Fġqh təLĠMĠ



Yüklə 3,35 Kb.
Pdf görüntüsü
səhifə50/92
tarix08.03.2018
ölçüsü3,35 Kb.
#30840
1   ...   46   47   48   49   50   51   52   53   ...   92

 
 
211
 
 
 fiqh təlimi 
 
Diqqət: 

 
Səcdə  edərkən  əli  xırda  dəlikləri  olan  döĢəmə  daĢlarının  üstünə 
qoymağın heç bir maneəsi yoxdur.
1
 

 
Səcdədə  ayağın  baĢ  barmağından  əlavə  digər  barmaqları  yerə 
qoymağın eybi yoxdur.
2
 
2.  Əgər  namazqılan  Ģəxs  alnını  bilərəkdən,  yaxud  səhvən  yerə 
qoymasa,  digər  altı  üzvünü  (iki  əlin  içi,  iki  dizlər  və  iki  ayağın  baĢ 
barmağı)  yerə  qoysa  belə  səcdə  etməmiĢdir.  Lakin  əgər  alnını  yerə 
qoysa  və  səhvən  digər  üzvünü  yerə  qoymasa,  yaxud  səhvən  zikri 
deməsə, səcdəsi düzdür.
3
 
3. Əyilib alnını yerə qoya bilməyən Ģəxs, üzərinə səcdə etdiyi əĢyanı 
(möhür və bu kimi digər əĢyaları) hündür bir Ģeyin üstünə qoymalı və 
bacardığı  qədər  əyilərək  səcdə  etməlidir.  Belə  ki,  ətrafdakılar  onun 
səcdə etdiyini təsdiqləsinlər. Eləcə də əllərin içini, dizləri və ayaq bar-
maqları  da  mümkün  qədər  göstərilən  qaydada  yerə  qoymalıdır.  Əgər 
möhrü qoymaq üçün bir vasitə tapmasa, onu əli ilə hündürə qaldırmalı 
və alnını möhürə qoymalıdır.
4
 
4. Səcdə yerini nə qədər hündürə qaldırsa da əyilib səcdə edə bilmə-
yən Ģəxs, baĢı ilə səcdəyə iĢarə etməlidir. BaĢı ilə də mümkün olmasa, 
gözləri iə iĢarə etməlidir.
5
 
                                         
1
 Şəri suallara cavab, 411-cı sual 
2
 Şəri suallara cavab, 416-cı sual 
3
 Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 212-ci məsələ 
4
 Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 315-ci məsələ 
5
 Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 316-cı məsələ 


 
 
211
 
 
 fiqh təlimi 
 
Diqqət: 

 
Əlil arabasından istifadə edən və vəziyyətinə görə 2 səcdə üzvünü 
yerə qoya bilməyən Ģəxs, əgər möhürü arabanın dəstəyinə, yaxud balıĢ 
və s. bu kimi vasitələrin üzərinə qoyub səcdə edə bilirsə, bu qaydada 
səcdə etməlidir. Qıldığı namaz da düzdür. Əgər bu qaydada namaz qıl-
maq mümkün deyilsə, bacardığı Ģəkildə, hətta iĢarə ilə olsa da, səcdə 
və rükunu yerinə yetirsin.
1
 
5.  Palçıqlı  yerdə  namaz  qılan  Ģəxs,  əgər  səcdə  edərkən  bədəninin  və 
paltarının palçığa bulaĢması onu çətinliyə salacaqsa, ayaq üstə baĢı ilə 
səcdəyə iĢarə edə bilər və təĢəhhüdü də ayaq üstə oxuya bilər.
2
 
II. Zikr: 
Səcdənin vacib zikri bir dəfə “Subhanə rəbbiyyəl ə-əla və bihəmdih” 
və ya üç dəfə “Subhanəllah”dır. Əgər “Subhanəllah” əvəzinə “Əlhəm-
du lillah” və ya “Allahu Əkbər” zikrini üç dəfə desə, kifayət edir.
3
 
III. Səcdənin zikrini deyərkən bədən hərəkətsiz olmalıdır: 
1.
 
Səcdənin  vacib  zikrini  deyərkən  bədən  hərəkətsiz  olmalıdır.  Hətta 
müstəhəb  zikri  deyərkən  də,  məsələn,  “Subhanə  rəbbiyəl  ə-la  və  bi-
həmdih”i təkrar edərkən vacib ehtiyata görə bədən hərəkətsiz olmalı-
dır.
1
 
 
 
                                         
1
 Şəri suallara cavab, 414-cü sual 
2
 Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 311-cu məsələ 
3
 Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 213-cü məsələ 


 
 
212
 
 
 fiqh təlimi 
 
 
                                             
                                              
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
3.  BalıĢ  və  s.  bu  kimi  yumĢaq  əĢyaların  üstünə  möhür  qoyub  səcdə 
etməyin – belə ki, bu halda bədən ilk öncə bir qədər hərəkət edib sonra 
hərəkətsiz olur – eybi yoxdur.
2
 
IV. Zikri deyərkən yeddi üzv yerin üzərində olmalıdır: 
1.  Əgər  namazqılan  Ģəxs  səcdənin  zikrini  deyərkən  yeddi  üzvdən 
birini qəsdən yerdən qaldırarsa, namazı batil olar. Lakin zikr demədiyi 
anda alından qeyri digər üzvləri yerdən qaldırsa, sonra yenidən qoysa 
eybi yoxdur.
1
 
2.  Əgər  səcdənin  zikri  tamamlanmamıĢdan  qabaq  namazqılan  Ģəxs 
səhvən  baĢını  yerdən  qaldırarsa,  yenidən  qoya  bilməz  və  bunu  bir 
                                                                                                
1
 Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 214-cü məsələ 
2
 Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 318-ci məsələ 
2. Səcdənin zikrini 
deyərkən 
bədənin hərəkətsiz 
olmasının 
vacibliyini bilən 
Ģəxs 
Alnını  yerə  
qoymamıĢ və sabit 
vəziyyət almamıĢ 
zikr desə 
Bilərəkdən etsə, namazı batildir. 
 
Səcdədə ikən səhvini 
anlasa, sabit vəziyyət 
alıb zikri yenidən 
deməlidir. 
 
Səcdədən qalxdıqdan 
sonra səhvini anlasa, 
namazı düzdür. 
Bilərəkdən etsə, namazı batildir. 
 
 
Səhvən etsə, namazı düzdür.
1
 
Səhvən etsə
 
Zikr 
tamamlanmamıĢ 
baĢını səcdədən 
qaldırsa
 


 
 
213
 
 
 fiqh təlimi 
səcdə  hesab etməlidir.  Lakin  əgər  digər  üzvləri  səhvən  yerdən  qaldı-
rarsa, yenidən yerə qoyub zikri tamamlamalıdır.
2
 
3. Əgər səcdəyə gedərkən alın səcdə yerinə dəyib qeyri-ixtiyari yerdən 
ayrılsa, yenidən alnı yerə qoyub zikri demək və bunu bir səcdə hesab 
etmək lazımdır.
3
 
V. Birinci səcdədən qalxıb əyləĢmək, sonra ikinci səcdəyə getmək: 
Namazqılan  Ģəxs  birinci  səcdənin  zikrini  deyib  qurtardıqdan  sonra 
əyləĢməli, bir anlıq dayandıqdan sonra ikinci səcdəyə getməlidir.
4
 
VI.  Səcdə  üzvləri  qoyulan  məkanlar  biri  digərindən  4  bağlı 
barmaqdan çox hündür və ya alçaqda olmamalıdır: 
Səcdədə alın qoyulan məkan, dizlər və ayağın baĢ barmaqları qoyulan 
məkanlarda dörd bağlı barmaqdan çox hündür və ya alçaqda olmama-
lıdır.
5
 
VII. Alın qoyulan yer pak olmalıdır: 
Möhür,  ümumiyyətlə  üzərinə  səcdə  edilən  hər  bir  Ģey  pak  olmalıdır. 
Lakin  möhürü  napak  xalçanın  üstünə  qoyub  səcdə  etməyin,  yaxud 
əgər möhürün bir tərəfi napakdırsa, pak tərəfinə alın qoyub səcdə et-
məyin eybi yoxdur.
6
  
 
 
                                                                                                
1
 Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 218-ci məsələ 
2
 Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 211-cu məsələ 
3
 Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 311-ci məsələ 
4
 Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 311-cü məsələ 
5
 Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 211 və 312-ci məsələlər 
6
 Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 212 və 313-cü məsələlər 


Yüklə 3,35 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə