Fġqh təLĠMĠ



Yüklə 3,35 Kb.
Pdf görüntüsü
səhifə44/92
tarix08.03.2018
ölçüsü3,35 Kb.
#30840
1   ...   40   41   42   43   44   45   46   47   ...   92

 
 
186
 
 
 fiqh təlimi 
2.  Təkbirətul-ehram  deyilən  vaxt  və  qiraətdən  sonra  rükuya 
getməmiĢdən  öncə  olan  qiyam  rükndur.  Yəni,  hətta  səhvən  və  ya 
unudularaq yerinə yetirilməsə, namaz batil olur.
1
 
Diqqət: 

 
Əgər namazqılan rükunu yerinə yetirməyi unudub Həmd və Surəni 
oxuduqdan sonra əyləĢsə və bu vaxt rükunu yerinə yetirmədiyi yadına 
düĢsə, ayağa qalxmalı və sonra rükuya getməlidir. Deməli, əgər həmin 
Ģəxs,  ayağa  qalxmadan  elə  oturduğu  yerdən  rüku  halı  alsa,  namazı 
batildir.
2
 
2) Qiyamın vacibləri: 
Namazqılan  qiyam  halında  bədənini  hərəkət  etdirməməli,  heç  bir 
tərəfə əyilməməli və heç yerə söykənməməlidir. Əlbəttə əgər çarəsiz-
likdən, səhvən və ya unudaraq etsə, maneəsi yoxdur.
3
 
Diqqət: 

 
Əgər insan namaz halında bir qədər önə və  ya  geriyə,  yaxud  sağa 
və ya sola hərəkət etmək istəsə, hərəkət etdiyi anda zikri deməməlidir 
(yəni, namazın sözlərini deməyi dayandırmalıdır).
1
 
 
 
 
 
 
                                         
1
 Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 231-cu məsələ 
2
 Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 231-ci məsələ 
3
 Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 232-ci məsələ 


 
 
187
 
 
 fiqh təlimi 
3) Qiyamın müstəhəb əməlləri: 
                                 1. Bədəni düz saxlamaq 
                                 2. Çiyinləri sallamaq 
                                 3. Əlləri ayaqların üstünə qoymaq 
Qiyamın bir sıra           4. Əl barmaqları bir-birinə bitiĢdirmək 
müstəhəb əməlləri        5. Səcdə məkanına baxmaq 
                                 6.  Bədənin  ağırlığını  iki  ayağın  üstünə  bərabər                     
.                                
Ģəkildə salmaq 
                                 2. Xüzu və xüĢu halında olmaq 
                                 8. Ayaqların birini irəli, digərini geri qoymamaq
2
 
 
4) Qiyamın əhkamı: 
1. Əgər insan ayaq üstə dayanıb namaz qılmağa qadir deyilsə, oturan 
halda  namaz  qılmalıdır.  Lakin  əgər  bir  Ģeyə  söykənib  ayaq  üstə 
dayana bilərsə, belə edib ayaq üstə namaz qılmalıdır.
3
 
2. Əgər insan oturan halda belə namaz qılmağa qadir deyilsə, uzanan 
halda  namaz  qılmalıdır.  Vacib  ehtiyata  görə  əgər  bacarırsa  üzü  və 
bədəni qibləyə doğru sağ tərəfi üstə uzanmalıdır. Sağ tərəfi üstə uzana 
bilməsə,  sol  tərəfi  üstə  deyilən  qaydada  uzanmalıdır.  Əgər  sol  tərəfi 
üstə  də  uzana  bilməsə,  ayaqlarının  altı  qibləyə  doğru  arxası  üstə 
uzanmalıdır.
4
 
                                                                                                
1
 Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 232-ci məsələ 
2
 Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 241-ci məsələ 
3
 Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 241-ci məsələ 
4
 Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 235-ci məsələ 


 
 
188
 
 
 fiqh təlimi 
3.  Oturan  halda  namaz  qılan  Ģəxs  əgər  Həmd  və  Surəni  oxuduqdan 
sonra  ayağa  qalxıb  rükuya  gedə  bilərsə,  qalxmalı  və  ayaq  üstə  ikən 
rükuya getməlidir.
1
 
4.  Uzanan  halda  namaz  qılan  Ģəxs  əgər  namaz  əsnasında  zəhmətə 
düĢmədən  əyləĢə  və  ya  ayağa  qalxa  bilərsə,  bacardığı  qədər  oturan 
halda və ya ayaq üstə dayanıb namaz qılmalıdır.
2
 
5.  Namazı  ayaq  üstə  qılmağa  qadir  olan  Ģəxs,  əgər  ayaq  üstə 
dayanmaq  nəticəsində  xəstələnəcəyindən  və  ya  baĢqa  bir  çətinliyə 
düĢəcəyindən qorxsa, oturan halda namaz qıla bilər. Oturan halda da 
əgər belə bir qorxu onda yaransa, uzanan halda namaz qıla bilər.
3
 
6.  Namaz  vaxtının  axırında  ayaq  üstə  namaz  qıla  biləcəyini  güman 
edən  Ģəxs,  vacib  ehtiyata  görə  o  vaxtadək  səbr  etməlidir.  Lakin  əgər 
namaz  vaxtının  əvvəlində  müəyyən  bir  üzrə  görə  namazını  oturan 
halda  qılsa  və  namaz  vaxtının  axırınadək  üzrü  aradan  qalxmasa, 
qıldığı namaz düzdür və yenidən qılmaq lazım deyildir.
4
 
2. Namaz vaxtının əvvəlində ayaq üstə namaz qılmağa qadir olmayan 
Ģəxs,  əgər  namaz  vaxtının  axırınadək  ayaq  üstə  namaz  qıla  bilməyə-
cəyinə  əmin  olsa,  lakin  namaz  vaxtı  qurtarmamıĢ  ayaq  üstə  namaz 
qılmağa qadir olsa, namazını ayaq üstə yenidən qılmalıdır.
1
 
 
                                         
1
 Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 236-cı məsələ 
2
 Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 232-ci məsələ 
3
 Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 238-ci məsələ 
4
 Şəri suallara cavab, 452-ci sual, Rəhbərdən soruşulan suallar, Namaz 
bölümü, 231-cu məsələ 


 
 
189
 
 
 fiqh təlimi 
 
SUALLAR: 
1.  Əgər  Təkbirətul-ehram  ərəbcə  düzgün  tələffüz  edilməsə,  namaz 
düzdürmü? 
2. Əgər namazqılan şəkk etsə ki, təkbirətul-ehramı deyib, yoxsa de-
məyib, nə etməlidir? 
3. Qiyam neçə qismə ayrılır? 
4. İnsan namazda bir qədər önə və arxaya, sağa və ya sola hərəkət 
edə bilərmi? 
5. Qiyamın müstəhəb əməllərini sadalayın. 
6. Namaz vaxtının əvvəlində ayaq üstə namaz qılmağa qadir olma-
yan şəxs namazını oturan halda qıla bilərmi? 
 
 
 
                                                                                                
1
 Şəri suallara cavab, 452-ci sual, Rəhbərdən soruşulan suallar, Namaz 
bölümü, 241-cı məsələ 


Yüklə 3,35 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə