Fġqh təLĠMĠ



Yüklə 3,35 Kb.
Pdf görüntüsü
səhifə75/92
tarix08.03.2018
ölçüsü3,35 Kb.
#30840
1   ...   71   72   73   74   75   76   77   78   ...   92

 
 
313
 
 
 fiqh təlimi 

 
Sübh  azanına  qədər  cənabətli  halda  qalmaq  Ramazan  ayının  və 
onun  qəza  orucunu  batil  edir.  Digər  oruclar  isə,  xüsusilə  müstəhəb 
oruclar bu səbəblə batil olmur.
1
 
2) Hər kim Ramazan ayında  gecədən sübhə qədər boynunda cənabət 
qüslü olduğunu unutsa və beləcə sübh namazının vaxtı daxil olsa, oru-
cu  batildir.  Vacib  ehtiyata  görə  Ramazan  ayının  orucunun  qəzası  da 
bu hökmdədir. Digər oruclar batil olmur.
2
 
3) Əgər boynunda cənabət qüslü olan Ģəxs bu halda bir neçə gün oruc 
tutsa və biləmsə ki, oruc tutmaq üçün cənabətdən paklanmaq Ģərtdir, 
tutduğu oruclar batildir və qəzasını yerinə yetirməlidir.
3
 
4) Əgər bir nəfər mübarək Ramazan ayında napak su ilə qüsl versə və 
bir neçə gündən sonra o suyun napak olduğunu bilsə, tutduğu oruclar 
düzdür.
4
 
5)  Hər  kim  Ramazan  ayının  gecəsində  vaxtın  darlığı,  suyun  zərəri 
olduğu və s. bu kimi səbəblər üzündən qüsl verə bilməsə, qüsl əvəzinə 
təyəmmüm etməlidir.
5
 
Diqqət: 

 
ġəri  üzrü  olduğuna  görə  qüsl  əvəzinə  təyəmmüm  edən  Ģəxs,  Ra-
mazan  ayının  gecəsində  ixtiyari  olaraq  cənabət  qüslünə  bais  olan  bir 
                                         
1
 Şəri suallara cavab, 224-cü sual 
2
 Şəri suallara cavab, 283-cü sual 
3
 Şəri suallara cavab, 223-cü sual 
4
 Şəri suallara cavab, 281-cı sual 
5
 Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 42-cı məsələ 


 
 
314
 
 
 fiqh təlimi 
iĢi  görə  bilər.  Bu  Ģərtlə  ki,  cənabət  qüslü  boynuna  gəldikdən  sonra 
təyəmmüm etmək üçün kifayət qədər vaxtı olmalıdır.
1
 

 
Hər  kim  sübh  azanından  qabaq  boynunda  olan  cənabət  qüslünü 
versə və ya qüsl əvəzinə təymmüm etsə -  sübh azanından sonra ondan 
qeyri-ixtiyari məni xaric olsa da - tutduğu oruc düzdür.
2
 
6)  Əgər  yuxuda  ikən  oruc  tutan  Ģəxsdən məni  xaric  olsa,  orucu  batil 
olmur. Deməli, əgər bir nəfər sübh azanından qabaq və ya sonra yatıb 
yuxuda ikən boynuna cənabət qüslü gəlsə və sübh namazından sonra 
oyansa, həmin günün orucu düzdür. Əlbəttə namaz üçün qüsl verməli-
dir və namaz vaxtına qədər qüslü təxirə sala bilər.
3
 
Diqqət: 

 
Əgər oruc tutan Ģəxs Ramazan ayında və  ya digər aylarda gündüz 
vaxtı  yatsa  və  yuxuda  ikən  boynuna  cənabət  qüslü  gəlsə,  yuxudan 
oyanan kimi dərhal qüsl verməsi vacib deyil.
4
 
2) Oyaq ikən boynuna cənabət qüslü gələn Ģəxs və ya oyanıb yuxuda 
ikən boynuna cənabət qüslü gəldiyini görən Ģəxs əgər bilsə ki, yatarsa, 
sübh  azanından  qabaq  qüsl  vermək  üçün  oyana  bilməyəcəkdir,  qüsl 
verməmiĢ  yata  bilməz.  Əgər  bu  Ģəxs  yatsa  və  sübh  azanından  qabaq 
qüsl  verə  bilməsə,  orucu  batildir.  Lakin  əgər  ehtimal  versə  ki,  qüsl 
vermək  üçün  sübh  azanından  qabaq  oyanacaq  və  hökmən  qüsl  verə-
cəkdir,  oyanmasa  orucu  düzdür.  Lakin  əgər  oyanıb  yenidən  yatsa  və 
                                         
1
 Şəri suallara cavab, 226-cı sual 
2
 Şəri suallara cavab, 281-ci sual 
3
 Şəri suallara cavab, 282-ci sual 
Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 43-cü sual 
4
 Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 44-cü məsələ 


 
 
315
 
 
 fiqh təlimi 
sübh  azanına  qədər  oyanmasa,  orucu  batildir.  O,  orucunun  qəzasını 
yerinə yetirməli və ehtiyati-müstəhəbə görə kəffarə də verməlidir.
1
 
Diqqət: 

 
Əgər bir nəfər Ramazan ayında gecə yuxudan oyanıb Ģəkk etsə ki, 
möhtəlim olub, yoxsa olmayıb, lakin öz Ģəkkinə etina etməyib yenidən 
yatsa və sübh azanından sonra oyansa və baĢa düĢsə ki, sübh azanın-
dan  qabaq  möhtəlim  olmuĢdur,  bu  halda  əgər  birinci  dəfə  yuxudan 
oyananda  möhtəlim  olma  niĢanəsini  özündə  müĢahidə  etməmiĢdirsə 
və sadəcə bunu ehtimal vermiĢdirsə, sübh azanından sonra oyansa da 
orucu düzdür. Həmçinin əgər sübh azanından qabaq oyansa və möhtə-
lim olduğunu baĢa düĢməyib yatsa, sübh azanından sonra oyanıb sübh 
azanından qabaq möhtəlim olduğunu bilsə, orucu düzdür.
2
 
8)  Heyzdən  və  nifasdan  paklanan  qadın  əgər  Ramazan  ayında  sübh 
azanına qədər qüsl verməyib onu təxirə salsa, orucu batildir.
3
 
1)  Günü  müəyyən  olan  nəzir  orucu  tutan  qadın  əgər  oruc  ikən  heyz 
olsa, orucu batildir və paklandıqdan sonra onun qəzasını tutmalıdır.
4
 
8. Maye ilə imalə etmək 
1)  Maye  ilə  imalə  etmək,  hətta  çarəsizlikdən  və  müalicə  məqsədilə 
olsa da orucu batil edir.
5
 
                                         
1
 Şəri suallara cavab, 228-ci sual 
Rəhəbərdən soruşulan suallar, Oruc bölümü, 41-ci məsələ 
2
 Şəri suallara cavab, 222və 221-cu suallar 
3
 Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 45-ci məsələ 
4
 Şəri suallara cavab, 824-cü sual 
5
 Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 42-ci məsələ                    


 
 
316
 
 
 fiqh təlimi 
2) Qadın xəstəliklərinin müalicəsində uĢaqlıq yoluna qoyulan Ģamlar-
dan istifadə etmək orucu batil etmir.
1
 
1. Qusmaq 
1) Əgər oruc tutan Ģəxs özünü qusdursa, hətta xəstəliyi ilə əlaqədar bu 
iĢi görmək məcburiyyətində qalsa belə orucu batil olur. Lakin əgər bil-
mədən və qeyri-ixtiyari qussa, orucu düzdür.
2
 
2) Əgər oruc tutan Ģəxs gəyirərkən (qida borusundan) ağzına yemək-
içmək  qırıntısı  gəlsə,  onu  udmamalı  və  ağzından  çıxartmalıdır.  Əgər 
qeyri-ixtiyari udsa, orucu düzdür.
3
 
 
Orucu batil edən iĢlər barədə bir neçə məsələ: 
1)  Hər  kim  qəsdən  və  ixtiyari  olaraq  orucu  batil  edən  iĢlərdən  birini 
görsə, orucu batil olur. Lakin əgər qəsdən etməsə, məsələn ayağı sürü-
Ģüb çaya düĢsə və baĢı bütünlüklə suya daxil olsa, yaxud oruc olduğu-
nu unudub yemək yesə, ya da zorla onun boğazına yemək-içmək tök-
sələr, orucu batil olmur. Bu hökm orucun bütün qismlərinə, yəni, həm 
vacib, ham də müstəhəb, həm Ramazan ayının, həm də Ramazandan 
qeyri aylarda tutulan oruca aiddir.
4
 
Diqqət: 

 
Əgər oruc tutan Ģəxsi orucunu batil etməyə vadar etsələr, məsələn, 
onu hədələsələr ki, əgər  yemək  yeməsə canına və malına zərər vura-
                                         
1
 Şəri suallar cavab, 266-cı sual 
2
 Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 48-ci məsələ 
3
 Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 41-cu məsələ 
4
 Şəri suallara cavab, 235, 212 və 822-ci suallar 
Rəhbərdən soruşulan sualar, Oruc bölümü, 51-ci məsələ 


Yüklə 3,35 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə