Fizika fakültəsi İstiqamətin şifri və adı: тем: 030000 Fizika



Yüklə 19,34 Kb.
tarix08.10.2017
ölçüsü19,34 Kb.
#3855
növüReferat

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ

BAKI DÖVLƏT UNİVERSİTETİ



Fizika fakültəsi

İstiqamətin şifri və adı: ТЕМ: 030000 Fizika

İxtisasın şifri və adı: ТЕМ: 030012 Atom və molekul fizikası

Nanomaterialların kimyəvi fizikası kafedrasının magistrantı



Məmmədova Pərvin Məzahir qızının

magistr elmi dərəcəsi almaq üçün

Dioksin molekulu və onun 3-xlorlu törəmələrinin elektron quruluşunun öyrənilməsi ”
mövzusunda
D İ S S E R T A S İ Y A İ Ş İ N İ N

R E F E R A T I
Elmi rəhbər:

Fizika riyaziyyat elmlər namizədi, dosent



Paşayev Faiq Heydər oğlu

Kafedra müdiri:

Fizika elmlər doktoru, dosent

Ramazanov Məmmədəli Əhməd oğlu

BAKI - 2011
REFERAT

Dioksin molekulu və onun 3-xlorlu törəmələrinin elektron quruluşunun öyrənilməsinin böyük əhəmiyyəti vardır. O insan bədəninin piyində trilyonda bir hissə yer tutanda belə ciddi sağlamlıq təhlükəsi göstərir. Dioskin hüceyrənin genetik mexanizmini dəyişdirərək doğulma eybəcərliklərinə, əsəb sistemi pozulmalarına, immuniteti zəifləməsinə gətirib çıxarır. Onlar kimyəvi preparatlar və plastik kütlələr istehsal ediləndə əlavə məhsul kimi formalaşır, tullantılar şəklində göllərə, çaylara axıdılır və nəticədə canlı orqanizmlərə keçə bilirlər.

Belə maddələrin elektron quruluşunun kvant mexanikası metodları ilə nəzəri öyrənilməsi mühüm əhəmiyyətə malikdir. Tədqiqat obyekti kimi dioksin  molekulu və onun 3-xlorlu törəmələri götürülmüşdür. 3-xlorlu törəmələr dioksin molekulunda üç hidrogen atomunun üç xlorla əvəz olunması hesabına yaranır. Belə izomerlərin sayı 14-dür. Dioksin molekulu və onun 3-xlorlu törəmələri kristal halında, demək olar ki, müstəvi molekullardır. Lakin rentgenquruluş təhlil metodu ilə müəyyən edilmişdir ki, xlor atomları daxil olmaqla bəzi atomlar molekul müstəvisindən kənara çıxırlar. Ümumuyyətlə isə dioksin molekulunun və onun xlorlu törəmələrinin molekullarının mərkəzi fraqmentinin həndəsi parametrləri çox az fərqlənirlər. Bildiyimiz kimi müasir dövrdə molekulların müxtəlif fiziki və kimyəvi xassələri MO LCAO yaxınlaşmasında fizika baxımından məqbul bazis funksiyaları hesab olunan Sleyter atom orbitalları bazisində kvantkimyəvi metodlarla tədqiq olunur. Bu məqsədlə bir çox hallarda MO LCAO metodunun müxtəlif yarımempirik variantlarından istifadə edilir. Belə yarımempirik metodlardan biri Volfsberq-Helmhols (VH) metodudur. Məhz bu magistr dissertasiyasında VH metodu ilə dibenzo-para-dioksin molekulunun və onun 3 xlorlu törəmələrinin elektron quruluşu öyrənilmişdir. Dioksin molekulunun xlorlu törəmələrinin müxtəlif xassələrinin atomların effektiv yüklərinin dəyişməsindən asılı olaraq öyrənilməsi bu molekullardakı benzol həlqələrində hidrogen atomlarını əvəz edən xlor atomlarının sayı və yerləşməsi ilə həmin molekulların toksikliyi arasında qarşılıqlı əlaqənin müəyyən edilməsində mühüm əhəmiyyət kəsb edir.

Dissertasiya işi üç fəsildən ibarətdir. Birinci fəsildə molekulyar orbitallar metodunun mahiyyəti izah olunmuşdur. Ümumiyyətlə bu fəsil molekullarda hərəkət növləri və adiabatik yaxınlaşma, molekullar üçün MO LCAO yaxınlaşması və Sleyter atom orbitallarının şərhinə həsr olunmuşdur. İkinci fəsildə isə yarımempirik metodların zəruriliyinə və Volfsberq-Helmhols metodu şərh olunmuşdur. Dissertasiyanın üçüncü fəsli dioksin molekulu və onun 3-xlorlu törəmələrinin elektron quruluşunun öyrənilməsinə həsr olunmuşdur. Dioksinin 3-xlorlu törəmələrinin valent elektronları yaxınlaşmasında Volfsberq-Helmhols metodu ilə öyrənilməsi məsələsinə baxılmışdır. Molekulyar orbitallar metodunun xətti tənliklər sistemi qurulmuş və bu tənliklərə daxil olan matris elementləri qiymətləndirilmişdir. Qeyd olunan tənliklər həll olunaraq dioksinin 3-xlorlu törəmələrinin molekulyar orbitalları və uyğun orbital enerjiləri tapılmışdır. Hər bir üçxlorlu izomer üçün tam elektron enerjisi, ionlaşma potensialının qiyməti və atomların effektiv yükləri hesablanmışdır. Bundan başqa molekulların müstəvi quruluşlarına baxılmışdır. Koordinat başlanğıcı kütlə mərkəzində götürülmüş, rabitə bucaqları və rabitə uzunluqlarının qiymətləri əsasında atomların dekart koordinatları müəyyən edilmişdir.

«Dioksin molekulu və onun 3-xlorlu törəmələrinin elektron quruluşunun öyrənilməsi» mövzusunda dissertasiya işi BDU-nun Fizika fakültəsinin Nano­ma­terialların kimyəvi fizikası kafedrasında yerinə yetirilmişdir.

Elmi rəhbər: f.-r.e.n., dos. F.H.PAŞAYEV

Rəy verən: prof. N.Ə.ƏHMƏDOV

Dissertasiyanın müdafiəsi _____iyun 2011-ci ildə saat______da BDU-nun ______№-li auditoriyasında keçiriləcək.


Ünvan: Az1148, Bakı, Z.Xəlilov küçəsi - 23

Bakı Dövlət Universiteti, əsas bina




İxtisaslaşdırılmış Şuranın elmi katibi:_______________ dos.T.O.BAĞIROV
Yüklə 19,34 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə