Fizika-1Qacarallnsonjavad layout 1


səhifə9/52
tarix05.02.2018
ölçüsü
#24986
1   ...   5   6   7   8   9   10   11   12   ...   52

İnsan yarandığı gündən yaşamaq uğrunda mübarizə aparmış, qarşısına çıxan çətinlikləri aradan qaldırmaq
üçün müxtəlif əmək aləti və vasitələri yaradıb istifadə etmişdir. Bütün bu növ fəaliyyətin əsasında həmişə
böyük qüvvə tələb olunan işləri kiçik qüvvə tətbiq etməklə yerinə yetirməyin mümkünlüyü məsələsi da yan -
mışdır. Demək olar, ibtidai insanlar qüvvə haqqında heç bir məlumata malik olmasalar da, bu çətinliyin
öhdəsindən gələ bilmişlər. “Qüvvə nədir və onun yaratdığı çətinliklər necə aradan qaldırılmışdır?” sualına bir
qədər aydınlıq gətirməyə çalışaq.
Müşahidələrdən məlum olur ki, cismin hərəkətinin dəyişməsinə ona başqa bir cisimlə qarşılıqlı təsirdə
olması səbəb ola bilər. Belə hadisələr həmişə cismin sürətinin dəyişməsi- təcil alması ilə nəticələnir. Çoxsaylı
təcrübələr nəticəsində məlum olmuşdur ki, qarşılıqlı təsir zamanı yaranan təcil təbiəti bilinməyən bir kə -
miyyətdən asılıdır. Sonradan həmin naməlum kəmiyyət qüvvə adlandırılmışdır.
Təbiətdə müşahidə edilən qarşılıqlı təsirlər zamanı yaranan mənzərələr həddən çox mürəkkəb və
rəngarəngdir. Ona görə də qüvvələr şərti olaraq qarşılıqlı təsirlərin nəticələrinə görə növlərə ayrılmışdır;
məsələn, əzələ qüvvəsi, sürtünmə qüvvəsi, elastiki qüvvə, reaktiv qüvvə və bu kimi qüvvə növləri vardır. Bu
qüvvələrin hər biri qarşılıqlı təsirdə olan cisimlərin bir-birinə toxunması nəticəsində yaranır. Bu səbəbdən on-
lara toxunma qüvvələri də deyilir.
Müəyyən edilmişdir ki, qüvvə cisimlərin bir-birinə toxunmadığı hallarda da yarana bilər; məsələn, qravi-
tasiya, elektrik və maqnit sahələrinin yaratdığı qüvvələr cisimlə heç bir toxunma olmadan özünü göstərir. Bu
halda qarşılıqlı təsir cisimlərin ətrafında mövcud olan sahələr vasitəsilə baş tutur. Ona görə də bu qüvvələrə sahə
qüvvələri deyilir.   
Qarşılıqlı təsir zamanı meydana çıxan toxunma qüvvələri, onların cismin hərəkətinə təsiri dahi ingilis alimi
İsaak Nyuton tərəfindən öyrənilmiş və mexanikanın üç əsas qanunu kimi elmə daxil edilmişdir. Bunlardan bi-
rincisi ətalət qanunu adlanır. Bu qanuna görə, bütün cisimlər ona hərəkət verə biləcək qüvvə təsir edənə
qədər sükunət halını və yaxud bərabərsürətli düzxətli hərəkət halını saxlayır. Cisimlərin sükunət halını, yaxud
bərabər sürətli  düzxətli hərəkət halını saxlamağa çalışması xassəsi ətalət adlanır.
İsaak Nyuton 
(1643-1727)
Fizika, riyaziyyat, astronomiya, fəlsəfə və kimya
elmləri sahəsində sanballı kəşflər etmiş dahi ingilis
alimi İsaak Nyuton  1687-ci ildə nəşr etdir diyi “Na-
tural fəlsəfənin riyazi başlanğıcı” adlı əsərində klas sik
mexanikanın əsasını təşkil edən əsas qanunlarını və
ümum dünya cazibə qanununu ətraflı şərh etmişdir. İşı -
ğın mühitdən keçərkən sınması və  yeddi  rəngə ayrıl ma -
sı hadisələrinin elmi izahı da Nyuton tərəfindən ve ril- 
 mişdir.  İsaak Nyuton güzgülü teles kop ixtira etmiş, onun
va si təsilə uzun müddət göy qüb  bəsində   müşa hidələr apar mış,
nəticədə astronomiya elminə aid bir sıra sanballı kəşflər
etmişdir. Onun belə  kəşflərindən biri  də göy ci sim -
lərinin ümumi hərəkət nəzəriyyəsidir. Nyuton riyaziyyat
elminin də bir neçə yeni sahə sinin yaradıcısıdır.
Sadə alətlər
38


Nyutonun ikinci qanunu cismə təsir
edən qüvvə ilə cismin aldığı təcil ara -
sındakı asılılığı müəyyən edir. Bu qa-
nuna görə, cismin aldığı təcil ona təsir
edən qüvvənin növündən deyil, ancaq
qiymətindən asılıdır. Cismin aldığı təcil
ona təsir edən qüvvə ilə düz, kütləsi ilə
tərs mütənasibdir. Bu qanunu riyazi
şəkildə ifadə etsək: 
F /m = a
, buradan
da
F = ma
yaza bilərik. Axırıncı
ifadəyə görə, cismə təsir edən
F
qüvvəsi cismin kütləsi ilə aldığı
a
təcilinin hasilinə bərabərdir.
Qüvvə vahidi olaraq
Nyuton (N) 
qəbul edilmişdir. 
1 Nyuton
kütləsi 
1 kq
olan cismə
1 m/s
2
təcil
verən qüvvəyə deyilir. 
Nəzərə almaq lazımdır ki, ədədi qiyməti, istiqaməti və tətbiq nöqtəsi ilə təyin olunan qüvvə vektoru
həmişə təcil vektoru ilə eyni bir düz xəttin üzərinə düşür. Təcil artdığı halda onlar eyni, azaldıqda isə
əks-istiqamətli olurlar. 
Cismin eyni zamanda bir neçə cisimlə də qarşılıqlı təsirdə olması mümkündür. Bu zaman hər bir
cismə onunla qarşılıqlı təsirdə olan cisimlərin sayı qədər qüvvə təsir edəcəkdir. Qarşılıqlı təsirin nəticəsi
isə qüvvələrin təsir istiqamətindən asılı olur. Bu onu göstərir ki, sürət və təcil kimi, qüvvə də vektor
kəmiyyətdir. Yəni qüvvənin təsiri onun istiqamətindən asılıdır. Həmişə elə bir qüvvə tapmaq olar ki, o,
cismə bir neçə qüvvənin birlikdə təsiri ilə eyni olan təsir göstərə bilsin. Belə qüvvəyə əvəzləyici qüvvə,
onun əvəz etdiyi qüvvələrə isə qüvvənin toplananları deyilir. Bir neçə qüvvənin əvəzləyicisini tapmaq
üçün onları paraleloqram qaydası ilə toplamaq lazım gəlir. Cismə təsir edən bir qüvvəni də eynilə onun
kimi təsir edən bir neçə qüvvə ilə əvəz etmək mümkündür. Bu əməliyyata qüvvənin toplananlarına
ayrılması deyilir. Ona görə də qüvvənin toplanması və ya çıxılması zamanı onun vektor  kəmiyyət olduğu
nəzərə alınmalıdır. 
Nyutonun üçüncü qanunu belə ifadə olunur: qarşılıqlı təsirdə olan iki ci sim bir-birinə bir düz xətt
boyunca yönəlmiş, qiymətcə bərabər, istiqamətcə əks olan qüvvələrlə təsir edir. Əgər iki cisimdən birin -
cinin ikinciyə təsir qüvvəsi 
F12
ikincinin birinciyə təsir qüvvəsi
F21 
olarsa, onda üçüncü qanunun riyazi
ifadəsini 
F21= -F12
şəklində yaza bi lərik. Bu qüvvələrdən birinə təsir, digərinə əks-təsir qüvvəsi desək, onda
Nyutonun üçüncü qanunu sadə və qısa şəkildə belə ifadə olunar: “Təsir əks-təsirə bərabərdir”. Bu qanun-
dan alınır ki, qarşılıqlı təsir zamanı qüvvələr cüt-cüt yaranır. 
Cismin dayağa və ya asqıya göstərdiyi təsir qüvvəsinə onun çəkisi deyilir. Tarazlıq halında cismin çəkisi
qiymətcə ona bərabər və istiqamətcə əks tərəfə yönəlmiş bir qüvvə ilə tarazlaşır. Bu qüvvəyə əks-təsir qüvvəsi
və ya reaksiya qüvvəsi deyilir.
Cisimlər arasında cazibənin olması haqqında fikirlərin insanlarda yeni eradan xeyli əvvəl yarandığı güman
edilir. Yeni eradan əvvəl III əsrdə yaşamış yunan filosofu Anaksaqora görə, Ay böyük sürətlə hərəkət etməzsə,
o, sərbəst buraxılmış daş kimi Yerə düşər. Onun fikrincə, sərbəstdüşmə ilə planetlərin hərəkət etməsi eyni
səbəbdən baş verir. Bu fikirlə o, Ayla Yer arasında cazibə qüvvəsinin varlığına işarə etmişdir.
Böyük Azərbaycan şairi Nizami Gəncəlinin (1141-1209) əsərlərində də cisimlər arasında cazibənin olması
haqqında qiymətli fikirlər vardır. “Dünyada hər şey cəzbə bağlıdır” deyən şair bütün təbiət hadisələrinin
səbəbkarı kimi yalnız cazibəni görürdü. Ümumdünya cazibə qanununun kəşfinə qədər alman astronomu İohan
Keplerin planetlərin hərəkətini izah edən üç mühüm qanunu da artıq elm aləminə məlum idi. Nyuton özünə -
qədərki elmi kəşf və fikirləri təhlil edərək belə bir nəticəyə gəlmişdir ki, cisimlər arasında cazibə qüvvəsi vardır
və bu qüvvə yalnız onlar arasındakı məsafədən deyil, onların kütlələrindən də asılı olmalıdır. 
Beləliklə, Nyuton 1667-ci ildə kəşf etdiyi təbiətin ən mühüm qanunlarından biri olan ümumdünya cazibə
Gəncədə Nizaminin “Fitnə” əsəri mövzusunda
ucaldılmış heykəl.
39


Yüklə

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə