Fġqh təLĠMĠ



Yüklə 3,35 Kb.
Pdf görüntüsü
səhifə14/92
tarix08.03.2018
ölçüsü3,35 Kb.
#30840
1   ...   10   11   12   13   14   15   16   17   ...   92

 
 
57
 
 
 fiqh təlimi 
ON ĠKĠNCĠ DƏRS 
MUTƏHHIRAT (3) 
-Bir Ģeyin paklığının sübuta yetirilməsi yolları  
- Paklıq qanunu  
- Qabların hökmləri 
 
2. Bir Ģeyin paklığının sübuta yetirilməsi yolları.
1
 
 
 
 
 
 
 
Diqqət: 

 
Büluğ çağına yaxınlaĢan uĢaq, ixtiyarında olan bir Ģeyin pak oldu-
ğunu desə, onun sözünü qəbul etmək lazımdır. BaĢqa sözlə desək, bu 
barədə onun sözünə etibar etmək lazımdır. 
3. Paklıq qanunu 
1.Paklıq qanunu nə deməkdir? 
Ümumiyyətlə  paklıq  və  napaklıq  arasında  (bir  Ģeyin  pak,  yaxud 
napak olması barədə) tərəddüddə qaldıqda, paklığa hökm verilməlidir. 
Yəni,  bir  Ģeyin  napak  olmasına  əmin  olmayanadək  o  Ģey,  müqəddəs 
                                         
1
 Şəri suallara cavab, 26-cı sual   
Bir Ģeyin pak olması üç 
yolla sübuta yetirlir 
1.  Ġnsanın  özü  napak  bir  Ģeyin 
paklandığına əmin olsun 
2.  Bir  Ģəxs,  ixtiyarında  olan  əĢyanın 
paklandığını  söyləsin  (məsələn,  ev 
sahibi, satıcı və xidmətkar) 
3.  Ġki  adil  Ģəxs  napak  bir  Ģeyin 
paklandığına Ģahidlik versin 


 
 
58
 
 
 fiqh təlimi 
Ģəriət  baxımından  pak  sayılır  və  araĢdırma  aparmaq,  ətrafdakılardan 
soruĢmaq lazım deyildir.
1
  
2. Paklıq qanununun istifadə olunduğu yerlər. 
1)
 
Özünü çox  vaxt napak edən uĢağın  yaĢ əlinin, ağzının suyunun  və 
yeməyin  qalığının  napak  olduğuna  əmin  olmayanadək,  onlar  pak 
hökmündədir.
2
  
2)
 
Xov  və  ya toz-torpağın pak,  yoxsa napak paltardan çıxdığı məlum 
olmasa,  pak  hökmündədir.  Həmçinin  xov  və  ya  toz-torpağın  napak 
paltardan çıxdığını bilsək, lakin paltarın pak, yoxsa napak hissəsindən 
çıxdığını bilməsək yenə də pak hökmündədir.
3
  
3)
 
Kimyəvi  təmizləməyə  və  ya  camaĢırxanalara  yuyulmağa  verilən 
paltarlar əgər əvvəlcədən napak olmasalar, pak hökmündədirlər. Bax-
mayaraq  ki,  bu  yerlərdə  paltarları  yumaq  üçün  kimyəvi  maddələrdən 
istifadə edilir.
4
  
4)
 
Pak,  yoxsa  napak  olduğunu  bilmədiyimiz  bir  yerə  tökülən  sudan 
sıçrayan damcılar pakdır.
5
 
5)
 
ġəhərin  zibil  daĢıyan  maĢınlarından  küçələrə  tökülən  suyun  pak, 
yoxsa  napak  olduğunu  bilmədiyimiz  halda,  bu  su  pak  hökmündədir. 
Həmçinin  küçələrdəki  çalalarda  toplanan  suların  pak,  yoxsa  napak 
olduğu məlum olmadığı halda, bu sular pak hökmündədir. 
                                         
1
 Şəri suallara cavab, 216, 311 və 312-ci suallar   
2
Şəri suallara cavab, 285-ci sual   
3
Şəri suallara cavab, 281-cu sual   
4
 Şəri suallara cavab, 211-ci sual   
5
 Şəri suallara cavab, 213-cü sual   


 
 
59
 
 
 fiqh təlimi 
6)
 
Murdardan  (cəsəd)  hazırlanıb-hazırlanmadığı  məlum  olmayan  do-
daq boyası kimi zinət əĢyalarının napaklığı Ģəri yolla məlum olmaya-
nadək pak sayılırlar və onlardan istifadə etmək olar.
1
  
2)
 
Əgər  dəri  ayaqqabının  Ģəriətin  qoyduğu  qaydada  kəsilməyən  hey-
van dərisindən tikildiyinə yəqinliyimiz olsa və ayaq da bu ayaqqabının 
içərisində  tərləsə,  ayaq  napak  olar  və  namaz  üçün  suya  çəkilməlidir. 
Lakin əgər ayağın tərlədiyinə, yaxud dərisindən ayaqqabı tikilən hey-
vanın Ģəri qaydada kəsildiyinə Ģəkk etsək, ayaq pak hökmündədir.
2
  
8)
 
Donuz  tükündən  hazırlanıb-hazırlanmadığı  məlum  olmayan  rəsm 
fırçası, pakdır və hətta paklığı Ģərt sayılan iĢlərdə ondan istifadə etmək 
olar.
3
  
1)
 
Müsəlman,  yoxsa  kafir  olduğunu  bilmədiyimiz  bir  Ģəxs,  pak  hök-
mündədir və ondan dinini soruĢmaq lazım deyildir.
4
  
11)  Kitab-əhli olmayan kafirlərin əmlakı olan evlərin və mehmanxa-
naların divar və qapılarının eləcə də onlarda mövcud olan məiĢət əĢya-
larının pak, yoxsa napak olduğunu bilmədiyimiz halda, pak hökmün-
dədirlər. (Əlbəttə, napak olduğuna yəqinliyimiz olduğu halda da onla-
rın hamısını suya çəkmək lazım deyildir. Yalnız yemək, içmək və na-
maz qılmaq üçün istifadə edilən əĢyaları paklamaq vacibdir.)
5
  
                                         
1
 Şəri suallara cavab, 288-ci sual   
2
 Şəri suallara cavab, 184-cü sual   
3
 Şəri suallara cavab, 224-cü sual   
4
 Şəri suallara cavab, 211-cü sual   
5
 Şəri suallara cavab, 321-ci sual   


 
 
61
 
 
 fiqh təlimi 
11)  MaĢın  və  qatar  oturacaqları  kimi  kafirlərin  və  müsəlmanların 
müĢtərək  istifadə  etdiyi  əĢyaların  pak,  yoxsa  napak  olduğunu  bilmə-
diyimiz halda, pakdırlar.
1
  
12) Məstedici maye növündən olub-olmadığı məlum olmayan spirtlər, 
pak hökmündədirlər.
2
 
4.Qabların hökmləri 
Qızıl  və  ya  gümüĢ  qabdan  yemək-içmək  üçün  istifadə  etmək  ha-
ramdır. Amma bu qabları saxlamaq və ya yemək-içməkdən qeyri iĢlər 
üçün onlardan istifadə etmək, haram deyildir.
3
  
Diqqət: 
Qızıl və ya gümüĢ suyuna çəkilən qablar və ya qızıl və gümüĢ qab 
adlandırılmayan və tərkibində az miqdarda qızıl və gümüĢü olan me-
taldan hazırlanan qablar, qızıl və gümüĢ qab hökmündə deyildir.
1
 
SUALLAR: 
1. Paklığın sübuta yetirilməsi yollarını sadalayın. 
2. Paklıq qanunu nədir? 
3.  Çox  vaxt  özünü  napak  edən  uşağın  yaş  əlinin,  ağzının 
suyunun və yeməyinin qalığının hökmü nədir? 
4.  Quru  təmizləməyə  və  ya  camaşırxanalara  yuyulmağa  verilən 
paltarların hökmü nədir? 
5. Küçələrdəki çalalarda cəm olan sular pakdır, yoxsa napak? 
6. Qızıl və gümüş qabları evdə saxlamağın hökmü nədir?   
                                         
1
 Şəri suallara cavab, 332-ci sual   
2
 Şəri suallara cavab, 314-cü sual   
3
 Rəhbərdən soruşulan suallar, Təharət bölümü, 41-cı məsələ 


Yüklə 3,35 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə