İİV/QİÇS HAQQINDA NƏLƏRİ BİLMƏLİYİK?
İİV üç yol ilə yoluxur:
§
Cinsi əlaqə: İİV statusu bilinməyən şəxslə qorunmadan
(prezervativsiz) cinsi əlaqə
§
Parenteral yol: Narkotik inyeksiyası, qeyri-steril şprislər,
iynələr və tibbi alətlərdən istifadə, İİV-ə yoluxmuş qanın
transfuziyası;
§
Anadan uşağa: Xəstəliyə yoluxmuş anadan hamiləlik, doğuş
və ya əmizdirmə vaxtı körpəyə yoluxması.
Miqrasiya və əhali yerdəyişməsinin artması infeksion
xəstəliklər riskini də artırır.
Xəstəliklərin vaxtında müəyyən olunması və müalicəsi
üçün onların erkən diaqnostikası çox vacibdir.
SAĞLAMLIĞINIZA DİQQƏT EDİN – PULSUZ, SÜRƏTLİ İİV
TESTİNDƏN VƏ VƏRƏMƏ MÜAYİNƏDƏN KEÇİN!
Xəstəliklərin vaxtında müəyyən edilməsi və müalicəsi
Sizin sağlamlığınız üçün vacibdir!
Zəruri olarsa, Siz müalicəyə başlaya bilərsiniz!
Sağlam həyat yaşaya bilərsiniz!
Yeni vərəm və İİV infeksiyasının ləğv edilməsi üçün
əməkdaşlıq edin və buna öz töhfənizi verin!
Əlavə məsləhətləşmələr
üçün Azərbaycan
Respublikası Səhiyyə Nazirliyi yanında Respublika
QİÇS-lə Mübarizə Mərkəzinin
(+994 12) 510 08 69
pulsuz telefon xətti ilə əlaqə saxlaya bilər və ya
http://aids.az/
ünvanına elektron poçt göndərə bilərsiniz.
İİV aşağıdakı yollar ilə yoluxmur:
§
Əl sıxmaq, qucaqlaşmaq, öpüşmək;
§
Öskürmək, asqırmaq;
§
Eyni qabdan su içmə, yemək yemək və ya cəngəl və
qaşığı paylaşmaq;
§
Ümumi hamam və ya tualetdən istifadə etmək;
§
İctimai hovuz, sauna və ya
idman alətlərindən istifadə
etmək;
§
Ağcaqanad və ya digər
həşəratların dişləməsi;
§
İş yerində, ictimai yerlərdə
və ya ev şəraitində İİV-ə
yoluxmuş insanlarla əlaqə.
İnfeksiyadan müdafiə
§
Cinsi əlaqədə olduğunuz partnyorunuza sadiq olun;
§
İİV statusu bilinməyən partnyorunuzla cinsi
əlaqədən çəkinin, partnyorların sayını məhdudlaş-
dırın və ya nəhayət prezervativdən istifadə edin;
§
Narkotik maddə istifadəsindən çəkinin, hər zaman
steril iynə və şprislərdən istifadə edin.
İİV/QİÇS-in müalicəsi
§
Bu infeksiyanın müalicəsi mövcuddur. Müalicə
qanda virusun azalmasına səbəb olur;
§
İİV/QİÇS müalicəsini almaqla Siz uzun bir ömür
yaşaya bilərsiniz;
§
Müalicə olunmağınız Sizin cinsi əlaqədə olduğunuz
partnyorunuzu və / və ya uşağınızı da yoluxmadan
müdafiə edir.