Folklor institutu



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə1/10
tarix30.10.2018
ölçüsü0,49 Mb.
#76116
  1   2   3   4   5   6   7   8   9   10


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 

FOLKLOR İNSTİTUTU 

 

 

 

Əlyazması hüququnda 

 

 



 

 

 

 

SƏFA PƏNAH OĞLU QARAYEV 

 

 



 

 

AZƏRBAYCAN FOLKLORUNDA  



MİFOLOJİ XAOS 

 

 

5719.01 – Folklorşünaslıq 

 

 

 



Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi  

almaq üçün təqdim edilmiş dissertasiyanın  



 

 

A V T O R E F E R A T I 

 

 

 

 

 

 

BAKI – 2015 


 

 



Dissertasiya işi AMEA Folklor İnstitununun «Mifologiya» şöbəsində 

yerinə yetirilmişdir. 



 

Elmi rəhbər:                      Muxtar Kazım oğlu İmanov 

 AMEA-nın müxbir üzvü, 



 filologiya üzrə elmlər doktoru 

 

 

Rəsmi opponentlər:           Ramil Manaf oğlu Əliyev 

 filologiya üzrə elmlər doktoru, professor 

  

 Kəmalə Faiq qızı İslamzadə  



 filologiya üzrə fəlsəfə doktoru, dosent  

 

 

Aparıcı  müəssisə:  Azərbaycan  Milli  Elmlər  Akademiyası  Nizami  adına 

Ədəbiyyat  İnstitutunun  “Azərbaycan  şifahi  xalq  ədəbiyyatı  və  ədəbi  abidələr” 

şöbəsi  

 

 

 



Müdafiə  «__29__»  _05__  2015-ci  ildə  saat  ______  Azərbaycan  Milli 

Elmlər  Akademiyası  Folklor  İnstitutu  nəzdindəki  FD.01.201  Dissertasiya 

Şurasının iclasında olacaqdır. 

 

Ünvan: Bakı şəhəri, İçərişəhər, Kiçik Qala döngəsi, 31 

  

Dissertasiya  ilə  AMEA  Mərkəzi  Elmi  Kitabxanasında  tanış  olmaq 



mümkündür. 

 

Avtoreferat «____» _______________ 2015-ci ildə göndərilmişdir. 



 

 

 



FD.01.201 Dissertasiya  

Şurasının elmi katibi,                                                                 Afaq Xürrəm qızı 

filologiya üzrə fəlsəfə doktoru, dosent:                                        Ramazanova 

 

 

 



 

 



TƏDQİQATIN ÜMUMİ SƏCİYYƏSİ 

Mövzunun aktuallığı. Mifoloji düşüncənin mahiyyətinin öyrənilmə-

sinə  həsr  olunmuş  müasir  tədqiqatlarda  xaos  və  kosmos  münasibətlərinin 

araşdırılması  xüsusi  əhəmiyyət  kəsb  edir.  Azərbaycan  folklorşünaslığında 

da  xaos  probleminin  tədqiqata  cəlb  olunması  folklor  obrazlarının  mənşə-

yinin,  özünü  reallaşdırma  imkanlarının  daha  dərindən  araşdırılmasına  im-

kan verməklə yanaşı, mifik təfəkkürün mədəniyyətdə əks olunmuş transfor-

masiyalarının da diqqət mərkəzində saxlanılmasına şərait yaradır.  

Bəlli  olduğu  kimi,  yaradılış  motivləri  –  kosmoqonik  modellər  bütün 

mədəniyyətlərin öyrəniliməsində əsas açar rolunu oynayır. İnsan emosiyası-

nın ən  müxtəlif çalarlarını  özündə  ehtiva edən  yaradılış motivləri  gündəlik 

həyatımızın bir hissəsi kimi öz varlığını qoruyub saxlayır. Mədəniyyət xaos 

və  kosmos  münasibətlərinin  tənzimlənməsinə  xidmət  edən  kosmoqonik 

modellər vasitəsi ilə özünü təşkil edir. Bu baxımdan hər bir doğum, evlilik, 

adqoyma  aktı  mədəni  kontekstdə  xaosun  sonunu  ifadə  edən  ilkin  yaradılış 

anının təkrar təzahürü kimi ortaya çıxır. Ümumtürk mədəniyyətinin zəngin 

qolunu təşkil edən Azərbaycan mədəniyyətində yer alan belə faktların xaos-

kosmos  münasibətləri  zəminində  öyrənilməsi  mifik-metaforik  simvolların 

müəyyənləşdirilməsinə xidmət edə bilər. Müasir dövr araşdırmaları da mə-

dəniyyətin  semantik  yükünün  öyrənilməsində  xaos-kosmos  münasibətlə-

rinin müstəsna əhəmiyyət kəsb etdiyini təsdiqləyir. 

Mifoloji  şüurdan  tarixi  şüura  keçid,  əslində  insanlığın  özünüifadə-

sinin yeni bir mərhələyə - dünya duyumuna keçidi idi. Bu prosesdə mifoloji 

şüurun simvolik gücü tarixi şüura transformasiya olundu ki, bu da mifoloji 

şüur  faktlarının  yeni  prizmadan  dəyərləndirilməsinə  gətirib  çıxardı.  Bu 

zaman mifoloji şüurun əsas modeli olan xaos-kosmos münasibətləri estetik 

şüurun  yaxşı-pis,  xeyir-şər,  mərd-namərd,  gözəl-çirkin  qarşıdurmaları  şək-

lində özünü büruzə verdi. Ən kiçik paremik vahidlərdən tutmuş ən iri mətn 

tiplərinin əsas strukturunu təşkil  edən bu kateqoriyaların xaos-kosmos  mü-

nasibətləri  kontekstində  öyrənilməsi  çoxsaylı  faktlar  içərisində  əks  olunan 

invariantın, mifoloji modelin müəyyənləşdirilməsinə şərait yaradır.  



Tədqiqatın obyekti və predmeti. Tədqiqatın obyektini mifik təsəvvürləri 

özündə qoruyub-saxlayan mifoloji mətnlər, paremik vahidlər, inanclar, mərasim-

lər, həmçinin nağıl, dastan, əfsanə, rəvayət və digər janrlar təşkil edir.  

Dissertasiyanın  predmeti  kimi  Azərbaycan  folklor  mətnlərində  əks 

olunan  xaos  metaforaları,  yaradılış  prosesində  xaosun  mövqeyi,  mərasim-

lərdə  xaos  düşüncəsinin  təzahürü,  onun  ayrı-ayrı  modelləri,  folklor  mədə-

niyyətindəki paradiqmaları və s. seçilmişdir.  

Araşdırmanın  məqsəd  və  vəzifələri.  Xaosun  mərasim  faktlarında, 

epik təhkiyə nümunələrində, paremik vahidlərdə, inanclarda, gündəlik məi-




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə