Folklor. ƏDƏBİyyat. MƏD ƏNİYYƏT



Yüklə 84,98 Kb.
tarix25.06.2018
ölçüsü84,98 Kb.
#51508


T  Ü  R   K   O  L  O  G   I  Y   A

FOLKLOR.  ƏDƏBİYYAT.  MƏD ƏNİYYƏT

İSLAM   SADIQ

GÖY VƏ  TANRI,  GÖYTÜRK VƏ  GÖY TAN RI 

TERM İNLƏRİ HAQQINDA

(şumer və tü rk  epik m ətnləri əsasında)

X ü l a s ə. Türk dillərində Göy və tanrı sözləri  sinonimdir, yəni epik 

mətnlərdə bir yerdə  Göy əvəzinə  tanrı,  əksinə,  başqa yerdə tanrı  əvəzinə 

Göy  sözü  işlədilir.  Şumer  dilində  An  ‘tanrı’  və  an  ‘göy’  sözləri 

omonimdir.  Bu  sözlərdə  və  anlayışlarda  Göy  tanrı  və göytürk terminlə- 

rinin  etimologiyasını  açmaq  üçün  açar  verilmişdir.  Bu  terminlərin 

semantik  açımı  üçün  şumer  və  türk  epik  mətnlərində  zəngin  material 

mövcuddur.

Bu məqalədə həmin material əsasında Göy tanrı və göytürk terminləri 

araşdırılmış,  sübut  edilmişdir  ki,  hər  iki  söz  birləşməsindəki  göy  epiteti 

‘göy’  (‘səma’) mənası bildirir,  onda rəng anlamı görmək olmaz. Bu epitet 

göylə əlaqəni, Göy,  səma mənşəliliyi simvollaşdırır, həmin terminlərin rus 

dilinə  mavi  tanrı  ‘ro^yöoH  öor’  və  mavi  türk  ‘ro^yöwe  to p k h ’  kimi 

tərcüməsi tamamilə yanlışdır.

A çar sözlər:  Göy tanrı,  göytürk,  şumer,  epik mətn,  səma (göy)

Şumerlər  tanrıya  dingir  deyirdilər.  Dingir  /  tingir  /  tenqri  /  tanrı 

eyni  sözdür.  Bunu  inkar etmək mümkün deyil.  C.  Heyət tanrı  sözünün 

ən  azı  2500  il  yaşı  olduğunu  və  başqırd  ləhcəsindən  başqa  bütün türk 

dillərində  işləndiyini  yazır  [1.  S.  58].  Lakin  şumer  dilindəki  dingir 

sözü  bu  tarixin  ən  azı  5000  il  olduğunu  təsdiqləyir.  Şumerlər  Göyü 

bütövlükdə  tanrı  kimi  təsəvvür  edirdilər.  Tanrı  Anın  adının  ‘göy’, 

‘səma’  mənası  da  [2.  S.  77;  3.  S.  437]  bu  fikri təsdiqləyir.  Adın işarəsi 

olan  ^   ideoqramı  da  həm  An,  həm  göy,  səma,  həm  də  ulduz  kimi 

oxunur.  Şumerəqədərki  panteonda  da  belə  olmuşdur.  Tanrı  Abın  adı 

‘göy’,  ‘səma’  mənası  bildirmişdir  ki,  bu  söz  hazırda  türk  dilində  abı 

rəng çaları kimi yaşamaqdadır.



Türklər  də  Göyü  bütövlükdə  tanrı  kimi  təsəvvür  edirdilər  [4.  S. 

61].  M.  Kaşğari  islamı  qəbul  etməyən türkləri  Göyə  tənqri  dediklərinə 

görə  hətta  ‘yerə  batası  kafırlər’  deyərək  lənətləmişdir  [5.  III.  S.  361]. 

«Türklər Göyə  də tenqri  deyirdilər,  Göyü yaradan uca bir gücə  də»  [6. 

S.  11].  Qədim  türk  dünyagörüşünə  görə,  dünyanı  əvvəlcə  Göy  idarə 

etmişdir.  Bu  düşüncə  türklərdən  digər  xalqlara  keçmişdir  [7.  S.  65]. 

Buradakı  Göy  məhz  tanrı  deməkdir.  Bütün  türklər  Göyə  tanrı  kimi 

baxır və  ona  sitayiş  edirdilər.  Biz  bunu  xəzərlərin  dini  inamlarında  da 

görürük  [8.  S.  287].  Bu  inam xəzərlərin  ərəblərə  qarşı  mübarizəsindən 

bəhs  edən  qumuq  folklor  örnəklərində  indi  də  yaşamaqdadır  [9.  S. 

102].  Orxon-Yenisey  yazılarında  bu  fikrə  çox  tez-tez  rast  gəlinir. 

Kültiqin  abidəsində  türklər  arasında  geniş  yayılmış  Humay  tanrı  kimi 

Göylə  eyniləşdirilmişdir.  Kültiqin  abidəsinin  mətnində  belə  bir  cümlə 

diqqəti  çəkir:  «Göy  və  insan  həmahəng  olduqlarından,  bütün  kainat 

böyük bir küll  halındadır»  [10.  S.  88].  Yenə  həmin  mətndən başqa bir 

cümləyə baxaq:  «Tenqri təq tenqridə bolmuş türk Bilgə Kağan bu ödkə 

olurtım».  Cümlənin  açımı  belədir:  «Tanrı tək göylərdə  doğulmuş türk 

müdrik  xaqanı  bu  vaxt  (taxta)  oturdum»  [11.  S.  15,  22].  Birinci 

misalda  (Kültiqin  abidəsinin bir üzü  çin  dilində yazılmışdır.  Bu  cümlə 

həmin  mətndəndir)  tanrı  əvəzinə  Göy,  ikinci  misalda  isə  Göy  əvəzinə 



tanrı sözü işlədilmişdir ki,  bu da türklərin tanrını  Göy,  Göyü tanrı kimi 

təsəvvür  etdiklərinə  yaxşı  bir  nümunədir.  B.  Çobanzadə  də  Orxon 

kitabələrindəki  Göy  sözünün  əsl  mənalarının  göy  ‘səma’  və  tanrı 

‘allah’  olduğunu ayrıca vurğulamışdır [12.  S.  109].  Qədim türk dilində 



tanrı  və  Göy  sözləri  sinonim  olmuşdur  [13.  S.  154].  V.  V.  Bartold 

yazırdı ki,  Orxon yazılarında tanrı  sözü maddi  anlamda  ‘Göy’,  Göy isə 

‘tanrı’  deməkdir  [14.  S.  26].  Tunqus-mancur dillərində indi də dünyanı 

və  bütün  varlığı  idarə  və  himayə  edən  güc  anlamındakı  Abka  sözü 

lüğətlərdə  ‘Göy’  və  ‘tanrı’  kimi  tərcümə  olunur  [15.  S.  8].  Abka 

sözünün  kökündə  şumerəqədərki  panteonda  Göyün  baş  tanrısı  olmuş 

Abın  adı  olduğu  kimi  saxlanmışdır.  Bundan  başqa,  mancur  dilindəki 

tenger,  buryat  dilindəki  tengeri,  monqol  dilindəki  tenqri  sözləri  eyni 

zamanda  ‘göy’,  ‘səma’  deməkdir [16.  S.  37].  Rus alimlərinin əsərlərin- 

də  qədim  türklərin  göy  deyəndə  tanrını,  tanrı  deyəndə  Göyü  başa 

düşdükləri  dönə-dönə  vurğulanmışdır  [17.  S.  126;  18.  S.  213;  19.  S. 

211;  20.  S.  37].  Terxin  yazılarında  da  Göy  sözü  tanrı  sözü  ilə  ifadə 

edilmişdir.  Həmin yazıda Bilgə Kağan da,  onun anası Elbilgə xatun da 



Göydə doğulmuş epiteti ilə təqdim edilirlər:  «Tenqridə bolmuş el  etmiş 

bilgə  kağan  el  bilgə  xatun»  [21.  S.90].  Bir  çox  türklər  Göyə  qurban 

vermişlər  ki,  bu  da  tanrıya  qurban  kimi  başa  düşülməlidir  [22]. LPPo- 

tapov beltir və kaçin türklərindən Göyə edilən dualar yazya almışdır [23. S.266]. Belə




dualar  digər  türklər,  o  cümlədən  azərbaycanlılar  arasında  da  çoxdur.  Göyə  üz 

çevirmək  [Göyə  üz  tutmaq]  deyimini  S.  Altaylı  doğru  olaraq  ‘tanrıya 

yalvarmaq’  kimi mənalandırmışdır [24.  S.  25].

Türklərin  düşüncəsində  Göy  -   tanrı,  tanrı  -   Göy  anlayışlarının 

semantik  eyniliyi  bu  iki  sözün  sinonimləşməsinə  səbəb  olmuşdur.  Bu 

məsələlərin  təsvirində  monqol  mifologiyası  da  türk  mifologiyasından 

heç nə ilə fərqlənmir [25.  S.  47].

«Dədə  Qorqud»  eposunda  da  tanrı  sözünün  əvəzinə  Yer  və  Göy 

sözlərinin  işləndiyinə  dair  gözəl  bir  nümunə  var.  «Dəli  Domrul» 

boyunda Dəli Domrulun arvadı ərinə deyir:

Ərş tanıq olsun,  kürş tanıq olsun!

Yer tanıq olsun, göy tanıq olsun!

Qadir tanrı tanıq olsun!  [26.  S.  93]

Bu şeirdə  Ərş, Kürş,  Yer və Göy sözlərinin dördü də tanrı  sözünün 

sinonimi  yerində  işlənmişdir.  Bunu  üçüncü  misrada  tanrı  sözünün 

işlənməsi  də  aydın  göstərir.  Türk  düşüncəsində  cansız  varlıqlar  tanıq 

‘şahid’  tutula bilməz.

Biz  Göy  və  tanrı,  Yer  və  tanrı  eyniliyini  şumer  mətnlərində  də 

görürük.  Həmin  mətnlərdə  çox zaman tanrı  əvəzinə  Göy,  Göy əvəzinə 



tanrı  sözü  işlədilir.  Əslində  yuxarıda  deyildiyi  kimi,  onların  ikisi  də 

eyni  söz  olub,  eyni  ideoqramla  da  işarə  olunur.  Deməli,  tanrı  və  Göy 

sözləri  şumer  dilində  omonim  olmuşdur  -   ^n.  Bir  şumer  şeirindən 

götürülmüş  aşağıdakı  parçada  tanrı  əvəzinə  Göy  və  Yer  sözləri 

işlənmişdir:

Göy əmr verdi, yer doğdu,

Numun bitkisini  doğdu.



Yer doğdu, göy əmr verdi,

Numun bitkisini  doğdu [27.  S.  65; 28.  S.  56].

Məzmundan  aydın görünür ki,  əmr  edən  də  (Göy),  doğan  da  (Yer) 

tanrıdır.

Bir mətndə bacısı İnanna Günəş tanrısı Utuya deyir:

Kutsal ləyən içində yaxalandım,

Arı kap  içində sabunlandım.

Göyün şahlıq paltarını geyindim,

Gözlərimi kömürlə boyadım  [29.  S.  185-186].

Bu  mətndəki  Göy  sözünün  də  tanrı  yerində  işləndiyinə  heç  bir 

şübhə yoxdur.  Göyün şahlıq paltarı  ifadəsi  ‘tanrının  şahlıq paltan’  kimi 

başa  düşülməlidir.  Ümumiyyətlə, şumer və  türk  dillərində  Göyün  buğası  ‘anın



buğası’,  Göyün qapısı  ‘tanrının qapısı’,  Göy üzü mübarəkdir  ‘tanrı üzü 

mübarəkdir’,  Göyün  verdiyi pay  ‘tanrının  verdiyi  pay’,  Göydən  gələn 



səda  ‘tanrıdan  gələn  səda’,  Göydən  gələn  qada-bala  ‘tanrıdan  gələn 

qada-bala’  kimi paralel işlənən onlarla ifadələr var ki,  bunlar da hər iki 

xalqın tanrı və Göy haqqında düşüncələrinin eyni  olduğunu göstərir.

N.  Y.  Biçurin  və  L.  Qumilyov  çin  qaynaqlarına  söykənərək 

yazırdılar  ki,  V  yüzilliyin  sonunda  İrtış  çevrəsində  yaşayan  teleslərin 

ağsaqqalı  Afuçjilo  ‘Göyün  böyük  oğlu’  titulu  ilə  şərəfləndirilmişdir 

[30.  S.  195;  31.  S.  24].  Buradakı  Göy  sözünü  tanrının  sinonimi  kimi 

başa düşmək  lazımdır.

Bu  araşdırmaların  işığında  indiyə  qədər  türk  tarixində  və  folklor- 

şünaslığında  qaranlıq  qalmış  Göy  tanrı  və  göytürk  adlarının  açılması 

xeyli  asanlaşmışdır.  Göy  tanrının  ‘qoluboy  boq’,  göytürkün  ‘qoluboy 

türk’  kimi tərcüməsi ilk gündən elmdə elə bir dolaşıqlıq yaratmışdır ki, 

onu  hələ  də  açmaq  mümkün  olmur.  Bu  yanlış  tərcümə  isə  rus 

alimlərinə  məxsusdur.  Rus  alimlərinin  böyük  əksəriyyəti  bu  adları 

rus  dilində  ‘qoluboye nebo / qoluboy boq’ və ‘qolubıye turki’  [32.  S. 289] 

kimi verirlər ki, bunlar heç bir məna kəsb  etmir.  M.  P.  Melioranski  və  A. 

Bernştam  həmin  sözün  mavi  mənasıyla  yanaşı,  səma  mənasını  da 

göstərmişlər [33.  S.  84].

Göy  tanrı  və  göytürk  adlarının  ‘qoluboy  boq’  və  ‘qolubıye  turki’ 

kimi  kobud  və  yanlış  tərcüməsi,  təəssüflər  olsun  ki,  elmdə  etiraz 

doğurmamışdır.  Ən  acınacaqlısı  odur  ki,  bu  adların  mənşəyini, 

etimologiyasını  daha  düzgün  bilməli  və  açmalı  olan  Azərbaycan 

alimləri 

rus 


həmkarlarının 

tərcümələrilə 

dinməz-söyləməz 

razılaşmışlar.  Hətta  bəzən  onların  əsərlərində  də  həmin  adların 

‘qoluboy  boq  /  qoluboye  nebo’  və  ‘qolubıye  turki’  kimi  tərcümə 

edildiyini  görürük.  Türk  alimi  Ə.  B.  Ərcilasun  isə  göytürk  Bəngü 

daşlarından  danışarkən  doğru  olaraq  göy  sözünün  ‘səmavi’  anlamda 

başa  düşüldüyünü  yazmışdır  [34.  S.  40].  İ.  Abbaslı  F.  Ünlü  Hizarçıya 

istinad  edərək  yazır:  «“Göytürk”  anlamındakı  “göy”  mavi  mənasını 

daşıyır.  Bütövlükdə  “göytürk”  etnonimi  “ilahi  türk”,  “səmavi  türk” 

çalarlarını  ifadə  edir»  [35.  S.  36].  F.  Bayat da doğru olaraq yazır ki,  «etnik-mədəni 

sistemdə göytürk, göy börü, göy keçi əslində bu varlıqların ilahi mənşəyini bildiıir» [36.

S.  70].  Sözsüz ki, onların ilahi mənşəyini bildirən həmin adlara qoşulmuş göy epitetidir. 

Öncə dediyimiz kimi, şumerəqədərki panteonda böyük tanrının adı Ab,  Şumerdə An 

olmuşdur. Ab və An sözlərinin hər ikisinin mənası şumer və türk dillərində ‘göy’, ‘səma’ 

deməkdir. Növbəti mərhələdə Ab və An tanrı adlarını yenə onlarla eyni mənalı Göy sözü 

əvəz etmişdir. Göy tanrı deyimində Göy xüsusi isim olub tanrının adıdır. Göy tanrı və 

göytürk adlarındakı  Göy  sözü  qətiyyən rəng bildirmir və  onu rəng  anlamında başa 

düşmək yanlışdır.  Elə buradan çıxış edərək deyə bilərik ki,  ilk din də Göy tanrıçılıq




olmuşdur.  Bu  din  Ağçağan  adı  ilə  hazırda xakaslar  arasında yaşamaqdadır.  Xakas 

dilində  A ğ  sözü  məhz  ‘Göy’  deməkdir.  Onlar  Göybörüyə  Ağbörü 

deyirlər.  Ona  görə  də  bilmək  lazımdır  ki,  Ağçağan  dini  məhz  Göy 

tanrıçılığın eynidir [37.  S.  42-43].



Göytürk  etnonimdir.  Rus  alimi  Y.  V.  Çesnov  xalq  adlarının  necə 

yaranmasından  danışarkən  rusların  soroçinlər  adlandırdıqları  tayfanın 

qıpçaq türkləri olduğunu və onun adındakı  sarı sözünün rəng bildirmə- 

diyini  yazmışdır.  Onun  yazdığına  görə,  soroçinlər  etnonimindəki  sarı 

köçərilər  arasında  dünyanın  bir  hissəsini  -   cəhəti  bildirmişdir  [38.  S. 

135].  Göytürk etnonimi  də  məhz  birbaşa  onların  göylə,  səma  ilə  bağlı 

olduqlarını  bildirir.  Yuxarıda  deyilənlərin  hamısı  bu  fikri  söyləməyə 

tam  əsas  verir.  Yazılı  və  şifahi  mətnlərdən  aydın  görünür  ki,  türklər 

özlərini  tanrının  övladı  hesab  edirdilər,  onlar  əcdadlarının  göydən 

gəldiklərinə  inanırdılar.  Onlar öz  xaqanlarının tanrı  övladı  olduqlarına 

şübhə  etmir,  bunu  ‘tanrıdan  doğulmuş’  yaxud  ‘tanrının  doğduğu’ 

şəkillərində  ifadə  edirdilər.  Hunlar belə  hesab  edirdilər  ki,  onların  ulu 

əcdadı  Metenin  oğlu  tanrının  oğludur  [39.  S.  168].  Bu  isə  birbaşa 

Metenin  özünün  tanrı  olduğuna  işarədir.  Mətnlərdə  türklərin  Humayı 

özlərinə  ana  saydıqlarını  aydın  görürük  [11.  S.  81].  Bilgə  xaqanın 

tanrıdan  doğulduğu  bir  neçə  mətndə  öz  əksini  tapmışdır  [11.  S.  92, 

134,  145;  10.  S.  72,  77].  Ə.  Rəcəbov  və  Y.  Məmmədov  «qədim  türk 

qəbilələrinin  hamısında  xaqanın  bu  təyinlə  müşayiət  olunduğunu» 

göstərirlər 

[11. 


S. 

134]. 


Göytürklər 

xaqanlarının 

tanrıdan 

doğulduqlarını  söylədikləri  kimi,  xaqanlarını  da  özlərinin  əcdadları 

sayırdılar:  «Əcdadımız  Bumın  [mətndə  Yamı]  xaqan  dörd  tərəfi 

sıxışdırmış...»  [11.  S.  54].  «İnsan  oğulları  üstünə  atalarım  Bumın 

Kağan,  İstəmi Kağan hökmdar olmuş»  [40.  S.  42].  Tanrı  ^   xaqan  ^   ^  

insan  formulundan  aydın  görünür  ki,  göytürklər  tanrının  törəmələri 

olmuşlar.  S.  Q.  Klyaştornı  qədim  türk  abidələrindəki  mifoloji 

süjetlərdən  danışarkən  onları  üç  bölmə  üzrə  altı  qrupda  cəmləşdirmiş, 

onlardan  birini  «dövlətin  tanrı  tərəfindən  yaradılması  və  xaqanın  tanrı 

mənşəliliyi  haqqında  miflər»  adlandırmışdır.  Onun  seçdiyi  mətnlərə 

görə,  göytürk  dövlətini tanrı  yaratmış,  özü xaqan  qoymuş,  xaqanlar da 

mənşəcə  tanrıya  bağlı  olmuşlar.  Hətta  xaqanlar  tanrıya,  onların 

arvadları  isə  Humaya  oxşadılır  [41.  S.  131-133].  Türklər tanrını  Göy, 

Göyü tanrı bilirdilər. Türk düşüncəsində tanrı və Göy sözləri sinorrimdir.

«Ağoğlan»  adlı  Azərbaycan  nağılında  öldürülüb  basdırılmış  qız  dirilir və  adını 

dəyişib  Ağoğlan qoyur  [42.  S.  381].  Çünki qızın dirilməsi birbaşa tanrıyla -  Göylə 

bağkdır. Ona görə, Ağoğlan adını tanrı oğlu -  Göy oğlu kimi başa düşmək lazumdır. «Ağ 

atlı oğlan» nağılında da ağ rəng Göyün rəmzidir. Ağ at  da, Ağ  quş  da,  Ağ paltar da 

göy,  səma  mənşəlidir  [43.  S.  125].  Qədim  türk  dilində    sözü  ‘uca’,  ‘yüksək’



anlamlarında işlənmişdir. «Koroğhj» eposundakı Ağ qaya da uca, yüksək, başı buludlara 

dəyən qayadır.  Nərbalanın Ağ atı da Göydən  gəlmişdir.  Onun Ağ quşu  və 



aslanı  isə  elə  Qazan  xanın  A ğ  sazın  aslanı  və  A ğ  sunqur  quşudur. 

Nağılın məzmunu da bunları deməyə imkan verir.

İnanna  sevgi-məhəbbət  və  uşaq  doğumu  tanrısıdır.  Həm  də  əcdaddır. 

Onun türk miflərindəki adı Humaydır. Hər ikisinin funksiyası eynidir.  A.  M. 

Saqalayev  və  E.  M.  Kryukov  yazırdılar  ki,  Humay  ildırımsaçan  Göy 

tanrısıdır,  uşaqları  himayə  edir,  insanlar  onu  əcdad  sayırlar.  İnsanlara 

bilikləri,  incəsənəti  və  dini  o  öyrətmişdir  [44.  S.  117].  Şumer 

miflərində  isə bütün bilikləri  və  incəsənəti  insanlara Enkinin  öyrətdiyi 

deyilir.

Şumer və türk teoqonik  düşüncəsində tanrı  və  Göyün  eyniləşdiril- 

diyini bilirik.  Göyün ucalıq rəmzi olduğu da bəllidir.  Ucalıq isə tanrıya 

xasdır.  Başqa  sözlə  desək,  ucalıq  deyəndə  Göy,  Göy  deyəndə  tanrı 

yada düşür.

M əqalənin  elmi  yeniliyi  və  tətbiqi  əhəmiyyəti.  Göy  tanrı  və 



göytürk  terminləri  indiyə  qədər  yanlış  olaraq  ‘mavi  tanrı’  və  ‘mavi 

türk’  kimi izah edilmişdir.  Məqalədə ilk dəfə olaraq çoxsaylı qaynaqlar 

əsasında  Göy  tanrı və göytürk terminlərindəki  Göy  epitetinin  qətiyyən 

rəng  bildirmədiyi,  ‘səma,  göy’  mənasında  işləndiyi  sübut  edilmişdir. 

Hər  iki  termində  Göy  epiteti  səma  ilə,  göylə  bağlılığı,  tanrının  və 

türkün səma mənşəli  olduğunu  ifadə  edir.  Bununla da  elmdə  dərin kök 

salmış  çox  ciddi  bir  yanlışlığa  son  qoyulmuşdur.  Bu  məqalənin  təkcə 

Göy  tanrı  və  göytürkün  deyil,  bütövlükdə  tanrıçılığın  və  türkün 

tarixinin,  mifologiyasının,  etnoqrafiyasının,  mənşəyinin  öyrənilmə- 

sində  böyük  elmi  əhəmiyyəti  var.  Bu  məsələlərlə  bağlı  tədqiqatlarda 

məqalədən istifadə oluna bilər.

Ə D Ə B İ Y Y A T

1.  Heyət Cavad.  Türklərin tarix və  mədəniyyətinə bir baxış.  Bakı, 

1993.


2.  EamHÖUH P.  K.  100 Be^HKHx öoroB. M., 2003.

3.  flaöbiHUH  H.  A.,  HeMupoecKUü  A.  A.  Eo^ecTBa  BegymHx 

SHBH^H3atSHH  ^peBHero  B^H^Hero  BocTOKa,  HpaHa  h  Hhahh  // Hct. 

flpeB.  BocTOKa.  M.,  2003.

4.  Kopo^nw  X.  CmnHCTHHecKHe 

0

C



06

eHH


0

CTH  «KHHrn  Moero 

gega KopKyTa» // Cob. TyupKonornya.  1975.  N° 2.

5.  Kaşğari Mahmud.  Divanü lüğat-it-türk / Tərcümə edən və nəşrə 

hazırlayan Ramiz Əskər.  Bakı:  Ozan,  2006.  C.  1-4.

6.  Ögel Bahaeddin.  Türk Mitolojisi.  İstanbul,  2001.  C.  2.

7.  HenoMHyamuü H.  H.  Ctp^hhhkh Bce^eHHOH.  M., 2000.



8.  rom ue  H.  B.  Xa3apcKaäa  Ky^Typa  //  Hapogw  BocTOKa.  1925. 

N°  8-9.


9.  A öw uee A.  M.  TäypK0-M0Hr0ncKaHa  oömhoct  b  k^mhkckom 

^o^K^ope  h  HeK0T0pwe 3aKOHOMepHOCTH  Heäo  npoöaB.neHHHa // Cob. 

THypKonorHHa.  1987.  N° 3.

10. Rəcəbov Ə, Məmmədov Y Orxon-Yenisey abidələri. Bakı, 1993.

11.Əski türk yazılı abidələrinin müntəxəbatı.  Bakı,  1992.

12.Çobanzadə  Bəkir,  d-r.  Türk-tatar  lisaniyyatına  mədxəl.  Bakı, 

2006.


13. 

A6pcM3on C M  K p m b i u ux emHtxemnMWCMe u uamapmo-KyjmypHbie 

C6ua3u  0pyu3e, 1990.

14. EapmoudB. B. Cowrnmm.M.:Haym, 1968. T 5.

15.  CpaeHumembM cjoeap mywya-MawmypcKux iaBbmoe. tt, 1975. T 1.

16.  Tcmmcuyc B. H. K  emuvojozuu ajmaucKux mepMuuoe poöcmea // Oneprn 

cpaBHumemoü mkcuko

j

ozuu ajmaucKux uaBbmoe.  R : Haym  Mmmp.  omd-Hue, 



1972.

17. ^epöaK A  M  Hemceucme pyHmecwe Hctömcu: K  ucmopuu omKpbmuua 

u usytemua//TuypKon. c6.1970. M.: HayKC 1971.

18.  Cme6jıeec H.  B.  K  peKoHcmpyKcuu dpeeHemuypKcKou pejju^uoGHo-jwupo 

MernecKou cucmeMbi// JuypKojj. c6.1972. M.: HayKC 1973.

19. XoMoHoeM n. npuvectHuua// A6au recep-Xy6yH VjdH-Vöe, 1961.

20. Manoe  C.  E   najvtuammm  öpeeHemuypKcKou nucueHHocmu:  TeKcmbi  u 

uccuedoeaHuua M.; K, 1951.

21. KjuammopHbM C. r  TepxuHcKaua Hadnuc //Coe muypmjo^uua 1980. Ne 3.

22. Mauwecmee  C.  ff.  WepmeonpuHoweme  He6y y   6anmupoe  // Myoeu 

dHmponon. u emwzp. AHCCCP. nz,1916. T. 3.

23.nom anoe  fl.  n .  YMaH  -   Ö0:*:ecTB0  gpeBHHx  THypKOB  b  CBeTe 

eTHorpa^nnecKHx gaHHbix // TMypmn.  cö.  1972. M.:  HayKa,  1973.

24.Azerbaycan Türkçesi Deyimler Sözlüyü / Hazırlayan S.  Altaylı. 

Ankara,  2005.

25. 

Kyduuapoe A  B.  Cmuj «mauHou ucmopuu»: mmjjucumHocm,  eapuacuua 

penpe3eHmamueHocn noöxeam //Mongolia. M.: HayKa 1986.

26.Kitabi-Dədə Qorqud / Tərtib edəni H.  Araslı.  Bakı,  1977.



27.M uazzez 

İlmiye  Çığ.  Sumerlilerde  Tufan.  Tufanda  Türkler. 

İstanbul:  Kaynak Yayınları,  2009.

28.Yene 

onun.  Uyğarlığın Kökeni.  Sumerliler-1.  İstanbul:  Kaynak 

Yayınları,  2009.

29.Yene  onun.  Ortadoğu  Uyğarlıq  Mirası-2.  İstanbul:  Kaynak 

Yayınları,  2009.

30.EunypuH H.  H.  CoöpaHHe  CBegeHHH  o  Hapogax,  oÖHTaBmnx  b 

CpegHeH Ä3hh b gpeBHHe BpeMeHa. M.; H.,  1950.  T.  1.




31.Qumilyov Lev.  Qədim türklər.  Bakı:  Gənclik,  1993.

32TyMunüoe U. H.  Tucüanenemue eoxpyz Kacnuüa. EaKy,  1991.

33.EepnmmaM  A.  H.  Cocuanno-eKonoMUHecKUü  cmpoü  opxono- 

üeHUceücKUX müypoK  VI-VIII eeme. M.; U.,  1946.

34.Ercilasun  A.  Bican.  Türk  Edebiyatının  Ortaq  Devri  //  Türkiye 

Dışındakı Türk Edebiyat Antolojisi.  Ankara,  1993.  C.  1.

35.Abbaslı  İsrafil. Folklorşünaslıq axtarışları.  Bakı,  2009.  C.  1.

36.Bayat  Füzuli.  Türk dini-mifoloji  sistemində tanrı // Azərbaycan 

şifahi xalq ədəbiyyatına dair tədqiqlər.  Bakı:  Səda,  2005. Kitab  17.



37.Deliömeroğlu  Yakup.  Hakasların  Geleneksel  Kültürlerine  Dair 

Bir İnceleme // Milli Folklor.  Ankara,  1997.  Sayı:  33.



38. 

HecHoe H.  B.  Ha3eaHue Hapoda.  OmKyda 

o h o


?  

/ /  Coe.  emHO^p. 

1973. 

N

q



 

6.

39.Seyidov M.  Azərbaycan xalqının  soykökünü  düşünürkən.  Bakı, 

1989.

40.Türkiye  Dışındakı  Türk  Edebiyatları  Antolojisi:  Azerbaycan 



Türk Edebiyatı.  Ankara: Kültür Bakanlığı,  1993.  C.  1.

41. 

KnüammopHbrü C r. MMpomo^uuecKue cüymembi e ĞpeeHemüypKCKUX na- 

MüamHUKax// TüypKaı. Co. 1977. M.: Hayrn, 1981.

42. Ağoğlan // Azərbaycan folkloru külliyyatı.  Bakı:  Səda,  2006. C. 2.

43. Ağ atlı oğlan // Azərbaycan folkloru külliyyatı. Bakı: Səda, 2006. C. 1.

44.  Caeaıaüee A. M.,  Kpüyrne E   M.,  nomaHUH L  H.  Omm ocMbiccıeHuüa 

nuuHOcmu. HoeocuöupcK Hayrn. CUo. omdnie, 1991.

HCXÄM  C A ^E ir

O TEPMHHAX G Ö Y TAN RI,  GÖYTÜRK 

GÖY TAN RI 

P e 3 ro 

m

 e

B  TropKCKHx  A3biKax  onoBa  Göy  ‘Heöo’  u  tanrı  ‘öor’  ^B^aroTca 

CHHOHHMaMH.  B  ^nHHeCKHX  TeKCTaX  B  OgHOM  MeCTe  c^obo  Göy 

Hcno^b3yeTca  BMecTO  tanrı,  a  b  gpyroM  tanrı 3aMeraeT  ghobo  Göy.  B 

myMepcKOM  A3biKe  An  ‘Heöo’  h  an  ‘öor’  -   omohhmh.  ^ t h   onoBa 

cogep^aT  pa3ragKy  npoHCxo^geHHfl  TepMHHOB  Göy  tanrı  ‘HeöecHbiH 

öor’  h  göytürk  ‘HeöecHbiH  TropK’.  BoraTHH  MaTepna^  myMepcKHx  h 

TropKCKHX ^nHHeCKHX TeKCTOB n03B0^^eT paCKpblTb HX 3HaneHHe.

B  gaHHOH  CTaTbe  Ha  0CH0Be  ynoMAHyrbix  hctohhhkob  g0Ka3aH0, 

hto  ^nHTeT göy  b  oöohx  c^OBOConeTaHHax  oöo3HanaeT  caMO  Heöo,  a




He ero ^BeT.  nepeBog TepMHHOB  Göy tanrı u göytürk Ha pyccKHH «3wk 

KaK ‘ro^y6oH 6or’  h ‘rany6bie tw pkh’  mh CHHTaeM HeBepHbiM.

K^roneBwe c^OBa:  möecHbiü öo^,  möecHbiü mmpK,  myMep, 

^nunecKUü  meKcm,  m öo

ISLAM  SADIQ

ABOUT THE TERMINS  GOY AND  TANRI,



GOY TURK AND  GOY TAN RI

S u m m a r y

The  words  Goy  ‘Sky’  and  Tanry  ‘God’  are  synonyms  in  Turkic 

languages,  that  is  in  some  places  instead  of Goy  ‘Sky’  is  used  Tanry 

‘God’,  but in other places instead of Tanry  ‘God’  is used  Goy  ‘Sky’  in 

epic texts.  In  Sumerian language the words An  ‘God’  and An  ‘Sky’  are 

omonyms.  In  these  words  and  expressions  in  order  to  find  out 

etymology  of words  Goy  Tanry  ‘Heaven  Sky’  and  Goy  Turk  ‘Heaven 

Turk’  were  given  keys.  There  are  a  lot  of rich  materials  in  Sumerian 

and Turkic epic texts to open semantic meaning of these terms.

In  this  article  on  the  basis  of  this  material  terms  Goy  Tanry 

‘Heaven  Sky’  and  Goy  Turk  ‘Heaven  Turk’  were  studied  and  proved 

that epithet Goy means Goy ‘Sky’  in both word combinations, there we 

must not sea colour meaning.

The  epithet  Goy  ‘Sky’ 

is  symbolizing  connection  with  Sky, 

Heaven,  sky  originality,  translation  of  these  terms  as  M avy  Tanry 

‘Blue  God’  and  M avy  Turk  ‘Blue  Turk’  into  Russian  language  is 

completely wrong.

Key words: Heaven God, Heaven  Turk, shumer,  epic text, sky

Ünvan:  Az-1001.  Bakı-1, Kiçik Qala küç.,  31.

AMEA Folklor İnstitutu -  aparıcı elmi işçi, 

fil.  ü.  f.  d.

e-mail:  islam- sadiqli@rambler.ru




Çapa təqdim edən

Çapa tövsiyə edən

M əqalənin redaksiyaya 

daxil olma tarixi

Təkrar işlənməyə 

göndərilmə tarixi

Tofiq Hacıyev -  

«Türkologiya» jurnalı 

redaksiya heyətinin üzvü

AMEA Nəsimi adına 

Dilçilik İnstitutunun elmi  şurası 

(10.VII.2013, protokol N°  11)

21.IX.2012

19.XII.2012

Çapa göndərilmə tarixi

26.VII.2013



Yüklə 84,98 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə