Fnfsc fnst org



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə23/23
tarix17.09.2018
ölçüsü2,51 Mb.
#69078
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   23

 81

İKİNCİLİ  ƏLAQƏLƏR

Sənədlər,  əlavə  məlumati  əldə  etmək  üçün  vacib  olduğu  kimi,  əlaqələri 

qurmaq  üçün  də  əhəmiyyətli  mənbədir.  Onlar  qəzet  məqalələrini,  dər-

giləri,  biznes  və  telefon  sorğu  kitabçalarini  ehtiva  edirlər.

Dərc  edilmiş  bəyanatlar  və  televiziya  və  ya  radio  reklaminda  fay-

dali  məlumat  vardir  və  onlar  biznes  və  iqtisadi  mənbələrin  zəruri  kat-

aloqunu  hazirlayarkən  Sizin  üçün  faydali  olacaqdir.

Bizim  zəmanəmizdə,  internet  sayəsində,  uzaq  əlaqələri  də  qurmaq 

mümkündür.  Məsələn,  Google,  Yahoo  və  ya  digər  axtariş  sistemi  va-

sitəsilə  beynəlxalq  və  ya  ölkə  daxilində  mövcud  olan  məsafəli  mən-

bələri  axtarib  tapmaq  mümkündür.




 82

IX  FƏSİL.  BİZNES  TARİXÇƏLƏRİNİ  YAZARKƏN  YEKUN 

MƏSLƏHƏTLƏR

•  Xəbəri  yazmağa  başlamazdan  öncə,  soruşun,  o,  adi  oxucu  üçün 

hansi  səbəbdən  əhəmiyyətli  və  maraqli  olmalidir  ki,  yekun  olaraq 

elə  alinmasin  ki,  yalniz  Sizin  mənbə  və  ekspertləriniz  üçün  əmək 

çəkmisiniz.

•  Dəqiqlik  sürətdən  daha  vacibdir.  Biznes  yenilikləri  imkan  daxil-

ində  tez  çatdirilmalidir,  lakin,  ilk  növbədə,  rəqəmlərin  dəqiqliyi 

və  uyğunluğuna  əmin  olmalisiniz.

•  Müzakirə  ediləcək  məsələni  dərk  etməzdən  öncə  yazmaqdan  çəki-

nin.


•  Nə  demək  istədiyinizi  yaxşi  dərk  edin.

•  Yaxşi  sitat  və  geniş  cəmiyyət  üçün  maraqli  qəzet  oçerkini  yuxarida 

yerləşdirin.

•  Rəqəmlərdən  öz  məqsədinizə  uyğun  olaraq  istifadə  etməyin.  On-

lardan  yalniz  kontekstdə  istifadə  edilməsinin  mənasi  vardir.  Daha 

böyük,  geniş  şəkli  əldə  etməyə  çalişin.

•  Həddindən artiq rəqəmlərdən istifadə edilməsi oxucu və ya izləyici-

ni  yorur  və  şiddətlənirir  və  o,  həmin  rəqəmləri  başa  düşməkdə 

çətinlik  çəkir.  Xəbəri  söyləyərkən  əsas  mənaya  malik  olmayan 

rəqəmlərdən  istifadə  etməkdən  çəkinin.

•  İqtisadi  məlumat  barədə  yazdiğimiz  zaman  elə  ilk  abzasda  rəqəm-

lərdən  istifadə  etmək  mütləq  deyildir.

•  Yeni  xəbərlər  dərc  olunmasi  üçün  göndərilməzdən  öncə  rəqəmlər 

iki  dəfə  yoxlanilmalidir.




 83

•  Relevant  illüstrasiyalari  (qrafikləri,  şəkilləri)  və  çixarişlari  yuxarida 

yerləşdirin.  Konkret  isimlərdən  və  obrazli,  təsirləndirici  fellərdən 

istifadə  edin.

•  Heç  bir  reportyor  sonunadək  qərəzsiz  ola  bilməz.  Biznes  tarix-

çələri  bir  çox  hallarda  jurnalistin  şəxsi  nöqteyi-nəzərinin  təsdiqi  ilə 

tamamlanirlar.  Hadisəni  hərtərəfli  şəkildə  işiqlandirmaq  cəhdi  bi-

znes  tarixçəsində  reportyorun  qərarsizliğini  yox  edə  bilər.  Belə  ki, 

digər  perspektivi,  alternativi  və  hadisənin  bütün  tərəflərini  nəzərə 

alin  və  təqdim  edin.  Bizə  xəbərin  yalniz  yarisini  söyləməyin.  Onun 

hər  hansi  tərəfini  gizlətməyin.  Qərarlari  qəbul  etməkdən  və  rəyləri 

verməkdən  çəkinin.  Faktlar  danişsinlar.  Yekun  interpretasiyani  ox-

ucuya  etibar  edin.

•  Sizin  əlyazmanizda  cavabi  olmayan  suallari  irəli  sürməkdən  çəki-

nin.

•  Bizneslə  əlaqədar  ola  bilər,  lakin  yenə  də  jurnalistika  sahəsinə  aid-



dir  –  belə  ki,  həqiqi  yenilikləri  tapin  və  oxucuya  sadə,  asan  və 

maraqli  şəkildə  təqdim  edin.  Xarici  dünyanin  hadisələrindən  təcrid 

olunmuş  şəkildə  yazilan  biznes  tarixçəsindən  daha  darixdirici  bir 

şey  yoxdur.

•  İqtisadi  jarqonu  ibarəli  sözlərdən,  çətin  dildən  və  mürəkkəb  cüm-

lələrdən  deyil,  daha  adi,  sadə  sözlərdən  istifadə  etməklə  tərcümə 

etməyə  çalişin.

•  Akronimləri  deşifrə  edin:  qayda  olaraq,  məsələ  təşkilatlar,  pro-

qramlar və xalq ilə əlaqədar olduğu təqdirdə, akronim və ya abbre-

viaturalardan  istifadə  etməkdən  çəkinin.  Yazinizda  ilk  dəfə  istifadə 

edərkən  təşkilatin  adini  tam  və  ya  qismən  yazin  (məsələn:  Central 

European  Free  Trade  Agreement  –  CEFTA).

•  Bütün iqtisadi tarixçələrə  müvafiq ümumi yeni xəbərləri daxil edin.

•  Xəbərlər  yerli  auditoriyaya  yönəldilməlidir.

•  Vikipediya  və  Feysbuk  kimi  veb-saytlarindan  məlumatin  əldə 

edilməsinə  xüsusi  ehtiyatliliqla  yanaşin.  Onlar  faydali  məlumat 

mənbələridir,  lakin  onun  zəmanəti  mövcud  deyildir  ki,  onlarin 



 84

məlumati dəqiqdir, fakt və rəqəmlər saxtalaşdirilmiş deyil, məlumat 

həqiqidir  və  biz  ona  qorxmadan  və  şübhə  etmədən  istinad  edə 

bilərik.


•  Yalniz  mətbuatda  dərc  edilməsi  üçün  verilən  rəsmi  bəyanata  eti-

bar  etməyin.  Daha  çox  çalişin.  Jurnalist  hakimiyyət  və  şirkətlərin 

rəsmi  bəyanatlarini  qəzet  və  televiziyalara  çatdiran  kuryer  deyildir. 

Yaxşi  jurnalist  rəsmi  bəyanatdan  irəli  gələrək  məlumati  kontekstə 

yerləşdirir  və  oxucuya  yeni  xəbərin  əhəmiyyətini  izah  edir.

Şirkətlər  haqqinda  xəbəri  yazmaq  üçün  daha  bir  neçə  məsləhət:



•  Xəbəri  onun  nə  dərəcədə  dəyərli  yeniliyi  ehtiva  edibetmədi-

yinə  uyğun  olaraq  müzakirə  edin.  O,  maraqli,  yeni,  həcmli, 

gözlənilməzdirmi?  Şirkətə  icazə  verməyin  ki,  bu  barədə  Sizin 

əvəzinizdən  qərar  versin.

•  Xəbəri  genişləndirin.  Müzakirə  ediləcək  məsələni  yalniz  bir 

şirkət  çərçivəsində  deyil,  daha  geniş  şəkildə  tədqiq  etmək  üçün 

yollari  tapin.  Əgər  məsələ  bir  məhsul  ilə  bağlidirsa,  müəyyən 

edin  ki,  bənzər  məhsullari  başqa  kimlər  istehsal  edir.  Əgər  iş 

yeni  menecment  strategiyasina  gələrsə,  müəyyən  edin  ki,  bu 

işə  başqa  kimlər  qoşulmuşdur.  Maliyyə  nəticələrini  hesabla-

yarkən  isə  eyni  sektorda  digər  şirkətlərin  nəticələri  ilə  də  taniş 

olun.


•  Anlamağınız  üçün  qayğı  göstərin.  Rəqəmlər,  jarqon  dili  və 

texnoloji  terminlər  səbəbindən  çaşmiş,  məsələdə  bilməməzliyi 

göstərmək  istəməyən  bir  çox  reportyor  şirkətin  versiyasini  pay-

laşmağa  üstünlük  verir.  Bu  isə  şirkətə  Sizin,  eləcə  də  oxucular 

üzərində  üstünlüyü  əldə  etmək  imkanini  verir.  “Səfeh”  suallari 

verin.  Yoxlayin,  əlaqələri  axtarin.  Nəyin  nə  demək  olduğunu 

müəyyən  edin.

•  Menecmenti  şirkət  ilə  eyniləşdirməyin.  Əgər  şirkət  siyahiya 

daxil  edilmişdirsə,  onun  sahibləri  həm  də  onlarin  payçilaridir-

lar.  Onlarin  idarəedici  müdiriyyətdən  fərqli  mülahizələri  ola 



 85

bilər.  Fərqli  nöqteyi-nəzərləri  şirkətin  daxilində  toplamağa 

çalişin  və  onlar  barədə  müzakirə  aparin.  Bir  çox  hallarda  öz 

nümayəndlərinə  malik  olan  işəgötürülənlər  də  nəzərdə  tutulur. 

İstehlakçilari  da  unutmayin.  Şirkət  öz  məhsullarini  satarkən 

alicilardan  fikirlərini  soruşun.



•  Şərhi  başda  yerləşdirin.  Şirkətlər  o  qədər  cəmiyyətlə  əlaqələr 

və  kommunikasiya  departamentlərini  yaratmişlar  ki,  bir  çox 

hallarda  onlar  olmadan  işi  yerinə  yetirmək  çətin  olur.  Lakin 

onlar  bəzən,  həvəsləndirmək  əvəzinə,  kommunikasiyani  lən-

gidirlər.  Bilavasitə  olaraq  böyük  inzibatçidan  aldiğiniz  ifadə 

informasiya  direktoru  tərəfindən  deyilən  min  sözə  bərabərdir.



•  Tamaşanın  parlaqlığı  Sizi  məftun  etməsin.  Şirkət  özünü 

dünyaya  tanitmaq  istədiyi  zaman,  möhtəşəm  tamaşani  təqdim 

edə  bilər.  Maşin  istehsal  edən  şirkətlər  öz  son  modellərini 

göstərmək  üçün  cəlbedici  qadinlari  dəvət  edirlər.  Onlar  jur-

nalistləri  kokteyl  və  ən  yaxşi  məzələrlə  (bəzən  hədiyyələrlə 

də)  qəbul  edirlər.  Rahat  olun  və  fikir  söyləməkdən  çəkinin.



•  Müstəqil  münsifdən  soruşun.  Hər  zaman  müstəqil  insandan 

şirkət  barədə  fikrini  soruşun  –  maliyyə  məsələləri  ilə  əlaqə-

dar  olan  suallari  analitiklərə,  məhsullar  ilə  əlaqədar  olan  su-

allari  isə  akademiklərə,  tədqiq  ediləcək  işin  təşkilatçilarina  və 

alicilara  verin.

•  Konteksti  hazırlayın.  Bütün  digər  hallarda  olduğu  kimi,  qisa 

müddətlə  əyləşin  və  soruşun:  xəbəri  daha  yaxşi  anlamaq  üçün 

oxucunun  nəyi  bilməyə  ehtiyaci  vardir?  Şirkət  haqqindami? 

Bazar  haqqindami?  Genişləndirilmiş  iqtisadiyyat  haqqindami? 

İşə  qoşulmuş  şəxsiyyət  və  ya  xalq  haqqindami  daha  çox 

məlumata?



•  Rəqəmləri    toplayın.    Siz    şirkətin    deyil,    oxucunun  nü-

mayəndəsisiniz. Belə ki, əvvəlcədən müəyyən edirsiniz ki, ehti-

mal  olaraq  oxucu  hansi  rəqəmləri  bilmək  istəyir  və  ya  xəbərin 

anlamasini  nələr  asanlaşdiracaqdir.  Şirkətə  etibar  etməyin  –  o, 




 86

Sizə  buna  nəzər  salmağa  icazə  verməz.  Şirkətlərin  əksəriyyəti, 

onlarin fikrincə, xəbərə uyğun olan rəqəmləri təqdim edəcəkdir.

•  Müşahidə  edin.  Nəşrinizin  sonraki  nömrəsində  şirkətin  fəali-

yyətinin daha diqqətlə təhlil edilməsi barədə düşünün. Məsələyə 

yalniz  şirkətin  fəaliyyətindən  irəli  gələrək  deyil,  daha  geniş 

nöqteyi-nəzərindən  nəzər  salin  və  sektor  barədə  oçerk  yazin. 

Gündəlikdə  qeyd  edin  ki,  bir  ay  və  ya  alti  ay  ərzində  işin 

vəziyyətinin  necə  olduğunu,  və  ya  gələn  il  necə  olacağini  yox-

lamalisiniz.



 87

X  FƏSİL.  SÖZLÜK

Ümumi daxili məhsul (GDP): bu konkret ölkənin bir ildə istehsal etdiyi 

və  pul  ilə  ölçülən  hər  şeyin  tam  dəyəridir.  Ona  uzun  müddət  istehlak 

olunan  mallar  və  maddi  məhsullar  (bunlardir:  qida,  təbii  qaz  və  ya 

avtomobillər)  və  xidmət  (bunlardir:  mobil  telefon  ödənişi  və  ya  daşin-

ma  xərcləri)  daxildir.  İqtisadçilari  bu  rəqəmin  artmasi  çox  düşündürür, 

belə  ki,  əsas  tədbir  bir  nəfər  əhaliyə  düşən  GDP-nn  artimidir  ki,  bu 

da  ölkənin  sərvətinin  faktiki  artmasinda  ifadə  edilir  (bu  da  qiymətlərin 

artmasinin  nəticəsi  deyildir)  ki,  bu  da  bütün  əhaliyə  bölüşdürülür  (çün-

ki,  artdiğina  görə,  sərvət  də  yaradilir  və  onun  daha  çox  insan  istehlak 

edir).  Artim  ardicil  olaraq  iki  rüb  ərzində  azaldiği  zaman  (məsələn: 

alti  ay  ilə),  resessiya  başlayir.  Əgər  bu  illər  ərzində  davam  edərsə,  o 

zaman  depressiya  başlayacaqdir.



Fiskal  balans  –  fiskal  büdcə,  yəni  hökumətin  vergilərdən  və  digər 

mənbələrdən  aldiği  və  təhsilə,  mülki  xidmətin  maaşlarina,  hərbi  sahəyə 

və ya polisə, mənzillərin tikintisinə, səhiyyəyə və s. xərclədiyi məbləğdə 

pul  deməkdir.  Fiskal  balans  əldə  edilən  və  xərclənən  məbləğ  arasinda 

fərqdir.  Əgər  o,  xərclədiyindən  daha  artiq  əldə  edirsə,  o  zaman  fiskal, 

yəni  büdcə  əskikliyi  yaranir.  Bunun  əksi  fiskal,  yəni  büdcə  artiqliğidir. 

Əgər  məsələ  əskiklik  ilə  əlaqədardirsa,  o,  pulu  borc  almali  (məsələn: 

dövlət  istiqrazlari  şəklində)  və  ya  çap  etməlidir.  Yüksək  dövlət  borcu 

o  deməkdir  ki,  gələcəkdə  borcu  ödəmək  üçün  vergilər  ehtimal  olaraq 

artirilacaqdir.  GDP-nin  3%-dən  artiq  əskikliyi  risk  yaradir.  Və  əgər 

hökumət  artiq  pulu  çap  edirsə,  pulun  qiymətdən  düşməsi  gözlənilir.



 88

Qiymətdən  düşmə  ölkədə  ərzaq  və  xidmətlərin  qiymətlərinin  ümu-

mi  səviyyəsinin  uzunmüddətli  artmasi  kimi  müəyyən  edilir.  O,  illik 

faiz  dəyişikliyi  ilə  ölçülür.  Qiymətdən  düşmə  şəraitində,  zamanla  qi-

ymətlər  artir.  Nadir  hallarda  qiymətlər  uzun  müddət  ilə  aşaği  düşür, 

lakin,  əgər  bu  baş  verərsə,  bu  daflasiya,  yəni  mal  və  xidmətlərin  ümu-

mi  qiymətlərinin  səviyyəsinin  aşaği  düşməsi  deməkdir.

İqtisadi  indikatorlar  aşağidakilar  kimi  hadisələri  nəzərdə  tutur: 

GDP-nin  artmasi,  qiymətdən  düşmə,  işsizlik  dərəcəsi,  fiskal  balans, 

ticarət  və  cari  hesabatin  balansi.



Cari  hesabat  və  ticarət  balansı  –  pul  sərmayələri  cəlb  etmək  və 

bir-biri  ilə  ticarət  etdiyi  malin  və  xidmətlərin  qiymətini  ödəmək  üçün 

ölkələrə  daxil  olur  və  ölkələrdən  çixir.  Bu  baş  verdiyi  zaman  bir 

ölkənin  valyutasi  digər  ölkənin  valyutasina  çevrilir.  Buna  xarici  valyuta 

ilə  ticarət  adlanir.  Buna  görə  də  daxil  olan  və  çixan  pul  arasinda  bal-

ansi  qorumaq  lazimdir  (uzun  müddət).  Bu  ixracdan  daxil  olan  pul  ilə 

əlaqədar  olduğu  zaman,  idxala  xərclənən  puldan  fərqli  olaraq,  məsələ 

ticarət  balansi  ilə  bağli  olur.  İşə  xidmət  haqqi  (buna  da  yükün  daşin-

masi, telekom, bank xidməti və s., eləcə də kredit üzrə faiz dərəcəsi və 

xarici  sərmayəçilərin  faydasi)  kimi  başqa  şeyləri  daxil  etdiyimiz  zaman 

fərq  cari  hesabatin  balansi  və  ya,  əgər  tam  adi  ilə  desək,  ödəmələrin 

balansi  barədə  cari  hesabat  adlandirilacaqdir.



Çoxmillətli  korporasiya  –  birdən  artiq  ölkədə  qeydiyyata  alinmiş 

və  ya  birdən  artiq  ölkədə  əməliyyatlari  həyata  keçirən  korporasiya.



Elektron  kommersiya  –  ümumi  olaraq,  e-commerce  kimi  taniş  olan 

sənaye  növüdür  ki,  onun  daxilində  məhsul  və  xidmətlərin  alqi-satqisi 

internetə  və  digər  kompüter  şəbəkələrinə  bənzər  olaraq  elektron  sistem 

ilə  həyata  keçirilir.



Uoll-Strit  –  bu  Nyu-York-Sitinin  maliyyə  rayonudur.  Bu  Nyu-

Yorkun  fond  birjasinin  ocağidir  və  onun  siyahisina  daxil  edilmiş 

şirkətlərin  bazar  kapitallaşdirilmasi  sayəsində  ən  böyük  fond  birjasidir.



 89

Qloballaşma  sərmayə  fondlarinin  və  biznesin,  daxili  və  milli  ba-

zarlardan  bütün  yer  kürəsi  miqyasinda  digər  bazarlara  keçmək  və 

bununla  müxtəlif  bazarlarin  qarşiliqli  əlaqəsini  möhkəmləndirmək  ten-

densiyasidir.

Dövlətə  məxsus  olan  müəssisə  –  hakimiyyət  adindan  kommersiya 

fəaliyyətində  iştirak  etmək  üçün  hökumət  tərəfindən  yaradilmiş  hüquqi 

şəxs.  Dövlətə  məxsus  olan  müəssisə  (SOE)  bütövlüklə  və  ya  qismən 

hökumətin  sahibliyindədir  və  kommersiya  fəaliyyətində  iştirak  etmək 

üçün  nəzərdə  tutulur.

Özəl  şirkət  –  adətən,  bir  şəxsin  (təsisçi)  və  ya  insanlarin  kiçik 

qrupunun  sahibliyində  olan  şirkət.



İctimai şirkət – payini səhm birjasinda hər kəsin ala biləcəyi səhm-

dar  cəmiyyət.



Risk  kapitalı  –  düşünülmüş  uzunmüddətli  artim  potensiali  ilə 

şirkətlərə  və  kiçik  biznesə  başlamaq  üçün  sərmayəçilər  tərəfindən  qo-

yulan  pul.

Kartel  –  bazarda  qiymətləri  sabitləşdirmək  üçün  geniş  şəkildə 

istehlak  edilən  mallarin  ehtiyatina  nəzarət  etmək  üçün  (daha  çox,  on-

lari  yüksək  səviyyədə  saxlamaq  üçün,  bu  da,  şübhəsiz,  onlara  fayda 

verəcəkdir)  toplaşan  istehsalçilarin  alyansi.  Neft  İxrac  Edən  Ölkələr 

Təşkilati  (OPEC)  ən  məşhur  təşkilatdir,  bir  çox  başqasi  da  mövcud-

dur.  “Azad  bazarin”  iqtisadçilari  deyirlər  ki,  kartellər  istehlakçilardan 

istifadə  edirlər.

Fond  birjasi  bazar  meydaninda  olan  yerdir  ki,  orada  təhlükəsizlik, 

geniş  istehlak  edilən  mallar,  qiymətli  kağizlar  və  digər  maliyyə  alətləri 

ilə  ticarət  edirlər.  Fond  birjasi  kimi,  birjanin  əsas  funksiyasi  ləyaqətli 

və  dürüst  ticarət,  eləcə  də  qiymətlər  barədə  məlumati  həmin  birjada 

ticarət  edən  rəsmi  şəxslərə  səmərəli  şəkildə  çatdirmaqdir.  Mübadilə 

şirkətlər,  hökumət  və  digər  qruplar  üçün  dövlət  qiymətli  kağizlarini 

sərmayələri  qoyan  insanlara  satmaq  üçün  platformu  təmin  edir.  Birja 




 90

elə  bir  yer  ola  bilər  ki,  orada  ticarətçilər  elektron  platformda  biznesi 

idarə  etmək  üçün  bir-biri  ilə  görüşürlər.

Kapital  –  qeydiyyata  alinmiş  biznesin  səhm  kapitali  (və  ya  kapi-

tali)  onun  sahiblərinin  səhm  kapitalinin  bir  hissəsini  təşkil  edir.



İllik  hesabat  –  illik  hesabat  şirkətin  əvvəlki  ilinin  fəaliyyəti  barədə 

ətrafli  hesabatdir.  İllik  hesabatin  məqsədi  ondan  ibarətdir  ki,  payçilara 

və  digər  maraqli  şəxslərə  şirkətin  fəaliyyəti  və  maliyyə  icraçiliği 

barədə  məlumati  təqdim  etsin.



Mergers  and  Acquisitions  (qovuşma  və  satınalma)  –  özünün  M&A 

inisiallari  ilə  məşhurdur.  Şirkətlər  daha  böyük  şirkət  olaraq  birləşir  və 

ya  biri  digəri  üçün  məsuliyyəti  öhdəsinə  götürür  (onu  satin  alir).  Bu 

biznesdə  tez-tez  baş  verir  və  bazari  radikal  şəkildə  dəyişdirə  bilər.




 91

İSTİFADƏ  OLUNMUŞ  MƏNBƏLƏR

Gunasekara,  Mel,  EconomicandBusinessReporting,  Retrieved  12  Jan 

2017.  http://www.maldivesinfo.gov.mv/home/upload/downloads/Bu- 

siness–EN.pdf

Hayes,  Keith,  Business  Journalism:  How  to  Report  on  Business  and 

Economics,  Apress,  2014

Roush,  Christ,  Show  Me  the  Money:  Writing  Business  and  Economics 

Stories  for  Mass  Communication,  2010

Thompson,  Terry,  Writing  about  Business:  The  New  Columbia  Knight- 

Bagehot  Guide  to  Economics  and  Business  Journalism,  Columbia 

University  Press,  2001

Weber,  Joseph



,  Teaching  Business  and  Economic  Journalism:Fresh Ap-

proaches,  Retrieved  12Jan  2017.  http://digitalcommons.unl.edu/cgi/ 

viewcontent.cgi?article=1089&context=journalismfacpub

Who’s  Running  the  Company:  A  Guide  to  Reporting  on  Corporate 

Governance,   Retrieved  1  Feb  2017.  http://www.ifc.org/wps/wcm/ 

connect/topics–ext–content/ifc–external–corporate–site/ifc+cg/re- 

sources/toolkits+and+manuals/media–guide.



Tbilisi, p. CanCibaZis quCa 

6   


( 

214 34 01, 577 33 38 57

stamba.damani@gmail.com

 stamba damani  

/ Print House Damani



www.idem-institute.org

fnfsc.fnst.org

FNFSC

JURNALİSTİKA ÜZRƏ DƏRSLİK

9 7 8 9 9 4 1 2 7 6 7 8 1

ISBN 978-9941-27-678-1

SAHİBKARLIQ 

VƏ İQTİSADİ 

JURNALİSTİKANIN 



ƏSASLARI

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə