulkan ilk püskürmənin
qeydə alındığı 1829-cu ildən
indiyədək 21 dəfə püskürmüşdür.
Vulkan püskürməsi. Azərbaycan. Qaradağ  rayonu, Lökbatan.
178
http://ru.wikipedia.org/wiki/Вулкан


179
Azərbaycan ərazisində
əsasən palçıq vulkanı
(qay-
naca, bozdağ
geniş yayıl -
mışdır. Hər il ölkə ərazisin- 
də 3-5 palçıq vul kanı yeni -
dən püskü rür. Son 200 ildə
81 palçıq vul kanında 309
ye ni püs kürmə qeydə alın -
mışdır. Bu illər ərzində Abşe -
ron ərazisində olan vulkan-  
lar  dan Lökbatan 23, Quşçu 11,
Şeyxzahirli 20, Keyrəki 15,
Bahar 8 və s. dəfə yenidən
püs k ürmüşdür.  2001-ci  ildə
ye  ni  püsk ürmələrin  sayı  16
olub rekord həddə çatmışdır.
İslandiyada vulkan
Vulkanın mərkəzi İslandiyanın cənubunda, paytaxt Reykyavikdən 125 km şərqdə yerləşən Eyyafyat-
layokudl buzlağının altında yerləşir. Vulkanın son püskürməsi 20 mart 2010-cu il tarixində müşahidə
olunmuşdur. 14 aprel 2010-cu ildə isə vulkandan böyük həcmdə külün püskürməsi və Avropanın
səmasını bürüməsi nəticəsində  bir çox Avropa ölkəsinin hava məkanı hava 
nəqliyyatı üçün bağlanmışdır.
Palçıq vulkanı. Abşeron.


Hazırda ölkəmizin ərazisində fəaliyyətdə olan 200-dən çox pal çıq vulkanı vardır. Belə vulkan ların
püskürməsi zamanı ətrafa maqma deyil, palçıq püskürür. Palçıq vulkanları bir qayda olaraq konusşəkilli
təbəqədən və ya kiçik dağlardan ibarət olur. Dağların üstü boz rəngli, yumşaq süxur yığıntısı ilə örtülür.
Qobustan ərazisindəki Torağay palçıq vulkanı göstərilən əlamətləri özündə tam əks etdirir. Bu vulkan 400 m
hündürlükdə bir təpə olub, kraterinin diametri 250 m-dən, oturacağının diametri isə 6 km-dən çoxdur.
Abşeron ərazisində fəaliyyətdə olan palçıq vulkanları digər rayonlarla müqayisədə daha çoxdur. Onlardan
fəaliyyətdə olan Kənizdağ, Obnan-Bozdağ, Dəvəlidağ və Çeyil-Axtarma vulkanlarını göstərmək olar. Çeyil-
Axtarma vulkanı özünün çox maraqlı kraterləri ilə seçilir.
Xəzər dənizində yerləşən adaların əksəriyyətində də hazırda fəaliyyətdə olan palçıq vulkanları vardır. Burada
Çilov və Pirallahı adalarından başqa bütün adalar vulkan qalıqlarıdır. Bulla adasında olan palçıq vulkanı bu
yaxınlarda püskürmüşdür. İsveçrənin qeyri- kommersiya təşkilatları tərəfindən təşkil edilmiş Təbiətin yeddi
möcüzəsi beynəlxalq müsabiqəsində Azərbaycanın palçıq vulkanları beşinci yeri tutmuşdur. 
Fəal palçıq vulkanı. Abşeron.
180


Pompey  şə hə ri nin  yox
olması
Pompey Neapol şəhəri
yaxınlığında Qədim Roma şəhəri
olub, 24 avqust 79-cu ildə püskürən
Vezuvi vul kanının külü altında
qalmışdır. Bu vulkan Herkulanum və
Stabi kimi daha iki şəhərin və bir neçə
kəndin də məhvinə səbəb olmuşdur.
Püskürmə o qədər güclü olmuşdur ki,
onun külü Suriya və Misir ərazilərinə
qədər yayılmışdır. Fəlakət ərəfəsində
Pompeyin 20.000 nəfərlik əhalisinin
əksər hissəsi şəhəri tərk etmiş; 2000
nəfərə qədəri  isə şəhərlə birlikdə
hündürlüyü bir neçə metrə çatan
vulkan külünün altında qalıb məhv
olmuşdur. Son illər aparılan qa zın  tılar
nəticəsində kül altında yatmış şəhər
üzə çıxarılıb bərpa edilir.
Pompeyin son günü. Rəssam K.P. Bryullov. 1828-ci il. 
Pompeyin üzə çıxarılmış qalıqları.
181


182
Zəlzələ ocağı Yerin quru hissəsində olduğu kimi, okeanların, yaxud dənizlərin dibində də ola bilər. Bu
halda baş verən yeraltı təkanlara dəniz zəlzələsi deyilir. Qurudan fərqli olaraq suda yalnız uzununa dalğaların
yayıldığını nəzərə alsaq, dəniz zəlzələsinin gücünün başqa bir cədvəl üzrə təyin edilməsi zərurəti yaranır. Ona
görə də dəniz zəlzələlərinin gücü xüsusi altı ballıq cədvəl üzrə müəyyən edilir. Burada altı ballıq güc 12
bal lıq cədvəlin səkkiz balına uyğun gəlir.
Bəzən dəniz zəlzələsi dənizdə və ya okeanlarda güclü dalğalarla müşayiət olunur. Bunlara yapon dilində
böyük dalğa mənası verən tsunami deyilir. Tsunamilər ocağı yaxın sahildə, dəniz dibində, adalarda olan
zəlzələlər və vulkanlar, həmçinin sahildəki qaya, dağ uçqunları nəticəsində də yarana bilər. Dənizin dibində
baş verən zəlzələ və vulkanlar zamanı Yerin rəqsi hərəkəti suya böyük təzyiq qüvvəsinin təsir etməsinə səbəb
olur. Su sıxılmayan maddə olduğundan bu təzyiq ani olaraq suyun səthinə ötürülür və böyük bir sahədə suyun
səthi bir neçə metr hündürlüyə qalxır. Beləliklə, dənizin səthində tsunami deyilən dalğa yaranır və hər tərəfə
yayılmağa başlayır. Bu dalğalar dənizin dayaz yerlərinə, yəni sahilə yaxınlaşdıqca suyun hündürlüyü daha bir
neçə metr artır, yayılma sürəti isə azalır. Dalğa özüyeriyən nəhəng su divarına çevrilir. Sərt döngəli sahilə,
pazşəkilli körfəzə yaxınlaşdıqca bu hadisə daha kəskin şəkildə özünü göstərir. Tsunami zamanı yaranan su
divarının qalınlığı 5 m-ə, uzunluğu 150 km-ə, yerdəyişmə sürəti isə saatda 700 km-ə çata bilər. Bəzən
hündürlüyü 50 m-ə çatan belə nəhəng tsunami dalğası sahilə çatıb 10 km-ə qədər də qurunun içərisinə doğru
irəliləyir. Bu zaman o, qarşısına çıxan tikililəri dağıdır, qayıdanda isə hər şeyi özü ilə gətirib dənizə tökür. 
Sakit okean adaları və onun sahilləri tsunamidən daha çox zərər çəkən ərazilərdir. Bu okeanın mərkəzində
yerləşən Havay adaları iki ildən bir müşahidə olunan güclü tsunamidən çox böyük ziyan çəkir. Atlantik və
Hind okeanlarında, Aralıq dənizində tsunami zəif şəkildə, çox az-az müşahidə olunur. Xəzər dənizində ancaq
iki dəfə zəif tsunami müşahidə edilmişdir. Tsunaminin törətdiyi dağıntıları təsəvvür etmək üçün bir neçə
Tsunami
http://en.wikipedia.org/wiki/Tsunami


183
misal gətirək. 1703-cü ildə Havay sahillərini tsunami basarkən 700 minə yaxın adam tələf olmuş, sahilə
yaxın yaşayış məntəqələri, şəhərlər dağılmışdır. 
1854-cü ilin dekabrında Yaponiya sahilində Silidada limanında dayanmış  Diana rus gəmisindən
müşahidə aparan vitse-admiral Putyatin həmin gün baş vermiş tsunami hadisəsini belə təsvir etmişdi: “Dəniz
bütün qəsəbəni basdı, bir neçə dəqiqədən sonra yalnız bütxanaların damları görünürdü. Bunun ardınca geri
çəkilən su limanı ev və qayıq hissələri, bütöv damlar, müxtəlif maşınlar, ev əşyaları, insan və heyvan meyit -
ləri ilə doldurdu. Bütün bunlar ağlasığmaz dərəcədə böyük sürətli sellə şəhərdən gətirilirdi”. 
1755-ci ildə Lissabon zəlzələsi zamanı yaranan tsunami dalğası Portuqaliya, İspaniya və Mərakeş
ölkələrinin sahillərini yuyub aparmış, Atlantik okeanına tökmüşdür. Bu dəhşətli hadisə təkcə Lissabon
şəhərində 60 min insanın bir an içərisində məhvinə səbəb olmuşdur. Dalğa Atlantik okeanının əksər
limanlarında hiss edilmiş, hətta onların bir çoxunda uçqun, dağıntı və çoxsaylı insan tələfatı baş vermişdir.
1883-cü ildə Krakatau adasında baş vermiş vulkan püskürməsi zamanı da dəhşətli gücə malik tsunami
yaranmışdı. Burada hündürlüyü 40 m-ə çatmış tsunami dalğası bütün sahili yuyub dənizə tökmüş, 36 min
insanın ölümünə səbəb olmuşdu.1896-cı il iyunun 15-də Yaponiyanın Honsü adasında baş vermış zəlzələ
zamanı yaranan və hündürlüyü 30 m-ə çatan dəhşətli tsunami dalğası 300 km məsafədə sahilə böyük ziyan
vurmuşdu. Bu tsunami bütün Sakit okeanda yayılmış, Avstraliya və Cənubi Amerika sahillərində də hiss
edilmişdir.
Dəhşətli tsunami hadisələrindən biri də 2004-cü il dekabrın 26-da Hind okeanında baş vermiş sualtı
zəlzələnin təsiri ilə yaranmış tsunamidir. Zəlzələnin episentri İndoneziyanın Sumatra adası yaxınlığında An-
daman dənizində olmuş, episentrdə gücü 9 bala çatmışdır. Tsunaminin təsiri episentrdən 1000 km-ə qədər
olan İndoneziya, Hindistan, Şri-Lanka, Tailand və Malayziya ölkələrinin sahillərinə qədər yayılmış, böyük
maddi və mənəvi ziyan vurmuşdur. Bu tsunami hətta episentrdən 5000 km məsafədə yerləşən Cənubi Afrika
Respublikasının Port-Elizabet liman şəhərinə də çatmış və orada onlarca insanın həyatına son qoymuşdur.


Yüklə

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə