Fġqh təLĠMĠ



Yüklə 3,35 Kb.
Pdf görüntüsü
səhifə6/92
tarix08.03.2018
ölçüsü3,35 Kb.
#30840
1   2   3   4   5   6   7   8   9   ...   92

 
 
23
 
 
 fiqh təlimi 

 
Fiqhdə  özündən  yuxarı  vəzifədə  olanlara  Ģərtsiz  tabe  olma  hökmü 
yoxdur. Lakin idarənin rəsmi qayda-qanunlarına qarĢı çıxmaq olmaz.  

 
Vəliyyi-fəqihin  təkvini-vilayəti
1
  yoxdur  və  bu,  yalnız  məsum 
Ġmamlara (ə.s.) məxsusdur.
2
 
4. Vəliyyi-fəqih ilə mərceyi-təqlidin fikirayrılığı. 
Əgər  Vəliyyi-fəqih  ilə  mərceyi-təqlidin  hegemon  dövlətlər  və  ya 
kafirlər  qarĢısında  Ġslam  və  müsəlmanların  müdafiəsi  kimi  Ġslam 
dövlətinin  və  bütün  müsəlmanların  mənafeyinə  aid  məsələlərdə 
fikirayrılığı  olsa,  bu  halda  Vəliyyi-fəqihin  nəzərinə  itaət  olunmalıdır. 
Amma əgər bu fikirayrılığı fərdi Ģəri məsələlərdə olsa, hər bir mükəl-
ləf öz mərceyi-təqlidinin fətvasına əməl etməlidir
3
.  
SUALLAR: 
1.Vəliyyi-fəqih nə deməkdir və nə üçün zəruridir? 
2.Vəliyyi-fəqihin  çıxardığı  qərarlar  qarşısında  müsəlmanların 
vəzifəsi nədir? 
3.  Sabiq  Vəliyyi-fəqihin  çıxardığı  hökmlərin  qüvvədə  qalması  yeni 
Vəliyi-fəqihin icazəsinə bağlıdırmı? 
                                         
1
 Vilayət (qəyyumluq) iki novdür: 
1)
 
Vilayəti-təşrii: Yəni Allah şəriətin təyin etdiyi qəyyumluq. Məsələn, 
atanın və ya ata babasının həddi-büluğa çatmayan uşaq üzərindəki 
qəyyumluğu. 
2)
 
Vilayəti-təkvini: Yəni, yaradılış aləminə və ona hakim qanunlara Allahın 
göstəriş və izni ilə dəxalət etmə və qeyri-təbii səbəblərdən meydana çıxan 
qeyri-adi hadisələri yaratmaq qüdrətinə malik olmaq. Məsələn, əlacsız 
xəstələrə şəfa vermək, ölüləri diriltmək. 
2
 Şəri suallara cavab, 61-cı sual 
3
 Şəri suallara cavab, 52 və 54-cü suallar. 


 
 
24
 
 
 fiqh təlimi 
4. Mərcəyi-təqlid İmam Zamanın (ə.f.) qeybi dpvründə şəri cəzaların 
icrasına hökm verə bilərmi? 
5. Vəliyyi-fəqihin nümayəndəsinin ona verilən səlahiyyətlər çərçivə-
sində çıxardığı qərarlara itaət etmək vacibdirmi? 
6. Əgər müəyyən bir məsələdə Vəliyyi-fəqihlə mərcəyi-təqlidin fikir-
ayrılığı olsa, mükəlləf nə etməlidir?   
 
 


 
 
25
 
 
 fiqh təlimi 
 
 
 
 
 
 
II fəsil 
TƏHARƏT 
 
Ġslam dini təharət və paklığa böyük əhəmiyyət verir. Bəzi ibadətlər 
və  əməllər  təharətlə  yerinə  yetirildiyi  halda  düzgündür.  Müqəddəs 
Ġslam  Ģəriəti  baxımından  bir  sıra  Ģeylər  napak  sayılır.  Ġslam  fiqhində 
ümumi paklıq və təmizlikdən qeyri, təharət adlanan xüsusi bir yuyun-
maq  tərzi  (dəstəmaz  və  qüsül)  də  mövcuddur.  Təharətin  hökmləri, 
paklayıcılar,  bədən,  paltar  və  digər  əĢyaları  pak  etməyin  qaydaları, 
napak  olan  Ģeylər,  ümumiyyətlə  bu  mövzuya  aid  bütün  məsələlərə 
“Təharət” adlı fəsildə aydınlıq gətiriləcəkdir.  
 
 
 
 
 


 
 
26
 
 
 fiqh təlimi 
 
BEġĠNCĠ DƏRS 
SULAR 
– Suların növləri  
– Muzaf su  
– Mütləq su   
– Mütləq suların hökmləri  
– Suyun paklığı barədə şəkk 
1. Suların növləri 
 
 
 
 
 
 
2. Muzaf su (qarıĢıq su və ya meyvə Ģirəsi) 
   1.Muzaf suyun mənası. 
Muzaf  su  elə  bir  sudur  ki,  onu  “su”  deyə  adlandırmaq  düzgün  deyil. 
Məsələn, meyvələrdən (qarpız, armud və s.) sıxılıb çıxarılan su -belə 
bir  su  qarpız  Ģirəsi,  armud  Ģirəsi  adlanır-  və  ya  bir  məhlul  (məsələn, 
duzun və ya Ģəkərin su ilə qarıĢığı) su adlanmır.
1
  
2. Muzaf suyun hökmləri. 
1)
 
Muzaf su, napak bir Ģeyi pak etmir (paklayici deyil). 
                                         
1
 Rəhbərdən soruşulan suallar, Təharət bölümü, 1-ci məsələ. 
Sular 
Muzaf 
Mütləq 
YağıĢ suyu 
Axar su 
Axar olmayan su 
Kürr su 
Qəlil su 


 
 
27
 
 
 fiqh təlimi 
2)
 
Muzaf  su,  nəcasətlə  (zatən  napak  olan  Ģey)  təmasda  olsa,  napak 
olar (hətta o nəcasət az olsa və muzaf suyun iyi, rəngi və dadı dəyiĢ-
məsə,  yaxud  muzaf  su  kürr  miqdarında  olsa  belə  yenə  də  muzaf  su 
napak olacaq). 
3)
 
Muzaf su ilə alınan dəstəmaz və qüsul batildir
1
.  
Diqqət: 

 
Bəzən  suya  elə  bir  maddə  qatılır  ki,  onun  rəngini  süd  rənginə 
çevirir.  Bu  su,  muzaf  su  hökmündə  deyil.  (Odur  ki,  bu  su  ilə  napak 
Ģeyləri paklamaq, dəstəmaz almaq və qüsül etmək olar
2

3. Mütləq su (xalis su) 
1. Mütləq suyun mənası. 
Mütləq su elə bir sudur ki, onu sadəcə su adlandırmaq (heç bir söz 
birləĢməsi olmadan) düzgün sayılsın. Məsələn, bulaqdan qaynayan su, 
yağıĢın suyu və bu kimi təbiətdə mövcud olan sular.  
2.
 
Mütləq suyun növləri 
 
 
 
 
 
 
 
                                         
1
 Şəri suallara cavab, 24-cü sual. Rəhbərdən soruşulan suallar, Təharət 
bölümü, 1-ci məsələ. 
2
 Şəri suallara cavab, 22-ci sual. 
Mütləq su 
Ya göydən yağır (yağıĢ suyu) 
Ya yerdən qaynayır (axar su) 
Ya da nə göydən yağır, 
nə də yerdən qaynayır  Kürr su: təxminən 384 litrdir  
 Qəlil su: 384 litrdən azdır 


Yüklə 3,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə