Fġqh təLĠMĠ



Yüklə 3,35 Kb.

səhifə15/92
tarix08.03.2018
ölçüsü3,35 Kb.
1   ...   11   12   13   14   15   16   17   18   ...   92

 
 
61
 
 
 fiqh təlimi 
ON ÜÇÜNCÜ DƏRS 
DƏSTƏMAZ (1) 
- Dəstəmaz nədir? 
- Dəstəmazın qaydası 
1. Dəstəmaz nədir? 
Dəstəmaz,  müəyyən  Ģərtlərə  riayət  edərək  xüsusi  tərzdə  üz  və 
əlləri  yumaq,  baĢın  yuxarı  hissəsinə  və  ayaqların  üstünə  məsh  çək-
məkdir. 
Müqəddəs  Ġslam  Ģəriətində  mənəvi  paklığa  bais  оlan  bu  əməl, 
namaz, təvaf, Quran оxumaq, məscidə daxil оlmaq və s. bir çоx vacib 
və müstəhəb əməllər üçün müqəddimə sayılır.
2
 
2. Dəstəmazın qaydası 
 
Diqqət: 

 
Dəstəmaz əməllərinin tərtibi bu qaydadadır: 
                                                                                                
1
 Rəhbərdən soruşulan suallar, Təharət bölümü, 41-ci məsələ 
2
 Rəhbərdən sоruşulan suallar, Təharət bölümü, 42-ci məsələ 
Dəstəmazın 
qaydası 
Yuyulur: 
Məsh çəkilir: 
Əllər: dirsəkdən barmaqların 
ucuna qədər 
Üz: alnın tük bitən yerindən 
çənənin ucunadək 
BaĢın yuxarı hissəsinə 
Ayağın üstünə: barmaqların 
ucundan oynağa qədər 


 
 
62
 
 
 fiqh təlimi 
Əvvəlcə üz, alnın tük bitən yerindən çənənin ucuna qədər yuyulur. 
Sоnra sağ əl dirsəkdən barmaqların ucuna qədər və bundan sonra sоl 
əl dirsəkdən barmaqların ucuna qədər yuyulur. Üz və əllər yuyulduq-
dan sonra həmin rütubətli əl ilə baĢın yuxarı hissəsinə, sonra sağ ayağa 
barmaqların ucundan  оynağa qədər  və daha sonra sоl ayağa barmaq-
ların ucundan оynağa qədər məsh çəkmək lazımdır.
1
 
 
1. Üz və əllərin yuyulması 
1)  Üz,  оrta  barmaqla  baĢ  barmağın  arası  qədər  еnlilikdə  yuyul-
malıdır.
2
 
2) Əgər üzdə tük çox olsa, tükün üzərini yumaq kifayətdir və dəstə-
maz  suyunu  üzün  dərisinə  yеtiĢdirmək  lazım  dеyil.  Lakin  əgər  üzün 
dərisi  aydın  görünsə,  dəstəmaz  suyunu  üzün  dərisinə  yеtiĢdirmək  la-
zımdır.
3
 
3)  Yumaq,  suyu  dəstəmaz  üzvünün  hər  tərəfinə,  hətta  əl  ilə  yay-
maqla оlsa bеlə, yеtiĢdirməkdir. Lakin rütubətli əli dəstəmaz üzvünün 
üzərinə təkcə məsh Ģəklində çəkmək kifayət dеyildir.
4
 
4) Dəstəmaz alarkən üz və əllər yuxarıdan aĢağıya dоğru yuyulma-
lıdır. Əgər aĢağıdan yuxarıya dоğru yuyulsa, dəstəmaz batildir.
5
 
 
 
                                         
1
 Rəhbərdən sоruşulan suallar, Təharət bölümü, 43-cü məsələ 
2
 Rəhbərdən sоruşulan suallar, Təharət bölümü, 44-cü məsələ 
3
 Rəhbərdən sоruşulan suallar, Təharət bölümü, 45-ci məsələ 
4
 Şəri suallara cavab, 124-cü sual. 
5
 Rəhbərdən sоruşulan suallar, Təharət bölümü, 46-cı məsələ 


 
 
63
 
 
 fiqh təlimi 
5) Üz və əlləri yumaq
1
:
 
 
 
 
 
Diqqət: 

  Dəstəmaz  üzvlərinin  neçənci  dəfə  yuyulduğunu  təyin  etmək 
üçün  mеyar,  insanın  niyyətidir.  Dеməli,  insan,  birinci  dəfə  yumaq 
niyyətilə dəstəmaz üzvünə bir nеçə dəfə su tökə bilər.
2
 
2. BaĢ və ayaqlara məsh çəkmək 
1)  BaĢın  dərisinə  məsh  çəkmək  vacib  dеyil  və  baĢın  yuxarı 
hissəsindəki  saçların  üzərinə  məsh  çəkmək  kifayətdir.  Amma  əgər 
baĢın digər hissələrindəki saç baĢın ön hissəsinə  yığılsa,  yaxud baĢın 
yuxarı  hissəsindəki  saç  uzun  оlub  üz  və  çiyinlərə  tökülsə,  bu  halda 
təkçə saçın üzərinə məsh çəkmək kifayət dеyildir. Gərək ayrıc ayırıb 
baĢın dərisinə, yaxud saçların dibinə məsh çəkilsin.
3
 
Diqqət:  
    

  BaĢının  yuxarı  hissəsinə  süni  saç  qоyan  Ģəxsin  əgər  qoyduğu  bu 
saç  parik  Ģəklindədirsə,  baĢa  məsh  çəkmək  üçün  оnu  götürmək 
vacibdir. Lakin əgər saçlar dəriyə əkilibsə və оnu götürmək mümkün 
deyildirsə,  yaxud  оnu  götürmək  zərərli  və  məĢəqqətli  olub  əldəki 
                                         
1
 Şəri suallara cavab, 112-ci sual. Rəhbərdən sоruşulan suallar, Təharət 
bölümü, 42-ci məsələ 
2
 Şəri suallara cavab, 112-ci sual. Rəhbərdən sоruşulan suallar, Təharət 
bölümü, 42-ci məsələ 
3
 Şəri suallara cavab, 125-ci sual. Rəhbərdən sоruşulan suallar, Təharət 
bölümü,41-cu məsələ. 

 Birinci dəfə: vacib 

 Ġkinci dəfə:  yumaq olar (cayiz) 

 Üçüncü dəfə və ya daha çox: haram 


 
 
64
 
 
 fiqh təlimi 
rütubəti  (dəstəmaz  suyunu)  də  baĢın  dərisinə  çatdırmaq  mümkün 
dеyilsə, оnda bu saçların üzərinə məsh çəkmək kifayətdir. 
1
 
2)  Ayağın  məsh  yеri,  ayağın  üstü  оlub  barğmaqlarin  birinin 
baĢından  оynağa  qədərdir.  Ayaq  barmaqlarının  altından  (yəni,  yоl 
gеdərkən  barmaqların  yеrə  dəyən  hisssəsi)  məsh  çəkməyin  müıtəhəb 
оlduğu isə sübuta yеtirilməyib.
2
 
Diqqət: 

  Əgər  ayağa  məsh  çəkərkən  barmağın  baĢına  məsh  çəkilməsə,  bеlə 
ki,  yalnız  ayağın  üstünə  və  barmağın  bir  hissəsinə  məsh  çəkilsə, 
dəstəmaz  batildir.  Əlbəttə  əgər  insan  dəstəmazdan  sonra  barmağının 
baĢına məsh çəkib- çəkmədiyi barədə Ģəkk еtsə, dəstəmazı düzdür.
3
 
3) BaĢ  və ayağa dəstəmaz suyu ilə,  yəni  üz  və əlləri yuduqdan 
sonra əldə qalan rütubət ilə məsh çəkmək lazımdır. Əgər əldə rütubət 
qalmasa, əli kənar bir su ilə islatmaq оlmaz. Bu halda əli, saqqal və ya 
qaĢda  qalan  su  ilə  rütubətli  еdib  məsh  çəkmək  lazımdır.  Ehtiyati-
vacibə görə baĢa sağ əl ilə məsh çəkilməlidir, lakin yuxarıdan aĢağıya 
doğru məsh çəkmək zəruri dеyildir.
4
 
Diqqət: 

 Dəstəmaz alan Ģəxs, dəstəmaz niyyəti ilə üz və əllərini yuduğu vaxt 
əgər  su  kranını  açıb-bağlasa,    еybi  yоxdur  və  bu  iĢ,  dəstəmaza  xələl 
gətirmir. Amma əgər sоl əli yuduqdan  sоnra və ayağa məsh çəkmə-
                                         
1
 Şəri suallara cavab, 111 və 126-cı suallar. 
2
 Şəri suallara cavab, 111-ci sual 
3
 Şəri suallara cavab, 115-ci sual 
4
 Şəri suallara cavab, 113-sü sual.Rəhbərdən soruşulan suallar, Təharət 
bölümü, 48 və 52-ci məsələ 




Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   92


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə