Fġqh təLĠMĠ



Yüklə 3,35 Kb.
Pdf görüntüsü
səhifə17/92
tarix08.03.2018
ölçüsü3,35 Kb.
#30840
1   ...   13   14   15   16   17   18   19   20   ...   92

 
 
71
 
 
 fiqh təlimi 
xusu  da  olmasa  həmin  Ģəxs  bu  su  ilə  dəstəmaz  almalıdır  və  növbə 
təyəmmümə çatmamıĢdır.
1
 
5- Dəstəmaz suyu mübah olmalıdır. 
Dəstəmaz suyu mübah  оlmalıdır. Оdur ki, qəsbi su ilə dəstəmaz 
almaq оlmaz.
2
 
Diqqət: 

  Bütün  namaz  qılanların  dəstəmaz  alması  üĢün  nəzərdə  tutulan 
yеrlərin  suyundan  dəstəmaz  almaq  üçün  istifadə  еtməyin  hеç  bir 
manеəsi yоxdur.
3
 

  Əgər  su  idarəsi  sоrucu  nasоsların  quraĢdırılmasını  və  istifadə-
sini  qadağan  еtsə,  bеlə  nasоsları  quraĢdırmaq  və  оnlardan  istifadə 
еtmək оlmaz. Bu halda sоrucu nasоsla əldə еdilən su ilə alınan dəstə-
mazın düzgünlüyü Ģübhəlidir. Bu hökm,  hətta suyun təzyiqinin aĢağı 
оlduğu  üçün  nasоsdan  istifadə  еtmək  məcburiyyətində  qalan  yuxarı 
mərtəbələrin sakinlərinə bеlə aiddir.
4
 

  Istər  yaĢayıĢ,  istərsə  də  qеyri-yaĢayıĢ  binalarında  ümumi  xid-
mətlərdən  (isti  su,  hava  təmizləyicilər,  qapıçı  və  s.)  istifadə  еdən 
sakinlərin  hər  biri  Ģəri  baxımdan  bu  xidmətlərdən  istifadə  еtdikləri 
miqdarda  оnların  xərcini  ödəməlidirlər.  Sakinlərdən  hər  biri  isti  su 
                                         
1
 Şəri suallara cavab, 121-ci sual 
2
 Rəhbərdən soruşulan suallar, Təharət bölümü, 52-ci məsələ 
3
 Şəri suallara cavab, 112-ci sual 
4
  Şəri suallara cavab, 111-ci sual 


 
 
71
 
 
 fiqh təlimi 
pulunu  ödəməkdən  imtina  еtsə,  оnun  dəstəmazı  Ģübhəlidir,  hətta  ba-
tildir.
1
 
SUALLAR: 
1- Dəstəmaz alan şəxsin özünə aid olan şərtlər hansılardır? 
2-Dəstəmaz suyunun şərtləri hansılardır? 
3-  Əgər  elə  bir  məkana  çatsaq  ki,  oradan  bir  neçə  fərsəx 
məsafəyədək  aralanıb  su  axtarsaq  və  nəticədə  çirkli  su  tapsaq,  bu 
halda təyəmmüm etməliyik, yoxsa dəstəmaz almalıyıq? 
4-  Əgər  su  idarəsi  su  nasoslarından  istifadə  etməyi  qadağan 
etsə, nasosla sovrulan su ilə alınan dəstəmazın hökmü nədir? 
5-Yaşayış binalarında ümumi xidmətlərdən istifadə edən, lakin 
onların  xərcini  ödəməkdən  boyun  qaçıran  şəxslərin  dəstəmazı 
düzdürmü? 
 
 
 
 
                                         
1
  Şəri suallara cavab, 121-ci sual 


 
 
72
 
 
 fiqh təlimi 
ON BEġĠNCĠ DƏRS 
DƏSTƏMAZ (3) 
Dəstəmazın Ģərtləri (2) 
 
2. Dəstəmaz üzvləri pak оlmalıdır. 
 
Dəstəmaz üzvləri dəstəmaz alarkən pak оlmalıdır. 
Amma əgər dəstəmaz tamamlanmamıĢdan qabaq yuyulmuĢ və ya 
məsh çəkilmiĢ yеr napak оlsa, dəstəmaz düzdür. Əlbəttə namaz üçün 
оnu paklamaq vacibdir.
1
 
Diqqət: 

 Əgər bir nəfər dəstəmaz aldıqdan sоnra Ģəkk еtsə ki, dəstəmaz-
dan öncə napak оlan yеri paklayıb dəstəmaz almıĢ, yоxsa paklamadan 
dəstəmaz almıĢdır, bеlə ki, əgər dəstəmaz vaxtı həmın yеrin pak olub-
olmadığına diqqət еtməmiĢdirsə, dəstəmazı batildir. 
Amma əgər əmindirsə və ya еhtimal vеrirsə ki, о yеrin paklığına 
diqqət yеtirib, dəstəmazı düzdür. 
Yеnə də hər iki halda о yеri paklamalıdır.
2
 
8.  Suyun  dəstəmaz  üzvlərinə  yеtiĢməsi  üçün  bir  manеə 
оlmamalıdır. 
Suyun dəstəmaz üzvlərinə yеtiĢməsi üçün bir manеə оlmamalıdır, 
əks təqdirdə dəstəmaz batildir
1
 
 
                                         
1
  Şəri suallara cavab, 132-ci sual. Rəhbərdən soruşulan suallar, Təharət 
bölümü, 58-ci məsələ 
2
 Rəhbərdən soruşulan suallar, Təharət bölümü,51-ci məsələ 


 
 
73
 
 
 fiqh təlimi 
Diqqət: 

 Əgər saç və üzdə yaranan təbii yağlılıq suyun üzün dərisinə və 
saçlara yеtiĢməsinin qarĢısını almasa, manеə hеsab оlunmur.
2
 

 Dırnaq bоyası (lak) suyun dırnağa yеtiĢməsinin qarĢısını alır və 
dəstəmazı batil еdir.
3
 

 Əgər  saç və qaĢları bоyamaq üçün qadınların istifadə  еtdikləri 
süni rənglər saçlarda və qaĢda suyun yеtiĢməsinin qarĢısını alan bir qat 
yaratmayıb  saçlar  bоyandıqdan  sonra  yuyulub  gedirsə,  boyalı  saç  və 
qaĢ ilə alınan dəstəmaz düzdür.
4
 

 Əgər mürəkkəb, dəstəmaz üzvlərində suyun dəriyə yеtiĢməsinin 
qarĢısını  alan  bir  qat  yaratsa,  dəstəmazın  batil  оlmasına  səbəs  оlar. 
Mürəkkəbin  manеə  оlub-olmamasını  müəyyənləĢdirmək  isə mükəllə-
fin öhdəsindədir.
5
 

 Əgər döymə xal (tatuirоvka), dərinin üzərini sadəcə rəngləyib-
sə, və ya boya dərinin altına nüfuz edib dərinin üzərində suyun yеtiĢ-
məsinin qarĢısını alan bir qat yaratmayıbsa, bu halda alınan dəstəmaz 
düzdür.
6
 
                                                                                                
1
 Rəhbərdən soruşulan suallar, Təharət bölümü, 62-ci məsələ 
2
  Şəri suallara cavab, 114-cü sual 
3
  Şəri suallara cavab, 114-ci sual 
4
 Şəri suallara cavab, 141-cı sual 
5
 Şəri suallara cavab, 141-ci sual 
6
 Şəri suallara cavab, 144-ci sual 


Yüklə 3,35 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə