Folklor instituti


Qaqauz ədəbiyyatının öyrənilmə tarixi



Yüklə 4,03 Mb.
səhifə8/24
tarix19.07.2018
ölçüsü4,03 Mb.
#56937
1   ...   4   5   6   7   8   9   10   11   ...   24

3. Qaqauz ədəbiyyatının öyrənilmə tarixi
Qaqauz türkcəsini iki şivəyə-güney Vulkaneş və mərkəz Çadır-Komrat şivələrinə bölürlər. Ukrayna qaqauzlarının danişığı da mərkəz şivəsinə aid edilir. Say baxımından mərkəz şivəsində danışanlar çoxluq təşkil etdiyindən yazılı ədəbi dil də bu şivə əsasında formalaşır.

Qaqauz ədəbiyyatı tarixinin öyrənilməsindən söz açan Tu­dora Arnaut yazır: “Gagauz edebiyatının incelenmesi, edebiyat tarihinin yazılması son zamanlarda hız kazanmıştır. Ilk ciddi ilmi çalışma Petr Çebotar – Gagauz yapmıştır. Rus dilinde yazılan kitap 1950-1980 yılları arasında yaratılan eserleri ele almakta ve edebiyat kuramları çerçevesinde irdelenmektedir. Gagauz dilinde edebiyatın incelenmesi makale şeklinde Olga Radova, Stepan Kuroglu, Tudora Arnaut tarafından “Sabaa yıl­dızı” dergisinde yayımlanmış, Ivan Topal, Nikolay Baboğlu­nun ve b. aydınların tarafından makale, ve ya tanıtma niteliği taşıyan yazıları “Ilkyaz Türküsü” kitabında ve “Ana Sözü” gazetesinde yer almış, ayrıca Komrat Devlet Üniversitesi ve Kran­ge adına Kişinev Pedagoji Üniversitesinde okuyan öğren­cilerin mezuniyet tezlerinde kaleme alınmıştır. Gagauz edebi­yatının oluşması ve gelişmesi, yazar ve şairlerin bir arada hiz­met vermesi amaciyle sekseninci yıllarda Moldova Yazarlar Birliğinde Gagauz Yazarlar Birliği Bölümü kurulmuş, 11 Şu­bat 2001 tarihinde ise Gagauz Yerinde Gagauz Yazarlar Birliği oluşturulmuştur.

Yazılı edebiyata hizmet etmiş bazı şahısların eserleri ise çe­şitli ilmi ulusal və uluslararası konferans və sempozyum­lar­da yabancı ve yerli bilim adamları, araşdırmacılar tarafından bil­di­ri olarak sunulmuştur. Gagauz edebiyatı ile Türkiyede Mus­tafa Argunşah, Hülya Argunşah, Harun Güngör, Nevzat Özkan ve b., Azerbaycanda Güllü Yoloğlu, Ali Şamil gibi bilim adam­ları ilgilenmiş ve bu edebiyatın kendi ülkelerinde tanıtıl­ma­sına önemli katkılarda bulunmuşlardır” (Arnaut T., 2005:29).

Onu da xatırlatmağa dəyər ki, Qavril Qaydarcı və Yelena Koltsanın da bir sıra məqalələrində qaqauz ədəbiyyatı ilə bağlı maraqlı bilgilər vardır.

Qaqauz ədəbiyyatı çoxjanrlı və uzun dövrlü olmadığından onun haqqında janrlara görə deyil, yazarlara görə bilgi verməyə çalışacağıq.

Tudora Arnaut qaqauzların yazılı ədəbiyyatlarını beş dövrə bölür və birinci dövrə Nikolay Arabacı və Nikolay Tanasoğ­lu­nun yaradıcılığını daxil edir. Əslində bu bölgü o qədər şərtidir ki, istənilən vaxt mübahisə mövzusuna çevrilə bilər. Çünki ya­zarların çoxu yaxın zaman kəsimində yaşamışlar, yaradıcilıqları da istər mövzu, istərsə də bədii dəyər baxımından bir-birinə çox yaxındır. Buna baxmayaraq, biz də həmin bölgünü saxlayaraq əldə edə bildiyimiz qaynaqlar səviyyəsində qaqauz ədibləri haqqında bilgi verməyə çalışacağıq.


3.1. Birinci dövr: Nikolay Arabacı və Nikolay Tanasoğlu
Nikolay Petrov oğlu Arabacı (20.09.1893, indiki Moldova Respublikası Qaqauz Yeri MV Çadır rayonunun Kiriyet kəndi -1960, Moskva). Ilk təhsilini doğulduğu kənddə alıb Kom­rat­dakı liseyi bitirdikdən sonra Moskvaya gedərək Güney Doğu Xalqlarının Dilləri Institutuna daxil olan N.Arabacını 1930-cu illərdə SSRI-nin Istanbuldakı Ticarət Nümayəndəliyində işlə­məyə göndərirlər.

Istanbul mühiti, Türkiyədə yaşayan qaqauz kökənli insan­larla ünsiyyət onun dünyagörüşünün formalaşmasına böyük təsir göstərir. Xalqının tarixi və ədəbiyyatını öyrənməyə çalişan vətənpərvər fikrini xalqına çatdırmaq üçün ədəbi yaradicılığa başlayır. Ilk yazılarını da Kırımda tatarca çap olunan qəzet-jurnallara göndərir.

SSRI-i Almaniya üzərində qələbədən sonra Bessarabiyanı yenidən öz ərazisinə qatır. Beləliklə Bucakda toplu halda ya­şayan qaqauzlar yenidən Rusiyanın-Sovetlər Birliyinin tərki­bində yaşamalı olurlar. Bu dəyişiklik yüzlərlə qaqauzun ölü­mü­nə, həbsinə, sürgününə və aclıqdan doğma yerləri tərk et­mə­sinə səbəb olur. Çünki Sovetlər Birliyinə daxil edilənədək hər bir qaqauzun fərdi təsərrüfatı, əkin sahəsi, iş yeri vardı. So­vetlər Birliyinin tərkibinə qatıldıqdan sonra onların torpaqları, iş alət­ləri, mülkləri əllərindən alınaraq kollektiv təsərrüfatlar yaradıldı. Insanlar da buna alışa bilmir, malının-mülkünün əlindən alın­masına etiraz edir, qorxusundan etiraz etməyənlər belə kollektiv təsərrüfatlarda ürəkdən çalışmırdılar. Bu da məh­sul qıtlığına, bölgəni aclıq dalğasının bürüməsinə səbəb olur.

Vətəninin belə ağır günlərində N.Arabacı uzaqlarda-Mos­kvada yaşayırdı. Uzun zaman vətənindən uzaqda olması onun şeirlərində həsrət mövzusunu gücləndirmişdir. Şeirlərinin əsas mövzusunu ata ocağına sevgi, xalqın çəkdiyi sıxıntılar, bir də lirik düşüncələr təşkil edir. Şair yazır:

Orda baba evimiz,

Annam ihtiar orda.

Düşlerim orda canımda.

Bunnar için yok nasıl,

Ki, dönmesin şu vaktlar-

Güneş açsın ki, asıl,

Daalışsın o bulutlar.

Şair başqa bir şeirində yazır:

Ömür beni sıbıttı,

Irak ana topraamdan-

Fena eceller sıktı

Xalqımızın buvazında...

Ah, da ne yapar insan,

Girgin hem de verilmez?!

Miskin duşmana, te sen

Kaldın ki nice düşmez.

Orada baba evimiz,

Annam ihtiar orada

Düşlerim orada semiz,

Kaldı sende canım da...

Ömrünün ən məhsuldar illərini Moskvada yaşayan şair qa­qauz ədəbiyyatının inkişafı, ana dilində məktəblər açılması üçün əlindən gələni əsirgəməmişdir. Ana dilində tarixi-etno­q­rafik “Qaqauzlar” romanını yazmağa başlasa da, onu bitirə bilməmişdir.

Şairin “Bizim Drumi” adında dörd hissədən ibarət olan das­tan-poeması Dionis Tanasoğlu tərəfindən hazırlanaraq 1959-cu ildə Kişinyovda çap olunmuş “Bucaktan səslər” toplusuna da­xil edilmişdir. Mənzum dastan-poemada Ikinci Dünya Sava­şında qaqauzların Rumıniya ordusu tərəfindən incidilməsi təs­vir edilmişdir. Dastanda üç məsələ önə çəkilmişdir: 1. doğru­luq, dürüstlük (baş qəhrəman Drumi həqiqəti sübuta yetirmək üçün Doftan zindanından qaçıb kəndə gəlir və buradakı qəd­dar­lıq timsalı olan rumın jandarm nəfərinin cəzalandırır. 2. dost­luğa sədaqət (dar gündə Manolun Druminin yanında ol­ması). 3. ana torpağa, kəndinə həsrət.

N.Arabacı kəndlisi Druminin taleyindən bəhs edən “Bizim Drumi” poemanı sadə bir təhkiyə, şirin bir dillə belə başlayır:

Çoktan yaamur bulutlan,

Gökü, ayı heptän örtmüştü.

Gecä yarısı xoruzlar

Şindän bizim küüydä ötmüştü.

Raat uyeer yorgun insan...

Bu geç vakıt salt uyumaz

Küüydä sin-sin gezän bir can:

O saklanır, o açılmaz.

O, dolaya bakınarak,

Bir aula girdi deyneklän.

Köpek ona pek salarak,

Sustu, çüüdü büük sevinmäklän.

Bu köpek salmasından

Manol amca uyanmıştı

Pençerä urmasından

Birdän-bira kär şaşırmıştı.

Kənddə gecənin səssizliyini pozan qonağın gizli gəlişi ilə başlanan mövzu getdikcə ciddiləşir. Bir kəndin deyil, bir mil­lətin taleyində baş verən faciələr təsvir edilir. Sonra da bu ümu­miləşdirilərək müstəmləkə altına düşən bütün xalqın taleyi kimi təqdim edilir. Nikolay Arabacının əsərləri bütövlükdə çap olunmamışdır. Buna görə də onun bədii yaradıcılığı haqqında elə dolğun bilgi vermək olmur. Qaqauz araşdırıcıların belə Nikolay Arabacının arxivi, arxivdə nələrin olduğuna dair geniş bilgiləri yoxdur.



Nikolay Qeorq oğlu Tanasoğlu (01.02.1895, indiki Mol­do­va Respublikası Qaqauz Yeri MV Çadır rayonunun Kiriyet kən­di – 22.02.1970, Kişinev). Qaqauz yazılı bədii ədəbiy­ya­tinın əsasını qoyan bu iki şəxsiyyətin ömür yollarında bir oxşar­lıq vardır. Hər ikisi eyni kənddə doğulmuş, Çadır qəsəbəsindəki eyni məktəbdə oxumuşdur. Ilk yaradıcılığa şeirlə başlamışdır.

N.Tanasoğlu uzun illər kəndlərdə öyrətmən, məktəb direk­toru işləmiş, qaqauzlar üçün əlifba yaradılmasında, dərslik ya­zılmasında fəal iştirak etmişdir. Yeni yaradılmalı olan dərsliklərə oxu mətnləri salınması üçün Lev Tolstoyun “Ilk gənclik”, Nikolay Qoqolun “Taras Bulba”, Mixail Lermon­to­vun “Boro­dino” əsərlərindən parçalar tərcümə etmişdir. Onun şeirləri folklor nümunələri ilə o qədər qaynayıb qarışmışdır ki, çox vaxt hansı şeirin N.Tanasoğluna, hansı şeirin xalq yaradıcılığına məxsus olduğunu seçmək çətinlik törədir.

1940-cı illərdən yaradıcılığa başlayan şairin əsərləri dilinin sadəliyi ilə seçilir. “Quşlar bey seçer” adlı poemasında fikrini nağıllardan götürdüyü süjetlə oxucuya çatdırmağa çalışır. Şai­rin şeirlərində quş təsvirlərinə, quşların dililə fikirlərinin veril­məsinə tez-tez rast gəlinir. Onun şeir şəkli isə qaqauz mani­lərindəki qafiyə quruluşuna (aabb) uyğundur.

Başçada bir genç kızçaz,

Işindä nicäl kuşçaz.

Mari kız, sän bak bana,

Bir kaç laf deim sana (Çadır maaneleri)

N.Tanasoğlu “Sofi” adlı hekayəsi ilə qaqauz yazılı ədə­biy­yatında nəsr janrının əsasını qoymuş olur. Hekayə belə baş­layır: “Sandıkçı Ivançunun kızı, Sofi, orta boyda bir kız, tuyan, siması kula, maavi gözlü, suratı tombarlak. Nicä da olsa gözal bir kız. Lafına sıkı, kızlarlan pek şımarmeer. Küüdä yedi klass bitirdiydi.

Onun bobası ellibeş yaşında, ilerdan fukaraydı, çuval kol­tuunda imeelik aarardı, zera imeelii kışın ortasında bitardi. Şkolada üç yıl sade üürenmişti, ama kafalıydı. Esapta üüre­diciylän tutunurdu. Ama, biraz çokça içardi. Kimar gün, bir sotka rakı içtiynan, şkolaya gelirdi. Urok aralığında uşakların ortalanna girirdi da onnara aklıncak türlü zor zadaçilar verirdi.

– Ha bakalım, studentlar, bu zadaçiyi yapabileceniz mi, – uzun, san kaşlann altından gülümseyräk deyärdi.

Sofi yedi klass bitirdiktän sora kır brigadasına işlemää girdi. Işindä çalışkandı hem kantarcı diildi, nicä başkaları bulunurdu. Ne iş tä ona verselär, o küsüş yapmazdı. Kolxozun predse­dati­lisi gördü, ani Sofi işi sever, hem becerikli, onu inek saamaa koydu. Sofi burada da ii üstünlüklär gösterdi. Birdän bira saamaa pek becerämäzdi, ama birkaç aftadan sora ii esap aldı, nicä eski saacıykalar saayardılar da tez kolayını aldı da başladı onnardan üstün çıkmaa. Burada da Sofi çok vakit işlämedi. Bir yıldan sora onu süt fermasına zavedyüşçiy koydular, zerä o isleecä kiyat bilirdi. Sofi işini sevärdi, hem savaşırdı sotialist yarışında başka kolxozların saacıykalanndan üstün çıksın...” (Türkiye dışındakı…, 1999:359, 12-ci cild).

“Sofı” hekayəsi Sovet dövründə oxuduğumuz əmək qəh­rə­manından bəhs edən onlarla hekayələrdən biridir.

N.Tanasoğlunun “Şu yolunda”, “Pahalı Çadırım”, “Mane­ler”, “Geç güz”, “Ilk yaz geldi”, “Yaz”, “Yaz yağmuru”, “Oku­la”, “Pek islä” və b. şeirləri ilə yanaşı, poema, ballada və hekayələrindən “Güme kuşları”, “Tudoranın düğünü”, “Sofi”, “Yuvan oğlular”, “Beşqa Qaqauzlar” adlı əsərləri oxucular arasında daha məşhurdur.

Şair ana dilini zənginləşdirmək, soydaşlarının dünya klas­siklərinin əsərlərini doğma dillərində oxumaları üçün tərcü­məyə də xüsusi diqqət yetirmişdir. Belə ki, “Müfəttiş”, “Taras Bulba” (N.Qoqol), “Borodino” (M.Lermontov), “Uşaqlığım­dan” (I.Karnege), “Qış axşamı” (A.Puşkin), “Boran” (L.Tols­toy), “Cırcırama və qarışqa” (I.Krılov), “Aslan və milçək” (La Fonten) və b. əsərləri ana dilinə tərcümə etmişdir.

Nikolay Tanasoglu Deniz (Dionis) Tanasoğlunun atasıdır.

T.Arnaut yazır: “Bu iki şair (N.Arabacı və N.Tanasoğlu – Ə.Ş.) Bucağın ecelini, halkın o zamanki durumlara göre sikıntılarını dile getirmiş Gagauz edebiyatın temel atılmasında böyük çabalar göstermişlerdir” (Arnaut T., 2005: 30).

Əslində hər iki ədib Sovet sisteminin icazə verdiyi qədər xalqın taleyindən bəhs edən əsərlər yaratmışdır.
3.2. Ikinci dövr
Bu dövrə Dionis Tanasoğlu (1922-2006), Nikolay Baboğlu (1928- 2008), Mina Kösə (1933-1999), Dmitri Karaçoban (1933-1986), Qavril Qaydarcı (1937-1998), Stepan Kuroğlu (1940-2011) və b. daxil edilir.

Dionis (Dəniz) Nikolay oğlu Tanasoğlu (07.07.1922, indi­ki Moldova Respublikası Qaqauz Yeri MV Çadır rayonunun Kiriyet kəndi - 23.8.2006, Kişinyovda ölmüş və oradakı Ay­dınlar məzarlığında dəfn edilmişdir). Qaqauz şairi və yazıçısı Nikolay Tanasoğlunun oğludur. Ilk yaradıcılığa şeirlə başlasa da, sonralar onun adı qarşısında nasir, müğənni, bəstəçi, rejissor, aktyor, bilgin, ictimai-siyasi xadim sözləri yazılmışdır. Zaman və xalqının düşdüyü vəziyyət onu bu işləri görməyə məcbur etmişdir.

Qaqauz mədəniyyətinin elə sahəsi olmamışdır ki, D.Tana­soğlu oraya baş vurmasın. Bunun bir səbəbi onun maraq dai­rəsinin genişliyi olmuşdursa, başqa bir səbəbi də kadr çatış­mazlığı idi. Ardıcıl olaraq elmi-pedaqoji sahədə çalışan, milli kadrların yetişməsində böyük əməyi olan şair Azərbaycanla da sıx bağlı olmuşdur. Buraya bir türkoloji mərkəz kimi baxmış və qaqauz bilim və sənət adamlarını Azərbaycanla sıx bağlılığa yönəltmişdir (Şamil Ə., 2006, 4:177).

1957-ci ildə Z.A.Pokrovskaya ilə birlikdə kiril əlifbası əsa­sında qaqauz əlifbasını yaratmışdır. Ilk qaqauz romanını yazan, qaqauzların ilk peşəkar rejissoru və dramçısı Dionis Tanasoğlu olmuşdur.

Kişinyov Pedaqoji Institutunun tarix-ədəbiyyat, Leninqrad Teatr Institutunun aktyorluq fakültəsini bitirən Dionis Tana­soğ­lu Bakıda filologiya elmləri namizədi alimlik dərəcəsi al­mışdır. “Çal türküm” (Səslən, nəğməm) və “Adamın işləri” (1969), “Xoşluk”(Səadət) (1970), “Gənclik türküləri” (1975) kitablarını nəşr etdirən şair yeni qaqauz ədəbiyyatının inki­şa­fına güclü təsir göstərmişdir. “Ana dilim” adlı şeirində dilini şirin bala, salxım çiçəyinin qoxusuna, gözəl səsə bənzədir və onun qorunmasının vacibliyini belə təsvir edir:

Dili lääzım bilelim

Biz ona inan evladız,

Dili hiç kaybetmeyelim,

Salt onunnan biz insanız!



(“Ana sözü”)

Tanasoğlunun lirik şeirləri də, vətənpərvərlik və siyasi məz­munlu şeirləri də nəğmə mətnlərini xatırladır:

Ana tarafım,

Sevgili topraam!

Bucak vatanım,

Gagauzstanım!



(“Qaqauzstanım”)

D.Tanasoğlunun 1906-cı ildə qaqauzların öz haqları uğrun­da mübarizəyə qalxmasından bəhs edən “Bucakda yalın” pyesi 1978-ci ildə Komrat şəhərində özfəaliyyət kollektivi tərəfindən göstərilmişdir. Bununla da qaqauz ədəbiyyatında dramçılığın əsası qoyulur. Istedadlı dramçı kimi tanınan D.Tanasoğlu “Oğ­lan, həm Länka”, “Bucakta yalın”, “Keykavus” pyeslərini yaz­maqla yanaşı, dünya ədəbiyyatı klassiklərinin də bir sıra əsər­lərini ana dilinə çevirmişdir. Onun poeziya sahəsində də tər­cüməçilik fəaliyyəti uğurlu olmuşdur. Belə ki, A.S.Puşkin, M.Y.Lermontov, A.Krılov, A.A.Nekrasov, V.V.Mayakovski, A.T.Tvardovski, M.Eminesku, E.Bukov, Səməd Vurğun, Aşıq Ələsgər və b. şairlərin əsərlərini qaqauz türkcəsinə çevirdiyi kimi, öz əsərlərini də rus, moldovan dillərinə, eləcə də Azər­baycan, türkmən və tatar türkcəsinə çevirtdirmişdir.

Qaqauz türkcəsində dərsliklərin hazırlanmasında böyük əmə­yi olan şair uşaqların başa düşəcəyi tərzdə vətənpərvərlik şeirləri yazmış və Türk dünyasının ədəbi örnəklərini də ilk də­fə dərs kitablarına qoymuşdur. Qaqauzların muxtariyyat əldə etmək uğrunda mübarizəsinə sözü və səsi ilə qatılan D.Ta­nasoğlu “Qaqauzstan” adlı iki şeirin də yazarıdır.

Onun “Uzun karvan” romanı qaqauz ədəbiyyatında hadisə kimi qarşılanmışdır. Q.Q.Markesin “Yüz il tənhalıqda” roma­nından sonra Çingiz Aytmatovun “Ağ gəmi”, “Dəniz kənarıyla qaçan Alabaş”, “Əsrə bərabər gün”, “Edam kötüyü”, Azər­baycanda Mövlud Süleymanlının “Köç”, Yusif Səmədoğlunun “Qətl günü” və b. romanları meydana çıxmışdır. “Uzun kar­van” romanında da həmin əsərlərdə olduğu kimi, xalqın keç­miş­dən bu günə gəldiyi yol miflərin dili ilə oxucuya çatdırıl­mışdır.

“Uzun karvan” romanı bir uşağın qocadan öz xalqının tarixi, dədə-babalarının keçib gəldikləri yol barədə soruşması ilə başlayır və sual-cavab şəklində davam etdirilir. Yazar bəzən roman üslubundan uzaqlaşaraq tarixi faktları bir araşdırıcı kimi versə də, oxucusunu yormur. Əksinə, oxucuya türk xalqlarının tarixi, oğuzların keçdiyi yol, tarixin müxtəlif dönəmlərində oğuzların bir qolu olan qaqauzların oynadıqları rol haqqında maraqlı bilgiləri bədii şəkildə təqdim edir.

SSRI Yazarlar Ittifaqının üzvü olan Tanasoğlu kiril əlifbası əsasında yaradılmış yeni qaqauz əlifbası ilə çap olunan ilk kitabın-“Bucaktan sesler” toplusunun tərtibçisidir.



Nikolay Iqnat oglu Baboğlu (02.05.1928, indiki Moldova Respublikası, Qaqauz Yeri MV Taraklı rayonunun Kıpçak kən­di - 2008). Bir çox soydaşları kimi ədəbiyyata şeir yazmaq və folk­lor toplamaqla gəlmişdir. Mövcud duruma görə, o da əsərlərini qəzet, jurnal və dərsliklərdə çap etdirmişdir. “Bucak­tan sesler” toplusunda çap olunan şeirləri əsasən siyasi məz­mun­ludur. Yenidənqurma onun yaradıcılığına da öz təsirini göstər­mişdir. O, şeirlərində təbiət, xalqının əməksevərliyi və torpağa bağlılığı, doğma yurdu Bucağın taleyi, vətən, dostluq haqqında duyğula­rını əks etdirib adət-ənənələrin təsvirinə çalışmışdır.

Onun qaqauz türkcəsində iki şeir kitabı “Bucak ecelle­ri”(1979), “Tarafımın piyetleri”, (1988), rusca “Dunay pojaluy v dom” (“Dunay, gir içəri”, 1984), “Qvozdiki rastsveli vnov” (“Qərənfillər yenidən açıldı”, 1986) “Bucaan tarafinda” (kita­bın ikinci adı “Gani”) və bundan başqa “Qaqauz folkloru” (1969), ”Masallar” (1991), qardaşı I.Baboğlu ilə birlikdə “Qa­qauz türkcəsi sintaksisi IX-X klaslar için” (1988), “Literatura okumaları” (1988), Türkiyədə ”Bir öykümüz var” (1994) və b. kitabları çap olunmuşdur.

“Tarafımın piyetleri” adlı poemanın süjeti xalq arasında ge­niş yayılmış bir əfsanədən alınmışdır. Poemanın qəhrəmanı Oğ­lan Tuna boyunda düşmənlə savaşda ölür. Bu ağır itkiyə dözə bilməyən sevgilisi Lanka özünü Tunaya-Dunay çayına atır. Şair bunu Lankanın müqəddəs sulu Dunay ilə evlənməsi və qaqauzların qədim adətləri kimi qiymətləndirir.

Şair əsərlərində xalqını Bucağın bir çox yerlərindəki iskit, peçeneq, tatar kurqanlarını qorumağa, onları ata-babaların mi­ra­sı kimi dəyərləndirməyə çağırır. Milli duyğuları da bu cür möv­zularda özünü daha qabarıq göstərir. Nikolay Baboğlu yazır:

Yakardı vakıtlar tepelerdä ateş yalınnarnı

Da savaşırdılar şılatsın bizä tepä altında insannarını.

Oğuz gölgeleri çıkardılar ordan avşam –avşam,

Tepä dolayında bakıp gezardilär ulam-ulam.

Hazar, hem skif milletleri, peçeneglär,

Kimnär taa zamandan bu toprakta gezmiştilär...

Sorardı gölgelär ani büünkü senselemiz?

Ani onnar, kimi çoxtan görmää isteeriz biz?

Baboğlunun lirik şeirlərindəki hisslər da diqqətçəkəndir:

Göka diidim, diidim ellän yıldıza

Gönül koydum, cannan düştüm bir kıza.

Sevdam taştı güüdeciimdän döküldü,

En baş peetim ona, ona düzüldü.

Yerä diidim, bastım ana topraama,

Yarim, senin dökülerim kucaana.

Bugünkü qaqauz nəsrinin ağır yükünü çəkən yazıçılar sırasında öndə gedənlərdən biri N.Baboğludur. Onun yaradıcilığından söz açan Ivan Topal yazır ki, “əgər N.Baboğlunun əsərləri heç bir ədəbi özəllik daşımamış olsaydı belə, xalqın kültür tarixinə bu əsərlər zəngin folklor terminləri ilə dolğun ədəbi bir abidə kimi daxil ediləcəkdi” (Bankova Emilya, 2005:148).

Bir mum o sofraya olsam,

Imäk-içki sana dolsam,

Sana bir şafk edeyim

Benim Bucaam, benim ecelim.

Dərsliklər hazırlamaqda böyük əməyi olan Nikolay Baboğlu 1957-1960-cı illərdə Moldovanın başkəndi Kişinyovda çıxan “Moldova Sotsialiste” qəzetinin “Qaqauz türkcəsi” səhifəsinə, səkkiz il “Komrat” qəzetinə, Moldova Dövlət Televiziyasının qaqauz türkcəsində proqramına, Moldova Yazarlar Birliyinin Qaqauz Yazarları Bölməsinə başçılıq etmiş, bir müddət Moldova Təhsil Nazirinin müavini olmuş, “Aynımda düşlär” pyesini və “Mumnar saalık için” ssenarisini yazmışdır.

Nikolay Baboğlu əsərlərində tez-tez folklor nümunələrindən istifadə etməklə yanaşı, şifahi xalq ədəbiyyatının toplanması, nəşri və araşdırılmasında da böyük işlər gör­müşdür.



Dmitri Nikolay oğlu Karaçoban (27.05.1933, indiki Mol­dova Respublikası Qaqauz Yeri MV Komrat rayonunun Be­şalma kəndi-08.10.1986, Beşalma). Qaqauz ədəbiyyatşünasları onu ilk peşəkar ədib kimi tanıtsalar da, yaradıcılığı çoxsa­həlidir. Ömrünü xalqının mədəniyyətinin inkişafına həsr edən şair qaqauz xalqı üçün ilk bədii və sənədli filmlər çəkmişdir. Kənddə, köhnə dəyirmanda yaratdığı tarix-etnoqrafiya, diyar­şü­naslıq muzeyi YUNESKO tərəfindən qorunur. 1988-ci ildən sonra Dmitri Karaçoban adına Beşalma Qaqauz Tarix və Et­noqrafiya Muzeyi adlandırılmışdır (Verbitski S., 1980: 96.).

Şairin ilk şeirləri 1957-ci ildə “Moldaviya Sotsialiste” qə­zetinin həftəlik əlavəsində çap olunmuşdur (Çebotar, 1993). Bədii cəhətdən o qədər də yüksək dəyəri olmayan bu şeirlər təbiət təsvirlərinin tərənnümü ilə seçilir. Qaqauz yazıçıları arasında M.Qorki adına Moskva Ədəbiyyat Institutunda ilk təhsil alan və ilk kitab çap etdirən Dmitri Karaçobandır (Ka­ra­çoban D., 1963).

Qaqauz folklorunu dərindən bilən və ona ürəkdən bağlı olan şair yaradıcılığında ondan həmişə məharətlə istifadə etmişdir. “Ça-heys”, “Lak-tık”, “Yortu oyunu” şeirlərində folklorun tə­siri açıq duyulmaqdadır. Arabaçıya həsr etdiyi şeirdə sadə əmək adamının timsalında xalqının çətin günlər yaşadığı zamanda belə nikbinliyini itirmədiyini göstərmişdir. Maddi və mənəvi sıxıntı içərisində olan Arabaçı öküzlərini səsləyəndə bü­tün ağ­rılarını unudaraq “ça-heys” deyə musiqili bir səslə əzizləməsi heyvanların iş qabiliyyətini artırır, onlara sanki yeni güc verir:

Salkımın ardından

Sabaa şılêêr,

Ça-heys, Ça-heys.

Bir erken taliga

Din tıngırdêêr,

Ça-heys,Ça-heys.

Gücülä seçilär

Ileridä yol,

Ça-heys, Ça-heys.

Ön diptä oturêr

Bobaylan ool....­­­­­­­­­­­­

Ça-heys, Ça-heys.

Zenginin boodayı

Daa pek yırak,

Ça-heys, Ça-heys.

Biz dä ool bobaylan-

Iki çırak

Ça-heys, Ça-heys.

Araşdırıcı Tudora Arnaut Dmitri Karaçobanın yaradıcılığın­dan söz açarkən yazır: “Gagauz halkına “Bän isterim ki, benim kiyatlarım (kitaplarım) insannara taa islää, pak candan, cömert olmaa yardım etsinnär” sözleri ile hitap eden şair kendi ar­zu­suna erişmiştir, çünkü onun işlediği aşk, tabiyat, sosyal hayat, yüksek felsefe, tarih, halk bilimi, yüksek edebiyat, romantizm vb. gibi konular sadeliği ve derinliği ile halkın tüm kitlelerine büyük bir özentiyle ve profesyönelizmle duyurulmuştur.

Herbir insan onun şiirlerinde kendinden bir parça bulmak­tadır. Oğluna duygularını mektupla ulaştırmaya çalışan valide­nin:

Oolum, oolum, yalnız uşaam,

Yazayım bir kiyat, kalayım aşaa

Olsa sendä, evlad, bir can

Beni kolay sän annaycan.

Zoor il oldu, sıra geldi,

Da bukamı sana böldüm

Korku çektim senin üçün,

Korkulardan acıyer içim...
sözlerini bir anlayış beklentisi taşırken anne-babaya hatır güt­mek, onlara saygı göstermek yine onların evlatlarına karşı yap­tıkları adımlarla “Geldim yoldan” şiirinde dile getirilmektedir.
Geldim yoldan digin bän,

Yufka hem diil zengin dä

Da tä küüyä girdiynän,

Selämımı vərdiynän

Küüdä insan bakardı,

Herkez bişey sorardı

Dostum sordu: “Hep dostmusun?”

Ahmak sordu: “Hep prostmusun?”

Sıkı: “Borcu vərecän mi?”

Sarfoş: “Ikram edecän mi?”

Kardaş: “Kazanç hiç var mı?

Bana da pay olar mı?”

Karım sordu: “Geldin mi?”

Bobam sordu: “Dindin mi?”

Anam sordu: “Idin mi?”

(Arnaut T., 2005: 33-34)

D.Karaçobanın “Ilk laf” (Ilk söz, 1963), “Yanıklılık” (Arzu, 1968), “Baylmak” (Ilham, 1969), “Persenqeler” (Variatsuyalar, 1970), “Zelennoye plamya” (Yaşıl alov, 1970), “Stixlar” (1984), “Azbuka otkrıtiy” (1989) şeir kitabları, “Alçak saçak al­tında” (Alçaq dam altında, 1966) hekayələr kitabı çap olun­muşdur (Qaqauz folkloru, 1996:3). Onun şirin hekayələri və kinossenariləri qaqauz ədəbiyyatının inkişafına öz təsirini gös­tərmişdir. Daim ana dilinin təmizliyi uğrunda mübarizə aparan ədib naturaçılığa meylli olmuşdur. Hekayə yazarkən günlərlə kənd­liləri danışdırar, onların söhbətlərini dəftərində qeyd edər, son­ra da bu söhbətləri bədiiləşdirərək hekayəyə çevirərmiş. Buna görə də əsərlərində ümumiləşdirmələr, psixoloji dərinlik əvə­zinə insanların gündəlik yaşam tərzi üstünlük təşkil edir.

Ömrünü mübarizələrdə, qovğalarda keçirən şairin vaxtsız ölümü xalq arasında müxtəlif söz-söhbətin yaranmasına səbəb olmuşdur. Özünü qatarın altına ataraq intihar etməsi haqqında rəsmi dairələrin verdiyi bilgiyə bu gün də inanmayanlar var.


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə