Folklor institutu



Yüklə 361,42 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix07.08.2018
ölçüsü361,42 Kb.
#61036
  1   2   3   4   5   6   7   8


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 

 

 

FOLKLOR İNSTİTUTU 

   

 

 

 

 

   

 

 

 

 

Əlyazması hüququnda 

 

 

ATİF İSLAM OĞLU İSLAMZADƏ  

 

 

 

 

OĞUZ EPİK ƏNƏNƏSİNDƏ QAZAN XAN OBRAZI 

 

 

 

 

5719.01 – Folklorşünaslıq 

 

 

 

 

Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq 

üçün təqdim edilmiş dissertasiyanın 

 

 

 

 

A V T O R E F E R A T I 

 

 

                                  

 

BAKI – 2013 


 



Dissertasiya Azərbaycan Milli Elmlər Akademiyası Folklor 



İnstitutunun “Dədə Qorqud” şöbəsində yerinə yetirilmişdir 

 

 

Elmi rəhbər:                    Tofiq İsmayıl oğlu Hacıyev  



 AMEA-nın müxbir üzvü,                                      

Filologiya üzrə elmlər doktoru, professor                                    



                        

  



                            

        

Rəsmi opponentlər:          Asif Abbas oğlu Hacıyev 

                  

                        Filologiya üzrə elmlər doktoru,  professor                                    

                            

    

 

 

     Mehmet Mevlüt oğlu Turmuş 

                                        

Filologiya üzrə fəlsəfə  doktoru 

 

Aparıcı  müəssisə:  Bakı  Dövlət  Universitetinin  “Azərbaycan  şifahi 

xalq ədəbiyyatı” kafedrası 

 

Müdafiə  “_27___”  _06______2013-cü  il  saat  “____”  da 



Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun nəzdində 

fəaliyyət  göstərən  FD.01.201  Dissertasiya  Şurasının  iclasında 

keçiriləcəkdir. 

 

Ünvan: Bakı şəhəri, İçərişəhər, 8-ci Kiçik Qala  döngəsi 31, 

AMEA Folklor İnstitutu  

 

Dissertasiya  ilə  AMEA  Mərkəzi  Elmi  Kitabxanasında  tanış 



olmaq mümkündür. 

 

Avtoreferat  “____”  ____________2013-cü  il  tarixində 



göndərilmişdir.  

 

 

Dissertasiya Şurasının  

elmi katibi, filologiya üzrə 

fəlsəfə doktoru, dosent:              

    Afaq Xürrəm qızı 

                                                               Ramazanova    


 



                     TƏDQİQATIN ÜMUMİ SƏCİYYƏSİ 



 

Mövzunun  aktuallığı.  Oğuz  epik  ənənəsində  Qazan  xan 

obrazının  mifoloji  strukturunun  araşdırmaya  cəlb  olunması  folklor-

şünaslığın  zəruri  elmi  problemlərindəndir.  Mövzunun  tədqiqat 

aktuallığı aşağıdakı amillərlə müəyyənləşir: 

–  Qazan  xan  obrazının  epik-mifoloji  semantem  olaraq  oğuz-

türk  epik-mifoloji  ənənəsinin  əsas  struktur  oxlarından  birini  təşkil 

etməsi ilə; 

– “Oğuznamə” eposunun üç əsas obrazından biri olması ilə. 

Mövcud  tədqiqatlarda  Qazan  xan  obrazının  tarixi-müqayisəli 

metodla  öyrənilməsi  müəyyən  qədər  mümkün  olsa  da,  struktur-

semiotik  metodla öyrənilməsi, demək olar ki, aparılmamışdır. Bu da 

öz  növbəsində  oğuz  epik  ənənəsinin  əsas  semantik  obrazlarından 

olan  “Qazan”  mifoloji  modelinin  hər  iki  metodla  tədqiqini  zərurətə 

çevirir.  Qazan  xan  obrazı  oğuz  epik  ənənəsinin  məşhur  personajı 

olduğu  üçün  DQK  ilə  bağlı  tədqiqatların  demək  olar  ki,  hamısında 

onun haqqında bəhs edilmişdir. Həmin araşdırmalarda obrazın bədii-

poetik  səciyyəsi,  tarixi-sosial  semantikası  və  s.  məsələlərə  toxunul-

muşdur. Lakin Qazan  obrazının  mifoloji semantikasından bəhs  edən 

tədqiqatlar çox azdır.  

Oğuz epik ənənəsində Qazan xan obrazının tarixi-müqayisəli 

və struktur-semantik səviyyələrdə bir obraz kimi tədqiq olunması bir 

neçə  tədqiqat  əsəri  istisna  olmaqla,  demək  olar  ki,  əhatəli  şəkildə 

araşdırmalara  cəlb  olunmamışdır.  Yalnız  bu  və  ya  digər  formada 

“Dədə  Qorqud  kitabı”  eposu  haqqında  bəhs  açılarkən  Qazan  xan 

obrazı  haqqında  müəyyən  təsviri  bilgi  verilmiş,  lakin  bu  məlumat 

səviyyəsi  o  qədər  də  geniş  şəkildə  səciyyələnməmiş,  kompleks 

təfərrüatlar  meydana  çıxmamışdır.  Həm  Oğuz-türk  mədəniyyətinin 

öyrənilməsi,  tədqiq  və  təbliğ  olunması,  həmçinin  Qazan  xan 

obrazının bütövlükdə oğuz epik ənənəsində yerini müəyyənləşdirmək 

baxımından  tədqiq  etdiyimiz  mövzu  kifayət  qədər  aktual  və 

gərəklidir.  Ancaq  onu  da  qeyd  etmək  lazımdır  ki,  DQK  mükəmməl 

bir  abidə  olduğu  üçün  bundan  sonra  da  bu    mövzuya  elmi-nəzəri 

cəhətdən  tədqiqat  obyekti  olaraq  yanaşmaq  ehtiyacı  meydana 

gətirəcək  və  yalnız  Qazan  obrazı  deyil,  digər  obrazlarla  da  bağlı 

mövzu aktuallığı doğuracaqdır.  



Yüklə 361,42 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə