Tikinti fəaliyyəti - sənədləşmə
Podrat
üsulu ilə tikiniti işlərinin görülməsi zamanı hazırlanan əsas sənədlər aşağıdakılardır:
•
Forma 2
-
yerinə yetirilən işlər haqqında Arayış;
•
Forma 3
-
yerinə yetirilən podrat işlərinin və xərclərin müqavilə qiyməti ilə dəyərinə aid
Arayış
Smetaların tərtib edilməsi
Smeta
– tikintiyə sərf ediləcək maliyyə xərclərinin əks olunduğu sənədlərdir. Smeta tikinti
müqaviləsinə əlavə olunur və onun bir hissəsini təşkil edir. Smetada tikinti obyektinin tikintisi üçün
tələb olunan pul vəsaitləri göstərilir. Tikinti obyektlərinin smeta dəyərinə adətən daxildir:
•
tikinti (təmir-tikinti) işlərinin dəyəri;
•
avadanlığın quraşdrırılması işlərinin (quraşdırma işlərinin) dəyəri;
•
avadanlığın, mebelin və ləvazimatların alınmasına (hazırlanmasına) çəkilən məsrəflər;
•
sair məsrəflər.
Tikilən müxtəlif təyinatlı müəssisə, bina və qurğuların tikintisi smeta dəyərini müəyyən etmək
üçün smeta sənədləri hazırlanır. Smetalar ümumilikdə, tikinti fəaliyyətinin fərqləndirici
xüsusiyyətlərindəndir.
Smeta sənədlərinə daxildir: lokal smeta, lokal smeta hesablamaları, obyekt smetası, obyekt
smeta hesablamaları, ayrı-ayrı məsrəflərin smeta hesablamaları, toplu smeta hesablamaları,
məsrəf hesablamaları və digər smeta sənədləri.
Lokal smetalar
ilkin smeta sənədlərinə aiddir və və ayrı-ayrı işlərin və binalar və qurğular üzrə
məsrəflərin "İşçi Sənədlərində" (İS) olan həcmlərinə uyğun hazırlanırlar.
İşlərin həcmi və məsrəflərin miqdarı tam müəyyən edilməyibsə və gələcəkdə "İşçı Sənədləri" (İS)
əsasında dəqiqləşdiriləcəksə
lokal smeta hesablamaları
hazırlanır.
Lokal smetalar və smeta hesablamaları ayrı-ayrı iş və xərc növlərinin dəyərinin müəyyən edilməsi
üçün əsas kimi çıxış edir. Bunun üçün xərclər barədə bütün məlumatlar tikilən obyektin ayrı-ayrı
konstruktiv elementləri və iş növləri üzrə bölmələrdə qruplaşdırılır. Bunlara əsasən torpaq işləri,
bünövrə və yeraltı (torpaqaltı) hissə, divarlar, karkas, arakəsmələr, döşəmə, tavan və s. aid edilir.
Lokal smeta hesablamaları (smetalar) əsasında müəyyən edilən dəyər birbaşa və əlavə
məsrəfləri, həmçinin tikinti işlərinin növündən asılı olaraq ümumsahə normativləri
üzrə tərtib
edilən smeta mənfəətini özündə birləşdirir. Bu zaman hesablama iş növləri
üzrə smeta həcmləri
üzrə işlərin yerinə yetirilməsi texnologiyasına uyğun ardıcıllıqla aparılır. Lokal smetalar, onların
tərtibi zamanı bir qayda olaraq bölmələrə (konstruktiv elementlərə) ayrılır.
Obyekt smetası
özündə bir tikinti obyektinə aid olan bir neçə lokal smetaları birləşdirir və onun
əsasında tikinti müqavilələrinin qiyməti formalaşır.
Obyekt smeta hesablamaları
özündə bir tikinti obyektinə aid olan lokal smeta hesablamalarını
birləşdirir və "İşçi Sənədlərin" əsasında dəqiqləşdirilir.
Obyekt smetaları ümumilikdə tikinti obyekti üzrə tərtib edilir və aşağıdakı qrafalar üzrə
qruplaşdırılır: “Tikinti işləri”, “Quraşdırma işləri”, “Avadanlıq, mebel, inventar”, “Digər xərclər”.
Obyekt smetasının sonunda tikinti işlərinin dəyərinə aşağıdakı limitləşdirilmiş vəsaitlərin
örtülməsinə vəsaitlər əlavə olunur:
•
hesablama yolu ilə, yaxud norma üzrə müəyyən edilən müvəqqəti bina və tikililərin dəyəri;
•
qış vaxtı işlərin yerinə yetirilməsi zamanı yaranan əlavə xərclərlə bağlı olaraq işlərin
dəyərinin artması;
•
əvvəldən nəzərdə tutulmayan işlərin və xərclərin örtülməsinə ehtiyatlar.
Toplu smeta hesablamaları
yekun
sənəd hesab edilir, hansı ki, burada bütün obyekt smetaları
üzrə, həmçinin mövcud normativlərdə nəzərdə tutulmayan ayrı-ayrı xərc növlərinə smeta
hesablamaları üzrə, yekunlar ayrıca sətirlə göstərilir.