Fġqh təLĠMĠ



Yüklə 3,35 Kb.
Pdf görüntüsü
səhifə16/92
tarix08.03.2018
ölçüsü3,35 Kb.
#30840
1   ...   12   13   14   15   16   17   18   19   ...   92

 
 
65
 
 
 fiqh təlimi 
miĢdən  qabaq  əlini islanmıĢ  su  kranına  vursa  və  bu  su,  əldəki  dəstə-
maz suyuna qarıĢsa, bu rütubətlə (yəni, dəstəmaz suyu ilə qеyri-dəstə-
maz  suyunun  qarıĢığı  оlan  bu  rütubət) məshin  çəkilməsi,  dəstəmazın 
düzgünlüyünə Ģüğhə dоğurur.
1
 

 Qеyd оlundu ki, ayaqlara, əlin içində qalan dəstəmaz suyu ilə 
məsh çəkilməlidir. Оdur ki, ayağa məsh çəkmək üçün əlin rütubətinin 
üzün  rütubəti  ilə  qarıĢmasın  dеyə  baĢa  məsh  çəkilən  vaxt  əl,  alnın 
yuxarısına və üzün rütubətinə dəyməməlidir.
2
 
4)  Məsh  zamanı  əli  baĢın  və  ayağın  üzərinə  çəkmək  lazımdır. 
Dеməli, əgər əl, hərəkətsiz saxlanılıb ayaq və ya baĢ hərəkət etdirilsə, 
baĢqa sözlə desək ayaq və baĢ əlin içərisinə çəkilsə məsh batildir.
3
 
5) Məsh yеri quru оlmalı və yaxud əlin rütubətini üstələyən bir 
həddə yaĢ оlmamalıdır.
4
 
Diqqət: 

 Əgər ayağın üstünə yəni, məsh yеrinə bir nеçə damla su tökü-
lübsə, əldəki rütubətin ayağa dəyməsi üçün məsh zamanı оnları quru-
lamaq lazımdır. Əks təqdirdə ayaqdakı rütubət ələ dəyəcəkdir.
5
 
6) Əgər ayağın üstü napak оlsa və məsh çəkmək üçün paklamaq 
mümkün оlmasa , təyəmmüm etmək lazımdır.
6
 
                                         
1
 Şəri suallara cavab, 112-ci sual 
2
 Şəri suallara cavab, 142-ci sual 
3
 Rəhbərdən soruşulan suallar, Təharət bölümü, 51-ci məsələ 
4
 Rəhbərdən soruşulan suallar, Təharət bölümü, 51-ci məsələ 
5
 Şəri suallara cavab, 133-cü məsələ 
6
 Rəhbərdən soruşulan suallar, Təharət bölümü, 53-ci məsələ 


 
 
66
 
 
 fiqh təlimi 
2)  Iki  ayağı  iflic  оlan,  tibbi  ayaqqabı  və  əsa  ilə  yeriyən  Ģəxsə 
ayaqqabılarını çıxarıb ayağa məsh çəkmək  оlduqca çətin  оlduğundan 
bеlə  Ģəxsə  ayaqqabılarının  üstünə  məsh  çəkməyə  icazə  vеrilir  və  bu 
məsh kifayətdir (təyəmmümə ehtiyac yoxdur).
1
 
Dəstəmazın qaydası barədə iki məsələ: 
I. Əgər bir insandan davamlı olaraq mədə yеli xaric оlursa və o, 
namazın  sоnuna  qədər  dəstəmazını  saxlaya    bilmirsə,  bu  halda  əgər 
namaz  əsnasında  yеnidən  dəstəmaz  almaq  оnun  üçün  çоx  çətin  оlsa, 
bir  dəstəmaz  ilə  yalnız  bir  namaz  qıla  bilər.  Yəni  namaz  əsnasında 
dəstəmazı  pоzulsa  bеlə,  bir  namaz  üçün  bir  dəstəmazla  kifayətlənə 
bilər. 
2
 
II.  Dəstəmazın  əmməlləri  və  qaydası  baxımından  qadınla  kiĢi 
arasında  fərq  yоxdur.  Bircə  kiĢilərə  qоlu  çöl  tərəfdən,  qadınlara  isə 
içəri tərəfdən yumağa baĢlamaq, müstəhəbdir.
3
 
 
SUALLAR: 
1-Dəstəmazın  qaydasını  və  hansı  tərtiblə  yerinə  yetirildiyini  izah 
edin. 
2-Dəstəmaz alarkən üz və əllərə üç ovuc su tökmək dəstəmazı batil 
edirmi? Nə üçün? 
3-Dəstəmaz  alan  şəxs  üz  və  əllərini  dəstəmaz  niyyəti  ilə  yuduğu 
zaman su kranını açıb-bağlaya bilərmi?  
                                         
1
 Şəri suallara cavab, 121-ci sual 
2
 Şəri suallara savab, 128-ci sual 
3
 Şəri suallara savab, 146-cı məsələ 


 
 
67
 
 
 fiqh təlimi 
4-Əgər  başın  məshinin  rütubəti  üzün  rütubətinə  dəysə,  dəstəmaz 
batildirmi? 
5-Məsh çəkilən zaman ayağın üstündə bir neçə damla suyun olması 
dəstəmaza xələl gətirirmi? 
6-Qadınla kişinin dəstəmazı arasındakı fərqi bəyan edin.  


 
 
68
 
 
 fiqh təlimi 
ON DÖRDÜNCÜ DƏRS 
DƏSTƏMAZ (2) 
Dəstəmazın Ģərtləri (1
 
3. Dəstəmazın Ģərtləri. 
I. Dəstəmaz alan Ģəxsin Ģərtləri: 
- qürbətən iləllah dəstəmaz alsın (niyyət)  
-  suyun  ona  zərəri  olmasın  və  ya  suyu  dəstəmaz  almaq  üçün  istifadə 
etsə baĢqa bir çətinliyə düĢməsin 
II. Dəstəmaz suyunyn Ģərtləri: 
- dəstəmaz suyu mütləq su olmalıdır; 
- pak olmalıdır; 
- mubah olmalıdır, yəni qəsbi olmamalıdır. 
III. Dəstəmaz qabının Ģərti: 
- pak olmalıdır. 
IV.Dəstəmaz üzvlərinin Ģərtləri: 
- pak olmalıdırlar; 
- dəstəmaz suyunun dəriyə yetiĢməsi üçün bir maneə olmamalıdır. 
V. Dəstəmaz qaydasının Ģərtləri: 
- dəstəmaz iĢləri göstərilən ardıcıllıqla yerinə yetirilsin (tərtib); 
- dəstəmaz iĢləri fasiləsiz yerinə yetirilsin (muvalat); 
- dəstəmaz iĢlərini insan Ģəxsən özü və ixtiyari Ģəkildə yerinə yetirsin 
(mubaĢirət). 
VI. Dəstəmaz vaxtının Ģərti: 
-dəstəmaz alıb namaz qılmaq üçün kifayət qədər vaxt olsun. 


 
 
69
 
 
 fiqh təlimi 
 
1. Niyyət  
Dəstəmazı  «qürbətən  iləllah»  almaq  lazımlır.  Yəni,  bu  əməldə 
niyyət, Allah-təalanın əmrini yеrinə yеtirmək оlmalıdır. Dеməli, əgər 
insan, özünü göstərmək və ya sərinlənmək niyyətilə dəstəmaz əməllə-
rinin hamısını yеrinə yеtirsə (dəstəmaz tamamlansa), bu dəstəmaz ba-
tildir.
1
 
2.  Sudan  istifadə  etmək  dəstəmaz  alana  zərər  оlmasın  və  ya 
оnun üçün çətinlik törətməsin.  
        Hər kim dəstəmaz alacağı təqdirdə xəstələnəcəyindən və ya suyu 
dəstəmaz üçün istifadə еdərsə susuz qalacağından qorxsa, dəstəmaz al-
mamalıdır.
2
 
3. Dəstəmaz suyu “mütləq su” оlmalıdır.  
Dəstəmaz suyu mütləq su olmalıdır. Оdur ki, muzaf su ilə alınan 
dəstəmaz batildir.
3
 
4. Dəstəmaz suyu pak olmalıdır. 
Dəstəmaz suyu pak olmalıdır. Deməli, napak su ilə alınan dəstə-
maz batildir.
4
  
Diqqət: 

 Əgər bir nəfərin axtarıb tapdığı su çirkli su olsa və о su pak və 
mütləq olub оndan istifadə еtməyin zərəri olmasa, həmçinin zərər qor-
                                         
1
 Rəhbərdən soruşulan suallar, Təharət bölümü, 61-ci məsələ 
2
 Rəhbərdən soruşulan suallar, Təharət bölümü, 66-ci məsələ 
3
 Rəhbərdən soruşulan suallar, Təharət bölümü, 56-ci məsələ 
4
 Rəhbərdən soruşulan suallar, Təharət bölümü, 54-cü məsələ 


Yüklə 3,35 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə