Forumun güNDƏLİYİ Forumun mövzusu: Böhransonrakı dövrdə banklarda risklərin idarə edilməsi Forumun məqsədi



Yüklə 22,98 Kb.
tarix27.03.2018
ölçüsü22,98 Kb.
#34887


FORUMUN GÜNDƏLİYİ

Forumun mövzusu: Böhransonrakı dövrdə banklarda risklərin idarə edilməsi

Forumun məqsədi:

Mərkəzi Avrasiya regionu banklarının rəhbərləri ilə birlikdə böhransonrakı dövrdə banklarda risklərin idarə edilməsində ortaya çıxan problemlər, digər ölkələrin də praktikalarından istifadə etməklə, bu problemlərin aradan qaldırılması yollarının müzakirəsi və qarşılıqlı məlumat mübadiləsi aparmaq.



Forumun aparıcıları:

  1. Con Dorland, ABŞ-da 3 ortaölçülü bankı yenidən təşkil etmiş və böhran vəziyyətindən çıxarmış Baş İcraedici İnzibatçı (CEO)

  2. Kristof Dresler, Polşanın ikinci böyük bankı olan Bank Polskinin Baş Risk İnzibatçısı (CRO)

  3. Aleks Kutsenko, Ukrayna Bank Nəzarəti orqanının uzunmüddətli məsləhətçisi, ABŞ Beynəlxalq İnkişaf Agetliyinin “Maliyyə Sabitliyi üçün Tərəfdaşlar” layihəsinin layihəsinin regional nümayəndəsi

  4. Cavanşir Abdullayev, Azərbaycan Respublikası Milli (hazırkı Mərkəzi) Bankının və 2 kommersiya bankının sabiq İdarə heyəti Sədri, Azərbaycan Bank Tədris Mərkəzinin hazırki Direktoru

Forumun tarixi: 22 oktyabr 2011-ci il, şənbə günü, saat 10:00-dan 17:00-dək (13:00 – 14:00 nahar fasiləsi)

Forumun yeri: Bakı, Hilton Hotel

Forumun dilləri: İngilis-Azərbaycan

Hədəf Qrupu:

Mərkəzi Avrasiya regionu banklarının Müşahidə Şurası, Direktorlar Şurası, İdarə Heyəti və Audit Komitəsinin Sədr və üzvləri, Baş İcraedici İnzibatçıları (CEO), Baş Risk Menecerləri (CRO)



İştirak haqqı: 150 manat (ƏDV daxil deyildir)

Geyim forması: Sərbəst

İştirak üzrə müraciətin son müddəti: 14 oktyabr 2011-ci il, saat 18:00

Açılış (10:00-15:00):

  1. Rəşad Orucov, Azərbaycan Respublikası Mərkəzi Bankının Baş Direktoru

  2. Aleks Kutsenko, ABŞ Beynəlxalq Agentliyinin “Maliyyə Sabitliyi üzrə Tərəfdaşlıq” layihəsinin regional nümayəndəsi

  3. Eldar İsmayılov, Mərkəzi Avrasiya Bank Assosiasiyaları Federasiyasının Prezidenti


Gündəlik:

Səhər iclası 10:15 – 13:00

(Kofe-çay fasiləsi 11:30 – 11:45)

  1. Risklərin idarə edilməsi strategiyası və risk iştahası

  • Bank strategiyalarında risk məsələlərinin əhəmiyyətinin artması,

  • Müşahidə Şurasının risk məsələlərində artan rolu,

  1. “Müəssisə risk menecment” konsepsiyası

  • Təşkilatın bütün səviyyələrində risk menecment üzrə məsuliyyətlər,

  • RAROC / RORAC ölçüləri – iqtisadi kapital əsasında qərarların qəbulu,

  • Böhran hallarına müqavimət səviyyəsinin müəyyən olunmasında stres testlərin əhəmiyyəti,

  1. Yeni risk menecment alətləri

  • ilkin xəbərdalıq sistemləri – müştərinin maliyyə vəziyyətində qeyri-məqbul dəyişikliklərin müəyyən olunması sistemi,

  • likvidliyin ölçülməsi və idarə edilməsi üzrə yeni modellər – bazarda baş verəcək streslərə, likvidlik çatışmamazlılığına və banklararası bazarda inamın itirilməsinə daha yaxşı reaksiya

  • stres testlər daha mürəkkəb və əks ssenarilərin ortaya çıxarılmasında VaR-dan üstünlükləri,

  • IRB – xarici reytinqlərdən asılılığın azaldılması, kapital adekvatlığı defoltu üzrə öz ehtimallarına arxalanma,

  • banklararası bazar riskləri ilə yüklənmə.


Nahar 13:00 – 14:00 (Forumun təşkilatçıları tərəfindən təmin edilir)

Günorta iclası 14:00 – 17:00

(Kofe-çay fasiləsi 15:30 – 15:45)

  1. Gündəlik risk menecment texnikaları

“Hər bir şəxs risk meneceri” yanaşması

  • risk menecment üzrə məlumatlılığın təkmilləşdirilməsi

  • riskin idarə edilməsi vəziyyətinin bonus sistemində əks olunması

  1. İnteqrasiya olunmuş səmərəli risk menecment modeli mənfəətliliyin yaxşılaşdırılması qarantı kimi

  • müştərinin kreditgötürmə qabiliyyətinin hesablanmasında faiz və valyuta risklərinin rolu,

  • kredit marjalarında likvidlik xərclərinin nəzərə alınması,

  • əməliyyat risklərinin kredt itkilərinə təsiri,

  • derivatlarla əməliyyatıarın müştərinin maliyyə vəziyyətinə təsiri.

22 oktyabr 2011-ci il tarixində

Böhransonrakı dövrdə banklarda risklərin idarə edilməsi” mövzusunda keçiriləcək forumda iştirak ərizəsi


Bankın adı____________________________________________________



Forumda iştirak edəcək iştirakçının adı və soyadı




Forumda iştirak edəcək iştirakçının vəzifəsi







Forumda iştiak edəcək iştirakçının adı və soyadı




Forumda iştiak edəcək iştirakçının vəzifəsi







Forumda iştiak edəcək iştirakçının adı və soyadı




Forumda iştiak edəcək iştirakçının vəzifəsi





Əlaqələndirici şəxs:

Adı və soyadı:__________________________________

Vəzifəsi: __________________________________

Tel: __________________________________

E-mail: __________________________________
Məsul şəxsin imzası, adı və soyadı:________ ( )
Tarix:
Yüklə 22,98 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə