Fġqh təLĠMĠ



Yüklə 3,35 Kb.
Pdf görüntüsü
səhifə66/92
tarix08.03.2018
ölçüsü3,35 Kb.
#30840
1   ...   62   63   64   65   66   67   68   69   ...   92

 
 
275
 
 
 fiqh təlimi 
ƏLLĠ BEġĠNCĠ DƏRS 
AYƏT NAMAZI 
FĠTR VƏ QURBAN BAYRAMLARININ NAMAZI 
1. Ayət namazı 
1) Ayət namazını vacib edən Ģəri səbəblər 
Ayət namazı 4 halda vacib olur: 
I. GünəĢ tutulduqda (küsuf), hətta çox az hissəsi tutulsa belə
II. Ay tutulduqda (xüsuf), hətta çox az hissəsi tutulsa belə; 
III. Zəlzələ baĢ verdikdə; 
IV. Camaatın çoxunun qorxuya düĢməsinə bais olan bir təbiət hadisəsi 
baĢ  verdikdə;  məsələn,  güclü  qara  küləyin  əsməsi,  zülmət  qaranlığın 
çökməsi, torpaq sürüĢməsinin baĢ verməsi, güclü ildırım və ĢimĢəyin 
çaxması və s. 
1
 
Diqqət: 

 
Küsuf,  xüsuf  və  zəlzələdən  baĢqa  digər  təbiət  hadisələri  camaatın 
əksəriyyətinin qorxmasına bais olduqda Ayət namazı vacib olur. Əks 
təqdirdə, yəni, az adam qorxsa və ya heç kim qorxmasa, Ayət namazı 
vacib olmur. 

 
Ayət namazı hadisə baĢ verən Ģəhərin, məntəqənin əhalisinə vacib 
olur.  Əgər  iki  Ģəhər  bir-birinə  bitiĢik  olduğu  üçün  bir  Ģəhər  kimi 
tanınsa, Ayət namazı hər iki Ģəhərin əhalisinə vacib olur.
2
 

 
Əgər seysmoloji mərkəz müəyyən bir məntəqədə yeraltı təkanların 
baĢ  verdiyi,  eləcə  də  onun  gücü  barədə  məlumat  versə,  lakin  həmin 
                                         
1
 Şəri suallara cavab, 211-ci sual 
2
 Şəri suallara cavab, 213-cü sual 


 
 
276
 
 
 fiqh təlimi 
məntəqənin  əhalisi  zəlzələ  baĢ  verdiyi  anlarda  heç  nə  hiss  etməyib-
dirlərsə, Ayət namazı vacib olmur.
1
 

 
Ardıcıl baĢ verən bir neçə zəlzələ üçün, istər güclü olsun, istərsə də 
zəif, ayrıca Ayət namazı qılmaq lazımdır.
2
  
2) Ayət namazının qaydası. 
Ayət namazı iki rəkətdir və hər rəkətində beĢ rüku və iki səcdə vardır. 
Ayət namazını bir neçə qaydada qılmaq olar: 
I.  Niyyət  edib  Təkbirətul-ehramı  dedikdən  sonra  Həmd  və  Surə 
oxunur  və  rüku  yerinə  yetirilir.  Daha  sonra  rükudan  qalxıb  yenidən 
Həmd və Surə oxunulur və rüku yerinə yetirilir. Bu qaydada beĢ rüku 
yerinə  yetirilir  və  səcdələri  yerinə  yetirdikdən  sonra  birinci  rəkət 
tamamlanır. 
Ġkinci rəkət də eynilə bu qaydada qılınır. Namazın sonunda təĢəhhüd 
və salamlar oxunur. 
II.  Niyyət edib Təkbirətul-ehramı dedikdən sonra Həmd  və müəyyən 
bir  surənin  bir  ayəsi  və  ya  ayənin  bir  hissəsi  oxunulur,  sonra  rüku 
yerinə yetirilir. Sonra rükudan qalxıb surənin növbəti ayəsi və ya ardı 
oxunulur və rüku yerinə yetirilir. Bu qayda ilə beĢ rüku yerinə yetiri-
lir.  Belə  ki,  sonuncu  rükudan  qabaq  oxunan  surə  tamamlanmalıdır. 
Sonra səcdələr yerinə yetirilir. 
Ġkinci rəkət də eynilə bu qaydada qılınır və namazın sonunda təĢəhhüd 
və salamlar oxunur. Əgər hər rükudan əvvəl surənin bir ayəsi oxunsa, 
Həmd surəsi rəkətin əvvəlində bir dəfədən artıq oxunmamalıdır. 
                                         
1
 Şəri suallara cavab, 216-cı sual 
2
 Şəri suallara cavab, 215-ci sual 


 
 
277
 
 
 fiqh təlimi 
 
Diqqət: 

 
Vacib ehtiyata görə “Bismillahir-rəhmanir-rəhim” surənin bir ayəsi 
hesab edilməməli və namazqılan təkcə bu ayəni deyib rükuya əyilmə-
məlidir. 
III.  Birinci  rəkəti  yuxarıda  izah  olunan  iki  qaydadan  biri  Ģəklində, 
ikinci rəkəti isə digər qayda üzrə qılmaq olar. 
IV. Birinci rükudan əvvəl bir ayəsi oxunan surə, ikinci, üçüncü və ya 
dördüncü rükudan əvvəl tamamlanır. Surə tamamlandıqdan sonra növ-
bəti qiyamda Həmd surəsi yenidən oxunulur və yeni bir surə, oxunma-
ğa baĢlanır, belə ki, beĢinci rükudan əvvəl bu surə tamamlanmalıdır.
1
 
2. Fitr və Qurban bayramlarının namazları 
1) Hal-hazırkı dövrdə (Ġmam Zamanın  (ə)  qeybdə olduğu üçün)  Fitr 
və Qurban bayramlarının namazı vacib deyil, yəni müstəhəbdir.
2
 
2)  Fitr  və  Qurban  bayramlarının  namazı  iki  rəkətdir.  Birinci  rəkətdə 
Həmd və Surəni oxuduqdan sonra beĢ təkbir (Allahu Əkbər) deyilir və 
hər təkbirdən sonra bir qünut tutulur. BeĢinci qünutdan sonra daha bir 
təkbir  deyilir  və  rüku  yerinə  yetirilir.  Səcdələri  yerinə  yetirdikdən 
sonra  birinci  rəkət  tamamlanır.  Ġkinci  rəkətdə  dörd  təkbir  deyilir  və 
hər təkbirdən sonra bir qünut tutulur. Dördüncü qünutdan sonra daha 
                                         
1
 Şəri suallara cavab, 212-ci sual 
Rəhbərdən soruşulan suallar 
2
 Şəri suallara cavab, 633-cü sual 


 
 
278
 
 
 fiqh təlimi 
bir təkbir deyilir və rüku və səcdələr yerinə yetirilir. Namazın sonunda 
təĢəhhüd və salamlar oxunur.
1
 
3)  Bayram  namazının  qünutunda  uzun  və  ya  qısa  bir  dua  oxumağın 
heç  bir  fərqi  yoxdur  və  namazı  batil  etmir.  Lakin  qünutları  artırıb-
azaltmaq olmaz. 
4)  Bayram  namazında  iqamə  yoxdur.  Əgər  piĢnamaz  bayram  nama-
zında  iqamə  oxusa,  onun  və  ona  iqtida  edənlərin  namazına  heç  bir 
xələl gətirməz.
2
 
5)  Bayram  namazı  qılmaq  səlahiyyətinə  malik  olan  Vəliyyi-fəqihin 
nümayəndələri  və  Vəliyyi-fəqihin  təyin  etdiyi  Ġmam-cümələr  hal-
hazırkı dövrdə (Ġmam-Zamanın qeybdə olduğu zamanda) bayram na-
mazını camaat namazı halında qıla bilərlər. Lakin ehtiyati-vacib budur 
ki, onlardan qeyrisi bayram namazını furada (tək halda) qılsın və “be 
qəsde rica, nə be qəsde vurud” niyyətilə bayram namazını camaat na-
mazı halında qılmağın eybi yoxdur. Əgər bir Ģəhərdə bayram namazı 
qılınarsa,  yaxĢı  olar  ki,  Vəliyyi-fəqih  tərəfindən  təyin  olunan  Ġmam-
Cümədən qeyrisi piĢnamaz dayanmasın.
3
 
6) Bayram namazının qəzası yoxdur.
4
 
2) Bayram namazına yetiĢməyən namazqılanların istəyi ilə bu namazı 
ikinci dəfə camaat namazı halında qılmağın eybi yoxdur.
5
 
 
                                         
1
 Şəri suallara cavab, 634-cü sual 
2
 Şəri suallara cavab, 632 və 638-ci suallar 
3
 Şəri suallara cavab, 635-ci sual 
4
 Şəri suallara cavab, 636-cı sual 
5
 Şəri suallara cavab, 561-cu sual 


Yüklə 3,35 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə