Fġqh təLĠMĠ



Yüklə 3,35 Kb.
Pdf görüntüsü
səhifə65/92
tarix08.03.2018
ölçüsü3,35 Kb.
#30840
1   ...   61   62   63   64   65   66   67   68   ...   92

 
 
271
 
 
 fiqh təlimi 
4) Yovmiyyə vacib namazların qəzasını qıldıqda namazların tərtibinə 
riayət etmək vacib deyildir. Əlbəttə bir günün zöhr və əsr, yaxud məğ-
rib  və  iĢa  namazlarının  qəzasını  eyni  vaxtda  qılıdıqda  tərtibə  riyayət 
olunmalıdır. 
Deməli, məsələn bir ilin qəza  namazını həm bu qaydada qılmaq olar: 
Otuz sübh namazını, otuz zöhr və əsr namazlarını və otuz məğrıb və 
iĢa namazlarını qılıb yenidən hər bir namazı bu sayda qılaraq ilin qəza 
namazlarını tamamlamaq. 
Həm də yovmiyyə namazlarının ardıcıllığı ilə qılmaq olar
1

5) Qəza namazlarının sayını bilməyən Ģəxs, məsələn, iki, yoxsa üç na-
mazının  qəza  olduğunu  bilməyən  Ģəxs  əgər  ehtimal  verdiyi  sayların 
azı  qədər  (baĢqa  sözlə  desək,  əmin  olduğu  say  qədər)  qəza  namazı 
qılsa kifayətdir
2

6) Ardıcıl olaraq üç cənabət qüslü verən Ģəxs (məsələn, ayın 21-i, 25-i 
və 22-si qüsl vermiĢdir), əgər sonradan onların birinin batil olduğuna 
əmin olsa, vacib ehtiyata görə batil qüsllə qıldığı namazların qəzasını 
qılmalıdır
3

2) Nafilələr və müstəhəb namazlar qəza namazını əvəz etmir və boy-
nunda qəza namazı olan Ģəxs, onları qəza namazı niyyəti ilə qılmama-
lıdır
4

                                         
1
 Şəri suallara cavab, 531, 531, 533 və 211-cu suallar. 
2
 Şəri suallara cavab, 525, 522 və 533-cü suallar. 
3
 Şəri suallara cavab,528-ci sual. 
4
 Şəri suallara cavab, 526-cı sual. 


 
 
272
 
 
 fiqh təlimi 
8) Qəza etdikləri namazların hamısını hal-hazırda qılmağa qadir olma-
yan Ģəxslərə vacibdir ki, bacardıqlarını qılsınlar və qıla bilmədiklərini 
vəssiyyət etsinlər
1

2. Ġsticari namaz
2
 
1)  Heç  kim  baqaĢının  qəza  namazını  o  sağ  ikən  qıla  bilməz,  hətta 
həmin Ģəxs qəza namazlarını qılmağa  aciz olsa belə. Hər kəs öz vacib 
namazlarını bacardığı tərzdə özü qılmalıdır və baĢqasının onun yerinə 
qıldığı  namaz  -  istər  zəhmət  haqqı  alsın,  istərsə  də  almasın  -  kifayət 
etmir
3

2)  Ġsticari  namazı  qılarkən  mərhumun  xüsusiyyətlərini  demək  lazım 
deyildir və təkcə zöhr və əsr namazlarının, eləcə də məğrib və iĢa na-
mazlarının tərtibinə riayət etmək Ģərtdir. Əgər müqavilə və razılaĢma 
zamanı isticari namaz üçün heç bir Ģərt qeyd olunmasa (məsələn, filan 
məsciddə  və  ya  filan  vaxtda  qılınsın),  namaz  qılana  vacıbdir  ki, 
namazın adətən riayət olunan bir sira müstəhəb iĢlərinə bu namazda da 
riayət etsin. Lakin hər namaz üçün azan demək vacib deyildir.
4
 
3.Ata və ananın qəza namazları 
1)  Ata  və  ana  vəfat  etdikdən  sonra  onların  qəza  namazlarını  qılmaq 
böyük oğula vacibdir. Bu Ģərtlə ki, ata və ana, namazlarını Allaha ita-
ətsizlik  məqsədilə  qəza  etməsinlər.  Hətta  əgər  itaətsizlik  məqsədilə 
                                         
1
 Şəri suallara cavab, 536-cı sual. 
2
Muzd alıb mərhumun qəza namazlarını qılmaq  
3
 Şəri suallara cavab, 551, 211 və 211-cu suallar. 
4
 Şəri suallara cavab, 211-cu sual. 


 
 
273
 
 
 fiqh təlimi 
olsa belə, ehtiyati-müstəhəbə görə yenə də böyük oğul valideynlərinin 
qəza namazını qılmalıdır
1

2) Əgər ata və ana ömür boyu əsla namaz qılmayıblarsa, vacib ehtiya-
ta görə yenə də onların qəza namazları böyük oğula vacibdir.
2
 
3) Böyük oğul dedikdə, ata və ana vəfat etdikdən sonra həyatda olan 
böyük  oğul  övladı  nəzərdə  tutulur.  Deməli,  əgər  ailənin  böyük  oğlu 
ata  və  anadan  qabaq  vəfat  etsə,  istər  büluğ  həddinə  yetiĢmiĢ  olsun, 
istərsə də yetiĢməmiĢ, ata və ananın qəza namazları onlar vəfat etdik-
dən sonra həyatda olan böyük oğula vacib olur
3

4)  Böyük  oğul  dedikdə,  mərhumun  oğlan  övladları  arasında  ən 
böyüyü nəzərdə tutulur. Deməli, əgər mərhumun böyük övladı qız və 
ikinci  övladı  oğlandırsa,  valideynlərin  qəza  namazı  ailənin  ikinci 
övladı, ey-ni zamanda böyük oğul sayılan oğlana vacibdir
4

5)  Ata  və  ananın  qəza  namazları  böyük  oğula  vacib  olsa  da  baĢqası 
qıldığı halda böyük oğlun boynundan götürülür
5

6) Böyük oğula vacibdir ki, bildiyi və əmin olduğu qədər ata-anasının 
qəza namazlarını qılsın. Əgər o, ata-anasının qəza namazı olub-olma-
dığını  bilməsə,  ona  heç  nə  vacib  olmur  və  maraqlanmaq  və  təhqiqat 
aparmaq da lazım deyildir
6

                                         
1
 Şri suallara cavab, 542, və 548-ci suallar. 
2
 Şəri suallara cavab, 542-ci sual. 
3
 Şəri suallara cavab, 543-cü sual. 
4
 Şəri suallara cavab, 542-ci sual. 
5
 Şəri suallara cavab, 541 və 545-ci suallar. 
6
 Şəri suallara cavab, 541 və 544-cü suallar. 


 
 
274
 
 
 fiqh təlimi 
2) Böyük oğula vacibdir ki, ata və anasının qəza namazlarını mümkün 
olduğu hər bir Ģəkildə yerinə yetirsin. 
   Əgər özü yerinə yetirməyə qadir olmasa və baĢqasına da pul ilə qıl-
dırmağa imkanı olmasa, üzrlü sayılır
1

8) Həm özünün qəza namazları olan, həm də ata-anasının qəza namaz-
ları ona vacib olan Ģəxs, hansını istəsə qıla bilər. Yəni, hansı birini qıl-
sa, düzdür
2

1) Əgər böyük oğul ata və anası vəfat etdikdən sonra vəfat etsə, digər 
övladların boynuna məsulyyət düĢmür. 
   Deməli, ata-ananın qəza namazları böyük oğlun oğluna (nəvəyə) və 
ya qardaĢına vacıb olmur
3

SUALLAR: 
1.
 
Müsəlman  olan  kafirə  kafir  olduğu  müddətdə  qılmadığı 
namazların qəzasını qılmaq vacibdirmi? 
2.
 
Qəza  namazı  olan  şəxs  əgər  müstəhəb  bir  namaz  qılsa,  qəza 
namazını əvəz edirmi? 
3.
 
İsticari namazda mərhumun xüsusiyyətlərini demək şərtdirmi? 
4.
 
Ömür  boyu  namaz  qılmayan  atanın  qəza  namazı  böyük  oğula 
vacibdirmi? 
5.
 
Böyük oğul kimə deyilir? 
Əgər böyük oğulun özünün qəza namazı olsa və ata-ananın da qəza 
namazı ona vacib olsa, hansını birinci qılmalıdır? 
                                         
1
 Şəri suallara cavab, 541-ci sual. 
2
 Şəri suallara cavab, 541-cu sual. 
3
 Şəri suallara cavab, 546-cı sual. 


Yüklə 3,35 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə