Fizika-1Qacarallnsonjavad layout 1


səhifə6/52
tarix05.02.2018
ölçüsü
#24986
1   2   3   4   5   6   7   8   9   ...   52

25


Lokomotiv (latınca loco motivius- yerındən tərpənən deməkdir) - rels xətlərində (dəmir yolu) hərkət
edən və özü yükgötürməyən dartıcı maşın. Dəmir yolu -  müasir dövrdə insanların ən çox müraciət etdikləri
nəqliyyat vasitələrindən biridir. Yük və ya sərnişin daşımaq üçün lokomotivin arxasına vaqonlar
qoşulmuş karvana qatar deyilir. Qatarın yük və sərnişindaşıma vasitəsi kimi istifadə edilməsinə  ingilis
ixtiraçılar  Riçard Trevitik və  Corc Stivenson (1804-1808-ci illərdə) tərəfindən buxar lokomotivi  ixtira
edil məsindən sonra başlanmışdır. Su buxarı ilə işləyən, polad relslər üzərində hərəkət edən lokomotiv qısa
müddət ərzində təkmilləşdirilərək yüklü vaqonları dartıb apara bilən qatar halına gətirildi. 
Lokomotiv 
Adler buxar maşını (1835).
Corc Stefensonın  ilk buxar maşını - Rocket .
Sapsan (Almaniya) sürət qatarı. 


Sürətli ispan qatarı.
Avropada sürət qatarı.
27


1825-ci ildə ABŞ-ın Stokton və Darlinqton şəhərləri arasında dünyada ilk dəmir yolu xətti çəkil mişdir. Bu
yolda sərnişinlərlə dolmuş vaqonlardan ibarət qatarları Stefenson qardaşlarının yaratdığı buxar lokomotivi
hərəkət etdirirdi. Lakin bu qatarların hərəkət sürəti çox kiçik idi və saatda 
24 km
-dən böyük deyildi. Zaman
keçdikcə buxar lokomotivləri təkmilləşdirilmiş, onun böyük sürətə malik olan növləri yaradılmışdır. XX
əsrin əvvəllərində onların sürəti artıq saatda 
150 km
-ə çatırdı. Buna baxmayaraq buxar lokomotivlərinin
dizel və elektrik lokomotivləri kimi daha sürətli və güclü rəqibləri yaranır, onu sıxışdırıb meydandan çıxarırdı.
İkinci Dünya müharibəsindən sonra buxar lokomotivlərinin istehsalı, demək olar, tamamilə dayandırıldı,
onun yerini dizel lokomotivləri, bir qədər sonra isə elektrik lokomotivləri tutdu.
Dəmir yolu xətti boyunca çəkilmiş elektrik xəttindən aldığı enerji ilə işləyən elektrik mühərrikinin hərəkətə
gətirdiyi elektrik lokomotivlərinin daşıdığı vaqon birləşməsi elektrik qatarı adlanır. Bu gün müxtəlif ölkələrin
dəmir yollarında hərəkət edən sürətli elektrik qatarları minlərlə sərnişini qısa müddətdə dünyanın bir
şəhərindən digərinə daşıyır. Buna baxmayaraq yeni-yeni sürət qatarları yaradılır. 2007-ci ilin fevral ayında
Fransanın Paris və Strasburq şəhərləri arasında hərəkətə başlayan sərnişindaşıyan sürət qatarının orta sürəti
360 km/saat
-a bərabər olmuşdur. Yaponiyanın Tokio və Aomori şəhərləri arasında işləyən sərnişin qatarının
orta sürəti isə
365 km/saat
-dır.
Elm və texnikanın son nailiyyətləri əsasında yaradılmış maqnit yastıqlı sürət qatarlarının –
maqnitoplanların ən sürətli və rahat yerüstü nəqliyyat vasitələrindən biri olacağına şübhə yoxdur. Bu
Dizel lokomotivi
. ABŞ.
28


qatarlar maqnit sahələrinin qarşılıqlı təsir qüvvələri vasitəsilə idarə olunur. Maqnit sahəsi yaradan qurğu
- maq nit yastıqları - relslər arasında və vaqonların alt hissəsində yerləşdirilir. Hərəkət zamanı eyniadlı
maqnit qüt b   lərinin qarşılıqlı təsirindən yaranan qüvvə qatarı itələyib havaya qaldırır və o, havadan asılı
vəziyyətdə hərəkətini davam etdirir. Bu zaman relslə təkər arasında boşluq əmələ gəlir, nəticədə vaqon-
larda səs-küyün və silkələnmələrin yaranmasına səbəb olan sürtünmə qüvvəsi xeyli azalır. Qatarın
hərəkəti üçün lazım olan enerji induktiv əlaqənin köməyi ilə kənarda qoyulmuş elektrik enerjisi
mənbəyindən induksiya yolu ilə verilir.
Hazırda alim və mühəndislər mövcud olan adi dəmir yollarını maqnit yoluna çevirmək layihəsi üzərində
işləyirlər. Bu layihənin həyata keçməsində əsas çətinlik kiçik həcmə və kütləyə malik güclü maqnit sahəsi
yaradan maqnit yastıqlarının yaradılmasıdır. Dünyada ilk maqnit yastıqlı sərnişin qatarı Çində, Pudun aero-
portu ilə Şanxay şəhəri arasında işə salınmışdır. Sürəti 
450 km/saat-
a çatan bu qatar 
30 km
-lik yolu
8 dəqiqəyə
qət edir. Yaponiyada 2003-cü ildə maqnit yastıqlı sərnişin qatarı sınaqdan çıxarılmış və bu za -
man onun maksimal sürəti 
581 km/saat-
a çatmışdır.
Sürətli hərəkət zamanı insanların rahatlığını və təhlükəsizliyini təmin etməyə geniş imkan yaradan maqnit
qatarları müasir dəmir yolu sistemində əsaslı dəyişiklik olunmasını tələb edir.  
Dizel lokomotivi
Dizel lokomotivi - dizel mühərriki ilə işləyən müstəqil lokomotivdir. O, dizeldə
yaranan mexaniki enerjinin çevrilməsindən hasil olan elektrik enerjisi ilə
işləyən maşındır.
29


İnsanlar quruda yüksək sürətlə hərəkət etmək vasitələrinə malik
olmaqla yanaşı, dərin dəryaları da üzüb keçmək arzusu ilə yaşamış
və nəhayət, onu həyata
keçirmişlər. Belə hərəkət
vasitələ rin dən  bi ri  olan  ilk
qayıqların ya ranma tarixi
yeni era dan min il lərlə əv -
vələ gedib çıxır; məsə -
lən, Mi sirdə qa  z ın  tılar
za ma nı  tapıl mış yel kənli və
Qo bus tan qa    ya   larına həkk
olun muş avarlı qayıq rəsmlərinin ən azı 5000 il tarixə malik olması
bu fikirləri təsdiqləyir.
Müəyyən edilmişdir ki, ilk yelkənli qayıqlar tabaq şəklində
Gəmi
Qədim misirlilərin yelkənli  qayıqları.
Qobustan qaya rəsmlərində avarlı
“Günəş” qayıqları.  Y.e.ə. VI-III minillik.
Vaza yelkənli gəmisi
Şəkildə təsvir olunmuş Vaza yelkənli gəmisi
XVII əsrdən indiyə qədər dünyada qorunub-sax -
lanan yeganə gəmidir. 1628-ci ildə İsveçdə hazır -
lanmış gəmini ölkə başçısı Kral Qustav Va zanın
şərəfinə Vaza adlandırmışlar. O zaman Otuzillik
müharibənin qızğın çağı olduğundan İsveç kral ı -
na güclü dəniz donanması lazım idi. Gəminin
uzunluğunun o dövr üçün çox böyük (təxminən
70 m), orta hissəsinin çox dar (təxminən 12 m)
olması onun böyük sürətə və çeviklik qabiliy -
yətinə malik olacağına ümid verirdi. Nəzərdə
tutulmuş 405 nəfərdən ibarət gəmi heyətinin 90 nəfərinə ancaq gəmidə quraşdırılmış topları idarə
etmək tapşırıği verilmişdi. Tikintisi başa çatmış Vaza-nın 1628-ci il avqustun 10-da - yayın sonuncu
ayının ikinci bazar günü sahilə toplaşmış Stokholm sakinlərinin və kral ailəsinin tamaşası ilə suya
buraxılma mərasimi başlanır. Suya buraxılmış gəminin üç dor ağacına bağlanmış ağ yelkənləri açılır.
Qaydaya görə, bu zaman sahil topları atəş açmalı, gəmidəki toplar isə buna atəşlə cavab verməli idi;
lakin 10 dəqiqə keçmir ki, Vaza-nın 64 topundan açılan cavab atəşindən dərhal sonra o, sol tərəfə
əyilir və gəmidəki insanların qışqırığı güclü partlayış səsinə qarışır. Gəmi bir anda dənizin dibinə
gedir. Bütün gəmi heyəti və bəzi zabitlərin orada olan ailə üzvləri də bu faciədə həlak olur. Aparılmış
tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, gəminin layihəsində ciddi səhvlərə yol verilmişdir.
Belə ki, gəminin sualtı hissəsinin ağırlığı gövdəsinin və topların çəkisinə nisbətən xeyli kiçik
olduğundan onun ağırlıq mərkəzi həddindən çox yüksəklikdə olmuşdu. Bu isə gəmini dayanıqsız
etmişdir. Faciədən 300 il sonra
− 1961-ci ildə Vaza-nın qalıqları su üzərinə qaldırılmış, bərpa edilərək
onun üçün ayrılmış xüsusi yerə qoyulmuşdur.
30
Yelkənli gəmi Vaza.       


Yüklə

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə