Fġqh təLĠMĠ



Yüklə 3,35 Kb.
Pdf görüntüsü
səhifə72/92
tarix08.03.2018
ölçüsü3,35 Kb.
#30840
1   ...   68   69   70   71   72   73   74   75   ...   92

 
 
311
 
 
 fiqh təlimi 
 
1)  Orucun  vaxtı  fəcr  doğandan  etibarən  baĢlandığına  görə  orucun 
niyyəti  də  bu  andan  ötüb  keçməməlidir.  YaxĢı  olar  ki,  fəcr  doğma-
mıĢdan öncə oruc niyyəti edilsin.
2
 
2) Əgər bir nəfər gecənin əvvəlində sabah oruc tutacağını niyyət etsə 
və  gecə  yatıb  sübh  namazının  vaxtı  daxil  olduqdan  sonra  yuxudan 
oyansa, yəni, sübh vaxtı oyana bilməsə, onun orucu düzdür.
3
 
3) Hər kim Ramazan ayında sübh namazına yaxın qəsdən oruc niyyəti 
etməsə,  gün  ərzində  niyyət  etsə  belə  orucu  batildir.  Eyni  zamanda 
məğrib azanına qədər orucu batil edən iĢlərdən çəkinməlidir və Rama-
zan ayından sonra həmin günün orucunun qəzasını tutmalıdır.
4
 
4)  Hər  kim  Ramazan  ayında  hökmü  bilmədiyi  və  ya  unutduğu  üçün 
oruc niyyəti etməsə və gün ərzində niyyət etmədiyi yadına düĢsə, əgər 
orucunu batil edən iĢlərdən birini yerinə yetiribsə, həmin günün orucu 
batildir.  Lakin  eyni  zamanda  məğrib  azanına  qədər  orucu  batil  edən 
iĢlərdən  çəkinməlidir.  Amma  əgər  oruc  niyyəti  etmədiyi  yadına  düĢ-
düyü  zaman orucu batil edən iĢlərdən heç birini yerinə  yetirməyibsə, 
günorta  azanından  sonraya  təsadüf  etsə,  orucu  batildir.  Günorta  aza-
nından qabaq yadına düĢsə, vacib ehtiyata görə oruc niyyəti edib oruc 
tutmalı və sonra həmin günün orucunun qəzasını yerinə yetirməlidir.
5
 
                                                                                                
1
 Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 3-cü məsələ 
2
 Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 4-cü məsələ 
 
3
 Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 5-ci məsələ 
4
 Rəhbərdən soruşulan suallar, 6-cı məsələ 
5
 Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 2-ci məsələ 


 
 
312
 
 
 fiqh təlimi 
5) Hər kim Ramazan ayının orucundan baĢqa digər vacib oruclarda  - 
məsələn,  qəza  və  ya  kəffarə  orcu  kimi  -  niyyət  etməsə,  orucu  batil 
edən  iĢlərdən  heç  birini  yerinə  yetirmədiyi  təqdirdə  niyyət  edib  oruc 
tuta bilər və orucu düzdür.
1
 
    6) Müstəhəb orucun niyyətini günün hər çağında etmək olar və oruc 
düzdür.  Bir  Ģərtlə  ki,  oruc  tutmaq  istəyən  Ģəxs  o  anadək  orucu  batil 
edən bir iĢi yerinə yetirməmiĢdir.
2
 
2) Boynunda Ramazan ayı orucunun qəzası olan Ģəxs müstəhəb oruc 
tuta bilməz. Hətta əgər vacib orucu niyyət etmə zamanı ötsə belə (yə-
ni, zöhr azanından sonra), müstəhəb orucun niyyətini etsə, düz deyil. 
Hər kim boynunda  vacib oruc olduğunu unudub müstəhəb oruc tutsa 
və  gün  ərzində  (istər  zöhr  azanından  qabaq,  istərsə  də  sonra)  yadına 
düĢsə,  müstəhəb  orucu  batildir.  Lakin  zöhr  azanından  qabaq  səhvini 
xatırladığı zaman niyyətini Ramazan ayının vacib oruca döndərə bilər 
və orucu düzdür.
3
 
 
Diqqət: 

 
Boynunda Ramazan ayı orucunun qəzası olan Ģəxs əgər müstəhəb 
oruc tutsa, bu müstəhəb oruc, onun qəza orucunun yerinə sayılmır.
4
 

 
Boynunda qəza orucu olub-olmadığını bilməyən Ģəxs əgər bu niy-
yətlə oruc tutsa ki, qəza orucum varsa, qəza orucu, yoxdursa müstəhəb 
                                         
1
 Rəhbərdən soruşulan suallar, 8-ci məsələ 
2
 Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 1-cu məsələ 
3
 Şəri suallara cavab, 243-cü sual 
Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 11-cu məsələ 
4
 Şəri suallara cavab, 816-cı sual 


 
 
313
 
 
 fiqh təlimi 
oruc  sayılsın,  bu  halda  əgər  boynunda  həqiqətən  qəza  orucu  olsa, 
tutduğu oruc qəza orucu sayılacaqdır.
1
 
8) Əgər xəstə Ramazan ayında gündüz ərzində sağalsa və yaxĢılaĢsa, o 
gün oruc niyyəti edib oruc tutmaq ona vacib deyildir. Lakin əgər oru-
cu batil edən iĢlərdən heç birini yerinə yetirməyibsə, müstəhəb ehtiya-
ta görə, zöhr azanından qabaq oruc niyyəti edib oruc tuta bilər. Rama-
zan ayından sonra həmin günün orucunun qəzasını tutmalıdır.
2
 
3. “YovmuĢ-Ģəkk”də (Ģəkk günündə) niyyət: 
Əgər insan Ģəkk etsə ki, ġaban ayının axırıncı günüdür, yoxsa Rama-
zan  ayının  birinci  günü,  həmin  gün  oruc  tutmaq  ona  vacib  deyildir. 
Əgər oruc tutsa, Ramazan ayının orucunun niyyətini edə bilməz. Müs-
təhəb oruc, qəza və s. bu kimi orucların niyyətini edib oruc tuta bilər. 
Əgər sonradan məlum olsa ki, o gün Ramazan ayı daxil olub, həmin 
gündə  tutduğu  oruc  Ramazan  ayının  orucu  sayılır  və  qəzasını  yerinə 
yetirmək  lazım  deyildir.  Əgər  həmin  gün  məlum  olsa  ki,  Ramazan 
ayının birinci günüdür, bunu bildiyi andan Ramazan ayı orucunu niy-
yət etməlidir.
3
 
4. Oruc niyyətində qalmaq 
1) Oruc tutan Ģəxs günün sonunadək oruc niyyətində qalmalıdır. 
2)  Əgər  oruc  tutan  Ģəxs  gün  ərzində  oruc  tutmaq  niyyətindən  dönsə, 
orucu batildir və yenidən oruc niyyətinə qayıtmağının heç bir faydası 
yoxdur. 
                                         
1
 Şəri suallara cavab, 815-ci sual 
2
 Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 11-ci məsələ 
3
 Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 12 və 13-cü məsələlər 


 
 
314
 
 
 fiqh təlimi 
3) Hər kim tərəddüd etsə ki, orucunu davam etdirsin yoxsa etdirməsin, 
yəni  orucu  batil  etmək  barədə  hələ  qəti  qərara  gəlməyibsə,  yaxud 
orucu  batil edən  iĢlərdən  birini  hələ  görməsə  də,  onu  görmək  barədə 
qəti qərara gəlibsə, bu iki halda vacib ehtiyata görə orucunu tutmalı və 
sonra qəzasını yerinə yetirməlidir.
1
 
 
Diqqət: 

 
Yuxarıda deyilənlər Ramazan ayının orucu, günü müəyyən edilmiĢ 
nəzir  orucu  və  s.  bu  kimi  “müəyyən  vacib  oruclar”a aiddir.  Odur  ki, 
qeyri-müəyyən vacib oruclarda və müstəhəb oruclarda əgər oruc tutan 
Ģəxs  oruc  niyyətindən  dönsə  və  hələ  orucu  batil  edən  iĢlərdən  birini 
görməsə, zöhr azanından qabaq yenidən oruc niyyəti etsə  - müstəhəb 
oruclarda  isə  məğrib  azanına  qədər  oruc  niyyəti  etmək  olar  -  orucu 
düzdür.
2
 
 
 
 
 
 
 
 
 
                                         
1
 Şəri suallara cavab, 258-ci sual 
Rəhbərdən soruşulan suallar, Oruc bolümü, 14-cü məsələ 
2
 Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 14 və 15-ci məsələlər 


Yüklə 3,35 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə