Fġqh təLĠMĠ



Yüklə 3,35 Kb.
Pdf görüntüsü
səhifə53/92
tarix08.03.2018
ölçüsü3,35 Kb.
#30840
1   ...   49   50   51   52   53   54   55   56   ...   92

 
 
222
 
 
 fiqh təlimi 
QIRX BEġĠNCĠ DƏRS 
YOVMĠYYƏ NAMAZLARI (11) 
Namazın vacib əməlləri «8» 
2. Zikr. 
1) Zikr nədir? 
Allah-Taalanı xatırladan hər bir ifadə “zikr” sayılır (məsələn, “Allahu 
Əkbər”, “Əlhəmdu lillah” və s.) 
Muhəmməd  və  Ali  Muhəmmədə  (s.ə.v)  salavat  ən  yaxĢı  zikrlərdən 
biridir.
1
 
2) Zikrin vacibatı: 
1. Namazın zikrlərini tələffüz etmək lazımdır. Bu o deməkdir ki, əgər 
namazqılanın qulağı ağır eĢitmirsə və ətrafda səs-küy yoxdursa, dedi-
yini özü eĢitməlidir.
2
 
2. Namazın vacib zikrləri ərəbcə düzgün qiraət olunmalıdır. Əgər na-
mazqılan  ərəb  sözlərini  düzgün  tələffüz  edə  bilmirsə,  öyrənməyi  va-
cibdir.
3
 
3. Namazın bütün vacib və müstəhəb zikrlərini deyərkən bədən hərə-
kətsiz olmalıdır. 
Əgər bir qədər önə və ya arxaya, yaxud sağa və ya sola hərəkət etmək 
istəsə, hərəkət etdiyi zaman dediyi zikri kəsməlidir. 
                                         
1
 Şəri suallara cavab, 482-ci sual 
2
 Rəhbərdən soruşulan suallar, Namaz bölümü,  226-cı məsələ 
3
 Şəri suallara cavab, 462-ci sual 


 
 
223
 
 
 fiqh təlimi 
Əlbəttə  hərəkət  edə-edə  “mütləq  zikr”  niyyəti  ilə  -  burada  namazın 
zikrini  niyyət  etmir,  sadəcə  zikr  deməyi  niyyət  edir  –  zikr  deməyin 
maneəsi yoxdur.
1
 
Zikrə aid bir neçə Ģəri məsələ: 
1)
 
Əgər  namazqılan  səhvən  rükuda  səcdənin  zikrini  desə,  maneəsi 
yoxdur.  Lakin  bilərəkdən  zikrlərin  yerini  dəyiĢmək  olmaz.  Əlbəttə 
“mütləq zikr” demək niyyəti istisnadır.
2
 
2)
 
Əgər namazqılan rüku və ya səcdəni yerinə yetirdikdən sonra baĢa 
düĢsə ki, onların zikrini səhv demiĢdir, ona heç nə vacib olmur.
3
 
3)
 
Səcdə  və  rükunun  vacib  zikrini  dedikdən  sonra  həmin  zikri  təkrar 
etməyin savabı vardır və yaxĢı olar ki, tək sayda deyilsin (məsələn, 3, 
5,  2  sayda).  Səcdədə  bundan  əlavə  salavat  demək,  dünya  və  axirət 
hacətləri üçün dua etmək müstəhəbdir.
4
 
4)
 
Rükuya  getməmiĢdən  öncə  və  hər  səcdədən  əvvəl  və  sonra  təkbir 
demək müstəhəbdir. Bu təkbiri rükuya və ya səcdəyə əyilərkən, yaxud 
qalxarkən  (yəni,  hərəkət  edərkən)  demək  olmaz.  Lakin  ümumiyyətlə 
“mütləq zikr” niyyəti ilə namazın hər bir halında, o cümlədən rüku və 
səcdəyə  gedərkən  və  ya  qalxarkən,  hər  bir  zikri  və  eləcə  də  təkbir 
demək olar.
5
 
                                         
1
 Şəri suallara cavab, 343-cü sual, Rəhbərdən soruşulan suallar, Namaz 
bölümü,  232 və 233-cü məsələlər 
2
 Şəri suallara cavab, 481 və 481-ci suallar 
3
 Şəri suallara cavab, 482-ci sual 
4
 Şəri suallara cavab, 411-cu sual 
5
 Rəhbərdən soruşulan suallar, Namaz bölümü,  233-cü məsələ 


 
 
224
 
 
 fiqh təlimi 
5)
 
“Bihəvlilləhi və quvvətihi əqumu və əqudu” (Allahın hövl qüvvəsi 
ilə  oturub  qalxıram)  zikrini  növbəti  rəkətə  ayağa  qalxarkən  demək 
müstəhəbdir.
1
 
8. TəĢəhhüd 
1) TəĢəhhüdün mənası və hökmü: 
Namazqılan  bütün  namazların  ikinci  rəkətində,  həmçinin  məğrib 
namazının üçüncü və zöhr, əsr və iĢa namazlarının dördüncü rəkətində 
ikinci  səcdədən  sonra  əyləĢməli  və  bədəni  hərəkətsiz  halda  təĢəhhüd 
adlı zikri oxumalıdır. Bu əməl, təĢəhhüd adlanır. 
2) TəĢəhhüdün sözləri: 
TəĢəhhüdün vacib zikri belədir: 
“ƏĢhədu  ənla  ilahə  illəllahu  vəhdəhu  la  Ģərikə  ləhu,  və  əĢhədu  ənnə 
Muhəmmədən əbduhu və rəsuluhu. Allahummə səlli əla Muhəmmədin 
və Ali Muhəmməd”.
2
 
Diqqət: 

 
TəĢəhhüdün vacib zikrindən əvvəl “Əlhəmdu lillah” və ya “Bismil-
lahi və billahi vəl-həmdu lillahi və xəyrul-əsmai lillahi” sözlərini de-
mək müstəhəbdir. Həmçinin təĢəhhüdün salavatından sonra “və təqəb-
bəl Ģəfaətəhu vərfə dərəcətəhu” zikrini demək müstəhəbdir.
3
 

 
TəĢəhhüdün  salavatını  oxuyarkən  “Allahummə  səlli  əla  Muhəm-
mədin”ə çatdıqda vəqf edib “Muhəmməd” demək, sonra salavatın ar-
                                         
1
 Şəri suallara cavab, 486-cı sual 
2
 Rəhbərdən soruşulan suallar, Namaz bölümü,  331-cu məsələ 
3
 Rəhbərdən soruşulan suallar, Namaz bölümü,  331-cu məsələ 


 
 
225
 
 
 fiqh təlimi 
dını “və ali Muhəmmədin”i qiraət etmək, bu halda doğrudur ki, cüm-
ləni iki hissəyə ayırmasın.
1
 
3) TəĢəhhüdü unudan Ģəxsin vəzifəsi: 
I. Əgər namazqılan üçüncü rəkətə ayağa qalxsa və rükuya getməmiĢ-
dən  öncə  təĢəhhüdü  oxumadığı  yadına  düĢsə,  əyləĢməli,  təĢəhhüdü 
oxumalı  və  sonra  ayağa  qalxıb  namazı  davam  etdirməlidir.  Namazı 
qılıb  qurtardıqdan  sonra  bir  dəfə  artıq  ayağa  qalxdığı  üçün  ehtiyati-
müstəhəbə görə iki səcdeyi-səhv yerinə yetirməlidir. 
II.  Əgər  üçüncü  rəkətin  rükusuna  getdikdən  sonra  və  ya  daha  sonra 
təĢəhhüdü oxumadığı yadına düĢsə, namazı tamamlamalı və salamlar-
dan sonra unudulmuĢ təĢəhhüdün yerinə iki səcdeyi-səhv yerinə yetir-
məlidir.  Ehtiyati-müstəhəbə  görə  səcdeyi-səhvdən  əvvəl  təĢəhhüdün 
qəzasını yerinə yetirməlidir.
2
 
1. Salam 
1) Salamın mənası və hökmü: 
Namazın sonucu vacib əməli “salam”dır və salamı deməklə namaz so-
na  yetir.  Namazın  vacib  salamı  ya  “Əssəlamu  ələykum”dur  və  yaxĢı 
olar ki, “və rəhmətullahi və bərəkatuhu” cümləsi də bu salama artırıl-
sın. Ya da “Əssalamu ələyna və əla ibadillahis-salihin”dir.
3
 
 
 
 
                                         
1
 Şəri suallara cavab, 464-cü sual 
2
 Rəhbərdən soruşulan suallar, Namaz bölümü,  331 və 332-ci məsələlər 
3
 Rəhbərdən soruşulan suallar, Namaz bölümü,  333-cü məsələ 


Yüklə 3,35 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə