Fizika-1Qacarallnsonjavad layout 1


olan müasir səviyyəli küçədə gəzməkdən, su fəvvarələrinə, şəlaləli hovuzlara tamaşa etməkdən


səhifə8/52
tarix05.02.2018
ölçüsü
#24986
1   ...   4   5   6   7   8   9   10   11   ...   52

35
olan müasir səviyyəli küçədə gəzməkdən, su fəvvarələrinə, şəlaləli hovuzlara tamaşa etməkdən
və süni su kanalında qayıqla gəzintidən hədsiz dərəcədə zövq alırlar. 
Gəmidə ən böyük heyrət doğuran əyləncə dörd göyərtənin hündürlüyünü əhatə edən, dağ
idmanı həvəskarları üçün nəzərdə tutulmuş nəhəng divardır. Qaranlıq düşən kimi layner al-
əlvan rəngli nəhəng əyləncə şəhərinə çevrilir. Bu zaman gecə klubları, kazinolar, möhtəşəm şou-
proqramlı konsert salonu və s. işə başlayır. Birhəftəlik gəzinti müddətində gəminin yük sək- 
 səviyyəli aşpazları sərnişinlər üçün 105.000 pay isti yemək, 18.000 pitsa hazırlayırlar. Freedom
of the Seas layneri dəniz turizmində az qala inqilab kimi qəbul edilmişdir. Onların reklam larında
göstərildiyi kimi: “Daxil oldun, daha başqa yerə getmək lazım deyil: burada əylənmək üçün hər
şey vardır”. Bundan sonra insanlarda gəmidən sahilə deyil, əksinə, sahildən gəmiyə ekskursiya
daha böyük maraq kəsb etməyə başlamışdır.
http://en.wikipedia.org/wiki/Public_transport


Sərbəstdüşmə
Qalileo Qaliley
Görkəmli İtaliya filosofu, as-
tronomu və mexaniki
Qalileo Qaliley (1564-1642)
yaşadığı dövrdə elmin inki 
-
şafına böyük təkan vermişdir.
O, ömrünün sonunadək İtaliya
univer si tet lərində  işləmiş,  mex-
anika, astronomiya və həndəsə
fən  lə  rin -  dən  mühazirələr  oxu -
muşdur.
Paduya universite tində işlə -
yərkən Qaliley cisimlərin ətalət
xassəsini və sərbəst düşmə hərə -
kətini öyrən miş və mühüm nəti cələr əldə etmişdir. Müəyyən
etmişdir ki, sərbəstdüşmə təcili cismin kütləsindən asılı deyildir.
O həm də klassik mexanikada   nisbilik prinsipinin yaradıcısıdır.
Qaliley 1609-cu ildə özünün ixtira etdiyi, 32 dəfə böyüdən
teleskop borusu ilə  göy qübbəsində  müşahidələr aparmış  və
çoxlu sayda elmi kəşflərə nail olmuşdur. O, ilk dəfə olaraq
müəyyən  etmişdir ki, Ayın  səthi dağ və kraterlərlə örtülüdür.
Ulduzlar isə Yerdən çox-çox  uzaqda yerləşmiş  işıqsaçan parlaq
göy cisimləridir. Onların görünən ölçüləri  həqiqi ölçü -
lərini əks etdirmir. Qaliley Yupiter planetinin dörd peykini kəşf
etmiş, 
Süd   yolunun sonsuz sayda ulduzlar toplusundan iba rət
olduğunu  söyləmişdir.
Müşahidələrinin nəticəsi olaraq Qaliley Günəşin öz oxu
ətrafında  fırlanma hərəkəti etdiyini, səthində müxtəlif ölçülü
ləkələrin olduğunu  müəyyənləşdirmişdir. O, Nikolay Koper -
nikin he lio sentrik dünya sistemini qəbul etmiş təbiətşünas alim -
lərdən biri  olmuşdur.  Lakin böyük alimin bu mövqeyi Bib- 
liya 
nın pos 
tulatlarına zidd olduğundan kilsə xadimlərinin
xoşuna gəl mir. Ona görə də 1633-cü ildə Qaliley Romada dini
məhkəmə qarşısında mühakimə edilir və ondan tələb olunur ki,
öz dünyabaxışlarının  təbliğindən əl çəksin. Qaliley bu tələblə
razılaşmaq məcburiyyətində qalir. Lakin  rəvayətə görə, qoca-
man alim məhkəmə salonundan çıxan zaman öz-özünə de 
-
mişdir: “Hər halda, o fırlanır...”. Qaliley 1642-ci ilin yanvar
ayın da vəfat etmiş,  Florensiyada, məşhur italyan heykəltəraşı,
boyakar, memar və şair Mikelancelo ilə yanaşı dəfn olunmuş -
dur. 1992-ci ildə Roma Papası II İohan Pavel katolik kilsə məh -
kəməsinin 1633-cü ildə Qalileyə qarşı ədalətsiz qərar çıxardığını
etiraf etmiş və ölümündən 350 il sonra ona bəraət verilmişdir.
36
Maili  Piza qülləsi. İtaliya.


Təbiətdə ən çox təsadüf etdiyimiz sadə hərəkət növlərindən biri sərbəstdüşmə hərəkətidir. Əlimizdə
tutduğumuz cismi sərbəst buraxsaq, o, şaquli düz xətt üzrə  hərəkət edib  yerə düşəcəkdir. Ağırlıq qüvvəsinin
tə siri altında baş verən belə  hərəkətə  sər bəst düşmə  hə rəkəti deyilir.
Sərbəstdüşmə hərəkəti düzxətli və bərabəryeyinləşən, yəni sabit təcilli hərəkətdir. İnsanlar çox qədimdən cisimlərin
sərbəstdüşmə hərəkətini öyrənməyə çalışsalar da, təcrübə qurğusu olmadığından onlar  Qaliley dövrünə qədər bu hərəkət
haqqında mükəmməl biliyə yiyələnə  bilməmişlər.
Rəvayətə görə, Qaliley təcrübə qurğusu kimi İtaliyanın Piza şəhərində tikintisi 1174-cü ildən 1372-ci ilədək davam etmiş,
hündürlüyü  
56 m
olan maili qüllədən  istifadə etmişdir. О, uzun müddət müxtəlif cisimləri Piza qülləsinin ən hündür
nöqtəsindən sərbəst buraxaraq onların hərəkətini öyrənməyə çalışmışdır. Qaliley cisimlərin yerə düşmə müddətlərini ölçmüş,
onların istənilən cisim üçün eyni olduğu qənaətinə gəlmişdir. Ölçmələr zamanı müşahidə olunan cüzi fərqlənmələri  isə
təcrübənin xətası hesab etmişdir. Nəhayət, Qaliley belə nəticəyə gəl mişdir кi, sərbəst düşən bütün cisimlər ey -
ni bir təcillə düzxətli və bərabəryeyinləşən hərəkət edir. O, ölçmələrinin nəticələrinə əsaslanaraq sərbəstdüşmə
təcilinin ədədi qiymətini də hesablamış, onun 
g = 9,80 m/s
2
olduğunu müəyyənləşdirmişdir. Qaliley sərbəst
düşən cisimlərə havanın müqavimət göstərdiyini də dərk etmiş, lakin onu aradan qaldırmağın yolunu tapa
bilməmişdir.
Sərbəstdüşmə hərəkəti üzərində Nyuton da çox çalışmış və müəyyən etmişdir ki, havasız şəraitdə bütün
cisimlər eyni bir
g = 9,80 m/s
2
_
a bərabər olan sərbəstdüşmə təcili ilə düşür. Bununla da  Nyuton Qalileyin
aldığı nəticələri  təsdiq etmiş oldu.
Sərbəst düşən cisimlərlə aparılmış çoxsaylı təcrübələr göstərdi ki, sərbəstdüşmə təcili Yerin coğrafi
enliyindən asılı olaraq dəyişir. Müəyyən edilmişdir ki, bu dəyişmə Yer kürəsinin qütblərdən  basıq, yəni onun
qütblərdəki radiusunun  ekvatordakı radiusundan təxminən 21 km qısa olmasının nəticəsində yaranır. Bu isə
qütblərdə cismin ağırlıq qüvvəsinin, deməli, həm də sərbəstdüşmə təcilinin artmasına, ekvatorda isə azalmasına
səbəb olur. Ümumiyyətlə, sərbəstdüşmə təcilinin qiyməti coğrafi enlikdən asılı olaraq 
9,78 m/s
2
-  9,83 m/s
2
aralığında dəyişir. 
Sərbəstdüşmə.
37


Yüklə

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə