Fġqh təLĠMĠ



Yüklə 3,35 Kb.
Pdf görüntüsü
səhifə32/92
tarix08.03.2018
ölçüsü3,35 Kb.
#30840
1   ...   28   29   30   31   32   33   34   35   ...   92

 
 
136
 
 
 fiqh təlimi 
ĠYĠRMĠ SƏKKĠZĠNCĠ DƏRS 
 
NAMAZQILANIN PALTARI (1
- Namazda bədənin örtülməsi 
- Namazqılanın paltarının şərtləri (
1
 
1.Namazda bədənin örtülməsi 
1. KiĢi namaz qılarkən onu heç kim görməsə belə «övrətəyn»i (cinsiy-
yətini və arxasını) örtməlidir. Daha yaxĢı olar ki, göbəkdən dizlərə qə-
dər örtsün
1

2.  Qadın  namaz  qılarkən  bədəninin  hər  yerini  və  baĢını  (saçlarını) 
örtməlidir. Lakin dəstəmazda yuyulan miqdarda üzü, biləyə qədər əl-
ləri və oynağa qədər ayaqları örtmək lazım deyildir
2

Diqqət: 
•  Çənə,  üzün  bir  hissəsi  sayıldığına  görə  namaz  qılarkən  onu  örtmək 
lazım deyildir. Lakin çənənin altını örtmək vacibdir
3

• Əgər ətrafda naməhrəm olsa,  ayağın oynağa qədər olan hissəsini də 
örtmək vacibdir
4

•  Əgər  qadın,  namaz  əsnasında  saçının  göründüyünü  bilsə  və  dərhal 
örtsə, namazı düzdür. Lakin bilib örtməsə, namazı batildir
5

                                         
1
 Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 124-cü məsələ. 
2
 Şəri suallara cavab,432-ci sual. Rəhbərdən soruşulan suallar, Namaz 
bölümü, 124-cü məsələ. 
3
 Şəri suallara cavab, 432-ci sual. 
4
 Şəri suallara cavab, 432 və 438-ci suallara. 
5
 Şəri suallara cavab, 432-ci sual. 


 
 
137
 
 
 fiqh təlimi 
•  Əgər  namazqılan  Ģəxs  namazdan  sonra  vacib  olan  miqdarda  örtün-
mədiyini bilsə, namazı düzdür
1

2.Namazqılanın paltarının şərtləri: 
1) Pak olmalıdır. 
2) Qəsbi olmamalıdır, yəni mübah olmalıdır. 
3) Ölü və ya Ģəri qaydada kəsilməyən heyvanın hissələrindən olmama-
lıdır. 
4) Əti haram olan heyvanın hissələrindən olmamalıdır. 
5) Qızıl sapla toxunmuĢ parçadan olmamalıdır. 
6) Xalis ipəkdən olmamalıdır
2
.  
 Diqqət: 
• BeĢinci və altıncı Ģərt kiĢilərin paltarına aiddir
3

1)
 
Pak olmalıdır. 
1. Namaz qılannın paltarı pak olmalıdır
4
.  
2. Napak bədən və paltarla qılınan namazın batil olduğunu bilən Ģəxs, 
əgər napak bədən və paltarla namaz qılsa, namazı batildir
5

3.  Bədəninin  və  ya  paltarının  napak  olduğunu  bilməyən  Ģəxs,  əgər 
namazdan sonra onların napak olduğunu bilsə, qıldığı namaz düzdür. 
Lakin  əgər  namazdan  öncə  onların  napak  olduğunu  bilsə  və  namaz 
qılarkən bunu unutsa, qıldığı namaz batildir
6

                                         
1
 Rəhbərdən soruşulan suallar. Namaz bölümü, 125-ci məsələ. 
2
 Rəhbərdən soruşulan suallar, Namaz bölümü 126-cı məsələ. 
3
 Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 126-cı məsələ. 
4
 Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 126-cı məsələ. 
5
 Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 222-ci məsələ. 
6
 Rəhbərdən soruşulan suallar, Namaz bölümü,128-ci məsələ.  


 
 
138
 
 
 fiqh təlimi 
4. Əgər namazqılan Ģəxs namaz əsnasında bilsə ki, bədəni və ya pal-
tarı  namazdan  öncə  və  ya  namaz  qılarkən  napak  olmuĢdur,  bu  halda 
əgər namaz vaxtı geniĢdirsə, bu Ģəxsin qıldığı namaz batildir. Amma 
əgər namaz vaxtı dardırsa və namazı pozmayan bir tərzdə bədəni pak-
lamaq və ya napak paltarı çıxartmaq mümkündürsə, bu iĢi görməli və 
namazı tamamlamalıdır. Lakin əgər namaz vaxtı geniĢdirsə və namazı 
pozmayan  tərzdə  də  bədəni  paklamaq  və  ya  napak  paltarı  çıxarmaq 
mümkün  deyilsə,  namazqılan  Ģəxs  namazı  kəsməli,  pak  bədən  və 
paltarla namazı yenidən qılmalıdır
1

5. Əgər namaz qılan Ģəxs napak paltarını paklasa və onun pak olduğu-
na əmin olub namaz qılsa, lakin namazdan sonra paltarının paklanma-
dığını bilsə qıldığı namaz düzdür. Amma sonrakı namazlar üçün palta-
rını paklamalıdır
2
.  
6. Hər kim paltarının pak olub-olmadığı barədə Ģəkk etsə, paltarı pak-
dır və onunla qıldığı namaz düzdür. Deməli, tərkibində spirt olan ətrin 
napak olduğu məlum olmasa, bu ətrin dəydiyi paltarla namaz qılmağın 
heç bir maneəsi yoxdur. Həmçinin əgər bir nəfər çıxılmaz vəziyyətdə 
qalıb  bövl  (sidik)  xaric  olan  yeri  daĢ,  çubuq  və  s.  əĢyalarla  paklasa, 
paltarının  bövlün  rütubəti ilə  napak  olduğuna  əmin  olmayanadək  na-
maz qılmaq üçün onu dəyiĢmək lazım deyildir
3

 
 
                                         
1
 Şəri suallara cavab, 431-cu məsələ. 
2
 Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 181-cı məsələ. 
3
 Şəri suallara cavab, 428, 433 və 436-cı suallar. 


 
 
139
 
 
 fiqh təlimi 
2) Qəsbi olmamalıdır. 
1. Namaz qılanın paltarı mübah olmalıdır
1

2.  Əgər  namazqılan  Ģəxs  paltarının  qəsbi  olduğunu  bilməsə  və  ya 
unutsa, həmçinin qəsbi paltar geyməyin ümumiyyətlə haram olduğunu 
bilməsə,  bu paltarla qıldığı namaz düzdür. 
Deməli, əgər bir nəfər bir müddət xüms düĢən bir paltarla namaz qılsa, 
lakin bu paltara xüms düĢdüyünü və ya belə bir paltardan istifadə et-
məyin haram olduğunu bilməsə, qıldığı namazlar düzdür
2
.     
 3.  Xüms  və  zəkatı  verilməyən  pul  ilə  alınan  paltarda  qılınan  namaz 
batildir
3

3) Namazqılınanın paltarı «murdar»ın (ölü və ya Ģəri qaydada kə-
silməyən heyvanın) hissələrindən olmamalıdır. 
1.  Namazqılanın  paltarı  qanı  sıçrayıcı  olan  ölü  və  ya  Ģəri  qaydada 
kəsilməyən heyvanın hissələrindən olmamamalıdır. Vacib ehtiyata gö-
rə  hətta  qanı  sıçrayıcı  olmayan  heyvanın  hissələrindən  də  olmamalı-
dır
4

2.  Əgər  namazqılanın  üstündə  «murdar»ın  müəyyən  bir  hissəsi  olsa, 
vacib ehtiyata görə namazı batildir. Lakin əti halal olan heyvanın mur-
darının tükü, yunu, buynuzu və sümüyü kimi ruhsuz hissələri olsa, na-
mazı batil deyildir
5
.  
                                         
1
 Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 126-cı məsələ. 
2
 Şəri suallara cavab, 323-cü sual. Rəhbərdən soruşulan suallar, Namaz 
bölümü,181-ci məsələ.  
3
 Rəhbərdən soruşulan suallar, Namaz bölümü,182-ci məsələ. 
4
 Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 183-cü məsələ. 
5
 Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 184-cü məsələ. 


Yüklə 3,35 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə