Fizuli ibrahimzadə



Yüklə 69,91 Kb.
Pdf görüntüsü
tarix15.03.2018
ölçüsü69,91 Kb.
#31579


104                                                                             Müasir dövr                                                                            

Tarix və onun problemləri, № 1 2013

 

 

 



FIZULI İBRAHIMZADƏ 

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Humanitar 

fənlər kafedrasının baş müəllimi, tarix elmləri namizədi  

E-mail: TarixVeOnunProblemleri@gmail.com 

 

 



FAŞIZM ÜZƏRINDƏ QƏLƏBƏDƏ NAXÇIVANIN ROLU 

 

“Tarix  bu  gün  də  bilməlidir  ki,  II  Dünya  müharibəsində  Azərbaycan  Respub-

likasının xidməti, fəaliyyəti, rolu çox böyük olmuşdur.” 

Heydər Əliyev 

Azərbaycanın Ümummilli Lideri 

 

Açar sözlər: Antifaşist, Brandenburq darvazası, rabitə materialları, komponent, Şərq-Qərb 

enerji dəhlizi. 

Ключевые слова: Антифашист, Бранденбургские ворота, коммуникационные мате-

риалы, компоненты, энергетический коридор Восток-Запад 

Key words: Anty-fascist, Branderburg gate, communication materials, componenet, East-West 

energy passage. 

 

Bəşəriyyətin keçən əsrdə üzləşdiyi ən dəhşətli faciələrdən biri də ikinci dünya mühari-

bəsi  olmuşdur.  Ümummilli  Liderimiz  Heydər  Əliyev  həmin  dövrdəki  hadisələrə  münasibət 

bildirərək  demişdi:  “Yalnız  antifaşist  qüvvələrin  fədakarlığı  sayəsində  bəşəriyyəti  ən  böyük 

təhlükədən, ağır faciədən xilas etmək mümkün oldu. Biz fəxr edirik ki, dünyanın bu taleyüklü 

probleminin  həll  olunmasında  -  faşizm  üzərində  qələbədə  Azərbaycan  xalqının  da  mühüm 

payı olmuşdur” [1]. 

Azərbaycan xalqı Böyük Vətən müharibəsində həm döyüş meydanlarında, həm də arxa 

cəbhədə  əsl  şücaət  və  əzmkarlıq  nümunələri  göstərmişdir.  Müharibə  başlanandan  keçən  qısa 

müddət  ərzində  Azərbaycan  Respublikası  ərazisində  87  qırıcı  batalyon,  1124  özünümüdafiə 

dəstəsi təşkil edilmişdir. 1941-1945-ci illərdə respublikanın 681 min oğlan və qızları cəbhəyə 

getmişdir [2]. Xalqımızın Vətən müharibəsində verdiyi qurbanlar və fədakar əməyi onu alman 

faşizmi üzərində qələbə çalan xalqların ön sıralarında yerləşdirir.  

Bu  qələbənin  əldə  edilməsində  Azərbaycanın  ayrılmaz  hissəsi  olan  Naxçıvan  Muxtar 

Respublikası  zəhmətkeşlərinin  də  xüsusi  rolu  vardır.  Belə  ki,  Böyük  Vətən  müharibəsi  illə-

rində Muxtar Respublikadan 29500 nəfərdən  çox naxçıvanlı düşmənə qarşı rəşadətlə vuruşa-

raq ölkəmizin istiqlaliyyəti, xalqımızın azadlığı uğrunda misilsiz şücaət göstərmişdir. Bu yol-

da saysız - hesabsız qurbanlar vermişdir. Müharibə illərində 15500 nəfərə qədər naxçıvanlı hə-

lak olmuşdur.  

Başqa bir misalla da fikrimi açıqlamaq istəyirəm: O zaman Naxçıvanda yaşayan əhali-

nin hər 4 nəfərindən biri -  yəni 126 min nəfərin 30 min nəfərdən artığı müharibəyə  yollanıb. 

Əlbəttə, kiçik rəqəm deyil. Üstəlik də 30 nəfərdən artıq qadınımız. Gedənlərin də tən yarısın-

dan çoxu - 15,7 min nəfəri geri qayıtmayıb [3]. Vətən uğrunda döyüşlərdə şəhid olub.  

Müqayisə üçün demək lazımdır ki, demoqrafik araşdırmalar göstərir ki, 1941-1945-ci 

illərdə Azərbaycanın başına gələn və gətirilən fəlakətlərin heç də hamısı qədərincə öyrənilmə-

mişdir.  Həmin  dövrdə  ölkələr  üzrə  əhalinin  sayca  dəyişməsini  xarakterizə  edən  demoqrafik 




                                                                            Müasir dövr                                                                             105 

Tarix və onun problemləri, № 1 2013 

 

 

statistikadan  məlum  olur  ki,  Azərbaycan  nəinki  sovet  respublikaları  ilə,  hətta  müharibədə 



iştirak edən dünya dövlətləri ilə nisbi müqayisədə ən çox əhali itkisinə (340 min nəfər, yəni 

səfərbər  olunanların  tən  yarısı)  məruz  qalan  məmləkət  olmuşdur.  O  cümlədən  bu  itki  Naxçı-

vandan da yan keçməmiş, yuxarıda göstərildiyi kimi əhalinin tən yarısının payına düşmüşdür. 

Arxiv sənədlərindən də aydın olur ki, müharibənin ilk günlərindən Muxtar Respublika-

nın ayrı-ayrı yerlərində keçirilən saysız-hesabsız mitinq və yığıncaqlar xalqın tam birliyini nü-

mayiş  etdirdi.  O  ağır,  qanlı-qadalı  günlərdə  fəhlələr,  qulluqçular,  kolxozçular  və  ziyalılar 

dəstə-dəstə hərbi komissarlığa gəlir, döyüşən ordu sıralarına göndərilmələrini xahiş edirdilər. 

1941-ci il 22 iyula olan məlumata görə Naxçıvan Muxtar Respublikasından 6491 nəfər həm-

yerlimiz ordu sıralarına yola düşmüşdür. 

Böyük Vətən müharibəsi cəbhələrində mərdliklə vuruşan Naxçıvanın oğul və qızların-

dan bir çoxu Qafqazın ətəklərindən Berlinə qədər şanlı döyüş yolu keçmiş, vətən uğrunda ca-

nını belə əsirgəməmişdir. Buhenvald qəhrəmanı, mərd döyüşçü Əkbər Ağayev, partizan hərə-

katının fəal iştirakçısı Cəlil Rəfiyev, general-mayor Akim Abbasov, Neymət Kərimov, Əjdər 

Hacıyev,  Adil  Cəfərov,  Qurban  Qurbanov,  Cabbar  Cəfərov,  Bağır  Bağırov,  Yusif  Qasımov, 

Sadiq  İsmayılov  və  minlərlə  digər  naxçıvanlı  ölkəmizdən  çox-çox  uzaqlarda  düşmənə  qarşı 

ölüm-dirim  mübarizəsi  aparmışdır.  Əsir  düşmüş  bir  qrup  həmyerlimiz  İtaliyadakı  partizan 

dəstələrində fəal iştirak etmiş, Şimali İtaliyanın azad edilməsində, İtaliya faşistlərinin lideri və 

hökumətin başçısı Mussolininin həbs edilməsində fəal rol oynamışlar. Soydaşımız Əli Baba-

yev  Haribaldi  adına  partizan  batalyonunun  komandiri  olmuş,  “Hərbi  şücaətinə  görə”  medalı 

ilə təltif edilmişdir [4]. 

Naxçıvanda  dünyaya  göz  açmış  Baloğlan  Rüstəmov  cəbhədə  əsl  qəhrəmanlıq  göstər-

mişdir. O, kəşfiyyatçılar bölüyünə rəhbərlik edərək dəfələrlə çox çətin, mühüm tapşırıqları ye-

rinə yetirmiş, komandanlığın rəğbətini qazanmış və “Şöhrət” ordeni ilə təltif olunmuşdur. Bir 

dəfə  o,  qarşıdakı  stansiyada  düşmənin  fəaliyyətini  öyrənmək  tapşırığı  almışdı.  Həmyerlimiz 

qəflətən  faşistlərin  üstünə  atılaraq  onlara  böyük  itkilər  verdi,  xeyli  canlı  qüvvəsini  sıradan 

çıxardı, vaqonlara yüklənmiş qiymətli qarət olunmuş əmlak və avadanlığın Almaniyaya apa-

rılmasına imkan vermədi, bir neçə dəfə həmyerlimiz düşmənin kommunikasiyalarını tam də-

qiqliklə öyrənib ordumuzun qələbəsini asanlaşdırmışdı. O, “Şöhrət” ordeninin 2 dərəcəsinə la-

yiq görüldükdən sonra cəbhə komandanlığı onu Sovet İttifaqı Qəhrəmanı adına təqdim etmiş-

dir.  B.Rüstəmov  SSRİ  Müdafiə  Nazirliyinin  mərkəzi  arxivindən  verilmiş  rəsmi  arayışa  görə 

Sovet  İttifaqı  Qəhrəmanıdır.  Bir  müddət  Azərbaycan  Veteranlar  Şurasına  rəhbərlik  etmiş 

B.Rüstəmov aktiv fəaliyyətinə və gərgin əməyinə görə Prezidentimiz İlham Əliyev tərəfindən 

“Şöhrət” ordeninə və Prezident Təqaüdünə layiq görülmüşdür [5].  

Odlu-alovlu döyüşlərdə böyük şücaətlər göstərən igid oğul və qızlardan söhbət düşəndə 

416-cı Taqanroq diviziyasında böyük rəşadətlər göstərən qvardiya polkovnikləri İsa Məmmə-

dov, Mehdi Mahmudov və “Qırmızı Ulduz” ordeni ilə təltif olunan igid qızımız Asya Hüsey-

novanın,  onlarca  başqalarının  adını  çəkmək  olar.  Onlar  1942-ci  il  oktyabrın  30-dan  1945-ci 

ilin  mayına  qədər  Qafqazdan  Berlinə  kimi  2500  km.  şərəfli  döyüş  yolu  keçən  416-cı  Azər-

baycan milli diviziyasında düşmənin 23 min əsgər və zabitinin məhv edilməsində, 5500 nəfə-

rin  əsir  alınmasında,  çoxlu  döyüş  texnikasının  sıradan  çıxarılmasında  öz  şücaətləri  ilə  fərq-

lənmiş və Berlində Brandenburq darvazası üzərinə qələbə bayrağı sancmışlar [6]. 

Muxtar  Respublikanın mərd qızları da oğulları kimi çiyin-çiyinə  vuruşmuşlar. O vaxt 

Naxçıvanın bir çox qızları düşmənin məhv edilməsində bilavasitə iştirak etmək üçün könüllü 

olaraq  cəbhəyə  yola  düşmüşlər  və  müharibənin  ilk  günlərindən  100-ə  qədər  naxçıvanlı  qız 




106                                                                             Müasir dövr                                                                            

Tarix və onun problemləri, № 1 2013

 

 

hitlerçi  işğalçılara  qarşı  qəhrəmancasına  vuruşmuşlar.  Onlar  vətənpərvərlik  borclarına  sadiq 



qalaraq cəbhədə igidlik, fədakarlıq nümunələri göstərmişlər. 

Böyük  Vətən  müharibəsində  göstərdikləri  şücaətə  görə  həmyerlilərimizdən  üç  nəfəri: 

Qəzənfər Əkbərov, Abbas Quliyev və Nəcəfqulu Rəfiyev Sovet İttifaqı Qəhrəmanı kimi yük-

sək  ada  layiq  görülmüşdür.  Səkkiz  nəfər  Lenin  ordeni,  1  nəfər  I,  II,  III  dərəcəli  “Şöhrət” 

ordeni, 102 nəfər “Şöhrət” ordeninin ayrı-ayrı dərəcələri ilə, 105 nəfər I və II dərəcəli “Böyük 

Vətən müharibəsi” ordeni, 315 nəfər “Qırmızı Ulduz”, 29 nəfər “Qırmızı Bayraq” ordenləri ilə 

təltif olunmuşdur. Minlərlə döyüşçü müxtəlif medallar və ali baş komandanlığın təşəkkürünü 

almışdır [7]. 

Naxçıvanlı oğul və qızlarımızın ön cəbhədə mərdliklə vuruşmalarından ruhlanan Mux-

tar Respublika zəhmətkeşləri xalq təsərrüfatının ayrı-ayrı sahələrində görülən işləri bir an belə 

zəiflətməmişdir. 

Onların vətənpərvərliyi arxa cəbhəni hər vasitə ilə möhkəmləndirməkdə, orduya hərtə-

rəfli kömək etməkdə, döyüşçülərə hədiyyələr göndərməkdə, müdafiə fonduna pul və qiymətli 

əşyalar verməkdə, azad olunmuş rayonların sakinlərinə qardaşlıq köməyi göstərməkdə özünü 

biruzə verirdi. 

Naxçıvan MR Dövlət Arxivində olan sənədlərdən aydın olur ki, 1941-ci ilin iyul ayında 

Muxtar Respublika üzrə kolxoz sədrlərinin, idarə, müəssisə rəhbərlərinin və işçilərinin müşa-

virəsi keçirilmişdir. Bu müşavirədə faşist işğalçılarına qarşı qəhrəmanlıqla vuruşan döyüşçülə-

rimizin  ailələrinə  yardım  göstərmək  məqsədilə  yardım  fondlarının  təşkil  edilməsi  və  ön 

cəbhədə  vətənimizin  müdafiəsində  qəhrəmanlıqla  vuruşan  əsgərlərə  hədiyyələr  göndərilməsi 

müzakirə  edilmişdir.  Dövlət  tərəfindən  ayrılmış  komissiyaların  və  həmçinin  zəhmətkeşlərin 

təşəbbüsü  ilə  Muxtar  Respublika  üzrə  müdafiə  fonduna  xeyli  miqdarda  nağd  pul  və  istiqraz 

vərəqəsi, qızıl-gümüş toplanaraq dövlət bankına verilmiş, tədarük məntəqələrinə tonlarla taxıl, 

ət,  yun,  yağ,  tərəvəz,  Qızıl  Ordu  döyüşçülərinə  corab,  yun  əlcək,  dəsmal  və  xeyli  geyim 

toplanıb cəbhəyə göndərilmişdir. Şərur rayonundan olan cəbhəçi anası K.Əliyeva 1941-ci ilin 

oktyabrında  şəxsi  bağlama  hazırlayıb  Moskvanın  müdafiəçilərinə  ana  məhəbbəti  ilə  dolu 

məktubunda yazırdı: “Qoy mənim bu balaca ana sovqatım sizin düşməni məhv edən əllərinizi 

qızdırsın. Düşmənə qəzəbinizi artırsın, qələbənizi yaxınlaşdırsın” [3]. 

Müdafiə fondunun möhkəmləndirilməsi haqqındakı hökumətin göstərişlərini alqışlayan 

evdar  qadınlar  qiymətli  hədiyyələrini  belə  müdafiə  fonduna  vermişlər.  Alman  faşist  işğalçı-

larından azad olunmuş rayonların əhalisinə də hər cür yardımlar edilmişdir. 

1942-ci  ildə  hökumətin  Qızıl  Ordu  üçün  taxıl  fondu  yaradılması  haqqında  qərarına 

cavab olaraq Naxçıvan zəhmətkeşləri cəbhə üçün tonlarla taxıl, çəltik, quru meyvə və s. yola 

salmışlar. 

1942-ci il iyunun 25-də Naxçıvan Muxtar Respublikası gənclərinin  Naxçıvan  şəhərin-

dəki parkında birinci antifaşist mitinqi keçirilmişdir. Bu yığıncaqda müdafiə fonduna, döyüş-

çülərə, Qara Dəniz Donanmasına hədiyyələr göndərilməsi qərara alınmış və bu qərar tezliklə 

yerinə yetirilmişdir [3]. 

Şərur rayonunun zəhmətkeşləri, xüsusilə komsomolçu gənclər daima vətənimizi yırtıcı 

düşməndən  mərdliklə  təmizləməkdə  olan şanlı Qızıl Ordunun 416-cı Taqanroq  diviziyasının 

qorxmaz  döyüşçülərinə  1943-cü  ilin  sentyabr  ayında  21  kiloqram  yağ,  560  yumurta,  200 

dəftər, 70 qələm, 53 paket və s. toplayıb göndərmişlər. 

Naxçıvan Muxtar Respublikası zəhmətkeşləri alman faşist işğalçılarından azad edilmiş 

Çerkassk vilayətinin zəhmətkeşlərinə və bu vilayətin bərpa edilməsinə hər cür yardım etmiş-




                                                                            Müasir dövr                                                                             107 

Tarix və onun problemləri, № 1 2013 

 

 

lər. Kolxozçular və kolxozçu qadınlar öz şəxsi mal-qaraları hesabına qoyun, keçi, inək, donuz, 



yağ və yun vermişlər. Bundan başqa, bal, pendir, toyuq, duz göndərilmişdir. 

Muxtar Respublikamızın zəhmətkeşləri çoxlu miqdarda geyim və ev əşyaları, kənd tə-

sərrüfatı,  rabitə  və  səhiyyə  işlərində  istifadə  etmək  üçün  kotan,  dəyirman  daşı,  müxtəlif  tibb 

alətləri və rabitə materialları toplayaraq göndərmişdilər [4]. 

29  sentyabr  1943-cü  ildə  Naxçıvan  şəhər  və  rayon  müəllimlərinin  yığıncağı  keçiril-

mişdir.  Yığıncaqda  müəllimlər  Çerkassk  vilayətinin  bərpa  edilməsində  və  alman  faşist  zül-

mündən azad edilmiş çerkassklilərə kömək göstərməkdə fəal iştirak edəcəklərini bildirmişlər. 

Yığıncaqda  iştirak  edənlər  Muxtar  Respublikanın  bütün  müəllimlərinə  məktub  qəbul  etmiş, 

onları da çerkassklilərə yardım etməyə çağırmışlar. Həmin məktubda deyilirdi: “Alman faşist 

quldurları qəhrəman Qızıl Ordumuzun zərbələrini Tixvin, Moskva, Stalinqrad ətraflarında və 

Oryol,  Kursk,  Belqorod,  Xarkov  istiqamətlərində  yaxşıca  dadmışlar.  İndi  Hitlerin  “məğlub-

edilməz”  şərəfli  diviziyaları  Dnepr  sahillərində  dalbadal  məhv  edilir  və  sürətlə  qərbə  doğru 

qaçırlar. Hər gün  yüzlərlə şəhər və kəndlərimiz düşməndən təmizlənir. İndi bizim əsas vəzi-

fəmiz  faşistlərin  müvəqqəti  işğal  etdikləri  yerlərdə  dağıdılmış,  külə  döndərilmiş  kəndləri  və 

şəhərləri  bərpa  etməkdən,  əsarətdən  qurtaran  zəhmətkeşlərə  qardaşlıq  köməyini  genişləndir-

məkdən ibarətdir.” 

Həmçinin  Naxçıvan  Muxtar  Respublika  zəhmətkeşləri  müharibə  illərində  alman  faşist 

işğalçılarından  azad  edilmiş Stalinqrad  vilayətinin  əməkçilərinə  böyük  miqdarda  pul, buğda, 

arpa,  düyü, noxud,  meyvə  qurusu,  qaramal,  davar,  çoxlu  paltar  və  müxtəlif ev  əşyaları  gön-

dərmişlər [3]. 

1943-cü ildə Qızıl Ordunun yaradılmasının 25-ci ildönümü münasibəti ilə Şərur rayon 

zəhmətkeşləri, kolxozçu qadınları Qızıl Ordu tərəfindən alman işğalçılarının zülmündən azad 

edilmiş ölkələrin əhalisinə böyük həcmdə yardım göstərmişlər [4]. 

Müharibə  illərində  Naxçıvanın  bütün  rayon  zəhmətkeşləri  “Azərbaycan  kolxozçusu” 

tank  dəstəsinin  yaradılması  və  qırıcı  təyyarələrin  alınması  fonduna  küllü  miqdarda  pul  kö-

çürmüşlər.  

Müharibə illərində sahibsiz uşaqların tərbiyə edilməsinə xüsusi diqqət yetirilirdi. Onlar 

hər cür qayğı ilə əhatə olunurdular. Əsgər ailələrinə də bir çox kənd təsərrüfatı məhsulları ilə 

yardımlar  edilmişdir.  Bundan  başqa  müharibə  illərində  hərbi  qulluqçu  ailələrinə  nağd  pulla 

dövlət və ərzaq yardımları edilmiş, ailələr mənzillə təmin olunmuşlar. 

Naxçıvan zəhmətkeşləri, o cümlədən respublika komsomolçuları və pionerləri Tambov 

kolxozçularının “Daha çox tank verək” təşəbbüsünə cavab olaraq tank dəstələrinin yaradılması 

fonduna da pul toplayıb keçirmişlər [3]. 

Müharibə kolxozların inkişafına, gəlirinin artmasına mane ola bilməmişdir. 1943-cü ilə 

nisbətən 1944-cü ildə  kolxozların gəliri 80 faiz artmışdır. Naxçıvan  MSSR sənayesi 1944-cü 

ildə məhsul buraxılışını 1941-ci ilə nisbətən 15 faiz artırmışdır. 

Müharibə illərində zəhmətkeşlər tərəfindən Muxtar Respublikada dövlətə kənd təsərrü-

fatı  məhsulları  planları  xeyli  artıqlaması  ilə  yerinə  yetirilmişdir.  Əgər  1940-cı  ildə  Naxçıvan 

Muxtar  Respublikası  üzrə  dövlətə  2899  ton  taxıl  verilmişdirsə,  1944-cü  ildə  3861  ton  taxıl 

verilmişdir ki, bu da 1940-cı ilə nisbətən 962 ton artıq, yaxud 133,8 faiz təşkil edirdi. 1944-cü 

ildə dövlətə 1310 ton ət təhvil verilmişdir ki, bu da 1940-cı ildəkindən 202 ton yaxud 18,3 faiz 

artıq olmuşdur. 1940-cı ildə  dövlətə 40 ton kartof təhvil verilmişdirsə, 1944-cü ildə 148 ton 

olmuşdur ki, bu da 1940-cı ilə nisbətən 370 faiz təşkil edir. 1944-cü ildə kolxozçularımız və 

kolxozçu qadınlarımız dövlətə 641 ton tərəvəz təhvil vermişdilər. Dövlətə yumurta təhvili də 

122 faiz yerinə yetirilib [8]. 



108                                                                             Müasir dövr                                                                            

Tarix və onun problemləri, № 1 2013

 

 

Naxçıvan Muxtar Respublikasının elm adamlarının müharibədə qələbəyə verdiyi töhfə-



lərdən  danışarkən  təkcə  bir  görkəmlı  alimin  xidmətlərindən  danışmaq  kifayətdir.  Bu  qədim 

Naxçıvan torpağının bağlı-bağatlı Ordubad şəhərində dünyaya göz açan, Bakının İstiqlal küçə-

sində heykəli ucalan, YUNESKO-nun qərarı ilə 2005-ci ilin onun adına elan olunan, Azərbay-

can  Respublikası  Prezidenti  İlham  Əliyevin  2005-ci  il  fevralın  28-də  100  illik  yubileyi 

haqqında  sərəncamı  imzalanan,  müharibədə  qələbənin  əldə  edilməsində  misilsiz  xidmətləri 

olan,  Azərbaycan  elmini  dünyada  tanıtmış,  böyük  nailiyyətlə  nəzəriyyə  və  təcrübənin  vəh-

dətinə, onların istehsalda tətbiqinə nail olan akademik Yusif Məmmədəliyevdir [6]. 

1941-1945-ci illər müharibəsinin başlanğıcında müdafiənin nəhəng tələbatlarını nəzərə 

alaraq, alim ilk dəfə partlayıcı maddələrin əsas komponenti olan toliol hasilatı prosesini müəy-

yənləşdirib,  onu  istehsalatda  tətbiq  etdirir.  Yusif  Məmmədəliyev  sovet  kimyaçıları  sırasında 

yeganə olaraq Dövlət Müdafiə Komitəsinin daha bir sifarişini yerinə yetirir və qısa müddətdə 

yüksək oktanlı aviasiya yanacağıının sənaye prosesində alınmasını təmin və tətbiq edir. “Hər-

bi” nailiyyətlərdən başqa o, neft kimyasında “alkilləşdirmə reaksiyası” adlanan yeni bir istiqa-

mətin əsasını qoyur. Bu kəşflərin müəllifinə o zaman elm dünyasında “alkilləşdirmə kralı” adı 

vermişdilər. 

SSRİ-nin məşhur kimyaçı alimləri içərisində fəxri yer tutan Yusif Məmmədəliyev 90-

dan çox ixtira və kəşfə nail olmuşdur. O, Azərbaycan neftindən 38 növ ən yüksək keyfiyyətli 

sürtgü yağının, 9 adda ən yüksək oktanlı təyyarə benzininin və 8 növ əvəzi olmayan dizel ya-

ğının, habelə digər qiymətli neft-kimya məhsullarının, bir sıra müasir silahların komponentlə-

rinin istehsalını  həyata keçirmişdir [9]. Bu  münasibətlə  onların bir  neçəsi dövlət  mükafatına 

layiq  görülmüşdür.  Hətta  müharibə  illərində  deyirmişlər  ki,  “göydə  uçan  10  təyyarədən  9-u 

Bakı benzini ilə işləyir.” 

Böyük Vətən müharibəsində qələbənin əldə edilməsində misilsiz xidmətləri olan, 4 də-

fə Sovet İttifaqı Qəhrəmanı, Sovet İttifaqı Marşalı Georgi Jukov yazırdı: “Bakı neftçiləri cəb-

həyə  və  ölkəyə  Vətənimizin  müdafiəsi  üçün,  düşmən  üzərində  tezliklə  qələbə  üçün  nə  qədər 

lazım idi, o qədər də yanacaq vermişdilər.” 

Təsadüfi deyildir ki, Ümummilli Lider Heydər Əliyev 2003-cü ilin 25 fevralında, Va-

şinqtonda “Şərq-Qərb enerji dəhlizi reallıqdır” mövzusunda beynəlxalq konfransdakı nitqində 

demişdir: “Çoxları indi də deyir ki, əgər Azərbaycan nefti olmasaydı, II Dünya müharibəsində 

SSRİ-nin  İngiltərə-Amerika  koalisiyası  ilə  birlikdə  alman  faşizminə  qalib  gəlməsi  mümkün 

olmazdı.” Bu danılmaz bir həqiqətdir.  

Ümumiyyətlə  Naxçıvan  Muxtar  Respublikasının  zəhmətkeşləri  Böyük  Vətən  mühari-

bəsi  illərində  alman-faşist  işğalçılarını  darmadağın  etmək  üçün  müdafiə fonduna  180  milyon 

89 min manat nağd pul, 12 kiloqram qızıl, gümüş,  yarım milyon ton taxıl, 160 min dəstdən 

artıq isti paltar, 10 mindən artıq bağlama göndərmişlər [3]. O vaxt hamı qələbə ruhu ilə yaşa-

yır,  işləyirdi.  Vətənə  məhəbbət,  torpağa  bağlılıq hissi  bir an  belə  arxa  cəbhə  qəhrəmanlarını 

tərk  etmirdi.  Əlbəttə  arxa  cəbhəmiz  möhkəm  olmasa  idi,  ön  cəbhədə  qələbəni  çox  çətinliklə 

əldə  etmək  mümkün  olardı.  Bu  faktlar  Böyük  Vətən  müharibəsi  illərində  Naxçıvan  zəhmət-

keşlərinin vətənə hədsiz sədaqətini parlaq  şəkildə nümayiş etdirir və göstərir ki, müharibədə 

qələbənin əldə edilməsində Naxçıvan Muxtar Respublikasıının da rolu böyükdür. 

Nahaq yerə deyilmir ki, “Bəşəriyyəti faşizm taunundan xilas edənlər tarixin yaddaşında 

əbədi yaşamaq hüququ qazanıblar.” Bu mənada Azırbaycan və onun tərkib hissəsi olan Nax-

çıvan  Muxtar  Respublikasının  zəhmətkeşləri  60  milyondan  çox  insan  həyatının,  habelə  316 

milyard dollarlıq maddi-mənəvi zərər hesabına başa gələn və bəşər tarixinin ən dəhşətli faciəsi 




                                                                            Müasir dövr                                                                             109 

Tarix və onun problemləri, № 1 2013 

 

 

olan Böyük Vətən müharibəsində qələbənin əldə edilməsində xidmətlərinə görə tarixin yadda-



şında əbədi yaşayacaqdır.  

 

ƏDƏBIYYAT: 

 

1.H.Əliyev. Müstəqilliyimiz əbədidir. Çıxışlar, nitqlər, bəyanat, müsahibə və məktublar 



toplusu. Bakı, Azərnəşr, 1993-2005, s. 273 - 387. 

2. Q. Mədətov. “Azərbaycan Böyük Vətən müharibəsi illərində. 1941-1945” Bakı, 1965, 

s.125-129. 

3. Naxçıvan MR Dövlət Arxivi f.1, siy. 17 - 24, iş 34 - 38. 

4. “Respublika” qəzeti, 9 may 2012-ci il, s. 9.  

5. “Azərbaycan müəllimi” qəzeti”, 20 may 2005-ci il, s. 6.  

6. “Şərq qapısı” qəzeti, aprel - iyun 2005-ci il  

7. Azərbaycanın Sovet İttifaqı Qəhrəmanları. Bakı, 1963 

8. Ə.Kərimov. Böyük Vətən Müharibəsi illərində Azərbaycan kolxozçularının fədakar əməyi. 

Bakı, 1962, s. 153-155. 

9. M.Əmrahov.İkinci Dünya Müharibəsi (1939-1945). Bakı, Mürtəcim, 2010, s. 362-363. 

 

ФИЗУЛИ ИБРАГИМЗАДЕ 



кандидат исторических наук, старший преподвавтель кафедры 

Гуманитарных дисциплин Академии Министарства 

по Чразвычайным Ситуациям Азербайджанской Республики 

 

РОЛЬ НАХЧЫВАНА В ПОБЕДЕ НАД ФАШИЗМОМ 

 

В статье показаны факты, доказывающие безграничную преданность трудящихся 

Нахчывана к Родине в годы Великой Отечественной Войны, что позволяет изучать ог-

ромную роль Нахчыванской Автономной Республики в достижении победы в войне.  



 

FIZULI IBRAHIMZADE 

The head teacher, historical condidate of science of the department of the humanitar 

branch of science of the Academy of the Ministry of Emergency Situations 

 

THE ROLE OF NAKHCHIVAN IN THE VICTORY OVER FASCHISM 

 

The facts proofing boundless loyality to the native land of Nakhchivan workers during 



the Great Patriotic War, the great role of the Nakhchivan Autonomous Republic in the victory 

is learned in the article.  



 

Rəyçi: t.e.n. İ.İ.Kəngərli, t.e.d.Q.Ə.Əliyev 

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Humanitar fənlər kafedrasının 25 de-

kabr 2012-ci il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (pr. № 05). 

Yüklə 69,91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə