Fġqh təLĠMĠ



Yüklə 3,35 Kb.
Pdf görüntüsü
səhifə78/92
tarix08.03.2018
ölçüsü3,35 Kb.
#30840
1   ...   74   75   76   77   78   79   80   81   ...   92

 
 
325
 
 
 fiqh təlimi 
 ALTMIġ ÜÇÜNCÜ DƏRS 
ORUC (6
1. Ramazan ayı orucunun qəzasını bilərəkdən batil etmək 
1) Hansı halda bu kəffarə vacib olur. 
Ramazan ayı orucunun qəzasını tutan Ģəxs zöhr azanından sonra oru-
cunu batil edə bilməz və əgər qəsdən orucunu batil etsə kəffarə vermə-
lidir.
1
 
 
Diqqət: 

 
Ramazan  ayı  orucunun  qəzasını  tutan  Ģəxs  zöhr  azanından  qabaq 
orucunu  aça  bilər.  Bu  Ģərtlə  ki,  qəza  orucunu  tutmaq  üçün  vaxt  dar 
olmasın.  Lakin  əgər  vaxt  dar  olsa,  məsələn,  bir  nəfərin  boynunda  5 
gün qəza orucu  varsa və irəlidə gələn Ramazan ayına da beĢ gündən 
çox vaxt qalmayıbsa, vacib ehtiyata görə bu Ģəxs zöhrdən öncə də oru-
cunu aça bilməz. Lakin orucunu açsa, kəffarəsi yoxdur.
2
 

 
Ramazan ayı orucunun qəzasını tutmağa əcir olan (isticari oruc tu-
tan) Ģəxs əgər zöhr namazının vaxtı daxil olduqdan sonra orucu açsa, 
kəffarə ona vacib olmur.
3
 
 
 
 
                                         
1
 Şəri suallara cavab, 815-ci məsələ 
2
 Şəri suallara cavab, 815-ci sual 
Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 82-ci məsələ 
 
3
 Şəri suallara cavab, 811-cu sual 


 
 
326
 
 
 fiqh təlimi 
2) Kəffarənin miqdarı 
Ramazan ayı orucunun qəzasını tutan Ģəxs əgər zöhrdən sonra orucu-
nu  açsa,  11  yoxsula  yemək  verməlidir.  Əgər  buna  imkanı  olmasa,  3 
gün oruc tutmalıdır.
1
 
 
11. Təxirə salınan qəza orucunun kəffarəsi 
1) Hansı halda bu kəffarə vacib olur. 
Hər kim Ģəri üzrü olduğuna görə Ramazan ayında oruc tutmasa və gə-
lən ilin Ramazan ayınadək heç bir üzrü olmadan səhlənkarlıq üzündən 
onun qəzasını yerinə yetirməsə, sonradan həm orucun qəzasını tutma-
lı, həm də qəza orucunu təxirə saldığına görə kəffarə verməlidir. Lakin 
əgər  gələn  ilin  Ramazan  ayına  qədər  mövcud  Ģəri  üzrü  davam  etsə, 
məsələn, il boyu səfərdə olsa, təkcə orucun qəzasını tutmalıdır və kəf-
farə  ona  vacib  olmur.  Hərçənd  ki,  ehtiyati-müstəhəbə  görə  həm  oru-
cun qəzasını tutmalı, həm də kəffarə verməlidir.
2
 
 
Diqqət: 

 
Hər kim bilməsə ki, əgər qəza orucunu gələn ilin Ramazan ayına-
dək  tutmasa,  boynuna  kəffarə  gələcəkdir,  hökmü  bilmədiyinə  görə 
kəffarə  onun  boynundan  götürülmür.  Beləliklə  əgər  bir  Ģəxs  bilməsə 
ki,  Ramazan  ayında  tutmadığı  orucların  qəzasını  tutmalıdır  və  gələn 
                                         
1
 Şəri suallara cavab, 815-ci sual 
Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 22-ci məsələ 
2
 Şəri suallara cavab, 236, 813 və 811-cu suallar 
Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 81 və 11-cı məsələlər 


 
 
327
 
 
 fiqh təlimi 
ilin Ramazan ayına qədər də orucların qəzasını tutmasa, hər gün üçün 
kəffarə verməlidir.
1
 

 
Ramazan ayı orucunun qəzası əgər gələn ilin Ramazan ayına qədər 
yerinə  yetirilməsə,  kəffarəsi  vardır.  Lakin  bu  kəffarə  qəza  orucu  bir 
neçə il təxirə salınsa belə bir dəfə vacib olur.
2
 
2) Kəffarənın miqdarı 
Təxirə salınan qəza orucunun kaffarəsi hər gün üçün bir müdd təam-
dan ibatərdir və bu təam yoxsula verilməlidir.
3
 
 
Diqqət: 

 
Hər gün bir müdd təam kəffarə verən Ģəxs bir neçə günün kəffarəsi-
nin bir yoxsula verə bilər.
4
 
 
11.Fidyə 
1) AĢağıdakı hallarda fidyə verilir: 
I. Əgər oruc tutmaq qoca qadına və ya kiĢiyə həddən artıq çətin olarsa, 
orucun qəzasından əlavə fidyə də verilməlidirlər
II. Əgər ağzı tez-tez quruyan bir Ģəxsə oruc tutmaq həddən artıq çətin-
dirsə; 
III. Doğumuna az bir müddət qalan hamilə qadına oruc tutmağın zərə-
ri varsa; 
                                         
1
 Şəri suallara cavab, 813-cü sual 
2
 Şəri suallara cavab, 813-cü sual 
Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 11-ci məsələ 
3
 Şəri suallara cavab, 813 və 811-cu suallar 
4
 Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 12-ci məsələ 


 
 
328
 
 
 fiqh təlimi 
IV.  Əgər  süd  verən  qadının  südü  azdırsa  və  oruc  tutarsa,  uĢağa  süd 
çatdıra bilməyəcəksə;  
V. Əgər oruc tutmağın bir xəstəyə zəzəri varsa və onun xəstəliyi gələn 
ilin Ramazan ayına qədər davam edərsə. 
 
1)  Əgər  hamilə  qadın  orucun  bətnindəki  uĢağa  zərəri  olacağından 
qorxsa,  oruc  tutmamalı  və  hər  gün  üçün  fidyə  verməlidir.  Sonralar 
orucun qəzasını tutmalıdır.
1
 
2) Əgər süd verən qadın oruc tutduqda südü azalırsa və ya quruyursa, 
buna görə də körpə uĢağa zərəri olacağından qorxsa, oruc tutmamalı-
dır. O, hər gün üçün fidyə verməli və sonralar orucun qəzasını tutmalı-
dır.
2
 
3) Xəstə olduğu üçün Ramazan ayının orucunu tuta bilməyən bir nəfə-
rin xəstəliyi əgər gələn ilin Ramazan ayınadək davam etsə, tutmadığı 
orucların qəzası yoxdur, lakin hər gün üçün fidyə verməlidir.
3
 
 
Diqqət: 

 
Əgər qadın xəstə olduğu üçün oruc tuta bilməsə və gələn ilin Ra-
mazan  ayınadək  orucun  qəzasını  da  tuta  bilməsə,  onun  özünə  fidyə 
vermək vacib olur və ərinin üzərinə isə heç bir məsuliyyət düĢmür.
4
 
                                         
1
 Şəri suallara cavab, 813 və 816-cı suallar 
2
 Şəri suallara cavab, 242-ci sual 
3
 Şəri suallara cavab, 241 və 252-ci suallar 
Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 88-ci məsələ 
4
 Şəri suallara cavab, 814-cü sual 


Yüklə 3,35 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə