Fġqh təLĠMĠ



Yüklə 3,35 Kb.
Pdf görüntüsü
səhifə13/92
tarix08.03.2018
ölçüsü3,35 Kb.
#30840
1   ...   9   10   11   12   13   14   15   16   ...   92

 
 
52
 
 
 fiqh təlimi 
Diqqət: 

 
Xalça  və  bu  kimi əĢyaları  su  borularından  axan  (kürr  suya  birləĢ-
miĢ)  su  ilə  pakladıqda,  bu  əĢyaların  üstünə  axan  suyun  ondan  xaric 
olması  Ģərt  deyildir.  Bu  halda  nəcasət  təmizləndikdən  sonra  napak 
yerə  suyun  axması  və  tökülən  suyu  töküldüyü  yerdən  əl  ilə  hərəkət 
etdirməklə bu yer pak olar. 

 
Napak  su  ilə  qarıĢdırılmıĢ  palçıqdan  tikilən  təndirin  divarını  yu-
maqla pak olur və çörək biĢirmək üçün təndirin divarının, yəni xəmir 
yapılan yerin paklığı kifayətdir.
1
 

 
Paklandığı zaman suya rəngi çıxan (və nəticədə suyu rəngli edən) 
napak paltarlar,  əgər paltarın rənginin çıxması suyun muzaf olmasına 
bais olmasa, üzərinə suyun tökülməsi nəticəsində pak olurlar.
2
 

 
Əgər  napak  paltarları  paklamaq  üçün  ləyənə  qoyub  üzərinə  su 
borularından  axan  suyu  axıtsalar  və  paltarlar  tamamilə  islansa,  bu 
halda həm paltar, həm ləyən, həm su, həm də paltardan qopub suyun 
üzərinə yığılan və su ilə birgə axıb gedən xov pakdır. (əlbəttə, əvvəldə 
deyildiyi kimi paltar və bu kimi əĢyaları ehtiyata görə suya saldıqdan 
sonra, sıxmaq və ya hərəkət etdirmək lazımdır.)
3
  
SUALLAR: 
1. Mutəhhiratı sadalayın. 
2. Qabları paklamağın qaydasını deyin. 
                                         
1
Şəri suallara cavab, 85-ci sual   
2
 Şəri suallara cavab, 83-cü sual   
3
 Şəri suallara cavab, 281-cu sual   


 
 
53
 
 
 fiqh təlimi 
3. Kürr və axar su ilə yuyulan paltarları sıxmaq lazımdırmı, yoxsa 
nəcasəti təmizləndikdən sonra su onun hər tərəfinə dəysə kifayətdir? 
4. Kürr və axar su ilə yuyulan paltarları sudan çıxartdıqdan sonra 
sixmaq lazimdırmı? 
5.  Napak  su  ilə  hazırlanan  palçıqdan  tikilmiş  təndiri  paklamaq 
mümkündürmü? 
6. Paklandığı zaman rəngi suya çıxan paltarlar necə pak olur?  
 


 
 
54
 
 
 fiqh təlimi 
ON BĠRĠNCĠ DƏRS 
MUTƏHHIRAT (2) 
2. Yer. 
Yol  getmək  nəticəsində ayağının  və  ayaqqabısının altı  napak  olan 
Ģəxs,  əgər  təxminən  11  addım  quru  və  pak  yerin  üstündə  yol  getsə, 
nəcasətin aradan getməsi ilə ayaqqabısının və ayağının altı pak olar. 
Diqqət: 

 
Asfalt  döĢəmə  və  ya  qırlanmıĢ  yer,  ayağın  və  ayaqqabının  altını 
pak etmir.
1
  
 
3. GünəĢ. 
1)
 
GünəĢ yeri, evləri və evə aid olan qapı, pəncərə, sütun kimi əĢyala-
rı, həmçinin ağac və bitkiləri pak edir.
2
  
 
 
 
 
 
 
 
 
 
                                         
1
Şəri suallara cavab, 81-ci sual   
2
 Şəri suallara cavab, 82-ci sual. Rəhbərdən soruşulan suallar, Təharət 
bölümü, 22-ci məsələ.   
2) GünəĢ bu Ģərtlə pak edir 
1. Napak Ģey yaĢ olsun 
2. Üzərində nəcasət olmasın 
(üzərində nəcasət olduğu halda 
günəĢ düĢməzdən əvvəl 
onu təmizləmək lazımdır) 
3. GünəĢ napak Ģeyin üzərinə 
düĢsün (bulud ya pərdə kimi heç 
bir Ģey günəĢin düĢməsinin 
qarĢısını almasın) 
4. GünəĢin düĢməsi nəticəsində 
qurusun. (əgər nəm qalsa
pak olmaz) 


 
 
55
 
 
 fiqh təlimi 
 
4. Ġstihalə (haldan-hala düĢmək) 
Əgər  nəcasət  və  ya  napak  bir  Ģeyin  mahiyyəti  (tərkibi)  dəyiĢib 
baĢqa bir Ģeyə çevrilsə, məsələn, çubuq yanıb kül olsa, Ģərab sirkəyə 
çevrilsə,  it  duzluğa  düĢüb  duza  çevrilsə,  pak  olar.  Amma  əgər  onun 
tərkibi deyil, təkcə forması dəyiĢsə, məsələn buğda una çevrilsə, Ģəkər 
suda həll olsa, pak olmaz.
1
 
Diqqət: 

 
Yağ  və bu kimi maddələr napak olduğu hlda onların pak edilməsi 
üçün təkcə kimyəvi reaksiyalar (belə ki, bu reaksiyalar nəticəsində bir 
maddə  yeni  xassələrə  malik  olan  digər  bir  maddəyə  çevrilir)  kifayət 
deyildir.
2
 

 
Kanalizasiya  sularının  mikroblardan,  (insan  orqanizminə  zərərli 
olan  bir  sıra)  minerallardan  və  s.  maddələrdən  saflaĢdırılması  nəticə-
sində istihalə baĢ vermir. Amma əgər saflaĢdırma, distillə yolu ilə, yə-
ni, əvvəlcə suyun buxarlanması, sonra buxarın yenidən suya çevrilmə-
si yolu ilə olsa, onda istihalə sayılır.
3
  
5. Ġntiqal (yerdəyiĢmə) 
Ağcaqanad və baĢqa həĢəratların insanın bədənindən sorduğu qan, 
insan  qanı  sayılanadək  napakdır  (məsələn,  zəlinin  insandan  sorduğu 
                                         
1
 Rəhbərdən soruşulan suallar, Təharət bölümü, 21-cu məsələ 
2
 Şəri suallara cavab, 86-cı sual   
3
 Şəri suallara cavab, 88-ci sual   


 
 
56
 
 
 fiqh təlimi 
qan).  Amma  bir  müddətdən  sonra  bu  qan  o  həĢəratın  qanı  sayıldığı 
halda pak olur.
1
  
6. Nəcasətin təmizlənməsi. 
Əgər heyvanın bədəni nəcasətə bulaĢarsa, nəcasət təmizləndiyi vaxt 
heyvanın bədəni pak olur və suya çəkməyə ehtiyac yoxdur. Nəcasətin 
kənardan içəriyə daxil olmaması Ģərtilə ağız və burun daxili də eynilə 
belədir. Deməli diĢdən gələn qan əgər ağız suyuna qarıĢıb aradan get-
sə, ağız pak olur.
2
  
7. Müsəlmanın qaib olması. 
Bir  nəfərin  baĢqa  bir müsəlman  fərdin  bədəninin,  paltarının  və  ya 
müəyyən bir əĢyasının napak olduğuna yəqinliyi var idi. Əgər bu Ģəxs 
bir  müddət  o  müsəlmanı  görməsə  və  görüĢdüyü  vaxt  onun  bu  napak 
əĢya ilə pak bir əĢya kimi davrandığını müĢahidə etsə, o Ģey pak hök-
mündədir.  Bir  Ģərtlə  ki,  o  müsəlman  fərd  əĢyasının  napak  olduğunu, 
eləcə də paklıq və napaklıq hökmlərini bilsin.
3
  
SUALLAR: 
1
.  Ayağın  və  ya  ayaqqabının  altı  asfalt  yolun  üzərində  yol  getməklə 
paklanırmı? 
2
. Günəşin pak etmə şərtləri hansılardır? 
3
. İstihalə üçün bir neçə nümunə deyin. 
4
. Napak yağ kimyəvi reaksiyalar nəticəsində pak olurmu? 
5
. Zəlinin insandan sorduğu qan pakdır, yoxsa napak? Nə üçün? 
6
. Nəcasətin aradan getməsi ilə hansı şey pak olur?
  
                                         
1
 Rəhbərdən soruşulan suallar, Təharət bölümü, 31-cu məsələ 
2
 Rəhbərdən soruşulan suallar, Təharət bölümü, 31-ci məsələ 
3
 Rəhbərdən soruşulan suallar, Təharət bölümü, 32-ci məsələ 


Yüklə 3,35 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə