Fġqh təLĠMĠ



Yüklə 3,35 Kb.
Pdf görüntüsü
səhifə18/92
tarix08.03.2018
ölçüsü3,35 Kb.
#30840
1   ...   14   15   16   17   18   19   20   21   ...   92

 
 
74
 
 
 fiqh təlimi 

 Dəstəmaz üzvləri quruduqdan sоnra görünən sabun və ya əhən-
gin ağlığı əgər dəstəmaz zamanı suyun dəriyə yеrləĢməsinin qarĢısını 
alan bir qat yaratmayıbsa, dəstəmazın düzgünlüyünə xələl gətirmir.
1
 

  Əgər  insan  dəstəmaz  üzvünə  bir  Ģеyin  yapıĢdığını  bilsə,  lakin 
bu Ģеyin suyun dəriyə yеtiĢməsinin qarĢısını alıb-almadığı barədə Ģəkk 
еtsə, onu aradan qaldırmalıdır.
2
 

  Əgər  insan  dəstəmazdan  öncə  dəstəmaz  üzvlərinin  bəzisində 
suyun  dəriyə  yеtiĢməsinin  qarĢısını  alan  bir  manеənin  mövcud 
оlduğunu  bilsə,  lakin  dəstəmazdan  sоnra  manеənin  mövcud  оlduğu 
yеrlərdə  suyun  dəriyə  yеtiĢib-yеtiĢmədiyi  barədə  Ģəkk  еtsə,  bеlə  ki, 
dəstəmaz vaxtı bu manеəni nəzərə aldığını еhtimal vеrirsə, dəstəmazı 
düzdür.
3
 

 Əgər insan dəstəmaz üzvünə suyun  yеtiĢməsinin qarĢısını alan 
bir Ģеyin yapıĢıb-yapıĢmadığı barədə Ģəkk еtsə və оnun bu еhtimalı ca-
maatın nəzərində əsaslı bir еhtimal оlsa, məsələn divara suvaq çəkdik-
dən  sоnra  əlinə  palçıq  yapıĢdığını  еhtimal  vеrsə,  gərək  dəstəmaz 
üzvlərini  diqqətlə  nəzərdən  kеçirsin,  yaxud  əlini  о  qədər  sürtüb 
təmizləsin  ki, əgər  palçıq  yapıĢmıĢ  оlsa da  оnun  aradan  gеtdiyinə  və 
ya suyun dəriyə yеtiĢdiüinə əmin оlsun.
4
 
 
 
                                         
1
 Şəri suallara cavab, 128-ci sual 
2
 Rəhbərdən soruşulan suallar, Təharət bölümü, 68-ci məsələ 
3
 Rəhbərdən soruşulan suallar, Təharət bölümü, 61-ci məsələ 
4
 Rəhbərdən soruşulan suallar, Təharət bölümü, 62-ci məsələ 


 
 
75
 
 
 fiqh təlimi 
1. Tərtib
Dəstəmaz,  bir  qədər  əvvəl  qеyd  оlunan  tərtiblə  alınmalıdır  və 
tərtibə riayət оlunmadığı halda dəstəmaz batildir.
1
 
11. Muvalat. 
Dəstəmaz iĢləri fasiləsiz olaraq bir-birinin ardınca yеrinə yеtiril-
məlidir. Dеməli, əgər dəstəmaz iĢlərinin arasında о qədər fasilə yaran-
sa ki, bir üzv  yuyulduğu və  ya bir üzvə  məsh çəkildiyi  vaxt öncədən 
yuyulan və  ya məsh çəkilən üzvlər qurumuĢ olsa, bu halda dəstəmaz 
batildir.
2
 
11. MubaĢirət. 
Dəstəmaz alan Ģəxs dəstəmaz iĢlərini (üz və əlləri yumaq, baĢ və 
ayaqlara  məsh  çəkmək)  Ģəxsən  özü  yerinə  yetirməlidir.  Əgər  baĢqası 
bu iĢləri onun əvəzinə  yеrinə  yеtirsə,  yaxud bu iĢlərdə  оna köməklik 
еtsə, dəstəmazı batildir.
1
 
Diqqət: 

  Xəstəlik  və  s.  bu  kimi  səbəblərə  görə  özü  dəstəmaz  ala 
bilməyən Ģəxs, baĢqasının köməkliyi ilə dəstəmaz almalıdır. Sübhəsiz 
ki,  dəstəmaz  alan  Ģəxsin  özü  dəstəmaz  niyyəti  еtməli  və  bacardığı 
qədər  məshi  özü  çəkməlidir.  Əgər  məsh  çəkə  bilməsə,  оna  kömək 
еdən  Ģəxs  (fiqhdə  bu  Ģəxsə  «nayib»  dеyilir)  оnun  əlindən  tutub 
məshini  çəkdirməlidir.  Əgər  dəstəmaz  alan  Ģəxs,  bunu  da  etməkdə 
acizdirsə  (səhhəti  buna  da  yоl  vеrmirsə),  köməkçi  Ģəxs  оnun  əlindən 
                                         
1
 Rəhbərdən soruşulan suallar, Təharət bölümü, 62-ci məsələ 
2
 Şəri suallara cavab, 122-ci sual. Rəhbərdən soruşulan suallar, Təharət 
bölümü, 63-cü məsələ 


 
 
76
 
 
 fiqh təlimi 
rütubət  götürüb  оna  məsh  çəkməlidir.  Əgər  dəstəmaz  alan  Ģəxsin  əli 
yоxdursa,  kömək  еdən  Ģəxs  оnun  qоlundan  rütubət  götürməli,  əgər 
qоlu da yoxdursa, üzündən rütubət götürüb оnun baĢına və ayaqlarına 
məsh çəkməlidir.
2
 
12. Dəstəmaz almaq üçün kifayət qədər vaxt оlmalıdır. 
Əgər  namazın  vaxtı  qurtarmaq  üzrədirsə  və  namaz  qılan  Ģəxs 
dəstəmaz aldığı surətdə namazını vaxtında qıla bilməyəcəksə - belə ki, 
namazın  bir  hissəsi  vaxtdan  xaric  оlacaqdır  -  bu  Ģəxs,  dəstəmaz 
almamalı, təyəmmüm еdib namaz qılmalıdır. 
Amma  əgər  təyəmmüm  еtmək  üçün  dəstəmaz  almaq  qədər  vaxt 
tələb оlunursa, bu halda dəstəmaz almaq lazımdır.
1
 
SUALLAR: 
1- Dəstəmaz üzvlərinə aid olan şərtlər hansılardır? 
2- Dəstəmaz alarkən hansı şərtlərə riayət olunmalıdır? 
3-  Əgər  dəstəmaz  tamamlanmamışdan  qabaq  yuyulmuş  dəstə-
maz üzvlərindən  biri napak olsa, dəstəmazın hökmü nədir? 
4-Saç  və  üzdə  yaranan  təbii  yağlılıq  suyun  dəstəmaz  üzvünə 
yetişməsi üçün maneə sayılırmı? 
5-  Əgər  dəstəmaz  alan  şəxs  dəstəmaz  üzvünə  bir  şeyin  yapış-
dığını  bilsə,  lakin  suyun  dəriyə  yetişib-yetişmədiyi  barədə  şəkk  etsə 
nə etməlidir? 
6- Tərtib və muvalat arasındakı fərqi izah edin.  
                                                                                                
1
 Rəhbərdən soruşulan suallar, Təharət bölümü, 64-cü məsələ 
2
 Şəri suallara cavab, 116-cı sual. Rəhbərdən soruşulan suallar, Təharət 
bölümü, 65-ci məsələ 


 
 
77
 
 
 fiqh təlimi 
 
ON ALTINCI DƏRS 
                                   DƏSTƏMAZ (4) 
        - Irtimasi dəstəmaz  
- Cəbirə dəstəmaz  
- Dəstəmazı batil еdən işlər  
- Dəstəmazın hökmləri 
 
4. Ġrtimasi dəstəmaz 
1. Ġrtimasi dəstəmaz nədir? 
Dəstəmaz alarkən suyu üz  və əllərə tökmək əvəzinə bu üzvləri 
dəstəmaz  niyyəti  ilə  suya  salıb-çıxartmaq  da  оlar.  Bu  Ģəkildə  alınan 
dəstəmaz «irtimasi dəstəmaz» adlanır.
2
 
2. Ġrtimasi dəstəmazın hökmləri 
1) Ġrtimasi dəstəmazda da dəstəmaz üzvlərinin yuxarıdan aĢağı-
ya dоğru yuyulması vacibdir.
3
 
2) Ġrtimasi dəstəmazda üz və əlləri yalnız iki dəfə suya salıb-çı-
xartmaq оlar: birinci dəfə vacibdir, ikinci dəfə caizdir. Ġki dəfədən ar-
tıq isə оlmaz. 
Əllərə  gəlincə,  оnları  sudan  çıxaran  vaxt  dəstəmaz  məqsədilə 
yuyulduğu niyyət еdilməlidir. Оndan ötrü ki, məshi dəstəmaz suyu ilə 
yеrinə yеtirmək imkanı yaransın.
1
 
                                                                                                
1
 Rəhbərdən soruşulan suallar, Təharət bölümü, 61-ci məsələ) 
2
 Rəhbərdən soruşulan suallar, Təharət bölümü, 54-cü məsələ 
3
 Rəhbərdən soruşulan suallar, Təharət bölümü, 55-ci məsələ 


Yüklə 3,35 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə