Fizika-2 fənnindən kollokvium suallarının cavabları



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə12/57
tarix02.04.2022
ölçüsü1,74 Mb.
#84987
1   ...   8   9   10   11   12   13   14   15   ...   57
Fizika-2-cavablarAZ

Xromatik  aberrasiya.

  Dispersiya  (sındırma  əmsalının  dalğa  uzunluğundan  asılılığı) 

nəticəsində  hətta  paraksial  şüalar  üçün  müxtəlif  rəngli  şüalar  müxtəlif  nöqtələrdə  toplanır  və 

nəticədə  xəyal  rənglənmiş  alınır.  Müxtəlif  növ  şüşələr  eyni  dispersiyaya  malik  deyillər.  Buna 

görə  də  müxtəlif  növ  şüşələrdən  hazırlanmış  toplayıcı  və  səpici  linzaları  kombinə  etməklə 

axromatik optik sistem almaq olar. 



Astiqmatizm.

  Çəp  şüalarda  nöqtəvi  cismin  xəyalı  bir-birinə  nəzərən  sürüşmüş,  qarşılıqlı 

perpendikulyar  olan  iki  düz  xətt  parçası  şəklində  olur,  yəni  astiqmatik  olur.  Bu  xəta  uyğun 

əyrilik radiuslarını və sındıran səthlərin optik qüvvələrini seçməklə aradan qaldırırlr.  

Adları yuxarıda çəkilən xətaları aradan qaldırılmış sistem anastiqmat sistem adlanır. 

Distorsiya.

  Görmə  sahəsi  sərhədlərində  eninə  böyütmənin  qeyri-bərabərliyi  ilə  şərtlənmiş 

xəyalın  təhrifi  distorsiya  adlanır.  Şəkil  25.26-  da  distorsiya  ilə 

əlaqədar kvadratın təhrif olunmuş xəyalları verilmişdir. 

Eyni  vaxtda  bütün  xətaları  aradan  qaldırmaq  üçün  olduqca 

mürəkkəb  optik  sistemlər  yaratmaq  lazımdır.  Lakin  praktikada 

daha sadə yol seçirlər: verilmiş məqsədin optik sistemdə həyata 

keçirilməsinə mane olan xətaları aradan qaldırırlar.  




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə