Fizika-1Qacarallnsonjavad layout 1


səhifə35/52
tarix05.02.2018
ölçüsü
#24986
1   ...   31   32   33   34   35   36   37   38   ...   52

yunan sözünün birləş məsindən əmələ gəl -
mişdir.
Jiroskop özündən əvvəlki cihazlara nis -
bətən bir çox üstünlüyə malikdir. 
Belə ki, jiroskoplar hava şəraitindən,
silkələnmədən və güclü elektromaqnit sa -
həsinin təsirindən asılı olmadan yüksək də -
qiqliklə işləyir. Bu keyfiyyətlər onlara
tə lə batı artırmış, yeni-yeni növlərinin yara -
dılmasına səbəb olmuşdur. 
Hazırda 100-dən çox fizika qanunu var -
dır  ki, onların əsasında müxtəlif rotorlu
jiroskoplar yara dılmışdır. Jiroskoplu cihaz -
lardan hərbi texnikada, gəmiçilikdə, avi-
asiyada, kosmonavtikada və avtomatik ida- 
rə etmə qurğu larında geniş istifadə edilir. 
Belə cihazların köməyi ilə ballistik ra -
ket lərin uçuş trayektoriyasından  meyil et mə -
lərini ölçmək və onu aradan qaldırmaq
müm   kün olmuş dur. İlk dəfə jiroskoplu ci -
hazı Verner fon Braun özünün yaratdığı
Fau-2 raketində sınaqdan çıxarmış və
yüksək nəticə əldə etmışdır.
Jiroskopun kəşfinə qədər insanlar oke-
anda, fəzada səmtlənmək üçün müxtəlif,
dəqiqliyi yüksək olmayan üsul və vasi tə -
lərdən istifadə etmişlər. Onlar əsasən Gü -
nəşin və uzaq ul duz ların görünən vəzi y- 
  yətinə əsas lanaraq özlərinə istiqamət seç məyə
çalışmışlar. Məlumdur ki, qədim döv r lərdən
artıq şaqul, səviyyəölçən kimi Yerin qravitasiya sahəsinə əsaslanan nivelir cihazlar yaradılmış, kompas ixtira edi -
 lmişdir. Bundan bir qədər sonra həndəsə elminə əsaslanan bucaqölçən sekstant və kvadrant alətləri və üstürlab
kəşf edildi. Bu alətlər insanlara fayda
vermiş,  geniş  elmi mü şa hidə lər  apa -
rılmasına və kəşflər edilməsinə im kan
yaratmışdır.
Müasir dövrdə dünyanın hava və su
okeanlarında üzən hər bir gəmi və ya
təyyarə jirokompas, jirostabilizator,
Kardan asqılı jiroskop
Kardan asqısı -  ona bərkidilmiş cismə eyni zamanda bir
neçə müstəvidə fırlanmağa imkan verən universal
diyircəkli dayaqdır. Kardan asqısının əsas xüsusiyyəti odur
ki, ona bağlanmış fırlanan cisim asqının özünün
hərəkətindən asılı olmayaraq fırlanma oxunun istiqamətini
qoruyub-saxlayır. Bu xassə onun jiroskoplarda tətbiq
edilməsınə səbəb olmuşdur. 
Şəkildə kardan asqılı sadə mexaniki jiroskopun sxemi
verilmişdir.
3 oxlu jiroskop.
129


avia horizont,  jiro şaqul,  dön -
mə göstə ricisi və bu kimi ci-
hazlarla təchiz olunur. 
Kosmik gəmilərin, təy ya-
rə və heli 
kop terlərin  stabi-
lizasiya və naviqasiya c ihaz- 
larının çox böyük hissəsi ji -
ro skop əsaslı cihazlardır.
Texnikada,  xüsusilə  də  av i   a -
 siya  və  kosmo nav ti ka nın  bir
çox sahəsində ki çik  həcm li,
ro to runun  dia metri 4 sm-dən
20  sm-ə qədər olan iki sər -
bəstlik dərəcəli ji ro skoplu ci-
hazlardan  is ti fadə  olunur.
On lar  kiçik gücə ma lik
elekt rik  mü hər riki və ya hava
axını vasitəsilə hərə 
kətə
gə  ti rilir.  Lakin  gəmi lər də  isti -
fadə edilən jirostabilizator
cihazlarında rotorun diametri
çox böyük - bir neçə metr
ola bilər. Belə nəhəng rotor-
lar güc lü  elektrik  mühə r -
rik 
ləri vasitəsilə fırlanma
hə rə kəti edir. Təyyarə və
Jiroskop-akselerometr.
130


də niz  navi qa torlarına  lazım
olan ən mü hüm məlumat -
lar Yerin küt lə  mərkəzin -
dən  keçən həqiqi şaqulun
vəziyyəti ilə əlaqə lidir.
Həqiqi şaqulun vəziy 
-
yətini müəy 
yənləşdirmək
üçün ləngər vuran, tez-tez
sürətini dəyişib təcil alan
təyya rədə və ya gəmidə
adi şaquldan istifadə et mək
mümkün deyildir. Lakin
jiroskopa əsaslanan, jiro-
horizont adlanan cihazın
kö məyi ilə bu məsələ yüksək
səviyyədə həllini tapır. 
Əgər cihazın jiros kopu-
nun  oxunu  əvvə lcədən  Ye -
rin  fırlanma  oxu  isti  qa  mə -
tində yönəltmiş olsaq, o, nəq- 
liy yat vasitəsinin hə rə kə  tin dən
asılı olmayaraq da im bu
və ziyyəti  göstə rə cəkdir.
Hərbi texnikanın bir
çox növündə jiroskopdan geniş istifadə edilir.  Mə lum dur  ki, müharibələr za manı döyüş meydan larında sürətlə
mürəkkəb hərəkət edən tank, təy yarə, gəmi və s.-dən hədəfə atəş açılır. Necə olur ki, mü rək kəb hərəkət edən
texni ka dan hədəfə düzgün atəş açmaq mümkün olur? Maraqlıdır ki, bu zaman əllə mümkün olmayan tuşlama
əməliyyatı jiroskop əsasında yaradılmış cihaz vasitəsilə yerinə yetirilir. Belə ki, atəş silahının lüləsi jiroskopun
oxu ilə əlaqələndirilir. Hədəfə tuşlanmış jiroskopun oxu fəzada vəziyyətini qoruyub-saxladığından onunla
əlaqəli olan silah lüləsi də silahdaşıyan texnikanın hərəkətindən asılı olmayaraq hədəfə tuşlanmış vəziyyətdə
qalacaqdır.
Sərbəst fırlanan jiroskopa diqqət yetirsək, onun oxunun həmişə Yerin fırlanma oxuna paralel vəziyyətdə
yönəldiyini görərik. Bu zaman onun oxunun bir ucu Yerin şimal coğrafi qütbünü, digəri isə cənub coğrafi qüt-
bünü göstərəcək və jiroskop kompasa çevrilmiş olacaqdır. Jirokompas adlanan bu cihazlar naviqasiyada yüksək
qiymətləndirilir və geniş istifadə olunur. O, maqnit kom pasları ilə müqayisədə bir çox üstünlüyə malikdir. Belə
ki, jirokompaslar Yerin maqnit qütbünü deyil, coğrafi qütbünü göstərir. Jirokompasın işinə mane ola biləcək
fiziki hadisə, demək olar ki, mövcud deyildir, onun işinə hətta yaxınlığında olan dəmir yığını və güclü maqnit
sahəsi də təsir göstərə bilmir. Maqnit kompaslar hərəkət edən qurğularda istifadəyə yaramır. Bunun əsas səbəbi
onun hərəkət zamanı yaranan rəqslərin, titrəmələrin, həmçinin elektrik xətlərinin və dəmir əşyaların təsirinə
məruz qalmasıdır. Jirokompas isə belə qüsurlardan tamam azaddır. Digər tərəfdən hər iki növ kompasın
dəqiqliyi Yerin coğrafi enliyindən asılı olaraq dəyişir. Maqnit kompasların qütblərdə, jirokompasların isə ek-
vatorda dəqiqliyi ən yüksək olur. Bu keyfiyyətlərinə görə onlar bir-birini tamamlayan cihazlardır.
Helikopterdə jiroskop əsas cihazlardan biridir.
http://ru.wikipedia.org/wiki//Гироскоп
131


Yüklə

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə